Cəlilabadda yol polisi reyd keçirdi

Cəlilabadda yol polisi reyd keçirdi

Press.az-ın məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb. Bu cür tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı izah olunub, barələrində qanunamüvafiq tədbirlər görülüb.

Mənbə:
0
158
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar