Arayik Arutyunyan Qarabağda “səfərbərlik” ELAN ETDİ – Qondarma “dövlət”in hərbi siyasəti HƏRƏKƏTLƏNDİ

Qarabağdakı terrorçuların rəhbəri Arayik Arutyunyan bu gün “sərəncam” imzalayıb.
Teref.az xəbər verir ki, həmin “sərəncam”a əsasən Qarabağda 2021-ci ilin yay hərbi çağırış elan edilib.
Belə ki, Arayik iyunun 30-dan iyulun 15-nə kimi yaşı 18-i tamamlamış Qarabağda yaşayan ermənilər həqiqi hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, 44 günlük müharibədən sonra Qarabağın dağlıq ərazisinin Azərbaycanın tərkib hissəsi olduğu sənədlə təsdiqlənsə də, Xankəndidəki erməni terrorçuları bununla barışmaq istəmirlər. Hər vəchlə qondarma “dövlət”lərini qorumağa, imitasiyalar etməyə çalışırlar.
Lakin Arayik itinə “dur” deməyin vaxtı nəinki çatıb, hətta keçib. Azərbaycan hakimiyyəti dövlət içində özünə “dövlət” quranları cəzalandırmağa borcludur. Əks təqdirdə, bu, Qarabağın Azərbaycanın tərkib hissəsi olmadığını demək kimi anlaşıla bilər. 

Mənbə:
0
150
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar