Bayden və Makron Ərdoğana nə deyiblər?

ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsi çərçivəsində iyunun 14-də baş tutmuş görüşü müsbət qiymətləndiriblər. Eyni zamanda Fransa prezidenti Makron və Ərdoğan da müsbət görüş haqqında danışıblar. Bu görüş də iyunun 14-də baş tutub. Hər iki görüş kontekstində tərəflər fikir ayrılıqlarını aradan qaldırmaq haqqında danışmırlar, lakin görüşü müsbət qiymətləndirərək bəlkə də ümumi razılaşmaları da əvvəlcədən qeyd edirlər. NATO tərəfdaşlarının Türkiyə ilə ümumi razılaşmaları şübhəsiz ki, Qafqazı da əhatə edib və Qafqazda təsdiq edilmiş formata qarşı təsirə malik ola bilər.

Başqa cür desək, NATO tərəfdaşları ilə müəyyən razılaşma halında Türkiyə özünü daha güvənli hiss edə bilər, bu isə öz növəsində o demək olacaq ki, Rusiya və ya Türkiyə Qərb, xüsusən də ABŞ ilə elə bir razılaşmaya gəlməlidir ki, Rusiya bundan heç də az etimad qazanmayacaq və Türkiyəyə sahib olmaq üstünlüyünə imkan verməyəcək, yaxud Qərblə sərt müqaviməti davam etdirmək üçün Türkiyənin şərtlərini qəbul etməyə məcbur olacaq və bu kontekstdə əlavə güzəştlərə gedə bilər və ya bu məsələ Qafqaz mənasında da rus-türk gündəminə düşə bilər.

Bu mənada iyunun 16-da gözlənilən Bayden-Putin görüşünə paralel olaraq Bayden və Makronla görüşlərindən sonra Ərdoğanın qlobal mənada “rus-türk sərhədi”nə çevrilmiş Şuşaya getməsi tamamilə təsadüfi deyil.

Asif Cəfərov
Ordu.az

 

Mənbə:
0
401
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar