40 gün ac qalan "YouTuber"in cəsədi meşədə tapıldı

Rusiyalı "YouTuber" Viyaliy Vıygranovskiy həyatını  itirib.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Viyaliy "YouTube" kanalı üçün yeni bir tendesiya yaratmaq istəyib. Belə ki, o, izləyicilərinə "meşədə 40 gün ac və  susuz" qalacağını  bildirərək,  mart  ayınının 30-da evdən ayrılıb.  

"YouTuber" meşədə  izləyiciləri üçün canlı paylaşım edərək, ilk günlərini  rahat olduğunu  dilə gətirib.  Lakin sonrakı günlərdə  o, yorulduğunu və susadığını  bildirib. 

35-ci  gündə ölməkdə olduğunu hiss edən Viyaliy: "Çox maraqlı bir təcrübədir. Bədənim tamamilə yeniləndi",- deyə yaxşı olduğunu bildirib. 

Lakin səhəri gün isə "YouTuber"in  meşədə  cansız bədəni aşkar edilib. Tibbi  ekspertiza rəyinə əsasən, gənc uzun müddət  susuz qalmasından dünyasını dəyişdiyi  bildirilib. 

"YouTuber"in əsas məqsədi izləyici  sayını artırmaq, daha da məşhurlaşmaq istəyi olub.  

 

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
179
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar