Elm və təhsil naziri Emin Əmrullayev martın 31-da Göygöl rayonunda vətəndaşlarla görüşəcək.

Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib.

Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı şəhər və rayonlarından martın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna zəng edərək, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət edib qəbula yazılan şəxslər iştirak edə biləcək.

Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak edə bilərlər.

Adları qeyd olunan şəhər və rayonlardan martın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonu, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət edib qəbula yazılan şəxslər iştirak edə biləcək.

Müəllimlərin işə qəbulu (MIQ) müsabiqəsində bir sıra namizədlərin topladıqları bal müəyyən sosial amillərlə əlaqədar artım əmsalı ilə hesablanır.

Azedu.az xəbər verir ki, “Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həmin şəxslər bunlardır:

- Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

- İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır.

- Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

Əlavə olaraq qeyd edək ki, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Nazirlik tərəfindən fərdi qaydada baxılır. Bu halda müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır

Martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 18-23 metr olacağı, arabir 25-30 metrə çatacağı, martın 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, martın 31-i gün ərzində havanın fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi proqnozlaşdırılır.

Martın 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var.Y ağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.

Martın 30-da şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimal edilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, arabir 25-30 metr/saniyəyə çatacaq, martın 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 metr/saniyəyədək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal edilir.

Əbu-Dabidən olan 4 yaşlı Səid Rəşid Əl-Mheyri kitab nəşr edən dünyanın ən gənc müəllifi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, onun rekordu müəllifin “Fil Səid və Ayı” uşaq kitabı min tirajdan çox satıldıqdan sonra qeydə alınıb.

Uşağın əsəri iki heyvan arasında xeyirxahlıqdan və gözlənilməz dostluqdan bəhs edir.

Səid anasının köməyilə yazmağı öyrənib və tezliklə orijinal hekayələr yaratmağa başlayıb. Ona iki dildə kitab nəşr edən dünyanın ən gənc yazarı olan böyük bacısı Əl-Dabi ilham verib.

Qız 8 yaşında ikən bir ildən az müddətdə iki dildə kitablar seriyasını nəşr edib və bu göstərici üzrə rekorda yiyələnib. Bundan əlavə, Əl-Dabi 4-10 yaşlı uşaqları ərəb və ingilis dillərində yazmağa həvəsləndirmək üçün Uşaqlardan-uşaqlara Kitablar təşəbbüsünü başladıb.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 110 gündür davam edir.

AzEdu.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Ötən gün axşam saatlarından başlayaraq havanın temperaturunun aşağı düşməsinə, soyuq və yağışlı hava şəraitinin hökm sürməsinə baxmayaraq, onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiya ötən il dekabrın 12-dən başlayıb.

Bu gün Azərbaycanlıların Soyqırımı günüdür. AzEdu.az xəbər verir ki, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür.

105 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.

Tarixi qaynaqların məlumatına görə, ermənilər hələ XVIII əsrdən başlayaraq Çar Rusiyasının himayəsilə Cənubi Qafqaza köçürülüblər. Burada məqsəd gələcəkdə Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaratmaq olub.

XVIII əsrin 20-ci illərində çar I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. 1802-ci ildə çar I Aleksandr Qafqaz canişininə konkret təlimat göndərmişdi ki, ermənilər nəyin bahasına olursa-olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdırlar.

XIX əsrdə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin yekunu olaraq, Azərbaycan torpaqlarına İrandan 40 min, Türkiyədən 85 min erməni köçürülmüş, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edilmişdi. Bu, Azərbaycan torpaqları hesabına yaradılacaq gələcək Ermənistanın əslində təməli idi. Tarixi qaynaqlara görə, həmin vaxt İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı.

Ermənilərin yerləşdirildiyi ərazilərdə azərbaycanlıların sayca üstünlük təşkil etməsi düşmənlərimizin soyqırımı siyasətinə əl atılmasına rəvac verib.

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin təyinatı ilə Qafqaz fövqəladə komissarı kimi Bakıya göndərilən Stepan Şaumyan qətliamın başlamısnda əvəzsiz rol oynayıb. 1918-ci il martın 31-də Bakı şəhərində dinc azərbaycanlıların kütləvi qətlində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda ermənilərin «Daşnaksütyun» partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bakıda üç gün davam edən qırğın zamanı ermənilər azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürüb, qılıncla parçalayıb, süngü ilə dəlmə-deşik edib, cəsədlərin qulaqlarını, burunlarını kəsib, qarınlarını yırtıblar. Nəticədə təkcə Bakıda 25 min soydaşımız qətlə yetirilib.

S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Bununla kifayətlənməyən ermənilərin Azərbaycanın digər ərazilərində də-Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da kütləvi qətliamları davam etdiriblər. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə yaxın dinc sakini qətlə yetirib, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi isə məhv edilib.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv ediib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, yaşayış məntəqələri isə yerlə yeksan edilib.

Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş ediblər. 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi isə məhv edilib.

Qırğınlar indiki İranın ərazisi sayılan Cənubi Azərbaycanda da davam etdirilib. 1918-ci ildə Cənubi Azərbaycan və İran ərazisində yaşayan 130 mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib.

1918-ci ildə azərbaycanlıların kütləvi qətli ilə müşayiət olunan qırğınların qarşısının alınmasında Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu olub.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açmlş və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunmuşdu.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı.

Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdi.

1918-ci il martın 31-də törədilən soyqırım aktı hadisədən 80 il sonra müstəqil Azərbaycan Respublikasında hüquqi-siyasi qiymətini aldı. Mərhum dövlət başçısı Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində anılır.

Biologiya fənni üzrə gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 7-ci sinif “Biologiya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının təkmilləşdirilməsi olub.

AzEdu.az xəbər verir ki, tarix fənni üzrə isə gündəlik məsələ qəbul imtahanı üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq xidməti istifadə üçün tövsiyənin müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

6 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

UNEC-də Kitabxana İnformasiya Mərkəzinin, İqtisadiyyat və idarəetmə fakültəsinin,Türk Dünyası İqtisad fakültəsinin və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımı hadisəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov açaraq, qonaqları salamlayıb və 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində baş verən soyqırım haqqında tələbələri maarifləndirib.

Rus İqtisad Məktəbinin dekanı dosent Mənsur Bərxudarov, İqtisadiyyat və idarəetmə fakültəsinin Humanitar Fənlər kafedrasının professoru Hidayət Cəfərov, Rus İqtisad Məktəbinin dekan müavini Anar Eyyubov, Türk Dünyası İqtisad fakültəsinin dekanı Professor Dr. Mehmet Yüce 31 Mart Soyqırımının qurbanları, bu soyqırıma verilən reaksiyalar haqqında ətraflı çıxışlar ediblər.

Sonra tədbirdə Türk Dünyası İqtisad fakültəsinin I kurs tələbəsi Nəsibə Quliyevanın rəsm əsərləri nümayiş edilib.

Qırğız Respublikasında səfərdə olan elm və təhsil nazirinin müavini İdris İsayev martın 29-da Bişkek şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksini və Nizami Gəncəvi adına 103 nömrəli məktəbi ziyarət edib.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini sözügedən təhsil müəssisələrində yaradılmış şəraitlə tanış olub, müəllim-şagird heyəti ilə görüşüb.

Ziyarət zamanı hər iki təhsil müəssisəsinin bir qrup şagird heyətinin ötən ilin dekabr ayında ölkəmizə səfər etməsi qeyd olunub.

İdris İsayev iki ölkənin ümumi təhsil müəssisələri arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər sağalıb.

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutka ərzində koronavirusdan 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 660 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 134 nəfər müalicə olunaraq sağalıb, hazırda 344 aktiv xəstə var. Bu günə qədər 10 182 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 957, bu günə qədər isə ümumilikdə 7 557 801 test icra olunub.

Son sutkada ölkədə 355 vaksin vurulub. Bununla da vurulan vaksinlərin sayı 13 954 233-ə çatıb.

2023-cü il martın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanda mühəndisliyin inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda XVI elmi konfransı keçirlib.

AzEdu.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə apardığı quruculuq işlərindən və mühəndisliyin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açıb. MDU-da Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətindən bəhs edən A.Əliyeva tələbələrin bununla bağlı elmi tədqiqat işlərinə böyük maraq göstərmələrini müsbət dəyərləndirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, TEC-in sədri Günəş Şəfaqətov və Qazi Universitetinin MDU-da fəaliyyət göstərən alimi Sinan Toklu çıxış edərək Ümummilli Liderin Azərbaycanda mühəndisliyin inkişafına misilsiz töhfələrindən danışıblar və konfransın proqramına daxil olan mövzuların aktuallığını vurğulayıblar.

