“Gürcüstan üçün Rusiya ilə birgə “3+3” formatında iştirak etmək çətin olacaq, lakin buna baxmayaraq, ölkə iri geosiyasi layihələrdə hansısa formada təmsil olunmalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Birinci kanalın efirində yayımlanan “Günün mövzusu” proqramında deyib.
Onun sözlərinə görə, Gürcüstan regionda inkişaf edən proseslərdən geri qalmamalıdır: “Biz bütün yeni, hətta infrastruktur layihələrdə də iştirak etməliyik. Əks halda onlar Gürcüstandan yan keçə bilər və bununla da ölkə rol və funksiyasını itirə bilər. Buna görə də dəqiq mövqeyə malik olmaq çox vacibdir ki, ölkəmizin maraqları zərər görməsin”.
D.Zalkaliani qeyd edib ki, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü “qırmızı xəttdir”: “Böyük geosiyasi layihələrdə və münasibətlərdə təmsilçiliyimiz sözsüz ki, dövlət maraqları və hər hansı güzəşt hesabına olmamalıdır”.
Nazir həmçinin bildirib ki, Gürcüstan artıq bölgədə önəmli rol və funksiya yerinə yetirir: “Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü və vasitəçiliyi, Azərbaycan və Ermənistan liderləri ilə fəal kommunikasiya sayəsində Gürcüstan regional əməkdaşlıq planında ilk addımlar ata bilib. Bu istiqamətdə növbəti addımlar atılmalıdır və biz bununla bağlı nəinki Cənubi Qafqazdakı qonşularımız, həmçinin avropalı və amerikalı tərəfdaşlarımızla da fəal təmas qurmağa davam edəcəyik”.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Vladimir Putinlə telefon danışığında Xəzəryanı ölkələrin sammitinin keçirilməsini təklif edib.
Ovqat.com-un məlumatına görə, Türkmənistan prezidentinin bu təklifi Putin tərəfindən də bəyənilib.
Məlumata görə, liderlərin görüşünün bu ay baş tutacağı gözlənilir.
Zirvə çərçivəsində təkcə iqtisadi məsələlərin deyil, həm də təhlükəsizlik sahəsindəki vəziyyət, eləcə də regional sabitliyi mövzularının müzakirəsi planlaşdırılır.
Məlum olduğu kimi, İranın Xarici İşlər naziri Əmir Abullahyan bu yaxınlarda Moskvaya getmiş və həmkarı Lavrova Azərbaycanı şikayət etmişdi. Onun çoxsaylı şikayətlərindən biri də Azərbaycanın Türkiyə ilə birlikdə Xəzərdə hərbi təlim keçirməsi idi. Abdullahyan Azərbaycanın addımı ilə “Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya”nı pozduğunu iddia etmişdi. Lavrov isə ona İranın bu günə qədər Konvesiyanı ratifikasiya etmədiyini xatırlatmış, bir növ Tehranın bu sənəd barədə danışmağa mənəvi haqqının çatmadığını vurğulamışdı.
Qeyd edək ki, “Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya” 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin V sammitində qəbul edilsə də, İran bu müavilə ilə bağlı öz iradlarının olduğunu gizlətməmişdi. Görünən bu idi ki, İrana bu sənəd sadəcə Xəzərə başqa dövlətlərin hərbi donanmasının dislokasiyasının qarşısını almaq üçün lazım idi. Xəzərin 5 ölkə arasında ədalətli şəkildə bölüşdürülməsini isə qətiyyən istəməyən İran bu kimi məsələlərin müzakirəsini sonraya saxlamışdı.
Bəs, İranı bu Konvensiya layihəsində qane etməyən nə idi? Əlbəttə ki, azgözlüyü və müsəlman-türk dünyasına düşmənliyi.
Adını müsəlman qoyan bu ölkə Xəzər dənizinin 3 müsəlman ölkəsinin haqqını Rusiya ilə bölüşdürmək istəyirdi. Tehranın mövqeyinə görə, Xəzər dənizinin hüquqi statusu vaxtilə Rusiya imperiyası ilə İran arasında bağlanan müqavilə əsasında müəyyənləşdirilib və yenidən müzakirəsinə ehtiyac yoxdur: Xəzərin yarısı Rusiyaya, digər yarısı isə İrana çatmalıdır. Bununla da Xəzəryanı ölkələrin müstəqilliyini tanımadığını açıq şəkildə ortaya qoyan Tehran Azərbaycan və Türkmənistanın Xəzərdəki payına göz tikir, Qazaxıstanın payını isə Rusiyaya vermək xəyalına düşmüşdü.
İranın bu mövqeyi Rusiyanın da işinə gəldiyi üçün Xəzərin statusunun müəyyənləşdirilməsi uzun illər mümkün olmamışdı. Baxmayaraq ki, Rusiya İranın iddialarına loyal yanaşır, problem yaratmağı Tehranın öhdəsinə buraxır, özü uzaqdan seyr edirdi. 2018-ci ildə Qazaxıstanla ABŞ Xəzərdə iqtisadi əməkdaşlıqla bağlı bir müqavilə bağladıqdan sonra hər şey birdən-birə dəyişildi. Rusiya da, İran da Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində 3 Türk respublikasının irəli sürdüyü məxrəcə gəldilər. Səbəb Amerikanın Qazaxıstanla bağlanan müqaviləni əsas götürüb öz hərbi dəniz qüvvələrini bu su hövzəsində yerləşməsi ehtimalından xofa düşmələri idi. Məlum hadisədən az sonra Xəzəryanı ölkələrin 5-ci sammitində bir araya gələn dövlətlər, nəhayət, sözügedən konvensiyanı imzaladılar. Yalnız İran əvvəlki iddialarından vaz keçməyərək, süründürməçilik diplomatiyasını davam etdirdi. Məhz bu səbəbdən də Konvensiyanı indiyədək ratifikasiya edilmədən gözləyir.
Bu il Türkiyənin Azərbaycanla birgə Xəzər dənizində hərbi təlimlər keçirməsi sırasında İra hələ də ratifikasiya etmədiyi Konvensiya birdən-birə yadına saldı və buna qarşı çıxmağa başladı. Etirazının sonuncu cavabını isə Moskvadan aldı. Lavrov öz iranlı həmkarına bildirdi ki, get, Konvensiyanı ratifikasiya et, sonra bu iddialarda bulun.
Maraqlıdır ki, İran Moskvadan müvafiq cavab alandan sonra növbəti həmlə Türkmənistandan gəldi. Türkmən lideri Verdiməhəmmədovun Xəzəryanı ölkələrin növbəti sammitini çağırmaq təklifi və bu təklif çərçivəsində əsasən təhlükəsizlik məsələlərinin müzakirəyə çıxarılması təsadüfi deyil. Türkmənistan bu yaxınlarda Türkiyədən hərbi gəmilər alaraq öz donanmasını gücləndirib. Bunun səbəbi isə Xəzərin hüquqi statusunu qəbul etmək istəməyən İrandan təhdid gözləməsidir.
Görünən budur ki, növbəti sammitdə Xəzəryanı ölkələr İranın qarşısında şərt qoyulacaq: ya Konvensiyanı qəbul et və öz üzərinə öhdəliklər götür, ya da bu sənədin yalnız 3-cü maddəsinin 6-cı bəndi ilə kifayətlənmək olmaz və tərəflər imzaladıqları müqavilənı yenidən gözdən keçirə bilərlər. Bu isə xarici hərbi qüvvələrin Xəzərdə yerləşdirilməsi anlamına gəlir.
Açığı, Xəzərin hüquqi statusunun indiki halı yenidən gözdən keçirilməlidir də. Çünki Konvensiyanın indiki şəkli “Bir Yol, Bir Kəmər” layihəsi çərçivəsində Lazurit dəhlizinə iddia edən Azərbaycan, Türkmənistan və Qazaxıstanın maraqlarına cavab vermir. Çünki onun müxtəlif maddələrinə əsasən, Xəzərin dibi göl, səthi isə dəniz hüququna əsasən bölünüb. Yəni Xəzərin dibi və təki ölkələrin sərhədlərinə uyğun olaraq bölündüyü halda, səthinin yalnız 25 mili dövlətlərin payına düşür: 15 mili ərazi suları, 10 mili isə balıqçılıq təsərrüfatları üçün. Xəzərin eni isə 300 mildir. Belə çıxır ki, sahildaş ölkələr dənizin ortasından istifadə edə bilmək üçün digər dövlətlərdən razılıq almalıdırlar. Bu da İrana Xəzərin üzərindən keçən kommunikasiya əlaqələrini məhdudlaşdırmağa imkan verir. Azərbaycan, Türkmənistan və Qazaxıstan isə Çindən Avropaya nəql olunan məhsulları Xəzərin üzərindən keçirməkdə maraqlıdırlar.
İranın Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutuna üstünlük verməsi, məhz bu səbəbdən Lazurit marşrutuna və onun tərkib hissəsi olan Zəngəzur dəhlizinə qarşı çıxması da onu göstərir ki, Tehran gələcəkdə sözügedən Konvensiyanın bəzi maddələrindən istifadə edərək, Trans-Xəzər layihəsinin işinə əngəl törədə bilər. Bu isə təkcə, Xəzəryanı 3 türk ölkəsinin yox, Rusiyanın da marağına ziddir. Əvvəla, o səbəbdən ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət edəcək və bu imtiyaz ona təkcə geosiyasi üstünlük qazandırmaqla qalmayacaq, həm də iqtisadi dividentlər gətirəcək.
Ən əsası isə, İranın üzərində dayandığı layihə Çini bloklayıb, Hindistan ön plana çıxarmağa xidmət edir. Tehran Ruhani hakimiyyəti dövründə bu planı mənimsəməklə ABŞ-la yaxınlaşmaq xətti tutmağa çalışırdı. ABŞ prezidenti Barak Obama hakimiyyəti dövründə hardasa buna nail olmuşdu da. Obamadan sonra hakimiyyətə gələn prezidentlər isə nüvə silahına sahib İran təhlükəsi ilə üz-üzə qalmamaq üçün onun üzərindən xətt çəkdilər. Bu işdə, sözsüz ki, yəhudi lobbisinin də əməyi az olmadı. İran məhz buna görə də Azərbaycanın beynəlxalq tranzit xəttinə qoşulmaq planını İsrail layihəsi kimi görür. Halbuki, hansısa dövlətlərin müxtəlif maraqlarının eyni nöqtədə birləşməsi olduqca təbii haldır və bu, heç də kiminsə kiməsə xidmət etməsi anlamına gəlmir.
Qısası, Azərbaycan və Orta Asiya ölkələrinin qlobal tranzit xəttinə qoşulması, başda Türkiyə və Rusiya olmaqla əksər beynəlxalq güc mərkəzlərinin geosiyasi-iqtisadi maraqlarına uyğundur və hazırda Cənubi Qafqazın yeni tələblərə uyğunlaşdırılması prosesi gedir. İran isə regionun əksər dövlətlərinə qarşı aqressiv mövqe sərgiləməklə faktiki özü-özünü təcrid vəziyyətə salır.
Heydər Oğuz,
Ovqat.com
Mehman Əliyev: “Avropa Birliyinin prezidenti Bakıya səfər etmişdi, tərəflər razılaşma əldə edə bilmədiyindən hökumətə qarşı təzyiqlər genişlənib”
Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin üzvləri Tiflis şəhərində bir araya gələrək, müharibədən sonra yaranan vəziyyət və gələcəkdə atılacaq addımlar haqqında ictimai müzakirələr aparıblar. Bu müzakirələr qeyri-rəsmi xarakter daşımasına baxmayaraq, ciddi maraq kəsb edir.“AzPolitika.info” Tiflis görüşü və regionda gedən proseslər mövzusunu həmin görüşdə iştirak etmiş “Turan” Agentliyinin direktoru, analitik Mehman Əliyevlə müzakirə edib:
- Mehman bəy, Soçidə Ərdoğan-Putin görüşü baş tutdu, bunun ardınca İran-Azərbaycan əlaqələrində gərginlik yaşandı, eyni zamanda Azərbaycan və Ermənistan liderləri birbaşa təmas barədə ümidverici açıqlamalar verdi. Bu kontekstdə regionda cərəyan edən prosesləri necə dəyərləndirmək olar?- Hesab edirəm ki, regionda hər şey qaydasındadır. Diqqət etsək görərik ki, bir tərəfdən Rusiya-Türkiyə, digər tərəfdən Rusiya-Azərbaycan münasibətləri, habelə Moskva-Ankara-Bakı üçbucağında hər şey öz axarı ilə davam edir. Əlbəttə, biz Tehran-Bakı xəttindəki gərginliklə yanaşı, gözlənilən Ankara-Tehran-Bakı müstəvisində də mümkün təmasların gündəmdə olmasını unutmamalıyıq. Əslində, bu göstərir ki, regionda iş birliyi var. Tarixi boyu rus-türk toqquşmasına şahidlik edən regionumuz indi bu qüvvələrin əməkdaşlıq mərkəzinə çevrilib. Ümümən belə əməkdaşlıq müstəsna olaraq yalnız Cənubi Qafqaz regionunu əhatə etmir.
Müşahidə etdiyimiz iş birliyi hazırda keçmiş Osmanlı İmperiyasının demək olar ki, bütün ərazilərini əhatə etməkdədir - Şimali Afrikadan tutmuş Suriyaya qədər geniş sahəni. Artıq bu qüvvələr Əfqanıstanda da mümkün əməkdaşlıq perspektivlərini nəzərdən keçirirlər. Maraqlıdır ki, bir-birini anlamaqla Türkiyənin Orta Asiyadakı dayaqlarınaruslar etiraz etmirlər. Əslində, çox maraqlı bir kontekst var və bunun içərisində qeyd etdiyim proses cərəyan edir.
- Mehman bəy, Sizin də daxil olduğunuz vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan heyət Tiflisidə erməni ictimaiyyətinin bir qrup fəal nümayəndəsi ilə görüşərək, müzakirələr aparıb. Bu müzakirələr barədə nə deyə bilərsiniz?
- Deyərdim ki, müharibədən sonra Azərbaycan və Ermənistan cəmiyyətlərində müharibənin nəticələri və gələcəklə əlaqədar müəyyən fikirlər formalaşıb. Bu fikirlər və mövqelər hakimiyyətlərin mövqe və gedişlərindən o qədər də fərqli deyil. Məsələn, biz Tiflis görüşü zamanı kommunikasiyaların açılması məsələsinə vurğu etmişik. Eləcə də sərhədlərin delimitasiyası, tərəflərin bir-birini tanımasının vacibliyini gündəmə gətirmiş və səsləndirmişik. Erməni nümayəndələri isə daha çox üstünlüyü “status məsələsinə” verir, bundan başlayırdılar. Deyirdilər ki, gəlin statusdan başlayaq, buna baxılmalıdır. Bütövlükdə onları narahat edən statusdur, daha doğrusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaşayan erməniləri nə gözləyir və nələr ola bilər məsələsidir. Onlar deyirlər ki, status zəmanət kimi lazımdır ki, sonradan orada problemlər olmasın. Bir sözlə, mövqelər daha çox bu məqamların üzərində qurulub.
Amma burada bir detal var. Tiflisidə fikir mübadiləsi aparanda hiss olunurdu ki, ermənilər bizdən başqa şey gözləyirmiş. Yəni biz qalib tərəf kimi onları aşağılayacağıq, onlara yuxarıdan aşağı baxacağıq və s. Onlar əvvəlcədən buna hazırlaşmışdılar. Biz isə sakitcə əyləşdik, emosiya olmadan mövqeyimizi bildirdik, vəziyyəti başa salmağa çalışdıq. Onlar da gördülər ki, real cəmiyyətlə dialoq aparırlar. Məncə, sakitcə, emosiyaya qapılmadan müzakirələr aparmaq, cəmiyyətin istəklərini səsləndirmək daha münasibdir, nəinki vətənpərvər nöqteyi-nəzərdən danışmaq. Bu mənada qeyd edim ki, görüş effektiv oldu.
- Bu tədbiri kim təşkil etmişdi, Azərbaycandan və Ermənistandan kimlər iştirak edirdi?
- Bizim tərəfimizdən rəsmi şəxslər yox idi. Əsasən vətəndaş cəmiyyətinin nümayəndələri idi. Açığını deyim ki, onların bəzilərini mən yaxşı tanımıram, cavan mütəxəssislərdir. Biz tərəfdən Eldar Namazov iştirak edirdi. Əhməd Əlili isə Azərbaycan tərəfinin koordinatoru idi. Ermənistan tərəfindən də ictimai xadimlər idi. Eyni zamanda, onlar tərəfdən Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr bölməsinin direktor müavini iştirak edirdi. O da normal danışırdı. Onunla ayrıca söhbətimiz də oldu.
- Müzakirələr nə qədər vaxt apardı?
-Ermənilərlə bir gün danışıq aparmışıq. Sonrakı gün gürcülər də prosesə qatılıb. Gürcüstanın xarici işlər nazirinin birinci müavini də həmin müzakirələrə qatılmışdı. Burada artıq Cənubi Qafqazda sabitlik və üçtərəfli əməkdaşlıq məsələsi diqqət mərkəzində idi. Əlbəttə, bu prosesdə Gürcüstanın vasitəçiliyi məsələsi bizim tərəfimizdən qaldırıldı, perspektivlər haqqında danışıldı.
- Bu təşəbbüs və ya ideya haradan yaranmışdı, ümumilikdə bu tədbirin təşkilatçısı və təşəbbüskarı hansı qurum olub?
- “Links Europe” adlı bir Avropa təşkilatı var, onlar hər zaman sülhməramlı layihələrlə işləyirlər. Mən həmin təşkilatı 1993-cü ildən tanıyıram. Bu tədbirin ideyası da onlardan gəlmişdi. Qeyd edim ki, orada Avropa Birliyinin nümayəndələri də var idi və müşahidə edirdilər. Amma onlar sadəcə qulaq asır, baxırdılar. Yəni müdaxilə etmirdilər.
- Vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər davam edəcəkmi, yoxsa bu, sadəcə bir dialoqla yekunlaşıb?
- Gözlənilən odur ki, növbəti ilin qış aylarında görüş olsun. Amma vacib odur ki, Azərbaycan və Ermənistan tərəfinin rəsmiləri gözlənilən görüşlərdə nələri müzakirə edəcəklər, hansı qərarlar verəcəklər. Məncə, bundan çox şey asılı olacaq. Yuxarıda nə qədər müsbət proses getsə, vətəndaş cəmiyyətləri arasında da buna uyğun iş aparılacaq.
Yox, əgər yuxarı səviyyədə bir razılıq əldə edilməsə, aşağı səviyyədə hansısa proseslərin getməsi olduqca çətindir. Yəni bunlar bir-birinə bağlı məsələlərdir.
“Azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Milli Müdafiə Universiteti Dəniz Hərbi Kollecinin 2021-2022 tədris ilinin açılış mərasimində bildirib.
Nazir Yunanıstan və Kiprin yunan hissəsindəki hökumətin silahlanmasına münasibət bildirərək deyib: “Yunanıstan və yunan Kipri son dövrlərdə bəzi ölkələrin təşviqi və təhriki ilə sürətlə silahlanma sevdasına düşüb. Bir riyaziyyata, bir tarixə baxın. Belə davranışla Türkiyədən üstün olmaq iddiasından əl çəkin. Yunanıstan iqtisadiyyatı məlumdur. Bu ölkə boc içindədir. Silahlanma sevdası ilə daha böyük borca girərək ölkə iqtisadiyyatını ağır vəziyyətə salacaqlar”.
İran Xarici İşlər naziri Əmir Abdullahyan Moskva səfərindən əli ətəyindən uzun geri qayıtdıqdan sonra Tehrandan Azərbaycana maraqlı təklif gəlmişdi.
Ovqat.com-un məlumatına görə, İranın Xarici İşlər Nazirliyindəki adı çəkilməyən mənbə mətbuata verdiyi açıqlamada rəsmi Tehranın yaxın günlərdə Bakı ilə fəal diplomatik təmaslara və müzakirələrə başlamaq niyyətində olduğunu bildirmişdi.
İlk baxışdan Tehranın bu açıqlaması Moskva təmaslarından nəticə çıxarıb Haqqa gəldiyi qənaəti yaradırdı. Di gəl ki, açıqlamanın davamında ifadə olunan fikirlər Tehranın ona verilən mesajları anlamaqda çətinlik çəkdiyini göstərir.
Məlumatda qeyd olunur ki, Tehran Bakı ilə 5 məsələni müzakirə etmək istəyir:
1. “3+3” formatında (Azərbaycan-Rusiya-Ermənistan və Türkiyə-İran-Gürcüstan) İranın aktiv fəaliyyətinin təminatı;
2. "2+"2 formatında İranın iştirak variantlarının nəzərdən keçirilməsi;
3. İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yaranmış yeni realıqların müzakirəsi;
4. Qarabağın statusunun müəyyənləşdirilməsində İranın rolunun müzakirəsi;
5. İkitərəfli əlaqələrdə son vaxtlar yaranmış müəyyən problemlərin nizanmalanması yollarının müzakirəsi.
Maraqlıdır ki, İranın bu təklifinə Azərbaycandan heç bir rəsmi cavab verilmədi. Verilə də bilməzdi. Əvvəla, ona görə ki, rəsmi Bakı Qarabağın statusu məsələsinin artıq həll olunduğunu bildirib və bu mövzunu heç kiminlə müzakirə etmir.
İkincisi, ona görə ki, adi riyazi qayda var. Bu qaydaya əsasən, “2+2 “4”-ə, “3+3” isə “6”-ya bərabərdir. Azərbaycanla İranın bir araya gəlməsi bu riyazi əməldə 2-yə bərabər olar. Sözsüz ki, istənilən ikilik, hansısa 4-lüyə və 6-lığa aid məsələləri müzakirə edə bilməz, etsə belə, bu təşəbbüsdən heç bir real nəticə çıxmaz. Bakı isə Tehran qədər bekar deyil ki, real nəticəsi olmayan məsələlərin müzakirəsinə vaxt sərf etsin. Odur ki, İran XİN bu cür absurd təkliflər irəli sürmək yerinə, getsin, ibtidai sinifdə keçirilən riyaziyyat fənnini öyrənsin. Biz hələ dərin diplomatiyadan danışmırıq.
Üçüncüsü, ona görə ki, 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni realıqları Azərbaycan İranla müzakirə etməz. Çünki bu məsələnin İrana zərrə qədər dəxli yoxdur. Üstəlik, İran son zamanlar tutduğu mövqe ilə İrəvanın sözçüsü kimi çıxış edir. Azərbaycanın isə tərəfin özü olan yerdə onun sözçüsü ilə danışıqlara vaxt itirəcək qədər xam ölkə deyil. Necə ki, problemin əsas tərəflərindən olan Ermənistan XİN-dən verilən son açıqlamaya görə, İrəvan Bakı ilə danışıqlara hazırlaşır. Məlumatda deyilir:
““Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib”.
“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında bildirib.
Onun sözlərinə görə, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. Bundan başqa Qarabağ da diqqət mərkəzində olacaq”.
Ararat Mirzoyanın bu açıqlamasını qısa analizdən keçirsək, görərik ki, İrəvan bundan sonra Azərbaycanla apardığı müzakirələrdə Qarabağ məsələsinin yalnız humanitar aspektdən ələ alınması reallığı ilə razılaşır. Belə ki, iki dövlətin xarici işlər nazirlərinin gözlənilən görüşünün gündəmi humanitar məsələ olacaq və bu konteksdə Qarabağ məsələsi gözdən keçiriləcəksə, deməli İrəvan üçün də artıq Qarabağ siyasi problem olmaqdan çıxıb. Odur ki, İran Qarabağın statusu məsələsini müzakirə etmək üçün Azərbaycana gəlməsinə də ehtiyac yoxdur.
Məlumatın İranın “qırmızı cizgisi” hesab etdiyi Ermənistan tərəfindən səsləndirilməsi də ilgincdir. Sanki bu açıqlaması ilə Ermənistan öz “ağsaqqalı” və “minillik qardaşı” İrana məşhur rus deyimini xatırladır: “Третий лишний”. Yəni sən sus və otur yerində! Burnunu özünə aid olmayan məsələlərə soxma!Ovqat.com
“İsrailin iki F-35 təyyarəsi Bakıya gəlib”.
Ovqat.com xəbər verir ki, bu iddianı SEPAH-a yaxınlığı ilə seçilən “Azariha” Telegram səhifəsi yayıb.
Məlumatda deyilir:
“Hərbi məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd F-35 təyyarəsi Bakı Respublikasına endi. Bu gizli təyyarələr nüvə obyektlərini bombalamaq üçün istifadə olunur. İsrailin İrana birbaşa çıxışı olmadığı üçün bu təyyarələrin Bakıda yerləşdirilməsi əhəmiyyətlidir”.
ranın uran zənginləşdirməsini 60 faizə çatdırmasından qorxuya düşən İsrail guya Bakıdan hərbi baza kimi istifadə edərək İran əleyhinə fəaliyyəti artırıb.
“Son üç həftə ərzində iki ölkə arasındakı münasibətlərə görə Bakının qəsdən gərginliyi artırması İsrailin bu bazanı Azərbaycanda yerləşdirmə ssenarisinin bəhanəsi ola bilər”, - məlumatda belə deyilir.
Qeyd edək ki, Azərbaycanın öz ərazisini erməni işğalından azad etməsini özünün Avropaya açılış projesinə zidd hesab edən İran ölkəmizə qarşı ən müxtəlif uydurma arqumentlər irəli sürür. Gah Zəngilanda hansısa camış fermasını İsrailin hərbi bazası təqdim edir, gah da Qəbələdə İsrail təyyarələrinin yerləşdirildiyini bildirir. Azərbaycanın “əgər faktınız varsa, təqdim edin” çağırışına isə məhəl qoymur.
İndisə F-35 təyyarələrinin nüvə obyektlərini vurmaq üçün icad olunduğu bildirən SEPAH-a yaxın media bu təyyarələrdən 2-nin Azərbaycana göndərilməsi barədə növbəti yalanını irəli sürür. Bu yalanını əsaslandırmaq üçün öz aləmində “ağlabatan” versiya da uydurur: İranla birbaşa sərhədi olmadığı üçün İsrail F-35-lərini Azərbaycana göndərir. Halbuki, İranla birbaşa həmsərhəd olan körfəz ölkələrinin bəzilərində F-35 təyyarələri var və İsrail istədiyi təqdirdə ərəblər məmnuniyyətlə Tel-əvivin əmrini icra edə bilərlər.
Heç uzağa getməyək, illik hərbi büdcəsi 27 milyard dollar olan BƏƏ-nin ən azı 2 F-35 təyyarəsi var və əmirlik rəsmiləri dünyada yeganə düşmənlərinin İran olduğunu gizlətmirlər belə. Əmirliyin ABŞ-dakı səfiri Yusif əl-Otaiba 2010-cu ildə mətbuata verdiyi açıqlamasında bu həqiqəti belə ifadə etmişdi: "Son 40 ildə ordumuz İran təhlükəsi ilə yedi, içdi, yatdı, oyandı. Bölgədə BƏƏ üçün təhlükə yaradan heç bir ölkə yoxdur, yalnız İran savayı”.
Üstəlik, son zamanlar İsraillə BƏƏ arasında diplomatik və hərbi əməkdaşlıqlar da getdikcə güclənir. İran isə bu gerçəklikləri görməzlikdən gəldiyi halda, gah camışa İsrail silahı deyib, gah da yalan məlumatlar uyduraraq, Azərbaycana yüklənir.
Digər tərəfdən, nüvə obyektlərinin təyyarə ilə vurulması da məntiqə sığmir. Ümumiyyətlə, müasir raketlərin əsas təyinatı təyyarələrə ehtiyac duymadan və heç bir canlı itkilər vermədən, istənilən obyekti daha rahat, dəqiq vurmaqdır. İsrail isə hədəfləri ən dəqiq zərbələrlə vurmaq qabiliyyətinə malik raketləri ilə ünlüdür. O zaman niyə daha riskli və qeyri-effektiv yolla İranın nüvə obyektlərini zərərsizləşdirsin?
Göründüyü kimi, İran ən uydurma “dəlillərlə” Azərbaycanı qaraladığı halda, əsl təhlükəni obyektini nədənsə görməzlikdən gəlir. Yəqin ona görə kimi, İranın gerçək İsrail dostu qarşısında at oynatmağa cəsarəti çatmadığından, ona uydurma düşmən obrazı yaratmaq daha sərfəlidir. Bizim qarşımızda at oynadaraq özünü təbəələrinə İsrailə və tərəfdaşına xox gəlmiş kimi göstərsin deyə.
Ovqat.com
Ermənilərin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlıları üzərində "qadın kartı" oynaması haqda dəfələrlə informasiyalar yayılıb. Bu informasiyalar içərisində rus hərbçilərin cinsi yolla keçən xəstəliklərə yoluxması, erməni qızların hamilə qalması kimi faktlar diqqət çəkib.
Musavat.com xəbər verir ki, "Mübarizlər" telegram kanalının təqdim etdiyi bu videoda isə Xankəndi yaxınlığında xidmət keçən rus əsgərlərinə "gətirilmiş" erməni qızlar əks olunub. Rus əsgərlər "anlaşma"dan sonra erməni qızlarla görüşə gedir.
Qeyd edək ki, bu görüntülər İrəvan erməniləri tərəfindən tənqid olunub.
Görüntüləri təqdim edirik:
İsrail kəşfiyyatı “Mossad” Suriyada məxfi əməliyyat icra edərək İran generalını ələ keçirib.
Nəşrin iddiasına görə, İranlı generalı yaxalamaq üçün planlaşdırılan gizli əməliyyat sentyabr ayında keçirilib.
Qeyd olunur ki, “Mossad”ın əməkdaşları Suriyada olan İran generalını qaçıraraq onu adı açıqlanmayan Afrika ölkəsinə aparıblar.
İranlı general orada dindiriləndən sonra sərbəst buraxılıb. Əməliyyatın digər təfərrüatları və generalın adı açıqlanmır.
Bildirildiyinə görə, generalın oğurlanmasının səbəbi ondan 35 il əvvəl əsir düşən israilli təyyarəçi Ron Aradın yeri barədə məlumat almaq olub. Sözsüz ki, bu iddia yanıldıcı da ola bilər. Suriyada əməliyyatlara rəhbərlik edən İran generalının İsrail kəşfiyyatı üçün daha dəyərli məlumatlarının olması şübhə doğurmur və onun sərbəst buraxılması tələb edilən informasiyanı MOSSAD-a verdiyini göstərir.
Qeyd edək ki, Suriyada hərbi əməliyyatları SEPAH-ın Qüds gücü hərbi birləşməsi aparır. İslam İnqilabı keçikçilərinin çox sayda generalı bu əməliyyatlarda iştirak edir. MOSSAD-ın hansı generalını ələ keçirib, əməkdaşlığa cəlb etdikdən sonra buraxdığını müəyyənləşdirmək xeyli çətin olacaq.
Yaradıcılıqda zaman-zaman milli məfkurəni, xalq ruhunu ana xəttə çevirən isimlər olub və belə isimlər bu gün də var. Bəlkə bu da sözün taleyidir ki, ondan Vətən də, irs də, sərhəd də keçir. Elə müsahibimiz də məhz o ilahi missiyalı imzalardan olan, Prezident təqaüdçüsü, araşdırmaçı, jurnalist və şair-publisist Namiq Hacıheydərlidir
- Öncə uşaqlıq illərinizdən başlayaq. O illəri necə xatırlayırsız?
- Yaxşı olan, xoş olan çox az şey yadıma gəlir. Nədən ki, çətin və ağır uşaqlıq illəri yaşamışam. Uşaqlıq illərim 20-ci yüzilliyin 80-ci illərinə düşüb. O illəri düşünəndə sovet nostalgiyası ilə yaşayanları anlaya bilmirəm. Yaz fəslində, doğulduğum bölgədə kəndin qız-gəlinini “Sovxoz”un pambıq tarlalarına pambığı alaqlardan təmizləməyə çıxarardılar. Ailələr arasında bölgü aparardılar. Yəni pambıq əkilib-becərilməsi üçün ailələr arasında bölünərdi. Alağın təmizlənməsinin ardınca pambıq şitillərinin seyrədilməsi işi başlardı. Sentyabr ayına qədər kəndin yüzlərlə sakini pambıq tarlalarında çalışardı. Burada briqadalar şəklində çalışan işçiləri briqadirlər idarə edərdi. Qızmar yay günlərində işçilərə cəmi 2 saat – günorta saat 12-dən saat 14-ə qədər fasilə verilərdi. Sentyabrda pambıq yığımı başlardı. Pambığın 1 kiloqramını 5 qəpikdən yığdırardılar. Oktyabrda yığım qiyməti 10-15 qəpiyə olardı. Biz 4-cü sinfi bitirib, yenicə 5-ci sinfə keçdiyimiz vaxt, yəni 10-11 yaşımızda pambıq yığımına cəlb olunurduq. 40, bəzən 45 dərəcə istidə kilosu 5 qəpiyə pambıq yığırdıq. Bu proses o qədər çətin və əzablı olurdu ki, bəzən bir neçə uşaqla sözləşib, cəza müəssisəsindən qaçırmış kimi pambıq yığımından qaçırdıq. Həm də sabah buna görə bizə cəza veriləcəyini bilə-bilə. Pambıq yığımı zamanı kəndin giriş-çıxışında bir milis işçisi dayanardı. Bu aylarda kənddən çıxmaq cinayətmiş kimi, üzrsüz səbəbdən kənddən çıxmaq istəyənləri geri qaytarırdı. Bu aylarda toy etmək üçün qurd ürəyi yeməli idin. Bir dəfə bu aylarda toy etdiyi üçün bir kolxoz sədri toy karvanını saxlayıb, yol kənarındakı pambıq tarlasından bəylə gəlinə pambıq yığdırmışdı ki, bu, başqalarına da dərs olsun... Sonralar xalq hərəkatı, soydaşlarımızın əzəli torpaqlarından deportasiyası, qiymətlərin durmadan artması və 20 yanvar faciəsi də uşaqlıq illərimizə düşdü. Mənə elə gəlir ki, 20 yanvar faciəsi ilə bizim uşaqlıq dövrümüz də bitdi.
- Və gənclik illəri başladı...
