Çeçen müdafiə gücləri Rusiya bayrağından imtina etdi - Səbəb

Çeçenistan sərbəst şəkildə yerli müdafiə güclərinin hərbi təlimini keçirir. Hərbi texnikada demonstrativ şəkildə Rusiya bayraqlarından və ya hər hansı dövlət simvolunu istifadə etməkdən imtina ediblər.

Axar.az xəbər verir ki, bu sözləri siyasi analitik, politoloq Turab Rzayev bildirib.

O qeyd edib ki, hərbçilər Çeçenistan sərhədləri boyu (800 km) tədbirlər keçirəcəklər. Bundan başqa Çeçenistan digər subyektlərlə arasına sərhəd postları qoyacaq:

“Məsələnin maraqlı tərəfi bu addımın Rusiyada geniş rezonans doğurması, hətta qatı Putin dəstəkçilərini də açıq şəkildə narahat etməsidir.

Çeçenistan rəhbərinin addımının iki potential izahı var. Hər ikisi Rusiya üçün pozitiv nəsə vəd eləmir:

1) Çeçenistan postputin dövrünə hazırlaşır. Bu dövrdə yenə daxili çəkişmələr, sərhəd mübahisələri, hərc-mərclik gözlənilir. Ramzan Kadırov öz ölkəsini və sərhədlərini dəqiq müəyyən etməklə, potensial vətəndaş müharibəsindən kənarda qalmağa çalışır. Bu hal öz növbəsində Çeçenistan rəhbərinin artıq Rusiyanın və Putinin gələcəyinə inanmadığını göstərir. Əgər Moskva Kadırovun xərclərini ödəyə bilməsə və ya başqa fikir ayrılığı yaransa, Qafqazda üçüncü müharibə vaxtından əvvəl başlaya bilər.

2) Rusiya özü buna nəzarət edir. Bu halda da Rusiya artıq Cənubi Qafqazda nəzarəti itirdiyini başa düşür, öz sərhədlərini daha şimala çəkir və adəti üzrə periferiyasında münaqişə ocağı yaradır. 90-larda Moskva çıxdığı hər yerdə münaqişə ocağı qoyub çıxmışdı. İnquşetiyaya aid ərazilərin alınıb Çeçenistana verilməsi, hardasa eyni xalq olan çeçenlər və inquşlar arasında etnik zəmində qarşıdurmaların yaradılması da məhz buna hesablanıb. Bu halda da belə anlaşılır ki, Rusiya dərin dövləti artıq gələcəyi, postputin dövrünü qaranlıq görür”.

0
9145
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar