• Şikayət et

Ermənistanın keçmiş polis rəisinin Müdafiə Nazirliyində ailə biznesi

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində ölkənin keçmiş polis rəisi Vladimir Qasparyanla bağlı araşdırılmış çoxepizodlu cinayət işinin ibtidai istintaqı nəticəsində onun tərəfindən korrupsiya xarakterli bir sıra sui-istifadələr etmək, eləcə də cinayətkar yolla 2 milyarddan çox dram dəyərində əmlakı leqallaşdırmaq halları aşkara çıxarılıb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 2000-2018-ci illər ərzində V.Qasparyanın həyat yoldaşı və qızı müxtəlif dövrlərdə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisində və Ermənistan polisində vəzifələrə təyin edilərək illər ərzində qətiyyən xidmət etməyiblər və öz öhdəliklərini yerinə yetirməyiblər.

Bildirilib ki, bundan başqa, V.Qasparyanın həyat yoldaşı Ermənistan polisində vəzifəyə təyin olunaraq hörmətsizcəsinə öz xidməti vəzifələrini lazımınca yerinə yetirməyib.

Məlumata görə, bütün bunlardan xəbərdar olan Qasparyan öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bilərəkdən qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görməyib, habelə onun həyat yoldaşına və qızına əsassız olaraq külli miqdarda, ümumi məbləği 45 milyon dramdan çox pul ödənilib.

İstintaqla məlum olub ki, V. Qasparyan cinayət yolu ilə əldə edilmiş, ümumilikdə 2.116.040.804 dram dəyərində olan əmlakı leqallaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə:
0
1270
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar