• Şikayət et

Azərbaycanlı jurnalistlər də erməni həmkarları ilə görüşə bilərlər

Azərbaycan və Ermənistanın bir qrup ziyalısı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüb.

Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan və Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.

Azərbaycanlı media nümayəndələri belə bir görüşün jurnalistlər arasında da keçirilməsinə ehtiyac duyurlarmı? Bunun Qarabağ danışıqlarına hansısa müsbət təsirləri ola bilərmi?


Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna.az” saytının baş redaktoru Elçin Şıxlı Modern.az-a bildirib ki, görüş məqsədəuyğundur, amma siyasi məsələləri jurnalistlər həll etmir:


“Jurnalistlərin görüşü baş tutsa, yalan məlumatların yayılmasına yol verməmək, bir də nifrət dilində yazı yazmamağı müzakirə edəcəklər. Görüş müsbət haldır, amma qeyd edim ki, siyasi məsələləri jurnalistlər həll etmir.

Mən o zamanlar da Azərbaycan-Ermənistan jurnalistlərinin görüşü baş tutanda deyirdim ki, bu məsələləri jurnalistlər həll etmir. Düzdür, jurnalistlərin görüşüb peşə məsələlərini müzakirə etməsi normaldır. Amma Qarabağ probleminin həllinə heç bir təsir göstərə bilmir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirib ki, jurnalistlərin görüşü baş tutsa, bunu müsbət qiymətləndirər, amma bu görüş neytral ölkədə keçirilməlidir:


“Əvvəlki durumdan fərqli olaraq, Azərbaycan işğal olunmuş ərazilərini ordusunun səyi nəticəsində geri qaytarıb. Hazırda Azərbaycan üçün başqa cür əlverişli mühit yaranıb.

Jurnalistlərin belə görüşləri əvvəllər də baş tutub. Həm Gürcüstanda, həm İrəvanda iki ölkənin jurnalistləri arasında görüş olub. Görüşlərin təşkilində jurnalistlər birliyi, bizim jurnalistlər iştirak edib. Belə görüşləri ən doğru yol hesab edirəm.

Amma mənim fikrimcə, belə görüşlər Moskvada deyil, iki qonşu Gürcüstanda keçirilməsi daha yaxşı olardı. Çünki belə görüşlərin neytral ölkədə keçirilməsi daha məqsədəuyğundur. Ermənistan həqiqətən də sülhə hazırdısa, bunu etmək olar”.

Mənbə:
0
985
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar