Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. 1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib. “Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanının açılacağına ümidvar olduğunu bildirən Azərbaycan Prezidenti deyib ki, ondan sonra gediş-gəliş daha rahat olacaq. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
“Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Kəlbəcər və Laçın rayonlarında yollar çəkilir, 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. 1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edərkən deyib. Həm Zəngəzurda, həm də Qarabağda yol təsərrüfatı sahəsində genişmiqyaslı işlər görüldüyünü qeyd edən dövlətimizin başçısı qeyd edib ki, elektrik enerjisi və yol əsasdır, bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz. “Bu gün mənə, eyni zamanda, digər infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Hesab edirəm ki, qısa müddət ərzində, - müharibədən cəmi ilyarım keçib, - bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qeyd edirik. 1news.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinin açılışında çıxışı zamanı səsləndirib. İşğal dövründə müxtəlif variantların müzakirə olunduğunu, vasitəçilər tərəfindən müxtəlif variantlar təklif edildiyini xatırladan dövlətimizin başçısı deyib: “Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur. Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq”. Prezident İlham Əliyev vurğulayıb ki, “Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!”. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Dünyada ilk dəfə olaraq Azərbaycanda hava yastığı üzərində özü hərəkət edən yükdaşıyan barj inşa edilib. 1news.az xəbər verir ki, “ACB Argymak” adlı barjın layihə müəllifi və sifarişçisi “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group-dur. Üzən vasitənin tikinti işləri 2019-cu ildə Şotlandiyanın Qlazqo Gəmiqayırma zavodundabaşlasa da, şirkətin müflis olması səbəbindən işlər ilk mərhələdə yarımçıq saxlanıb. Daha sonra layihənin icrası üçün “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) arasında danışıqlar başlayıb. Danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və quru yük gəmisi vasitəsilə Azərbaycana gətirilməsinə müvəffəq olunub. Azərbaycanda ASCO-ya məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə barjın inşasına başlanıb. Tikinti prosesinə xarici mütəxəssislərlə yanaşı, “Zığ” GTTZ-nin və “Xəzər” MMC-nin insan və texniki resursları da səfərbər edilib. Barj qısa müddətdə tamamlanıb. Artıq “ACB Argymak”ın test işləri də uğurla başa çatdırılıb. Barj üçün İtaliyanın “RINA Services S.p.A.” Təsnifat Cəmiyyətinin klass sertifikatı alınıb. Hazırda digər zəruri sənədləşmə işləri davam etdirilir. Proses tamamlandıqdan sonra üzən vasitə Qazaxıstana yola salınacaq. Barj burada “Kaşaqan” yatağında istismar olunacaq. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Unikal layihənin uzunluğu 56, eni 24 metrdir. 150 ton yükgötürmə qabiliyyətinə malik barjın maksimal sürəti 6 uzelə bərabərdir. “ ACB Argymak” 6 nəfərdən ibarət heyətlə idarə olunacaq. Nisbətən dayaz sularda istismar üçün nəzərdə tutulan özü hərəkət edən barjda iki ədəd su, iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir. Qeyd edək ki, dünyanın ilk özü hərəkət edən yükdaşıyan barjın inşası ASCO üçün böyük təcrübə olub. Gələcəkdə bu təcrübə əsasında oxşar yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. <iframe allow="accelerometer;" autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" frame height="396" src="https://www.youtube.com/embed/f2NYcudmrqg" title="Azərbaycanda" hava yastığı üzərində özü hərəkət edən dünyanın ilk yükdaşıyan barj tikilib" width="779"> 
"Bakı bəyənnaməsi”nin əməkdaşlığımızın irəli aparılmasında və böyük layihələrin ərsəyə gəlməsində böyük töhfəsi olacaq. 1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan,Qazaxıstan,Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinq zamanı deyib. Nazir qeyd edib ki, növbəti iclasın Qazaxıstanda keçirilməsi üçün razılığ əldə edilib. “Əldə etdiyimiz nəticələr ölkələrimizdə və daha geniş coğrafiyada sülh və əmin-amanlığa xidmət edəcək”,- deyə C.Bayramov bildirib <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.
1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 1news.az-ın məlumatına görə, hadisə iyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində baş verib. Kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər. Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik. 1news.az xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindən sonra çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Bu Baş planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb. Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik". <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
İyunun 26-sı saat 20 radələrində minaya düşən, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanovun ayağı amputasiya edilib. Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, İ. Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilmiş, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. 1news.az xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimində çıxışı zamanı deyib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Dövlət başçısı bildirib: "Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı. 
Vətənpərvərlik işinə çox böyük önəm verirdik. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və buna nail olduq. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəydik. Çünki artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı. Ona görə 44 gün ərzində Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı".
Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. 1news.az xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 "Biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim maraqlarımız təmin olunsun. Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar - nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər. 
Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti də yaxşıdır. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər".
Xəbər verdiyimiz kimi, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. 1news.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən inşaat işləri haqqında məlumat verdi. Qeyd edildi ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir. Bildirildi ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb. Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb. Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir. Həmçinin məlumat verildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir. Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. 
Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”, - Prezident İlham Əliyev qeyd edib.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” (Polşa) oyununun biletləri bu gündən satışa çıxarılır. 1news.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Satış məntəqələri: <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış; Reklamınızı SmartBee ilə effektiv edin. Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək). Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək. 
Qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü ilə bağlı sahibkarları təbrik edib.
1news.az xəbər verir ki, Mikayıl Cabbarov bununla bağlı özünün “Twitter“ hesabında paylaşım edib.
Nazir bildirib ki, bu biznes subyektlərinin ölkədə məşğulluğun təmin olunması, iqtisadiyyatımızın güclənməsi və dayanıqlığının təmin edilməsində mühüm rolu var.
Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilir. 1news.az xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edir. İclas başlamazdan öncə nazirlər birgə foto çəkdiriblər. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 FOTO: Azərtac 
CEPEJ-in yaradılmasının 20 illiyinə həsr olunmuş və Maltanın Ədliyyə Nazirliyi ilə birgə təşkil edilən konfransı iyunun 27-si onlayn izləyə bilərsiniz. Açılış mərasiminin moderatoru CEPEJ-in vitse prezidenti, Ali Məhkəmənin hakimi Françesko Depaskualdır. Tədbirdə açılış nitqləri ilə çıxış edəcəklər: Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç (onlayn) <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Maltanın ədliyyə naziri Conatan Attard İrlandiya ədliyyə nazirinin müavini, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən İrlandiyanın nümayəndəsi Oonah Bakli İsveçrənin Avropa Şurası yanında daimi nümayəndəsi, Avropa Şurasının Nazirlər Komitəsinin Hüquqi əməkdaşlıq üzrə məruzəçilər qrupunun sədri, səfir Kristian Meuli Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qaraqurbanlı Avropa ədliyyə nazirlərinin təşəbbüsü ilə 2002-ci ildə yaradılmış CEPEJ-in məqsədi üzv ölkələrdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması və bu məqsədlə Avropa Şurasının qəbul etdiyi aktların həyata keçirilməsinin yollarının təkmilləşdirilməsidir. Tədbir onlayn yayımlanacaq. Onlayn qoşulmaq üçün ZOOM Link keçidindən istifadə edə bilərsiniz. 
 Tədbirin proqramı ilə tanış olmaq üçün https://bit.ly/3zOtWHS keçidindən istifadə edə bilərsiniz.
Bakıda yerləşən “Unbar” restoranında bu yayın əsas yeniliyi olan “Magnum Duet” dondurmalarının satışa çıxarılması münasibətilə qapalı əyləncəli gecə keçirilib. Tədbirdə eksklüziv olaraq “Magnum Duet” dondurmasının təqdimatı keçirilib. Bu dondurmanın dadında nəfis qaymaqlı dondurmanın qırmızı meyvələrlə (gilemyvələrlə) ahəngi, həmçinin ağ və klassik “Magnum” şokoladının qarışığı öz əksini tapıb ki, bu da yeni həzz erasının başlanğıcıdır. Tədbirdə iştirak edən Azərbaycanın ən məşhur influenserləri və blogerləri inanılmaz yay bayramı mühitinə dalıb. Onlar həm yeni məhsulun dadından zövq almaq, həm də maraqlı müsabiqələrin və xüsusi musiqi proqramının iştirakçısı olmaq imkanı qazanıblar. Tanınmış azərbaycanlı müğənni və bəstəkar DiHaj istedadlı saksofon ustası Teymur Süleymanbəyli ilə əfsanəvi “Qaya” qrupunun “Ey həyat, sən nə qəribəsən” mahnısının remiksini ifa ediblər. Tədbirin qonaqları bu ifanı alqışlarlarla qarşılayıblar. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 “Magnum” “Ləzzətsiz yaşanan hər bir gün itirilmiş gündür” fəlsəfəsini rəhbər tutur. Bu fəlsəfənin tərəfdarı olan digər qonaqlar kimi Fuad Hacıyev və Mehin Hümbətova da tədbiri yüksək əhvali-ruhiyyədə keçiriblər. “Magnum”un təşkil etdiyi tədbirin iştirakçıları bir neçə saatlıq problemləri unutmaq, gündəlik işlərdən uzaqlaşmaq və məftunedici anlardan zövq almaq imkanı əldə ediblər! Yeni “Magnum Duet” dondurması və məşhur Azərbaycan qrupunun ifa etdiyi mahnının remiksi dad və musiqi sahəsində yeni klassik təcrübədir. Bu təcrübə hər zaman aktual olacaq və heç vaxt dəbdən düşməyəcək. Məxməri dondurma və qırmızı meyvələr... Nəfis ağ və klassik Magnum şokoladı... İki fərqli şokolad və dərin həzz təcrübəsiylə yepyeni bir klassik – DUET! Siz də yeni “Magnum Duet” dondurması ilə əsl həzz yaşayın! Reklam hüququnda 
“1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Həmin vaxt Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində atılmış ilk və mühüm addımlardan biri olmuşdur. Təəssüf ki, 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan bütün işlər kimi, ordu quruculuğu prosesi də dayandı. SSRİ rəhbərliyində duran rəhbər vəzifəli şəxslər Azərbaycan əsilli hərbi kadrların yetişməsində maraqlı deyildi. 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı.” Bu sözləri 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Ölkəmizdə müasir ordu quruculuğunun Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan millət vəkili bildirib: “Öz xalqına misilsiz xidmətlər göstərmiş Heydər Əliyev qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən, 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratmaqla, bugünkü qüdrəli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevralın 20-də isə Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı.” <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 K.Qafarov sözünə davam edərək deyib: “ Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, eləcə də müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər daim xüsusi diqqət mərkəzində saxlanılır. Hərbi sənaye kompleksinin dinamik inkişafı nəticəsində Azərbaycan Ordusu ölkə daxilində istehsal olunan müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və digər hərbi təyinatlı məhsullarla təchiz olunur. Prezident İlham Əliyev Silahlı qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi müəyyən edib. Nəticə etibarı ilə bu gün Qafqazda ən müasir ordu olan Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət qüdrətli bir ordu kimi formalaşıb. MDB məkanında Azərbaycan ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən biri sayılır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışların birində demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da dövlət başçısının həyata keçirdiyi bu möhtəşəm siyasətin bir təzahürüdür.” Deputat K.Qafarov bildirib ki, Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində Ermənistanın ordusunu darmadağın etməklə tarixi ədaləti bərpa etdi: “Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü hər zaman böyük ruh yüksəkliyi ilə qeyd olunub. Lakin məhz 2020-ci ildən bu şərəfli tarix xalqımız və ordumuz üçün tam yeni bir anlam kəsb etməyə başladı. Həmin il sentyabr ayının 27-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanata əsasən bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Azərbaycan isə 2020-ci ildən başlayaraq 26 iyun tarixini artıq qalib ölkə, qalib xalq və Müzəffər ordu olaraq qeyd edir. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, aparıcı Qərb mətbuat orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Təsadüfi deyil ki, II Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir”.