26 İYUN – Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün hər il ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı fərmanla–26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bununla da Ulu öndər Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atmış oldu. Çünki məhz iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti generalı Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusu yaradılmışdı.
1918-ci il mayın 28-də yaranmış və cəmi 23 ay yaşamış Azərbaycan Demokratik Respublikasında görülən böyük işlərdən biri də ordu quruculuğu idi. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə hərbi hissə - əlahiddə korpus yarandı. Çox az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
İkinci dəfə xalqın təkidi hakimiyyətə gələn Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət ayırdı. Ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı.
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Ordu quruculuğu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Bu gün Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Milli Ordumuz Qafqazda ən müasir ordu hesab olunur. Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışların birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.”
Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.
Milli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı .Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu işğala son qoydu. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.
Ordumuzun qüdrətini artıran xalq-ordu birliyi. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
Suraxanı RİHB-nin Zığ qəsəbə
inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Qulam Səfərzadə
İsmayıllı rayonu, Ərəstun Mahmudov küçəsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 10-SE-003 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq sürətlə hərəkət edir. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradır. Hətta sürücülərdən biri qəfil əyləci basaraq qəzadan xilas olmaq üçün kənara çəkməyə məcbur olur. Görüntüləri təqdim edirik:
Fərid
Daxili İşlər Nazirliyi Göygöldə bələdiyyə sədrinin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, iyunun 25-də saat 1 radələrində Göygöl rayonunun Zurnabad kəndi ərazisində Asif Bayramov idarə etdiyi “TOFAŞ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var. Əsl ləyaqətli, qəhrəman əsgər isə təkcə ordu sıralarında, komandirlər, xüsusi təlimatçılar və nizamnamə vasitəsilə hazırlanmır. Bəzən qəhrəmanlar fitrətən anadan qəhrəman doğulur. Amma çox hallarda qəhrəmanı onun ailəsi, cəmiyyət və zaman yetişdirir. Yetkin adam üçün qəhrəmanlıq əvvəlcə onun düşüncəsində yaranır, həyat amalına çevrilir, varlığına hakim kəsilir.
Vətənin müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir!
Bəli, 44 günlük Vətən müharibəsi Azərbaycanın güclü orduya malik olduğunu bir daha bütün dünyaya sübut etdi .Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: "Qılınc həmin qılıncdır, qol o qol deyil". Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Onların hər kəlməsində Vətən var, Qələbə var. Mövqelərimiz inamla qorunur. Atəşkəsi tez-tez pozan düşməni layiqincə susdururlar. Əsgərlərin hər biri uğurla xidmət edir, verilən tapşırıqları vaxtında yerinə yetirir, düşmən qarşısında dağ kimi dayanırlar. Xalqımız firavan yaşasın, evlərimizdən toy-bayram səsləri eşidilsin deyə, düşmənə sinələrini sipər edirlər. Budur, Azərbaycan əsgəri !
Ali Baş Komandan İlham Əliyev: "Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb". Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda nizami ordu quruculuğu prosesinin ilk addımları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq- düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir. Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".
Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin 3000-dən çox hərbi qulluqçusu şəhid oldu. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə "Anım Günü" elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Xalq da şəhidlərlə, qazilərlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs xüsusi rəğbət bəsləyir.
Suraxanı rayonu, 281 nömrəli tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyat
müəllimi Leyla Adışirinova
Hindistanın Karnataka əyalətində baş verən qəzada 9 nəfər ölüb, 14 nəfər yaralanıb. Avtosfer.az-ın verdiyi xəbərə görə, Hindistanın Karnataka əyalətində, Belqaumda inşaatçıları daşıyan mikroavtobus kanala düşüb. Hadisə yerinə polis və ilk yardım qrupları gəldikdən sonra bölgədə xilasetmə işlərinə başlanılıb.
Polis sürücünün sükan idarəetməsini itirərək dərəyə düşdüyünü və 9 işçinin hadisə yerində öldüyünü, 14 nəfərin isə yaralandığını bildirib. Qəzada yaralananlar xəstəxanada müalicə olunarkən, Karnataka əyalətinin prezidenti Basavaraj Bommai həyatını itirənlərə başsağlığı verib və yaralıların müalicəsi xərclərini hökumətin qarşılayacağını bildirib
Sia
Vətəndaş Fərid Süleymanov yanacaqdoldurma məntəqələrində benzinin az vurulmasından rəsmi qurumlara şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə vəvətəndaş öz sosial media hesabında yazıb. Bildirib ki, son bir ayda yanacaq dolduran məntəqələrində orta hesabla 70 litr benzin bakın doldurmasında 10-15 litr aldadılar. Vətəndaş hesab edir ki, bunun səbəbi aidiyatı orqanların vəzifə borclarını yerinə yetirməməsi və nəzarətin ciddi olmamasıdır.
Fərid Süleymanov yanacaqdoldurma məntəqələrini baykot etdiyini və yalnız zəruri ehtiyac olarsa 5 litrə qədər yanacaq alacağını da qeyd edib.
Şəfa
Fransız kinematoqrafların çəkdiyi “Taksi” filminə yəqin çoxları baxıb. Taksi sürücüsü generalı aeroporta saniyə dəqiqliyi ilə çatdırır.
Avtosfer.az-ın nəql edəcəyi əhvalat da buna oxşardır. France-3 televiziyası əhvalatı belə təsvir edir:
Reyms şəhərində oxuyan parisli lisey şagirdi Remi Parisin Cənub vağzalında yüksək sürətli qatara minir. Arxayındır ki sonuncu sinifdə buraxılış imtahanına vaxtında yetişəcək. Lakin Reymsdə düşmək yadından çıxır və qatar yola düşür. Qatarı saxlamaq mümkün deyil. Növbəti dayanacaq 200 km uzaqdadır. Uşaq bu dəfə qatardan düşən kimi dəmiryolu işçilərini xəbərdar edir. Onlar dərhal taksi çağırırlar. Qiymət – 450 avro (900 manat). Xərci dəmiryolu şirkəti üzərinə götürür, təki şagird imtahana çatsın.
Sürücü televiziyaya müsahibəsində deyir: “mənzil başına çatmaq üçün bütün qaydaları pozdum. 90 km/saatlıq yolda 180 km/saatla gedirdim. Jandarm eskadrilyasını görəndə qəsdən maşını onların üzərinə sürdüm. Təbii ki məni saxlatdılar. Əhvalatı onlara danışanda şagirdi ən çevik polis avtomobilinə mindirib yola düşdülər. Kobud qayda pozuntusuna baxmayaraq eskadrilya komandiri mənə təşəkkür edib geri qaytardı”.
Polis avtomobili ilə imtahana gələn şagird yarım saat geciksə də, vəziyyəti bilən müəllimlər məsələni anlayışla qarşılayıblar. Parisli gənc imtahanı yüksək səviyyədə verib.
Bəli, bu taksi sürücüsünün timsalında qayda pozuntusuna bəraət qazandırmaq mümkündür. Sürücü müsahibəsində əlavə edib ki, bir ata olaraq öz oğlunu bu vəziyyətdə təsəvvür edərək sürəti artırıb.
Lakin sürücünün ən doğru qərarı elə şagirdi polis alayına həvalə etmək olub. Hərəkət traektoriyası boyu xüsusi nəqliyyat vasitəsi olaraq polis avtomobilinə bütün yollar açıq olub. Taksinin isə belə bir imtiyazı yoxdur. Magistralda müəyyən qədər hərəkət edə bilsə də, şəhərin içində polis avtomobili qədər cəld hərəkət edə bilməyəcəkdi.
Vüqar Yaşaroğlu
Xəbər verildiyi kimi, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.
Avtosfer.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən inşaat işləri haqqında məlumat verdi.
Qeyd edildi ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq.
Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.
Bildirildi ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.
Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb.
Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.
Həmçinin məlumat verildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.
Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
İsmayıllı rayonu, Mirzə Fətəli Axundov küçəsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 90-DP-850 döblət nömrə nişanlı, "Volksvagen" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında keçərək qaydaları kobud şəkildə pozur.
Qeyd edək ki, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 60 manat və 3 bal cərimə olunmalıdır.
Fərid
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır.
Qeyd olundu ki, layihə üzrə yol boyunca tikintisi nəzərdə tutulan avtomobil tunellərindən ikisində qazma prosesi davam etdirilir, birinin isə giriş və çıxış hissələrində işlərə başlanılıb.
“Lamborghini Aventador SVJ”, “McLaren 720S” və “Porsche 911 Turbo S (992)” superkarları arasında yarış keçirilib.
Görüntülər “Carwow” “YouTube” kanalında yayımlanıb.
İtalyan, Britaniya və Almaniya istehsalı kupelərin düz xətt üzrə duelində təkcə sürət yox, həm də əyləclərin effektivliyi kimi müxtəlif texniki paramertlər qiymətləndirilib.
Yarış zamanı şəksiz qalibi müəyyən etmək mümkün olmayıb. Belə ki, avtomobillərdən hər biri ən azı bir parametr üzrə digərlərindən üstün olub
Azərbaycan-Ermənistan sərhədində hər hansı təxribata dərhal adekvat cavab tədbirləri görülür.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib. “Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür”, - nazir vurğulayıb.
Ağsu rayonu Gəgəli kəndinin sakinləri yollarının yararsız halda olmasından narazıdırlar. Sakinlər deyirlər ki, belə vəziyyət uzun müddətdir ki, davam edir. İddia edilir ki, dəfələrlə aidiyyatı üzrə müraciət etsələr də, nəticəsi olmayıb.
Bəs problem nə zaman həll ediləcək ? Avtomobil yolları dövlət agentliyi suala aydınlıq gətirib. Kələ-kötürlü yollar, dağılmış asflat örtüyü.. Görüntülər Ağsu rayonunun Gəgəli kəndindəndir. Sakinlər kənd yolunun yararsız vəziyyətdə olmasından gileylənirlər. İddia edirlər ki, sözügedən yol uzun müddətdir ki, baxımsız vəziyyətdədir. Aiddiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Sakinlərin sözlərinə görə yağışlı havalardan sonra vəziyyət dözülməz olur. Yolun nahamar olması səbəbindən nəqliyyat vasitələrinin detalları sıradan çıxır. Məsələ ilə bağlı Gəgəli kənd bələdiyəsinin müavini Həzin Həsənovun bildirib ki, bələdiyyənin hesabında kifayət qədər vəsait yoxdur. Ona görə də yolu təmir etmək iqtidarında deyililər. Avtomobil yollari dövlət agentliyindən verilən məlumata görə kənd yolları mərhələli şəkildə təmir edilir. ''Gəgəli kənd yolunun cari il ərzində asfaltlanması nəzərdə tutulub''-deyə məlumatda vurğulanıb.
İran yerli peyk daşıyıcısı "Zülcənah"ı yenidən sınaqdan keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Müdafiə Nazirliyi yeni peyk daşıyıcı raketinin bu gün yenidən kosmosa uğurla buraxıldığını bildirib.
Məlumatda qeyd olunub ki, peyk daşıyıcısı iki mərhələdə qatı yanacaq və 1 mərhələdə maye yanacaqdan istifadə edir.
Raket orbitə təhqiqat peyki aparıb.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Avtosfer.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 793 164 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 292 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir. Ölkədə son sutka ərzində 2 345, hazırkı dövrədək isə 6 954 464 test aparılıb.
Nyu-Yorkun Bruklin məhəlləsində avtomobilin izdihama çırpılması zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Qəzet yazır ki, polisin təqibindən qaçan avtoxuliqan piyadaların olduğu səkiyə çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər ağır travma alıb. Xəsarət alanlardan biri uşaqdır. Daha bir nəfərin zədəsi yüngül olduğu üçün ilkin tibbi yardımdan sonre evə buraxılıb. Qəzanı törədən sürücü saxlanılb.
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib. Həmçinin , keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən, avtomobilində konstruksiya dəyişikliyinə yol verən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib və ümumilikdə 35 sürücü barəsində inzibati protokol tərtib edilib. Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib. Həmçinin , keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən, avtomobilində konstruksiya dəyişikliyinə yol verən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib və ümumilikdə 35 sürücü barəsində inzibati protokol tərtib edilib. Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Türkiyənin Muğla əyalətində 4 gün əvvəl başlayan şiddətli meşə yanğınları artıq tam nəzarət altına alınıb.
Avtosfer.az xəbər verir ki, APA-nın bölgəyə ezam olunmuş əməkdaşı yanğının söndürüldüyü ərazilərdə çəkiliş aparıb. Qeyd edək ki, Muğlada başlayan yanğınlar ümumilikdə 4 500 hektar ərazini əhatə edib. Yanğınlar Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə olunub. Bundan əlavə, yanğın bölgələrinə 253 yanğınsöndürən avtomobil, 30-dan çox su daçıyan avtomobil, 46 helikopter və 15 təyyarə olmaqla ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnika cəlb olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsi və genişlənməsinin qarşısını almaq məqsədi ilə buraya ezam olunub. Təyyarəmiz iki uçuş həyata keçirərək yanğın olan ərazilərə120 tondan artıq su boşaldıb. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin Baş məsləhətçisi Turqay Abbaslı azərbaycanlı jurnaıistlərə açıqlamasında qeyd edib ki, ekipaj yerli koordinasiya mərkəzindən yeni tapşırıqlar gözləyərir və həmin tapşırıqlara uyğun olaraq hərəkət istiqamətlərini planlaşdıracaq.
Xaçmaz rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əsədov Ülvi Anar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Bakıda 19 yaşlı gənc yol qəzasında xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 2003-cü il təvəllüdlü Hüseynzadə Məhəmməd Fəqan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Qəza zamanı motosikletin sürücüsü xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.