Koronavirusa qarşı qida - D vitamini üzrə liderdir

Alimlər koronavirusa yoluxması riskini azaldan məhsulun adını açıqlayıblar. Bu treska və ya mintay balıqlarının qaraciyəridir.

Bu məhsullar D vitamini ilə xüsusilə zəngindir. İmmun sisteminin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən, orqanizmin infeksiyalara qarşı davamlılığını artıran D vitamini koronavirusun profilaktikasında çox böyük rol oynayır. Məhz D vitamininin defisiti kovidin ağır gedişatının əsas risk faktorlarından biri sayılır.
D vitamininin əsas hissəsi orqanizmdə gün şüalarının təsiri nəticəsində sintez olunur. Lakin soyuq fəsillərdə gün şüaları azalır və bu da D vitamininin sintezinə mənfi təsir edir. Belə vəziyyətdə vitaminin qida məhsulları ilə orqanizmə daxil olunmasını təmin etmək çox vacibdir.

Ekspertlər treska və mintayın qaraciyərini (rus dilində - "peçen treski", dükanlarda konservləşdirilmiş halda satılır) D vitaminin miqdarına görə çempion hesab edirlər.

Həmçinin alimlər bildirirlər ki, soyuq fəsillərdə D vitamini ilə zəngin olan digər məhsulların (süd məhsulları, yumurta, balıq yağı) istehlakını da artırmaq lazımdır.

Milli.Az

Mənbə:
0
185
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar