Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

Məzuniyyət müddəti bitən Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb.

O, mayın 15-də Sulduz şəhər həbsxanasına geri dönüb.

S.Şəhiri aprelin 25-də girov qarşılığında Sulduz həbsxanasından 20 günlük məzuniyyətə buraxılmışdı.

O, 2020-ci il yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən Sulduz şəhərində saxlanılaraq dindirilmək üçün ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülüb.

O, həmin ilin mart ayının 2-də ETTELAAT-ın təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Səccad Şəhiri bundan öncə də dəfələrlə dinc mədəni fəaliyyətinə görə hökumət məmurları tərəfindən saxlanılıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar İran həbsxanalarında dəhşətli vəziyyət yarandığından hökumət məhbusları məzuniyyətə buraxmaq zorunda qalıb.

Mənbə:
0
380
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar