Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb.

Məlumatı “Caliber” yayıb.

Məlumata görə, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb.

Təbii ki, Vardanyan artıq başqa yolunun olmadığını anladı. İndiyədək bu istiqamətdə Azərbaycan dövlətinin, dövlət başçısı İlham Əliyevin apardığı siyasət öz nəticəsini verir.

Qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan dövləti heç bir halda quldur dəstəsinin ərazimizdə istədiyi kimi davranmasına imkan verməyəcəyini bəyan etdi. Laçın yolunda keçirilən və indi də davam etməkdə olan aksiya ilə vətəndaş cəmiyyətimiz də öz mövqeyini ortaya qoydu. Nəticədə Vardanyan çox güman ki, hansısa sülhməramlı maşının yük yerində, bəlkə də çirkli paltarların içində aradan çıxdı.

Əgər kimsə bir daha Vardanyanın, yaxud Vardanyan funksiyalı marioentin Qarabağa göndərilməsinə cəhd etsə, Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi ilə üz-üzə qalacaq.

44 günə Qarabağı geri qaytaran Azərbaycan dövləti, Ordusu üçün bu kimi quldurları cəzalandırmaq təbii ki, çox asan bir işdir. Ancaq Azərbaycan dövləti hər zaman Qarabağdakı ermənilərə diqqətlə yanaşıb. Dəfələrlə bəyan edilib ki, bizim orada yaşayan sadə vətəndaşla düşmənçiliyimiz yoxdur. Ölkə Prezidenti bildirib: “Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır”.

Bu fikrin ardınca artıq şərhə də gərək yoxdur. Kim bayrağımızın altında, dövlətimizin nəzarətində, ədəb-ərkanı ilə yaşamaq istəyirsə, yaşaya bilər. Ermənilər artıq özləri də quldur Vardanyanın ətrafında birləşmənin mənasız olduğunu dərk edir. Onlar baş verənləri doğru-düzgün təhlil edə bilsələr, bu kimi adamların arxasınca bir daha getməzlər. Çünki bütün bunların sonu yoxdur. Vardanyan kimisi üçün xalq yox, sərvət önəmlidir. Necə ki, elə sanksiyalara görə Rusiyadan qaçıb, Qarabağda gizlənmişdi...

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında “yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur” deməsi müzakirəyə səbəb olub.

Baş direktorun sözlərinə inanmayıb, narahatlıq keçirənlər az deyil. Bildirilir ki, əvvəlcədən güclü zəlzələnin olub-olmayacağı dəqiq bilinsəydi, Türkiyə və digər ölkələr ehtiyat tədbirləri görərdilər.

Qurban Yetirmişli pravda.az-a açıqlamasında fikirlərinə aydınlıq gətirib.

“Kim nə deyir, özü bilər. Mən dediyimi demişəm. Yaxın günün biri ötdü. İndi ikincisi-üçüncüsü yaxınlaşır. Yaxın gün nədir? Bir, iki, üç gündür. Mən dedim ki, güclü zəlzələ gözlənilmir. Xırda zəlzələ, onsuz da, həmişə var. Hiss olunanı da olur. Bu, zəlzələ deyil. Təki həmişə belə olsun. Narahat olmayın”, - baş direktor deyib.

Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır.

Bu barədə diplomatik mənbələrdən haqqin.az-a əməliyyat məlumatları daxil olub.

Məlumata görə, onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Hazırda İİKK-nin əsasən etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşir və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti hazırlıq işləri aparır.

Sayt qeyd edir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan İİKK generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta İİKK-nın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var.

Məlumata görə, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək.

Azərbaycan ordusunun əsgərləri şəklində olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək.

Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə İİKK-nın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bunda İranın “Şahid” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi mümkündür.

Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub.

Xatırladaq ki, ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu da təsdiqlənib.

Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt təsadüfi seçilməyib. Göründüyü kimi, Ermənistan və İran hesab edir ki, baş verən dəhşətli zəlzələdən sağ çıxan və daxili problemlərin həllində iştirak edən Türkiyə bu vəziyyətə lazımi şəkildə müdaxilə edə bilməyəcək. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar.

19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, milli ilk oyununu martın 22-də Fransaya qarşı keçirəcək.

Futzal, AVRO-2023
5-ci qrup
Fransa – Azərbaycan
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Bosniya və Herseqovina – Azərbaycan
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00

Azərbaycan – Yunanıstan
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Polşada Ukraynanın "Rux" (Lvov) və "İnter" arasında keçirilən UEFA Gənclər Liqasının pley-off oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda əlavə vaxt oynanılmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:3) Lvov təmsilçisi sensasiyaya imza ataraq, adını növbəti mərhələyə yazdırıb.

Məsiyev qarşılaşma ərzində 5 dəfə əlini cibinə atıb. O, "Rux"dan 4, "İnter"dən isə 1 futbolçuya sarı vərəqə göstərib.

"Sabah" qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlar üçün ayrılmış yardımın ilk partiyasını bu ölkəyə göndərib.

Sportal.az xəbər verir ki, "Soldati Di Sabah" fanklubunun başlatdığı yardım kampaniyasına "Sabah"ın futbolçuları və əməkdaşları da dəstək veriblər.

Təbriz “Traxtor”unun azarkeşləri Türkiyəyə dəstək nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, güneylilər “Havadar”la hesabat turunda keçirilən matçda “Türkiyə, başın sağ olsun, Azərbaycan var olsun!” şüarını səsləndiriblər.

Qarşılaşma “Traxtor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə Premyer Liqasının beş klubu "Mançester Siti"nin turnirdən uzaqlaşdırılmasını tələb edir.

Sportinfo.az xəbər verir ki, buna səbəb "şəhərlilər"in çoxsaylı maliyyə pozuntularında ittiham olunmasıdır.

Həmin klublar arasında "Mançester Yunayted”, “Arsenal”, “Çelsi”, “Tottenhem” və “Liverpul”un adı var.

"Mançester Siti" hazırda Premyer Liqada ən yüksək büdcəsi olan klubdur (1,05 milyard avro).

“Qalatasaray”ın ulduz futbolçusu Dris Mertens atdığı addımla diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, belçikalı futbolçu İstanbul təmsilçisinin zəlzələdən əziyyət çəkənlərə etdiyi yardım toplama kampaniyasına qoşulub.

O, “NEF Stadionu”ndakı təsislərə gələrək zəlzələ bölgəsinə gedən yardımların maşınlara yüklənməsinə kömək edib.

Azarkeşlər də buna görə futbolçuya təşəkkürlərini bildiriblər.

Türkiyədə baş verən zəlzələ nəticəsində daha bir futbolçu həlak olub.

Sportinfo.az xəbər verir ki, “Kahramanmaraş İstiklalspor”un futbolçusu Hakan Doğan zəlzələ nəticəsində dünyasını dəyişib.

Onun cəsədi dağıntılar altından çıxarılıb.

“Turan Tovuz”un mövsümün ikinci yarısında daha təkminləşmiş komanda təsiri bağışladığını daha əvvəldən sezmişdik.

Bölgə klubu məğlub olduğu “Qarabağ” (2:3), “Sumqayıt” (1:2) matçlarında kifayət qədər parlaq futbolla yadda qalmışdı.

Sadəcə, şanssızlıq xal və ya xallar qazanılmasının önündə ciddi sədd olmuşdu.

Şamaxıda isə bu da Ayxan Abbasovun yetirmələrinə mane olmadı. Əksinə, yanında oldu.

Məsələn, Rauf Hüseynlinin ikinci yarının əvvəlindəki baş zərbəsindən sonra topun qapı torunu silkələmədiyinə görə tovuzlular indi də şansa minnətdar ola bilərlər.

Ümumilikdə isə aşağı-yuxarı bərabər səviyyədə oyun keçdi.

İlk dəqiqələrdən sezmək olardı ki, qolu vuran qalib gələcək. Həmin bəxtəvər tərəf qonaqlar oldu.

54-cü dəqiqədə baş işlədərək topu Rəşad Əzizlinin qapısından keçirən Tərlan Quliyev əhəmiyyətli qələbənin qəhrəmanı olmağı bacardı.

Qərb təmsilçisi bu səfər qələbəsi üçün nə az, nə çox 5 ay səbr etməli olmuşdu. 15 tur əvvələ təsadüf edən sonuncu səfər qələbəsi də Şamaxıda baş tutmuşdu (1:0).

Məncə, bu 3 xal gec oldu, amma yerində gəldi. Abasovun yetirmələri növbəti üç xalla ilk “beşlik”də qərarlaşan “Qəbələ” ilə xal fərqini 7-yə endirdi.

Premyer Liqada qalmaq uğrunda mübarizə apardığı aşağıdakı rəqiblərin uğursuz olduğu turda ( yalnız “Kəpəz” aktivinə 1 xal yazdıra bilib) onlardan uzaqlaşmağı bacardı.

Xəbər verdiyimiz kimi, yaxın günlərdə bölgə klubu yeni sponsorla əməkdaşlığa start verir.

Yəqin ki, yeni tərəfdaşlar da matçı izləyənlər arasında olub. Onları qələbə ilə qarşılamaqdan gözəl hadisə?

XANOĞLAN İMANOV

"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, ən ucuz biletin qiyməti 5 avro təşkil edir. Ən bahalı bilet isə 35 avrodur.

Fevralın 23-də "Gelamko Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Komandalar arasında ilk görüş fevralın 16-da Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun başlama saatı 21:45-dir.

“Qəbələ” Premyer Liqanın 20-ci turunu məğlubiyyətlə başa vurdu.

Doğma meydanda “Sabah”ı qəbul edən bölgə klubu böyük hesabla uduzdu – 0:3.

Bunda “qırmızı qaralar”ın mərkəz müdafiəçisi Ruan Renatonun erkən qırmızı vərəqə alması da az rol oynamadı.

27-ci dəqiqədə öncə David Volkova qarşı kobudluq edən braziliyalı ardınca hakimlərin üzərinə şığıdı.

Baş hakim Vüqar Həsənli anında qırmızı vərəqəni göstərərk onu meydandan qovdu.

29 yaşlı legionerin meydandan qovulması tribunalarda əks effek verdi.

Renato komandasını pis vəziyyətdə qoyduğu üçün tərəfdarlardan təzyiq yox, alqış eşitdi.

Həmin anın görüntülərin təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

"Neftçi" qış "transfer pəncərəsi" zamanı heyətinə üç yeni futbolçu cəlb etdi.

Sportinfo.az xəbər verir ki, Höccət Haqverdi, Kilan Lebon və Mateus Saldanya ilə müqavilə imzalandı.

Saytımıza daxil olan məlumata görə, "ağ-qaralar"ın transfer siyahısında yer alan futbolçulardan biri də Jeremi Manzorrodur.

31 yaşlı hücumameyilli yarımmüdafiəçi "Neftçi"yə təklif edilib. Fransalının bu komandaya keçib-keçməyəcəyi ən yaxşı halda, yayda bəlli olacaq. Hazırda isə fransalı klubsuzdur.

Karyerası ərzində “Reyms”, “Çernomorets”(Burqas), “Anortosis”, “Slaviya”(Sofiya), “Paykan”, “Suduva”, “Jalqris”, “İrtış”, “Şaxtyor”(Karaqanda), “Tobol” klublarında oynamış Manzorronun son klubu “Astana” olub.

“Bura qələbə üçün gəlmişdik və istəyimizə çatdığımız üçün hədsiz sevincliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Şamaxı” görüşü ilə bağlı danışan qonaqların hücumçusu Runi Eva deyib.

8 qolla komandasının ən məhsuldar futbolçusu olan kamerunlu forvard rəqib qapısının torunu silkələyə bilməsə də, qərblilər Tərlan Quliyevin qolu sayəsində aktivinə 3 xal yazdı.

Maraqlıdır ki, “Turan Tovuz” cari mövsümdə 1-i çempionatda, digəri ölkə kubokunda olmaqla Şamaxıya səfər etdiyi 2 görüşdə qalib gəlmişdi və hər iki matçda 0:1 hesabı qeydə alınmışdı.

Runi bu rəqib üzərində qalib gəlmək üçün xüsusi resept hazırlamadıqlarını deyib, əsas hədəf kimi baş məşqçi Ayxan Abbasovu göstərib:

“Şamaxı” çətin rəqibdir. Heyətlərində əcnəbi futbolçular olmasa da, sürətli və mübarizə aparmağı sevən yerli oyunçular var. 90 dəqiqə dayanmadan qaçırlar, döyüşürlər.

Bu cür komandalara qarşı oynamaq çətin olsa da, baş məşqçimiz bizə lazım olan tapşırıqları vermişdi. Yalnız qələbə haqda düşünürdük.

Çünki çempionatda uzun müddət idi qələbəyə həsrət qalmışdıq. İstədik, mübarizə apardıq və hədəfə çatdıq.

Məni ən çox sevindirən Tovuzdan Şamaxıya gələn azarkeşlərin üzünün gülməsidir. Onların sevinməsi nəyə desəz dəyər”.

“Turan Tovuz” qazandığı qələbə sayəsində xalların sayını 20-yə yüksəldərək 6-cı pillədəki mövqeyini qoruyub.

HƏBİB

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.

“Əl-Nəsr”ın hücumçusu Kriştianu Ronaldonun imzalı forması hərracda satılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə millisinin və "Atalanta"nın müdafiəçisi Merih Dəmiral tviter hesabında paylaşıb.

O, bu barədə Ronaldo ilə danışdığını da bildirib.

Hərracdan əldə edilən gəlir Türkiyədəki zəlzələlərdən zərərçəkənlərə ianə olunacaq.

İlkin satış qiyməti ilə bağlı isə hələlik məlumat verilməyib.