MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış sazişə dəyişikliklər edilməsi barədə Protokol təsdiqlənib

Prezident İlham Əliyev "Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Qanunda qeyd edilir ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış "Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol" Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

Mənbə:
0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar