Almaniyadatürkiyəli professorlar Özlem Türeci və Uğur Şahinin qurucusu olduqları “BioNTech” şirkəti yeni variantlara qarşı növbəti peyvəndlərin anonsunu verib.
“Financial Times”da çıxan xəbərə görə, şirkət “uzunmüddətli və əhatəli qorunma” təmin etmək üçün hazırlanmış koronavirus peyvəndinin hazırkı versiyasının klinik sınaqlarına başlayacağını açıqlayıb. Testlərin bu ay başlaması gözlənilir.
Sözügedən peyvəndin “Omikron”un BA.4 və BA.5 kimi yeni variantlarına qarşı hazırlandığı vurğulanıb.
Eyni açıqlamada peyvəndin bu il satışa çıxarılmasının gözlənildiyi də bildirilib. Britaniya qəzeti yazıb ki, şirkət lazımi razılıqları alarsa, peyvəndin paylanması oktyabrda başlaya bilər.
Ötən həftədən Çində aşkarlanan və artıq 40 insanın yoluxduğu yeni xəstəlikləri alimləri qorxudur.
Medicina.az xəbər verir ki, Çinalimləri insan və heyvanları yoluxdura bilən ölümcül təhlükəli henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər. Yeni patogen Lanye virusu (LayV) adlandırılıb.
Görünən simptomlar öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və başağrısıdır.
İndiyədək yoluxmuşlar arasında heç bir əlaqə aşkar edilməyib və onların yaxınlarında xəstəlik əlamətləri yoxdur. Bu, virusun insandan insana ötürülməsinin mümkün olmadığına ümid etməyə imkan verir.
Ümumiyyətlə, patogen henipavirusun Nipah növünə (NiV) bənzəyir, lakin Lanye vəziyyətində həkimlər hələ ki, ölüm və ya ağır gedişat müəyyən etməyiblər.
Qeyd edək ki, henipavirus yarasalar, siçanlar tərəfindən yayılır və yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür. Ona qarşı nə dərman, nə də vaksin var və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir (Koronavirusun göstəricilərindən yüksəkdir).
“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılıb08.08.2022 22:57
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılıb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” 2020-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanının 4-cü və 5-ci hissələrinin icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Qərarla “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi”, habelə Mərkəzin Strukturu təsdiqlənib. Koordinasiya Mərkəzi işçilərinin say həddi 30 ştat vahidi müəyyən olunub. Mərkəzin nizamnamə fondu 300 000 (üç yüz min) manat təşkil edir və Koordinasiya Mərkəzinin əsas vəsaiti hesabına formalaşır.
Qərara əsanə Koordinasiya Mərkəzi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanununun 9.3-cü maddəsinə əsasən orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz.
Səhiyyə Nazirliyi Koordinasiya Mərkəzinin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməlidir.
Qərarda dəyişiklik Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun oluna bilər.
Moldovada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.
Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatında deyilir:
“Respublikada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb. Xəstəlik ABŞ-dan ölkəmizə gələn əcnəbi vətəndaşda təsdiqlənib”, - xəbərdə bildirilir.
Qeyd edilir ki, əcnəbi Kişineudakı Tom Çorbe adına Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına tibbi yardım üçün müraciət edib və orada meymunçiçəyi, qızdırma, dəri səpkiləri əlaməti ilə xəstəxanaya yerləşdirilib.
"O, bu gün (dünən-red) yoxlanılıb və analizlər Milli Səhiyyə Agentliyinin laboratoriyasına göndərilib. Meymunçiçəyi üçün test müsbət çıxıb", - nazirlikdən bildirilib. Məlum olub ki, o, ABŞ-da xəstəliyə yoluxmuş şəxslə təmasda olub.
Səhiyyə Nazirliyi vətəndaşları xəstəliyin əlamətləri aşkar edildikdə həkimə müraciət etməyə çağırıb
Rusiyalı terapevt Yelena Malışeva dəniz suyunun orqanizmə faydalarını açıqlayıb.
Bakupost.az xəbər verir ki, o, duzlu dəniz suyunun bədən yaralarını tez sağaltdığını deyib:
"Dəniz yosunları özündən qazabənzər yod sintez edir. Ona görə dənizdə çimmək gündəlik yod mikroelementinin dozasını təmin edir.
Yod bir çox sistemlər, qalxanvarivəz üçün vacibdir.
Dənizdə olan duz suda olan bakteriyaları sürətlə sovurub zərərsizləşdirir və onlar ölür. Bu proses osmos adlanır.
Dəridə və bədəndə bakterial yaralar olduqda dəniz suyu faydalıdır.
Dənizdə olmaq ağrılı, xəstə oynaqlar üçün də faydalıdır. Dənizdə üzmək oynaqlar üçün ən zərərsiz fizioterapiyadır.
Suda olmaq oynaqlara təzyiq yaratmır. Üzmək sümük-əzələ sistemini möhkəmlədir, osteartritin yaranmasının qarşısını alır, qan dövranını yaxşılaşdırır.
Dəniz havası və suyu yata bilməyənlərə də çarədir. Dənizin sakitləşdirici səsi dərin yuxuya səbəb olur.
Dəniz sinir sistemini sakitləşdirir. Ona görə uşaqları da dənizə aparın".
SADS - yaşı 40-dan aşağı olan insanların qəfil ölüm sindromudur. Son 2 il ərzində, xüsusilə pandemiya dövründə bu diaqnozdan ümumi ölüm faizində artım müşahidə olunub. Buna səbəb isə ürəyin elektrik ötürücü sistemində patologiyalar və onların verdiyi fəsadlardır.
Medicina.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayev “SADS (qəfləti aritmik ölüm sindromu)” mövzusunda məlumat verib.
İnvaziv kardioloq bildirib ki, əsasən təhlükəli aritmiyalar aşağıdakı xəstəliklərin nəticəsidir:
- Bruqada sindromu
- Katexolaminerjik polimorf mədəcik taxikardiyası
- Uzun QT sindromu (UQTS)
- Qısa QT sindromu (SQT)
- Timoti sindromu
- WPW sindromu
Həkimin sözlərinə görə, bu simptomlar təhlükə olduğunu göstərir:
- İdman və ya fiziki aktivlik zamanı sinədə diskomfort, ağrı, təngənəfəslik, bayılma ya qıcolma, qorxu hissi
- Bəzi pasiyentlərdə yuxu zamanı qısa müddətli ürək dayanmaları, nəfəsin qeyri-normal alınması
- Ürək çırpıntısı hissi
- Barmaqlar arasında pərdə olması. Bu, nadir simptomlardan ola bilər.
E.Hacıbalayev xəstəliyə diaqnoz qoymağın üsullarını da açıqlayıb. Qeyd edib ki, elektrokardiogramma, tredmil test, genetik testlər, katexolamin provokasiya testi, exokardioqrafiya, Holter monitorinq, Fetal EXO, Angioqrafiya kateterizasiya və Elektrofizioloji müayinə vasitəsilə xəstəliyə diaqnoz qoymaq mümkündür.
“Xəstəliyi əsas səbəbdən asılı olaraq düzgün müalicə taktikası, implantasiya edilə bilən kardioverter-defibrilyator, beta blokerlər və xinidin istifadə etməklə, eləcə də sol ürəyin simpatik denervasiyası və QT intervalı uzadan dərmanların istifadəsini dayandırmaqla müalicə etmək mümkündür”, - deyə həkim bildirib.
E.Hacıbalayev pasiyentlərə səhhətlərində hər hansı problemin olduğuna dair şübhə yarandıqda dərhal kardioloji müayinələrdən keçməyi və pandemiya dovründə səhhətlərinə daha çox diqqət ayırmağı məsləhət görüb./aztibb.az/
Çin alimləri kolbasa və çips çox yeyənləri məyus edəcək açıqlama verib.
Bakupost.az xəbər verir ki, onlar bu qidaların yaddaşda problem yaratdığını sübut ediblər.
Xüsusən çox yağlı, qızartma fri, çips və kolbasa intelektual vərdişləri azaldır.
Tyançzin universitetinin nevroloqları 72 min insanı əhatə edən elmi təhlil aparıblar.
Tədqiqat zamanı onlar demensiyadan əziyyət çəkmirdi.
Araşdırma 10 il davam edib.
Bu illər ərzində 518 iştirakçıdan yüngül və ya ağır demensiya aşkarlanıb.
10 il ərzində bütün iştirakçılar 3 dəfə gün, həftə ərzində nə yeyib içdiklərinin hesabatını veriblər.
Alimlər hər bir kəsin gündəlik rasionunda nə qədər ultra termiki işlənmiş qida olduğunu hesablayıblar.
Qida seçiminə görə onlar insanları 4 qrupa bölüblər.
Məlum olub ki, gün ərzində süd məhsulları, şirniyyat, çips, kolbasa və müxrtəlif içki qəbul edənlərdə demensiya xəstəliyi yaranır.
Bu qidalar günlük yeməyin 28%-ni təşkil edib.
Təsəvvür edin ki, elə insanlar var ki, gündəlik qidalarının 50%-i belə qidalar, fast-food, yağlı, qızarmış işlənmiş qidalardır.
Rasionunda kolbasa, çips olanlarda demensiya riski 25% artır.
Qab-qaşıqdan istifadədə ciddi gigiyena qaydalarına əməl etmək lazımdır.
Bakupost.az xəbər verir ki, bu barədə həkim terapevt Vera Suxova məlumat verib.
"Bir ailənin üzvlərinin eyni fincan, stəkandan su, maye içməsini tövsiyə etmirəm. Uşaqlarla böyüklərin qabları ayrı olmalıdır.
Məişət təmas yolu ilə bir çox virus və xəstəliklərə yoluxmaq olar.
Qab-qacaqla herpes, qoturluq, mədə xorasına səbəb olan helikobakteriya, bəzi hepatitlər, hepatit, helmintlər, qurdlar, qrip, koronavirus, vərəm, qazlı qanqrena, bruselyoz kimi infeksiyaların törədiciləri asanlıqla bir insandan digərinə keçə bilir.
Profilaktika və qorunmaq üçün: qab, qaşıq diqqətlə təmiz, qaynar suda yuyulmalı, dezinfeksiya olunmalı, ictimai yerlərdə, kafe, restoranlarda diqqətli olmalı, gigiyena qaydalarına əməl etməlisiz.
ABŞ alimləri insanın qoxubilmə hissiyatının getdikcə azalıb, səbəbsiz itməsinin təhlükəli xəstəlik əlaməti ola biləcəyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, Çikaqo universitetinin alimləri yeni elmi araşdırmalarında 50 yaşdan sonra qoxubilmənin sürətlə itirilməsinin Altsheymer xəstəliyinin əlaməti ola biləcəyini deyib.
Elmə məlumdur ki, beta amiloid kütlələri beta amiloid zülallarının birləşib dolaşıb beyin toxumasında toplanması nəticəsində beynin ölümü hesab edilən Altsheymerin səbəbi hesab edilib.
Baş beyində hiss orqanlarını idarə edən neyron şəbəkə var. Beyində qoxubilmə mərkəzi zədələnəndə qəfiıdən iybilmə itir.
Alimlər 515 nəfər yaşlı insanı əhatə edən araşdırma aparın. MAP adlı tədqiqat 15 il davam edib .
Hər il iştirakçıların qoxu, eşitmə funksiyası, nevroloji testləri aparılıb.
Məlum olub ki, qoxubilməsini daha tez itirənlərdə demensiya riski 80% artır.
Bunu MRT-də beynin müayinəsində ağ-boz maddənin dəyişməsi də sübut edib.
Qoxubilmənin itirilməsi neyrodegenerasiyanın inkişafını göstərir.
Son illərdə Qərbdə alsgeymer əhalinin yaşlaşanda əlillik və ölüm səbəblərindən öndə gedənidir.
Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.
Bu barədə Medicina.az -a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 nəfər yüngül dərəcədə zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.
İlkin məlumata görə, şöbədə çalışan 12 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.
“Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər”.
O bildirib ki, əgər xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər: “Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”.
Qeyd edək ki, son həftələr koronavirusa yoluxma sayında sürətli artım müşahidə olunur. Ölkədə yeni yoluxma sayı 500 nəfərə çatıb.
Üç gün komada qalan yeddi yaşlı uşağın həyatı xilas olunub.
Bu barədə Medicina.az -a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, iyulun 24-dən Bərdə rayonu, Qazaxlar kəndində, evlərinin qarşısında qardaşı və qonşunun uşağı ilə oynayarkən avtomobil vurub. Ağır travmalarla - açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişməsi sınıqları ilə KTM-ə gətirilən və üç gün komada olan yeddi yaşlı Vəli Səfərovun həyatı xilas olub.
KTM-in Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə iyulun 25-i axşam saat 21:30-da koma vəziyyətində KTM-ə gətirilib və reanimasiyaya yerləşdirilib: "Bir neçə günlük mübarizədən sonra komadan ayılan və müvafiq şöbəyə köçürülən uşağın vəziyyəti təkrarən pisləşdiyindən yenidən reanimasiyaya düşməli olur. Uşaq KTM-ə gətirilərkən komada idi. Müayinə və müalicələrdən sonra iyulun 30-da xəstənin vəziyyəti stabilləşdi, komadan ayıldı və biz onu Mərkəzin Neyrocərrahiyyə şöbəsinə köçürdük. Bir müddət sonra uşaq sol bud sümüyündən də əməliyyat olmalı idi. Lakin şöbədə xəstənin halı yenidən pisləşdi. Qusma, qarıngetmə oldu və o, yenidən huşunu itirdi. İyulun 31-i biz onu təkrarən reanimasiya şöbəsinə köçürdük. Artıq vəziyyəti stabilləşib, həyati təhlükəni adlayıb”.
Hazırda 7 yaşlı Vəli Səfərovun xəstəxana şəraitində müalicəsi davam etdirilir. Ötən gün onun daha bir cərrahi əməliyyatı uğurla başa çatıb.
Ekvadorda meymunçiçəyi xəstəliyindən ilk ölüm halı qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" hesabındakı paylaşımda bildirilir.
"Bir xəstə daha əvvəl onda olan xəstəlik nəticəsində 8 avqust 2022-ci il vəfat edib", - deyə paylaşımda deyilir.
Məlumata əsasən, hazırkı dövrədən ölkədə 10 meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən Bakı şəhərində yerləşən 6 məsciddə və Qan Bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları davam edir.
Medicina.az xəbər verir ki,bu gün saat 12:00-a olan məlumata görə, ümumilikdə 1 436 nəfər könüllü olaraq qan verib.
Bakı üzrə rəqəm sayı 1013 nəfər (Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı (162 nəfər), Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı (191 nəfər), Nizami rayonu “Şah Abbas” məscidi (173 nəfər), Səbail rayonu Bibiheybət məscid ziyarətgahı (147 nəfər), Suraxanı rayonu “Qaraçuxur” məscidi (150 nəfər), Yasamal rayonu “Təzə Pir” məscidində (190 nəfər)) olub.
Qan Bankının Gəncə (73 nəfər), Şəki (8 nəfər), Mingəçevir (43 nəfər), Bərdə (52 nəfər), Şirvan (63 nəfər), Sumqayıt (47 nəfər), Quba (50 nəfər) və Lənkəran (87 nəfər) bölmələrində isə ümumilikdə 423 nəfər qan verib.
Ucarda dəhşətli hadisə baş verib.
Medicina.az xəbər verir ki, rayonun Rəstəcə kənd sakini Fuad Hüseynov polisə ərizə ilə müraciət edərək arvadı Cəlalə İsmayılovanın 1 yaşlı oğlunu öldürmək istədiyini bildirib.
Ata iddia edir ki, həyat yoldaşı özünün istifadə etdiyi “Amitriptilin” dərmanını uşağa verərək qəsdən onu zəhərləyib.
İsrailin Veysman institutunun elmi qrupu siçanların kök hüceyrəsindən laboratoriya şəraitində süni sintetik embrion alıblar.
Bakupost.az xəbər verir ki, bunun üçün alimlər gəmiricilərin kök hüceyrəsini bağırsaq traktı ilə strukturu, beyin və döyünən ürəyin embrion fazasındakı formasında toplaşmasına birləşməsinə nail olublar.
Bəzi hüceyrələr əvvəldən xüsusi kimyəvi maddə ilə aktivləşdirilib.
Hüceyrələr plasenta və dölün müəyyən orqanlatının genetik proqramına uyğun hərəkət edib.
Eksperimentin nəticəsində əksər hüceyrələr lazımi strukturlarda formalaşa bilmədi, 0,5% isə topalanaraq toxumaya çevrildi.
Sintetik embrion struktur və genetik bazasına görə əsl təvii embrionla 95% uyğunluq təşkil edib.
Alimlər bu işi davam etdirərək daha təkmil embrion yaratmağı düşünür. Əgər sintetik embrion hazırlanarsa, ondan lazım olan canlını yetişdirmək asan olacaq.
Bel yırtığı - fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır.
Bel ağrısı, beldən tək və ya iki ayağa doğru yayılan ağrıya səbəb olur ki, buna siyatalgiya deyilir. Disk Herniası (bel yırtığı) refleks, duyğu ya da əzələ gücü itkisiylə gedən sinir funksiya itkisinə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu bel yırtığı bağlıdır.
Əsas əlamət belinizdəki ağrıdır:
- Birdən ortaya çıxsa və ya üç aydan qısa davamlı isə, istirahət halında ikən rahat, ancaq hərəkət etməyə başladığınızda (corab geyərkən, ayaqqabı bağlayarkən, gəzmək, oturub-qalxmada, ayağınızı havaya qaldırarkən-nərdivan çıxıb enərkən kimi) ağrı ortaya çıxıb və dayanıb istirahət etdiyinizdə keçirsə,
- Belinizdəki ağrı bel-ombadan aşağıya dizə doğru yayılır hətta bəzən topuğunuza qədər enirsə,
- Adətən ağrı tək, bəzən iki ayağa doğru vurursa.
Bel yırtığı çox irəliləsə, düşək ayaq, iqtidarsızlıq, əzələlərdə gücsüzlük ilə tez yorulma, sidiyini tuta bilməmə, müvazinət pozğunluğu ortaya çıxa bilər.
35-50 yaşlarında və çox kilolu-uzun boylularda daha çox rast gəlinir.
Adətən beli məcbur edən və ya səhv hərəkətlər, həddindən artıq kilolu olmaq, belə çox yük minməsi ilə yük daşımaq, ev xanımı və ya əksinə davamlı oturaraq masa arxasında işləyənlərdə, sürücülər, uzun müddət ayaqda qalan müəllim kimi müəyyən peşə qruplarında, sıx stressli işlərdə işləyənlərdə və hamiləlik zamanı ortaya çıxır.
Bel yırtığının diaqnozu necə qoyulur?
Diaqnoz ilkin olaraq şikayətlərə əsasən qoyulur.Diaqnozu təsdiqləmək üçün KT və MRT müayinə üsulları tətbiq olunur.
Bel yırtığının erkən mərhələsində, yəni bel və ayaq ağrısının olduğu, ancaq hələ uyuşma və ya düşən ayaq kimi nevroloji əlamətlərin olmadığı xəstələrdə yataq istirahəti (seçimə görə onurğanın şəklini alan viskoz-elastik yataqlar), iltihab əleyhinə təsirli ağrı kəsici və əzələ boşaldıcı dərmanlar (mədə qorunaraq) verilir.
Məcbur edici hərəkətlərdən çəkinmək məsləhətdir. İrəli mərhələlərdə isə xəstənin müayinə, ENMG (elektro-nevromiomgrafiya) və MRT əlamətlərinə görə müalicə planı həyata keçirilir.
Ağrı çox olduqda və ağızdan qəbul olunan dərman müalicəsinə bir həftə ərzində cavab olmadıqda, həmçinin qısa seans fizika müalicə tətbiqindən da fayda görülmürsə, o bölgəyə sıxışan sinirin ətrafındakı ödemi götürən və ağrıya təsirli dərman vurulur - "lomber epidural inyeksiya" və "transforaminal inyeksiya" kimi.
Əməliyyat son həlldir. Ancaq bəzən xəstə irəli mərhələdə gəlmiş və ciddi sinir sıxılması əlamətləri varsa nadir hallarda ilk müdaxilə də ola bilər. Ancaq bel yırtığı xəstələrinin, yalnız 1-5%-nin əməliyyata getdiyi unudulmamalıdır. Yəni bel yırtığı xəstələrinin çox azına əməliyyat lazımlıdır.
Bəzən isə cərrahi müalicə qərarında gecikildiyində, qalıcı zədələr yarana bilər.
Bu əməliyyatın mütləq neyrocərrah etməlidir. Bir çox cərrahi müdaxilə üsulu var. Tətbiq olunacaq cərrahi müdaxilə xəstənin yaşı, çəkisi, yanaşı xəstəlikləri kimi vəziyyətlər göz önünə alınaraq cərrah tərəfindən ediləcək əməliyyatın növünə qərar verilməlidir. Bu şəkildə müvəffəqiyyət da artacaqdır.
Əməliyyatın müvəffəqiyyəti sinir təzyiqinin nə qədər erkən mərhələsində aradan qaldırılmasından və ya xəstəyə bağlı bəzi mənfi vəziyyətlərin olmasından (həddindən artıq kilolu deyilsə, erkən mobilizasyon və xəbərdarlıqlara ciddi şəkildə riayət edirsə) və həkimin bu mövzuda təcrübəli olması ilə əlaqəlidir. Ümumiyyətlə ölkəmizdə bu əməliyyat mütəxəssisi cərrahlar əlində müvəffəqiyyət ilə tətbiq olunan əməliyyatlardır.
Bel yırtığından qorunmaq üçün nələr etməliyik?
Bel, boyun və kürək əzələlərinizi, ayaq əzələlərinizi gücləndirici məşqlər təklif edilir. Bu şəkildə güclü əzələlərlə, onurğaya düşən yükü azalda bilərsiniz.
- Əgər siqaret çəkirsinizsə, buraxın; siqaret bel ağrısı ilə uyğunluq təmin edən bir faktordur.
Əgər artıq çəkiniz varsa, ideal kilonuza enərək forma saxlayın. Bu şəkildə onurğaya düşən yükü azaldaraq, yırtıq inkişafını önləmiş olarsınız.
- Bədəninizə lazım olan diqqəti göstərin, məşq edin, doğru qidalanın və sağlam bir həyat tərzi davam etdirin.
- Çox alçaq (çox alçaq tualet kimi) və ya çox yüksək yerlərə oturmayın.
- Oturarkən belinizi yastıq ilə dəstəkləyin.
- Yerdə yatmayın.
- Yerə əyilmələrinizdə belinizi deyil, diz və ombadan dəstək alın.
- Yerdən bir əşya qaldırarkən belinizi əyməyin, diz və ombanızdan bükülü əyilin və ya çöməlin, cismi gövdəyə yaxınlaşdırıb bu şəkildə qalxın.
- Yük daşıyarkən iki əlinizə bərabər yük alın.
- Yatağa yatarkən əvvəl oturun, ayaqlarınızı qarınınıza çəkərək yan yatın və sonra kürək üstü uzanın (yataqdan qalxarkən də tam tərsini tətbiq edin).
- Bir əşyanı çəkmək və ya itələməkdən qaçın.
- Yuxarıdan bir əşya almanız lazım olsa dartınmaq yerinə ayaqlarınızın altına bir möhkəm stul qoyaraq qalxın və əşyanı götürün.
- Qadınlara - Dikdaban ayaqqabı geyinməyin.
Çin alimləri ölkənin 510 minə yaxın vətəndaşının epidemioloji məlumatlarını təhlil edir. Nəticə etibarı daim süd məhsulları içən insanlarda süd vəzisi menyusunda süd olmayanlara nisbətdə bir neçə faiz yüksək olub.
Medicina.az xəbər verir ki,, əgər siz hər gün 50 millilitrdən çox süd içsəniz, o zaman qara 1 faizə tutulma şansınız 2 faiz, döşənmiş avadanlıq 17 faiz, ümumi onkoloji riskiniz artır 7 faiz artır.
Alimlər süd məhsulları və kalsium istehlakı ilə prostat xərçənginininkişafı riski arasında xüsusi əlaqəni qiymətləndirib,Məlumolub ki, süd məhsulları və kalsium çox qəbul edən kişilərdə bu xəstəliyə tutulma şansı daha yüksəkdir.
2004-cü ildən başlayaraq 8 avqust tarixi Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu günün seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
Beynəlxalq Oftalmologiya Günündə diqqət oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir.
Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin aşağı olmasıdır. Gözlərdə batma hissi ilə özünü göstərən bu xəstəlik, kornea səthində problem olması və gözqapağı funksiyalarının pis işləməsi nəticəsində yaranır. Quru göz sindromu gözyaşının gözqırpma ilə parçalana bilməməsi və keyfiyyətinin aşağı olması nəticəsində yaranır. Göz yaşlarının gözqoruma funksiyasının yox olması ilə gözlər infeksiyaya daha həssas olur. Bu səbəblə göz yaşını qorumaq və gözü nəmli tutmaq vacibdir.
40 yaşından yuxarı qadınlarda və havanın çirkli olduğu şəhərlərdə daha çox görülən quru göz xəstəliyi hər kəsdə eyni əlamətləri ilə özünü göstərmir. Səhərlər gözlərdə yaranan qaşıntı, yanma, gözdə batma hissi ən çox baş verən simptomlardır. Müalicə edilmədiyi zaman göz sağlamlığına zərər verir.
Medicina.az xəbər verir ki, antidepresantların istifadəsi, yuxu dərmanları və ya spirtli içkilər quru göz xəstəliyinin yaranma səbəblərindəndir. Kondisioner, güclü külək və ya siqaret tüstüsü də gözlərin qurumasına səbəb ola bilər. Normadan artıq kompüterdən istifadə də gözqırpma refleksinin azalmasına səbəb olur.
Eyni zamanda göz qapaqlarında və kirpiklərdə yaranan xəstəliklər, göz yaşının azalması quru göz xəstəliyini sürətləndirir. Quru göz xəstəliyinin müalicəsində əvvəlcə xəstəliyə səbəb olan amillər dəqiq müəyyən edilməli, göz yaşının miqdarı ölçülməlidir. Əgər quru göz probleminiz varsa mütəxəssisə müraciət etməniz vacibdir.
Sağlam gözlərinizi qorumaq üçün bol su içmək, düzgün yuxu rejiminə riayət etmək və keyfiyyətli günəş eynəyindən istifadə etməniz tövsiyə olunur.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova qan donorluğu ilə bağlı şərtləri açıqlayıb.
Medicina.az xəbər verir ki, həkim donorluğun faydaları və zərərləri barədə bunları deyib.
"Donor olmaq insanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını ala bilər. Aparılan araşdırmalara görə, mütəmadi donor olan şəxslərdə arterial təzyiq, yüksək xolesterin, ürək-damar xəstəliyi, şəkərli diabet, xərçəng xəstəliyi riski az olur. Donorluq qan hüceyrəsi səviyyəsində yenilənmə səbəb olur və qan yaranmanı stimullaşdırır.
Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur. Donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür.
Qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir.
Donor olmaq üçün lazım olan rəsmi sənəd şəxsiyyət vəsiqəsidir. Əvvəlcə donorun nəbzi və qan təzyiqi yoxlanılır. Donorun terapevt tərəfindən keçirilən tibbi müayinəsinə isə qanın kliniki və biokimyəvi analizləri, o cümlədən hepatit, sifilis, İİV və digər xəstəliklərin müayinəsi daxildir. Həmçinin qan qrupu və rezus-faktor da müəyyən edilir. Analizlərin nəticələri məxfi saxlanılır və yalnız donora bildirilir.
Qan verilməsi donor üçün maksimal rahat şəraitdə, xüsusi donor kreslosunda həyata keçirilir. Daha sonra donorun bazusu rezin jqutla sıxılır. Prosesin daha yaxşı getməsi üçün donorun bir neçə dəfə intensiv olaraq əlini sıxıb açması kifayətdir. Alınan qanın standart dozası 350-400 ml təşkil edir.
Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar.
-Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş keçirən anaları, körpə uşaqları, xəsarət alanları və digər xəstələri ölümdən xilas edir.
Donor ola bilməyən şəxslər iki qrupa ayrılır: xronik xəstəliyi olan şəxslər və şəkərli diabet, astma, epilepsiya, qanama diatezi kardiovaskulyar problemi olan, sistemik xəstəliyi olanlar. Eləcə də, infeksion xəstəliyi, hepatit virusu, AİDS-ə yoluxmuş şəxslər donor kimi qəbul olunmurlar.
Bundan əlavə, alkoqol qəbul edənlər, narkotik, psixotrop və digər güclü təsir edən maddələrin istifadəçiləri, həmçinin hamilə və südverən analar da donorluq üçün uyğun deyillər".
Nəyə görə səhərlər oyanan kimi bir stəkan isti su içmək orqanizm üçün lazımdır?
Bakupost.az xəbər verir ki, bu barədə Çin təbabəti üzrə ekspert Aleksey Vorotnikov bu vərdişin faydalarını açıqlayıb.
Acqarına bir stəkan isti su (qaynar yox) lazımi biokimyəvi prosesləri dərhal işə salır, metobilizmi oyadır.
"Bu suyun hərarəti mütləq 40-50 dərəcə olmalıdır. Əgər bu vərdişə alışsaz, tezliklə həzm sistemi, mədəaltı vəz, bağırsağın, bütünlükdə ürək və həzm sisteminin necə yaxşı işlədiyini hiss edəcəksiz.
Suyun temperaturunun önəmi var. Çünki soyuq və çox ilıq, otaq hərarətində suyu daxildə isitmək üçün orqanizm çox enerji sərf edir.
Amma isti su dərhal mədədən keçib, 12 barmaq bağırsağı ötür.
Bu suya bal, soda, limon kimi əlavələr etmək lazım deyil.
Sudan 15 dəqiqə sonra səhər yeməyinə başlaya bilərsiz.
Müasir gənclər səhəri çay, qəhvə ilə açır, bu orqanizm üçün fəlakətdir".