• Şikayət et

Yunanıstanda kəskin hava şəraitinə görə məktəb və idarələr bağlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Yunanıstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar bu gün qeyri-iş günü elan edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin iqlim böhranı məsələləri və mülki müdafiə naziri Xristos Stilianidis deyib.

O bildirib ki, gün ərzində dövlət və özəl müəssisələr bağlı qalacaq, eyni zamanda bütün tədris müəssisələrində dərslər dayandırılacaq.

Yalnız təhlükəsizlik, fövqəladə xidmət müəssisələri, ərzaq mağazaları və apteklər fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Yunanıstan ərazisində tüğyan edən "Elpis" siklonu böyük fəsadlara səbəb olub. Paytaxt və Afinada və digər şəhərlərdə çoxlu sayda ev işıqsız qalıb.

Kəskin hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində də kəskin hava şəraiti nəqliyyat sektorunu iflic edib. Özəl avtomobillərin yola çıxması qadağan edilib, hava limanlarında uçuşlar dayandırılıb.

Mənbə:
0
59
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar