Bəzi hallarda istifadəçilər bu və ya digər messencerdə mesajı göndərəndən sonra onu silmək qərarına gəlirlər. Whatsapp-da artıq uzun zamandır ki, bu cür mesajları silmək imkanı mövcuddur. Lakin bu günə kimi bu zaman limiti yalnız 1 saat təşkil edirdi. Belə ki, istifadəçi göndərdiyi mesajı 1 saat ərzində silə bilərdi. İndi isə Whatsapp bu zaman limitinin artdığını elan edib. Beləliklə verilmiş rəsmi məlumata əsasən bundan sonra istifadəçilər göndərilmiş mesajın silinməsi üçün 2 gün vaxta sahib olacaqlar.

Bunun üçün sadəcə olaraq silinməsi planlaşdırılan mesajı seçib hamı üçün silmək seçimini klikləmək lazımdır. Maraqlısı ondadır ki, mesajın silinməsi yolunda 2 gün vaxt limitinin əldə edilməsi üçün həm mesajı göndərən həm də mesajı qəbul edən şəxs Whatsapp-ın ən son versiyasına sahib olmaldır. Bununla belə mesajı qəbul etmiş şəxs mesajın silindiyi barəsində bildirişi belə əldə etməyəcək. Bu gün biz Whatsapp ilə bğlı daha bir xəbər vermişdik. Belə ki, yaxın zamanda Whatsapp istifadəçiləri messencer daxilində öz telefon nömrələrini gizlədə biləcəklər.

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib. Tizer materiallarda sərgilənən yeni məhsullar 11 avqust tarixində təqdim olunacaq. Söhbət, qatlana bilən Xiaomi Mix Fold 2 smartfonundan, Buds 4 Pro adlı naqilsiz qulaqlıqlardan və Mi Pad 5 Pro 12.4 planşetindən gedir. Hələ bir neçə müddət bundan öncə sertifikatlaşdırmadan keçmiş Mix Fold 2 smartfonu 12 GB RAM-a və 512 GB / 1TB daxili yaddaş həcminə sahib olacaq. Bununla yanaşı yeni qatlana bilən smartfon özündə 67 vatt gücündə sürətli şarj texnologiyasını da birləşdirəcək. İnsayderlər həmçinin Mix Fold 2-nin sahib olacağı kameraların göstəriciləri barəsində də məlumat veriblər.

Beləliklə smartfon üçlü arxa kameraya sahib olacaq. Onlardan biri 50 MP, ikincisi 13 MP (ultragenişbucaqlı obyektiv), üçüncüsü isə teleobyektiv olacaq. Təsvirlərin emal olunmaları üçün nəzərdə tutulmuş Surge C1 adlı çip də smartfona yerləşdiriləcək. Xiaomi-nin Leica şirkəti ilə əməkdaşlıq etməsi səbəbilə Mix Fold 2-nin kameraları sözügedən şirkətin alqoritmlərini və filtrlərini əldə edəcəklər. Buds 4 Pro adlı yeni naqilsiz qulaqlıqlara gəldikdə isə onların texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Lakin Xiaomi tərəfindən təqdim edilmiş tizer video vasitəsilə yeni qulaqlıqların dizaynlarını qiymətləndirmək olar.

İnsayderlər Mi Pad 5 Pro 12.4 planşetinin sahib olacağı texniki özəlliklər barəsində məlumata sahib deyillər. Lakin təqdim edilmiş reklam posterindən belə qənaətə gəlmək olar ki, yeni planşet Mi Pad 5 modelinin bir qədər böyüdülmüş versiyasıdır. Reklam posterindən də görmək olar ki, planşetin arxa panelində üçlü arxa kamera yerləşdirilib və arxa kamera dizaynı, Xiaomi 12 smartfon seriyasının arxa kamera dizaynına bənzəyir. Bəzi şayiələrə əsasən Mi Pad 5 Pro 12.4 planşeti Qualcomm-un 8 nüvəli Snapdragon 870 prosessoru vasitəsilə çalışacaq və adi Mi Pad 5-dən fərqli olaraq daha böyük həcmli batareyanı özündə birləşdirəcək.

Yaxın gələcəkdə Whatsapp-ın Android versiyasında istifadəyə veriləcək yeni funksiya barəsində məlumat verilib. Söhbət, istifadəçilərin öz telefon nömrələrini digərlərindən gizlədə bilmək funksiyasından gedir. Məlumata əsasən hal hazırda sözügedən funksiya hazırlanma mərhələsindədir. Onun nəticədə hamı üçün aktiv olub-olmayacağı bilinmir. Yeni funksiyanın özü isə Whatsapp-ın Android üçün nəzərdə tutulmuş beta versiyasında aşkar edilib. Məlumata əsasən yaxın zamanda messencerin Android versiyasındakı istifadəçilər ayrı-ayrı qruplarda öz telefon nömrələrini digərlərindən gizlədə biləcəklər. Standart olaraq bu funksiya deaktivdir və o, yalnız Communities iştirakçılarını əhatə edəcək.

Communities-ə daxil olmuş istifadəçinin telefon nömrəsi avtomatik olaraq gizlədilmiş olacaq. Lakin istifadəçi Communities çərçivəsində bu və ya digər qrupa daxil olandan sonra o öz itəyinə uyğun olaraq telefon nömrəsini daxil olduğu qrup üzvləri üçün görünən edə biləcək. Təqdim edilmiş screenshot foto bu funksiyanın qrup çatları ayarlarında necə görünəcəyini sərgiləyir. Communities-dən kənarda bu cür funksiya aktiv deyil. Bunun müəyyən müddətlik və ya həmişəlik belə olacağı da bilinmir. Qeyd etmək lazımdır ki, Telegram kimi messencerlər artıq uzun müddətdir ki, istifadəçilərə öz telefon nömrələrini gizlədə bilmək imkanını təqdim edirlər.

Məşhur analitik Ming-Chi Kuo investorlar üçün nəzərdə tutulmuş analitik qeydini təqdim edib və həmin qeyddə o, Apple şirkətinin öz qarışıq reallıq (AR+VR / Mixed Reality) cihazını 2023-ü ilin yanvar ayında təqdim edəcəyini təsdiqləyib. Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxartmağı planlaşdırır. Belə ki, sözügedən cihaz premium seqmentə aiddir və onun qiyməti 2000$-dan yüksək olacaq. Bununla yanaşı analitik qeyd edib ki, şirkət artıq sözügedən cihazın ikinci nəsli üzərində çalışmağa başlayıb və həmin cihaz 2024-cü ilin ikinci yarısında təqdim oluna bilər. Bununla yanaşı analitik bildirib ki, Apple həmçinin birinci nəsil MR cihazın daha büdcəli versiyasını planlaşdırır və o, ikinci nəsil cihaz ilə birlikdə təqdim oluna bilər.

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət ilk MR cihazının prototipini artıq direktorlar şurasının üzvlərinə sərgiləyib. Beləliklə bu cihaz son hazırlanma mərhələsindədir. Apple sözügedən cihaz üzərində bir neçə il ərzində çalışsa da, bir neçə müddət bundan öncə onun qızması və performansı ilə bağlı problemlər ortaya çıxıb. Buna görə də şirkət MR cihazın təqdimatını bu ildən gələn ilin əvvəlinə keçirdib. Gözləntilərə əsasən MR cihaz 14 və 16 düym ölçülü MacBook Pro-larda istifadə edilən M1 Pro prosessoru ilə təchiz olunacaq. İstifadəçinin əllərinin və əl hərəkətlərinin izlənməsi üçün isə cihaz 10-a yaxın kameranı özündə birləşdirməlidir. Bundan əlavə olaraq MR cihazın 8K keyfiyyətində ekranlarla təchiz olunacağı və istifadəçinin göz hərəkətlərini izləyə biləcək sistemin dəstəyinə sahib olacağı gözlənilir.

Ice Universe ləqəbli məşhur insayder öz bloqunda Xiaomi şirkətinin yeni qatlana bilən smartfon modelinin keyfiyyətli render fotolarını təqdim edib. Söhbət, Xiaomi Mix Fold 2-dən gedir. Fotolardan əlavə olaraq insayder hazırlanan bu smartfonun qiyməti və bəzi texniki özəllikləri barəsində məlumatlar verib. Beləliklə təqdim edilmiş render fotolara əsasən demək olar ki, konstruksiya baxımından Mix Fold 2 xarici görünüşcə Samsung Galaxy Z Fold-u xatırladacaq. Fotolardan da görmək olar ki, smartfonun xarici ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşdirilib. Lakin görünür, əsas ekranda ön kamera ekranın alt hissəsində yerləşəcək.

İnsayder bildirib ki, Mix Fold 2-nin ekran çərçivələri birinci nəsil Mix Fold-un ekran çərçivələrindən daha nazik olacaq. Qiymətə gəldikdə isə insayder qeyd edib ki, smartfon baha qiymətə satılacaq. Lakin onun sözlərinə əsasən şirkət tərəfindən təyin ediləcək yüksək satış qiyməti ədalətli olacaq. Hələ bir neçə müddət bundan öncə Mix Fold 2 Çinin sertifikatlaşdırma təşkilatında qeydiyyatdan keçirilmişdi. Bunun sayəsində onun bəzi texniki özəllikləri məlum olmuşdu. Gözləntilərə əsasən Mix Fold 2 modeli 120 Hz-lik təsvir yenilənməsinə 2.5K keyfiyyətli 8 düym əsas ekran, Snapdragon 8+ Gen 1 prosessoru, 512 GB-a kimi daxili yaddaş həcmi, 50 MP-lik əsas kamera və təsvirlərin emal edilməsi üçün nəzərdə tutulmuş Surge C1 adlı çip ilə təchiz olunacaq. Xiaomi Mix Fold 2-nin nə zaman təqdim olunacağı və dəqiq olaraq hansı qiymətə satılacağı bilinmir.