A.Naxçıvanlı bildirib ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının aktivinə yazılmış ilk qızıl medal da idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyəsindən xəbər verir: “Məlum olduğu kimi, hazırda qardaş Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir. Yarışların yeni başlamasına baxmayaraq Azərbaycan idmançıları artıq bir qızıl medal əldə ediblər. Əlbəttə ki, bu hələ yalnız başlanğıcdır. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfər çərçivəsində avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşləri idmançılarımızı daha böyük nailiyyətlərə ruhlandıran ən güclü stimul olacaq. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində Azərbaycan Prezidentinin idmançılarla görüşüb onlarla söhbətləşməsi artıq bir ənənə halını alıb. Bu ənənə isə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxladığının daha bir təsdiqidir. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim idmançılarımızın qələbələri həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa çempionatlarında artıq adi hala çevrilib”, - deyə deputat qeyd edib.
Daha sonra deputat IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirildiyini xatırladaraq bunları deyib: “Bu məqamda əlbəttə ki, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını da xatırlamaq yerinə düşər. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan digər beynəlxalq idman tədbirləri kimi, İslam Həmrəyliyi Oyunlarını da ən yüksək səviyyədə keçirməyi uğurla bacarmışdı. Bu mötəbər yarışın Bakıda təşkili irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsində respublikamızın malik olduğu potensial imkanları bir daha nümayiş etdirmiş, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrinin daha da genişlənməsinə səbəb olmuş, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bir qədər də artmasını təmin edib. Ölkəmizin Prezidenti İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu gün qardaş Türkiyədə də idmançılarımız yeni dostlar tapacaqlar. Çünki İslam Həmrəyliyi Oyunları həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən güclü amildir”.
A.Naxçıvanlı vurğulayıb ki, bu gün idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran ən vacib amillərdən biri də onların artıq qalib ölkənin təmsilçiləri olmalarıdır: “Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin bir qolu kimi ölkə gənclərinə və idmanın inkişafına göstərilən xüsusi diqqət, qayğı idmançılarımızın yüksək nəticələr əldə etməsini şərtləndirən əsas amillərdir. Lakin bu gün idmançılarımız üçün böyük stimul kimi çıxış edən daha bir vacib məqam mövcuddur. Bu stimul iki il bundan əvvəl əldə olunmuş tarixi Qələbəmizdir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da artıq bütün beynəlxalq yarışlarda məhz qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Öz çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Əlbəttə ki, döyüş meydanlarında əldə olunmuş tarixi Qələbə idman yarışlarında da yüksək nəticələr əldə etmək üçün ən güclü stimuldur. Heç bir şübhə yoxdur ki, Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında əldə edəcəkləri nailiyyətlərlə bunu bir daha təsdiq edəcəklər”.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandası ilə səfərdə qarşılaşan Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis deyib ki, Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Həmişə belə qələbələr olmur. Çünki klubların səviyyələri fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq.
Q.Qurbanov deyib ki, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörmətim var. O çox bacarıqlı mütəxəssisdir. Onun futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyimi deyə bilmərəm. S.Çerçesov çox yaxşı komanda formalaşdırıb. Bu gün futbolçularım hamısı qələbəyə layiq idilər. Çünki qələbəni çox istəyirdilər. Kadi Borges isə bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı.
Qeyd edək ki, Bakıda rəqibi ilə 1:1 hesabı ilə bərabərə qalan Azərbaycan çempionu “Ferensvaroş” komandasını Macarıstanda 3:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib və Çexiya təmsilçisi “Viktoriya”nın (Plzen) rəqibi olub.
Mən fotoqrafam. Bu sənəti çox sevməklə bərabər, hər zaman arzulamışam ki, fotoaparatımın obyektivinə xoş məzmunlu kadrlar düşsün. Konyada açılışı olan V İslam Həmrəyliyi Oyunlarında bir tərəfdən bu təntənəli mərasimin özü, digər tərəfdən isə Azərbaycana aid əzəmətli kadrları, Prezident İlham Əliyevin Müzəffər çöhrəsini obyektivə almaqdan çox xoşbəxtəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin gedişatında tanınmış türkiyəli fotoqraf Adəm Akca bildirib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi etdiyinə dair fotokadrları böyük sevgi ilə izlədiyini diqqətə çatdıran fotoqraf Adəm Akca deyib: “Bu cür beynəlxalq tədbirlərə kadrların gücü ilə yeni bir həyat vermək imkanı hər fotoqrafa nəsib olmur. Bakıdan sonra Konyada keçirilən həmrəylik yarışlarını izləməkdən və birlik çağırışlarımızı kadrlara köçürməkdə çox şanslıyam”.
Azərbaycanlı idmançıların Konyada böyük göstəricilər qazanacağına əminliyini ifadə edən fotoqraf Adəm Akca deyib: “Azərbaycanlı igidlər Qarabağda böyük Zəfər qazanaraq bütün türk dünyası üçün yeni bir qəhrəmanlıq irsi yaradıblar. Əminəm ki, eyni ruhun daşıyıcısı olan Azərbaycan idmançılar da Konyada güclərini dünyaya göstərəcəklər”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya
Mən fotoqrafam. Bu sənəti çox sevməklə bərabər, hər zaman arzulamışam ki, fotoaparatımın obyektivinə xoş məzmunlu kadrlar düşsün. Konyada açılışı olan V İslam Həmrəyliyi Oyunlarında bir tərəfdən bu təntənəli mərasimin özü, digər tərəfdən isə Azərbaycana aid əzəmətli kadrları, Prezident İlham Əliyevin Müzəffər çöhrəsini obyektivə almaqdan çox xoşbəxtəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin gedişatında tanınmış türkiyəli fotoqraf Adəm Alca bildirib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi etdiyinə dair fotokadrları böyük sevgi ilə izlədiyini diqqətə çatdıran fotoqraf Adəm Alca deyib: “Bu cür beynəlxalq tədbirlərə kadrların gücü ilə yeni bir həyat vermək imkanı hər fotoqrafa nəsib olmur. Bakıdan sonra Konyada keçirilən həmrəylik yarışlarını izləməkdən və birlik çağırışlarımızı kadrlara köçürməkdə çox şanslıyam”.
Azərbaycanlı idmançıların Konyada böyük göstəricilər qazanacağına əminliyini ifadə edən fotoqraf Adəm Alca deyib: “Azərbaycanlı igidlər Qarabağda böyük Zəfər qazanaraq bütün türk dünyası üçün yeni bir qəhrəmanlıq irsi yaradıblar. Əminəm ki, eyni ruhun daşıyıcısı olan Azərbaycan idmançılar da Konyada güclərini dünyaya göstərəcəklər”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya
S.Vəliyeva bildirib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümumilli lider Heydər Əliyevin ən çox diqqət ayırdığı sahələrdən biri də idman sahəsi olub. Ulu öndər Heydər Əliyev tərəfindən atılan addımlar, həyata keçirilən tədbirlər və qəbul olunan qanunlar nəticəsində qısa müddət ərzində idman sahəsində inkişaf dövrü başladı. Əsası Azərbaycan xalqının dühası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da ölkəmizdə idmanın inkşaf etdirilməsində böyük xidmətləri var.
Deputat deyib: “Ölkəmizdə idmana və idmançılara qayğı göstərilməsi dövlət siyasətinin prioritet hədəflərindən biridir. İdman sahəsinin inkşaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir. Bu diqqət və qayğının nəticəsidir ki, Bakı ilə yanaşı, Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, idman kompleksləri və zalları, stadionlar inşa edilmişdir. Bütün bunlarla yanaşı, idman sahəsi ilə bağlı qanunvericilik sahəsində təkminləşdirmə işləri aparılmış, yeni-yeni qanunlar qəbul edilmişdir. Ölkəmizdə idman sahəsinin inkşafı gənclərin sağlam və xüsusəndə vətənpərvər ruhda böyüməsində böyük rol oynamışdır. Sağlam və vətənpərvər ruhda böyüyən gənclərimiz İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərərək, torpaqlarımızı işğaldan azad etdilər. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya ölkələrinə nümunə olacaq idman siyasəti həyata keçirilir”.
“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın rəqibi Macarıstan çempionu “Ferentsvaroş” klubu olub.
Budapeştdəki “Groupama Arena”da oynanılan matç Azərbaycan çempionun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç, Bəhlul Mustafazadə, Kadi Borges, Abdullah Zubir, Toral Bayramov, Ramil Şeydayev və İbrahima Vadji yer alıb.
“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Tokmak Nquen, Anderson Esiti, Adnan Kovaçeviç, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Rasmus Telander, Frank Boli və Aissa Laiduni çıxıb.
İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi qarşılaşmada hesab yeddinci dəqiqədə açılıb. “Qarabağ”ın heyətində Kadi Borgesin məhsuldar ötürməsindən sonra Abdullah Zubir fərqlənib. Matçın birinci hissəsi 1:0 hesabı ilə “Qarabağ”ın üstünlüyü ilə başa çatıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 55-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Kadi Borgesin ötürməsindən sonra İbrahima Vadji rəqibin qapısından ikinci topu keçirib. Rəqibin qapısına növbəti qolu görüşün 78-ci dəqiqəsində Ramil Şeydayevin ötürməsindən sonra dubl edən İbrahima Vadji vurub. 86-cı dəqiqədə görüşdə dördüncü qol vurulub. “Ferentsvaroş” heyətində Adama Traore hesab arasındakı fərqi azaldıb.
Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.
Azərbaycan futbolu tarixində ikinci dəfə təmsilçimiz Çempionlar Liqasının pley-offunda oynayacaq. Eyni zamanda, bu oyunda “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.
Azərbaycan təmsilçisinin növbəti - pley-off mərhələsindəki rəqibi Moldovanın “Şerif” komandasından 2:1 hesabı ilə üstün olan Çexiyanın “Viktoriya” komandası olacaq. Bu cütün qalibi isə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə 23-24-də təşkil olunacaq.
Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində “Türk Yıldızları” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb.
Sonra Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edib. Konsert zamanı dron və işıq effektləri mərasimə xüsusi rəng qatıb.
Daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Bu möhtəşəm tədbirin tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışladılar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə qısa söhbət etdi.
Mərasimdə əvvəlcə səhnəyə çıxan rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandırdılar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, həmçinin ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.
Açılış mərasimində Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olundu. Kompozisiyanın sonunda işıq effektləri vasitəsilə səhnədə Türkiyə bayrağı və ay-ulduz fiquru təcəssüm etdirildi. Ardınca hərbçilər Türkiyənin Dövlət Bayrağını səhnəyə gətirdilər. Bayraq Türkiyənin Dövlət Himni – “İstiqlal Marşı”nın sədaları altında qaldırıldı.
Bayrağın qaldırılmasından sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı oldu.
Komandalar ölkələrin adlarının baş hərflərinə uyğun qaydada əlifba sırası ilə meydana daxil oldular. Əvvəlcə Əfqanıstan idmançılarının keçidi oldu. Azərbaycan atletləri meydana dördüncü daxil oldular.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışladılar.
Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova apardılar.
Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.
Komandaların keçidini ev sahibi – Türkiyə atletləri tamamladılar. Qardaş ölkəni bu yarışlarda 461 atlet təmsil edir.
Prezident Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev, digər dövlət və hökumət başçıları, azarkeşlər Türkiyə idmançılarını hərarətlə salamladılar.
Sonra Konya bölgəsinə məxsus “Qaşıq havası” rəqsi ifa olundu.
Adlarını Türkiyənin idman tarixinə qızıl hərflərlə yazdıran səkkiz atlet – cüdoçu Hülya Şenyurt, taekvondoçu Nur Tatar, güləşçi Yasemin Adar, karateçi Merve Çoban, ağır atlet Halil Mutlu, taekvondoçu Servet Tazegül və güləşçi Mehmet Akif Pirim İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını meydana gətirdi.
ISSF-in bayrağı qaldırıldıqdan sonra idmançıların və hakimlərin andı qəbul edildi. İdmançıların adından paralimpiyaçı kamandan oxatan Öznur Cüre, hakimlərin adından isə velosiped idmanı üzrə ədalət təmsilçisi Serkan Karademir and içdilər.
Açılış mərasimində Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha və ISSF-in prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud çıxış etdilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi.
Sonra atəşfəşanlıq oldu.
Ardınca V İslam Həmrəyliyi Oyunlarının proqramında yer alan 24 idman növünün 9 min illik tarixi olan Çatalhöyük mirasından ilhamlanaraq hazırlanan qrafiklərin müşayiəti ilə ecazkar təqdimatı nümayiş etdirildi.
Əsas qayəsi Mövlanə Cəlaləddin Ruminin “Biz birləşdirməyə gəldik, ayırmağa gəlmədik” olan açılış mərasimi maraqlı kompozisiyaların təqdimatı ilə davam etdi. “Salam olsun!” kompozisiyası ilə Türkiyədən bütün İslam dünyasına salam göndərildi. “Həmrəyliyin gücü” kompozisiyasının əsas qayəsi odur ki, İslam dünyası bir-biri ilə qovuşur, birlik olur. Dünya müsəlmanları həmrəyliyin gücü ilə birləşir. Bu, İslam dünyasının dəyərlər düşüncəsi ilə birləşməsinin və həmrəyliyinin göstəricisidir. “Elmin gücü” kompozisiyasında İslam dünyasının qızıl dövrü tərənnüm edilir. Bu hissədə dünya qaranlıq dövrünü yaşadığı bir zamanda İslam alimlərinin bütün insanlığa bu günümüzə qədər gəlib çatan bəşəri irs qoymaları təbliğ olunur. “Hikmətin gücü” kompozisiyasında böyük bir mədəniyyətin paytaxtı, elmin və hikmətin diyarı, könüllərin görüş yeri olan Konyanın miras qalan əsərləri təqdim olunur, bu qədim şəhərin tarixinə səyahət edilir. “Könüllər şəhəri: Konya” kompozisiyasında isə İslam aləminin müdriklərinin uzun illər elm və hikmət axtarışlarından sonra Konyaya üz tutmaları və bu şəhərdə İslam mədəniyyətinin ən nadir incilərini yaratdıqları tərənnüm olunur. “Eşqin gücü” kompozisiyasında bu gözəl diyarda kök salan hikmətli düşüncələrin öz bəhrəsini verdiyi, bu hikmətin və sevginin Konyanı “Könüllər şəhəri”nə çevirdiyi təbliğ edilir.
İdmanın birləşdirici gücü ilə həmrəyliyi inkişaf etdirməyi hədəfləyən V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatdı.
V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.
Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.
İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İkinci İslamiada 2017-ci ildə İranın paytaxtı Tehranda, üçüncü yarış isə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi.
Türkiyənin dövlət başçısı da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı.
Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə etdi və şəhidlərlə bağlı başsağlığı verdi.
Dövlətimizin başçısı dəstəyə və başsağlığına görə təşəkkür etdi.
Görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Avqustun 16-da saat 19:30-da Bakıdakı Rus evində (RİMM) "İkinci Vətən. Osetinlər Azərbaycanda" kitabının təqdimatı keçiriləcək.
Mətbuat mərkəzindən (RİMM) AZƏRTAC -a bildiriblər ki, əsər Azərbaycandakı osetin diasporunun nümayəndələrinə, o cümlədən siyasətçilərə, hərbçilərə, alimlərə, din xadimlərinə, yaradıcı ziyalılara həsr edilib.
Əslən osetiyalılar Azərbaycanın müxtəlif inkişaf illərində ölkənin mədəni və siyasi həyatında parlaq və əlamətdar şəxslərə çevrilirdilər.
Kitabda, Azərbaycanda osetinlərin ailələri haqqında müəlliflər tərəfindən toplanan və sistemləşdirilən bioqrafik, sənədli və foto materiallar təqdim olunub.
Təqdimatı Rusiya Elmlər Akademiyasının Vladikavkaz Elmi Mərkəzinin Şimali-Osetiya humanitar və sosial tədqiqatlar İnstitutunun etnologiya şöbəsinin aparıcı elmi işçisi, geneoloji tədqiqatlar sektorunun müdiri İslambek Marzoyev keçiricək.
“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubuna qalib gələrək pley-off mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da oynanılan matç Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi oyunda komandamızın heyətində 7-ci dəqiqədə Abdullah Zubir, 55-ci və 78-ci dəqiqələrdə isə İbrahima Vadji fərqlənib. 86-cı dəqiqədə meydan sahiblərindən Adama Traore hesab arasındakı fərqi azaldıb. Azərbaycan təmsilçisi pley-off mərhələsində Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, rəqibin qapısına qolu görüşün 78-ci dəqiqəsində Ramil Şeydayevin ötürməsindən sonra İbrahima Vadji vurub.
Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə Bakıdakı ilk qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
AZƏRTAC xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində bu barədə paylaşım edilib.
Paylaşımda deyilir: "Kubanın Matanzas şəhərində neft müəssisəsində 17 yanğınsöndürənin itkin düşməsi və bir çoxunun yaralanması ilə nəticələnən yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəylik ifadə edirik”.
AZƏRTAC xəbər verir ki, bu, üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Viktoriya” (Plzen, Çexiya) - “Şerif” (Moldova) görüşündə müəyyənləşib.
Azərbaycan təmsilçisi bu mərhələdə Macarıstan çempionunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti görüşdə Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.
Ötən həftə Moldovada keçirilən ilk qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanan Plzen şəhərinin təmsilçisi Çexiyada təşkil olunan cavab oyununda da qalib gəlib.
Meydan sahibləri rəqibini yenə də eyni hesabla məğlub edərək pley-off mərhələsinə yüksəlib.
Çexiya çempionunun rəqibi hazırda davam edən “Ferensvaroş” – “Qarabağ” matçında dəqiqləşəcək. Komandamız hazırda Budapeştdə “Ferentsvaroş”la qarşılaşır. İlk hissədən sonra hesab Ağdam klubunun xeyrinədir - 1:0.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 16-17-də və 23-24-də təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın heyətində Kadi Borgesin ötürməsindən sonra İbrahima Vadji rəqibin qapısından ikinci topu keçirib.
Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə Bakıdakı ilk qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
AZƏRTAC paylaşımı təqdim edir: “V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi. Konya, Türkiyə. 09.08.2022”.
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Ferentsvaroş” matçının birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da keçirilən oyunun birinci hissəsi 1:0 hesabı ilə “Qarabağ”ın üstünlüyü ilə yekunlaşıb.
Görüşün 7-ci dəqiqəsində Abdullah Zubir Ağdam komandasını hesabda önə çıxarıb.
Oyunu ispaniyalı baş hakim Karlos del Serro Qrande idarə edir.
Qeyd edək ki, bu qarşılaşmanın qalibi Çempionlar Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovada baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
“Qarabağ”-“Ferentsvaroş” oyununda uduzan komandası isə yolunu UEFA Avropa Liqasında davam edəcək. Həmin komanda pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) klublarından biri ilə görüşəcək. Meydan sahibləri İrlandiyadakı ilk oyunda 3:1 hesablı qələbə qazanıblar.
Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə paytaxtımızdakı ilk qarşılaşmasında qollu heç-heçə qeydə alınmışdı - 1:1.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydıqları birgə məlumatda bildirilir.
Hadisə zamanı binada yaşayan sakinlərdən hazırda xəstəxanaya müraciət edən olmayıb.
Yanğının söndürülməsi ilə bağlı tədbirlərə cəlb edilmiş Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, onlara tibbi yardım göstərilib, hazırda vəziyyətləri normaldır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin gedişatında Türkiyənin tanınmış “BBN Haber” saytının idman müxbiri Tolga Durmaz ifadə edib.
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi etdiyini xatırladan müxbir Tolga Durmaz deyib: “İdman dünyada ən geniş yayılan mədəniyyət nümunəsidir. İdman fiziki və mənəvi sağlamlıq deməkdir. Tarixin bütün əcdadarımız öz övladlarını, sağlam, cüssəli, cəsur görmək istəyiblər. Adından da göründüyü kimi bu oyunlar ümmətimizin həmrəyliyinə xidmət edir. Eyni zamanda bu oyunların qeyr-müsəlman idmançılar üçün də açıq olması millət və ümmət olaraq humanistliyimizi tərənnüm edir”.
Müxbiri Tolga Durmaz əminliklə bildirib ki, müasir Bakıdan sonra qədim Konyanın V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi qardaşlıq münasibətlərimizin qorunması və inkişafı üçün olduqca vacib amildir. Bütün bu işlər dövlətçilik tariximizə qızıl hərflərlə yazılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və digər rəsmi şəxsləri qarşıladı.
Prezident Rəcəb Tayyib Ərdoğan dövlət, hökumət və nümayəndə heyətləri başçıları ilə söhbət etdi.
Sonra şam yeməyi oldu.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq dedi: “V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu qardaşlıq süfrəsi ətrafında sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram. Həzrət Mövlanənin şəhəri Konyamıza hamınız xoş gəlmisiniz. Sizin şəxsinizdə İslam dünyasının müxtəlif bölgələrindən Oyunlarda iştirak edən bütün idmançılarımıza və komandalarımıza da “Xoş gəldiniz!” deyirəm.
İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.
Prezident Rəcəb Tayyib Ərdoğan pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra V İslamiadanın keçirilməsindən məmnunluğunu ifadə etdi, Oyunlara marağın böyük olduğunu vurğuladı. Dünyada gərginliklərin, iqtisadi çətinliklərin yaşandığını, müsəlmanlara qarşı bütün sahələrdə ayrı-seçkiliyin ciddi narahatlıq doğurduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Konyadan bütün dünyaya ötürüləcək qardaşlıq mesajlarının bu ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verəcəyinə əminliyini bildirdi.
Türkiyə Prezidenti bütün komandalara və idmançılara uğurlar arzuladı.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və digər rəsmi şəxsləri qarşıladı.
Prezident Rəcəb Tayyib Ərdoğan dövlət, hökumət və nümayəndə heyətləri başçıları ilə söhbət etdi.
Sonra şam yeməyi oldu.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq dedi: “V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu qardaşlıq süfrəsi ətrafında sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram. Həzrət Mövlanənin şəhəri Konyamıza hamımız xoş gəlmisiniz. Sizin şəxsinizdə İslam dünyasının müxtəlif bölgələrindən Oyunlarda iştirak edən bütün idmançılarımıza və komandalarımıza da “Xoş gəldiniz!” deyirəm.
İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyev və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.
Prezident Rəcəb Tayyib Ərdoğan pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra V İslamiadanın keçirilməsindən məmnunluğunu ifadə etdi, Oyunlara marağın böyük olduğunu vurğuladı. Dünyada gərginliklərin, iqtisadi çətinliklərin yaşandığını, müsəlmanlara qarşı bütün sahələrdə ayrı-seçkiliyin ciddi narahatlıq doğurduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Konyadan bütün dünyaya ötürüləcək qardaşlıq mesajlarının bu ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verəcəyinə əminliyini bildirdi.
Türkiyə Prezidenti bütün komandalara və idmançılara uğurlar arzuladı.
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam)-“Ferentsvaroş” (Macarıstan) oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın heyətində Abdullah Zubir yeddinci dəqiqədə fərqlənib.
Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə Bakıdakı ilk qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.