Daha sonra məruzələr dinlənilib. MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Xumar Alxasova “Azərbaycanın müstəqil enerji sisteminin yaradılmasında Heydər Əliyevin rolu”, Fatma Mirzəzadə “Ölkə təbiətinin zənginləşməsində Ulu Öndərin misilsiz xidmətləri”, Aydan Məmmədova “Azərbaycan sənayesinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, Nihad Xəlilov “Mühəndislikdə 3D dizayn: kiberfiziki məkanın üstün və çatışmayan cəhətləri”, Nail İsmayılov “Elektrik enerjisinin dəyişən cərəyanla ötürülməsinin üstünlükləri”, Salatın Rəhimova “İntellektual sorğu sistemləri çat-botların timsalında”, Ruslan Əlizadə “Dəmir yollarımızın inkişafında polad iradəli H.Əliyev amili və Aytən Məmmədova “Ekoloji siyasət irsində Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin təcəssümü” mövzularında məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların cavablandırılıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları tərəfindən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlər davam edir.

Universitetdən AzEdu.az-a bu barədə məlumat verilib.

Bildirilib ki, cari ilin 7 mart tarixindən start götürən təlimlərdə Hesablama Palatasının əməkdaşları - Aparat rəhbəri vəzifəsini icra edən, Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdiri Tamerlan Yusif-zadə və həmin şöbənin sektor müdiri Gülnar Hacıyeva, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova, Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov ayrı-ayrı təqdimatlarla çıxış ediblər.

Təlimlərdə dövlət qulluğu məsələləri, büdcə prosesləri, fiskal siyasət, mühasibat uçotunun təşkili, Hesablama Palatasının fəaliyyətinin əsasları, dövlət maliyyəsi və onun idarə edilməsi, Palatanın büdcə prosesində iştirakı və s. mövzularla bağlı məruzələr dinlənilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 3 ay davam etməsi nəzərdə tutulan təlimlərə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan son kurs tələbələri cəlb olunub. Təlimlərin sonunda yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi, eyni zamanda onların Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunmaları planlaşdırılır.

Azərbaycan Fələstinin Nablus regionunda məktəb tikəcək.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

O, Azərbaycan tərəfinə bu qərara görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları tərəfindən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlər davam edir.

Universitetdən AzEdu.az-a bu barədə məlumat verilib.

Bildirilib ki, cari ilin 7 mart tarixindən start götürən təlimlərdə Hesablama Palatasının əməkdaşları - Aparat rəhbəri vəzifəsini icra edən, Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdiri Tamerlan Yusif-zadə və həmin şöbənin sektor müdiri Gülnar Hacıyeva, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova, Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov ayrı-ayrı təqdimatlarla çıxış ediblər.

Təlimlərdə dövlət qulluğu məsələləri, büdcə prosesləri, fiskal siyasət, mühasibat uçotunun təşkili, Hesablama Palatasının fəaliyyətinin əsasları, dövlət maliyyəsi və onun idarə edilməsi, Palatanın büdcə prosesində iştirakı və s. mövzularla bağlı məruzələr dinlənilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 3 ay davam etməsi nəzərdə tutulan təlimlərə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan son kurs tələbələri cəlb olunub. Təlimlərin sonunda yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi, eyni zamanda onların Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunmaları planlaşdırılır.

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək məzun oldu.

AzEdu.az xəbər verir ki, məzunlar Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH qrupları, Rus İqtisad Məktəbi, Maliyyə və Mühasibat, Biznes və Menecment fakültələrinin tələbələridir.

3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin diplomunu da əldə edəcəklər.

Beləliklə, UNEC ilə Montpellier Universitetinin ikili diplom proqramından məzun olan tələbə sayı 78 nəfər (2 nəfər əcnəbi tələbə olmaqla) oldu.

2023/2024-cü tədris ilində isə 15 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarəolunması” ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

Bakıda orta məktəblərin birində şagird ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

AzEdu.az xəbər verir ki, hadisə Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Şagirdin hansı səbəbdən yıxılması məlum deyil.

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, baş leytenant, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunda anadan olub. O, 2002-2006-cı illərdə AzTU-da təhsil alıb. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

AzEdu.az xəbər verir ki, Elçin Əzizov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. O, 2020-ci il oktyabrın 13-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Elçin Əzizov II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!