- Əgər həmin illərə doğrudan da gənclik illəri demək olarsa... Doğrusu, gənclik illərimiz də ürəkaçan olmadı. Hərdən mənə elə gəlir ki, heç gənc olmamışam. Elə uşaqlıqdan birbaşa orta yaş dönəminə adlamışam. 20 yanvar faciəsinin ardınca Qarabağ hadisələri, hər gün gələn şəhid xəbəri, torpaq itkisi, siyasi qarşıdurmalar, tez-tez baş verən hakimiyyət dəyişikliyi, sosial durumun günü-gündən ağırlaşması, saatlarla çörək növbəsi və digər bu kimi acı xatirələr yaddaşımda silinməz iz buraxıb. Belə bir ağır zamanda – 1992-ci ildə orta məktəbi bitirib, ali məktəbə daxil oldum. Hamı problemlərin məngənəsində əzilirdi. Qardaşım 1991-ci ilin sonunda Rusiyadan hərbi xidmətdən geri döndü, 1992-ci ilin yazında Qarabağa - ərazi bütünlüyü uğrunda gedən döyüşlərə yollandı. Hər gün cəbhədən acı xəbərlər gəlirdi. Yaşam şərtləri günü-gündən ağırlaşırdı. Durum o qədər ağır idi ki, oxumaq arxa plana keçmişdi. Millət ölüm-qalım savaşında idi. Orta məktəbi belə bir ağır dönəmdə bitirdim. İndi uşaqlar repetitor yanına gedir, onlara hər cür şərait yaradılır ki, oxusunlar. Amma o dönəmdə elə deyildi. Mən ali məktəbə sənəd vermək istəyəndə valideynlərim bu istəyimə qarşı çıxdılar. Əlbəttə, onları da başa düşürdüm. Onsuz da gündəlik ruzini güc-bəla qazanırdıq. Şərtlər diqtə edirdi ki, oxumayım, onsuz da çətinliklə dolanan ailəyə kömək edim. Amma oxumaq fikrimdə israrlı olduğum üçün sənədlərimi aidiyyatı quruma verdim. Allah rəhmət eləsin Vurğun Əyyuba və can sağlığı versin dəyərli alim Firudin Ağasıoğluna, nə yaxşı ki, onlar test üsulunu Azərbaycana gətirdilər. Süründürməçilik olmadı. Çox böyük çətinliklər, ciddi maddi sıxıntılar olsa da universiteti oxuyub bitirdim.
- Bəs gələcəkdə bu gününüz haqqında danışanda ürək dolusu xoş günlərinizdən danışa biləcəksizmi?
- Şəxsi həyatımla bağlı, güman ki, yox. Ümumiyyətlə bu illər ərzində ilk dəfədir ki, çətinliklərimi, çəkdiyim əzabları, yaşantılarımı dilə gətirirəm. Həmişə dərdimi başqalarından gizlətmişəm. Yəni düşünmüşəm ki, əynimdəki köynək mənim olduğu kimi acılarım, əzablarım, dərdlərim də mənimdi. Onu başqalarına yükləmək kimi bir haqqım yoxdu. Həmişə dərdimi, sıxıntılarımı, ehtiyaclarımı gizlətib, sevincimi bölüşmüşəm ətrafımla. Olub ki, yaxınlarımdan kimləsə görüşəndə mənə dərdini danışıb, gileylənib, problemlərdən boğaza yığıldığını deyib. Diqqətlə dinləyəndən sonra Aqil Abbas demişkən, “ver dərdini kef edim”- demək istəmişəm, amma ürəyini qırmamışam, təsəlli vermişəm, ümidli, inamlı olmasına çalışmışam. Ətrafımdakı insanların çoxu məni qayğısı, sıxıntısı, dərdi olmayan və normal yaşamaq üçün hər şeylə təmin olunmuş biri kimi tanıyıb. Bu səbəbdən bəzən, hətta uzaqdan tanıdığım, Facebookdan tanıdığım bəzi adamlar zəng edib, görüşmək istədiyini bildirir. Görüşüncə də maddi dəstəyə ehtiyacı olduğunu bildirirlər. Belə görüşlər işsiz qaldığım, çox ciddi sıxıntılar içində olduğum dönəmlərdə də olub. Onların çoxunun maddi durumunun, yaşam səviyyəsinin mənimkindən üstün olduğuna əminəm. Amma bunu onlara deyə bilmirəm. Üstəlik kömək edə bilmədiyimə görə əzab çəkirəm. Rəhmətlik Xudu Məmmədovun gözəl bir sözü var: Özüm dərdli ikən dərman gəzirəm,
Dərdi mənimkindən az olanlara.
Arada xeyli müddət işsiz qaldım. Ayrı-ayrı saytlar üçün qonorar qarşılığında yazılar yazdım, başqalarının yazılarını və kitablarını redaktə etdim. Həmin ərəfədə FB dostlarımdan biri mənə yazdı ki, “Sizi başa düşmürəm, hər şeyiniz, eviniz, imkanınız var, niyə özünüzə əziyyət verib qonorar üçün yazılar yazırsız”? Necə deyərlər, içim özümü yandırdı, çölüm özgəni. İlk dəfə sizə açıqlayıram, hələ də yaxın dostlarımın belə çoxu bilmir ki, mən 5 nəfərlik ailə üzvümlə birgə Qaraçuxurda ailə yataqxanasında yaşayıram. Bunu məni tanıyanların çoxu bilmir. Nədən ki, heç vaxt heç yerdə bu barədə danışmamışam, gileylənməmişəm, şikayət etməmişəm. Şikayət etmək mənim təbiətimə yaddır. Ancaq rəhmətlik İlhamə Quliyeva demişkən, “Daş deyil, ürəkdi bu”, hərdən yorulduğum, usandığım anlar da olur. Bu, bəlkə də yaş dövrü ilə bağlıdır, artıq, 46 yaşım var. İndi mən istəsəm də 26 və ya 36 yaşımda olduğu qədər enerjili, dözümlü və döyüşkən ola bilmərəm.
- 25 ildən artıqdır, yaradıcılıqla məşğulsuz. 12 kitabınız, Azərbaycanda və Azərbaycandan kənarda 200-ə qədər araşdırma və publisistik məqalələriniz yayımlanıb. Uğurlu yaradıcılığa görə ayrı-ayrı nüfuzlu qurumların “Diplom” və “Fəxri Fərman”larını almısız. Dəfələrlə ölkəmizi xaricdə təmsil etmisiz və s. Niyə dövlətin rəhbərliyinə müraciət etmirsiz, ən azından siz də başqaları kimi ev istəmirsiz?
-Bəlkə də bu, mənim yanlışımdı. İstəmək anadolular demişkən, yapımda yoxdu. Daha doğrusunu desəm, bacarmıram. General Əliağa Şıxlıniskini sovet hökuməti həbs etmişdi. Məhkəmədə ona: “özünüzü müdafiə üçün nə deyə bilərsiz”? – deyə sual verirlər. General: “Mən ömrüm boyu yalnız vətənimin və dövlətin müdafiəsi haqqında düşünmüşəm. Heç vaxt öz müdafiəm haqqında heç nə düşünməmişəm. Bu səbəbdən indi öz müdafiəm haqqında heç nə deyə bilmərəm”- deyir. Mən hərbçi deyiləm. Ancaq yazıçı üçün yazı masası da bir səngərdir. Masa arxasında özünü və ailəni gözardı edib, vətənin və dövlətin gələcəyini düşünərək də yaza bilərsən, şəxsi karyeranın yüksəlişini düşünərək də. Pafoslu səslənə bilər, amma həqiqətdir ki, bu illər ərzində özümü gözardı edib, dövlətimi düşünənlərdən oldum hər zaman. Yetər ki, dövlətim var olsun, millətimin Hadi demişkən, millətlər içində imzası olsun- düşüncəsində oldum hər zaman. Ola bilsin, bu səbəbdəndir ki, mənimlə eyni dönəmdə ədəbiyyata gələnlər ora-bura ağız açmaqla, xahiş etdirməklə özlərinə bir çox şəraiti qurdular, evlə, torpaqla və bəziləri yaxşı işlə təmin olundular, məişət problemlərini həll etdilər. Hesab edirəm ki, dövlət nəinki, hər bir yaradıcı adamı, hər bir vətəndaşını görməlidi, qayğısını, ehtiyacını, ağrı-acısını bilməlidi. Ayrı-ayrı fərdlərin problemləri artdıqca, bu, sonda kütləviləşir və sosial aqressiyaya çevrilir. Dövlətin gücü vətəndaşın gücü və rifahı ilə ölçülür. Mən vətəndaş olaraq gücləndikcə dövlətim də güclənir. Evlə və normal yaşam şərtləri ilə təmin olunmaq hər bir yaradıcı insanın, eləcə də hər bir vətəndaşın təməl haqqıdır. Bu gün bu ölkədə 46 yaşlı qələm adamının normal bir evi yoxdusa, bu, öncə dövləti yönətən güclərin suçudur.
- Heç nə zamansa yaşam durumunuza görə sıxılırsızmı, utanc hissi keçirirsizmi?
- Əlbəttə. Evimdə 3 övlad – dövlətim və millətim üçün dövlətinə, bayrağına və yurduna son dərəcə sayğılı olan 3 vətəndaş yetişdirirəm. Onların istək və arzularını yetərincə gerçəkləşdirə bilmədiyimə və layiq olduqları normal həyatı verə bilmədiyimə görə bəzən dövlətim və hökumətim adına utanc hissi keçirirəm.
- Bir az da yaradıcılıqdan danışaq. Yaradıcılıq işləri nə yerdədi?
- Son zamanlar az yazıram. Mətbuatda çalışan dostlarım, zəng edib, niyə son zamanlar mətbuatda görünmürsən, yazı göndər, yayımlayım – deyəndə, zarafatla “yaradıcılığa fasilə vermişəm, istedadımı dəmə qoymuşam” – deyirəm. Əslində isə məişət qayğıları son zamanlar məni çox məşğul edir, bütün vaxtımı alır. Hər üç uşaq təhsil alır, onların oxuması və digər təminatı üçün özümü yaddan çıxarmışam. Sanki bilərəkdən bizi yurdun aydın sabahları uğrunda vuruşma meydanından məişət küncünə sıxışdırıblar.
- Belə demək mümkünsə, ədəbiyyatla sizin aranızda bir ilahi məsafə yaranıb. Onu boşluq da adlandırmaq olar. O məsafənin yaranma səbəbini ilahi keçiddə, təbiət prosesində görürsüz, yoxsa tam olaraq, mühit və şəraitdə. Bu, bəlkə də genetik kodun diktəsi ola bilərmi?
- Maraqlı və yaradıcı sualdı. Lakin bu suala daha öncəki cavablarımda qismən də olsa açıqlama gətirmişəm. Ədəbi yaradıcılıq şəxsi istəklərdən qaynaqlanan məsələ deyil. İlahidən süzülmürsə, içindən gəlmirsə və mövzu səni rahatsız etmirsə, ortada yaradıcılıq da olmayacaq. Əslində sizin dediyiniz məsafə elə sadaladığınız bütün səbəblərdən ola bilir. Burada mühit və şərait daha çox rol oynayır, məncə. Ədəbiyyat tarixinə nəzər salsanız, görəcəksiniz ki, böyük ədəbiyyat hər zaman saraylarda və onun ətrafında yaranıb. İqtisadiyyatın aşağı səviyyədə olduğu bir yerdə yüksək mədəniyyətin ortaya çıxması mümkünsüzdür. Bir dövlətin mədəniyyətinin, ədəbiyyatının yüksəlişi onun iqtisadiyyatından keçir. Mən bununla ölkəmizin iqtisadi durumunun yaxşı olmadığını demək fikrindən uzağam. Sadəcə olaraq, o iqtisadi yüksəliş yazarın həyatında da özünü göstərməlidir ki, bu da sonucda ədəbiyyatımızın və mədəniyyətimizin yüksəlişinə təminatçı olacaq.
Genetik kodun diktəsi isə başqa şey deyir. Toparlanmağı və mütləq yazmalı olduqlarımı yazmağa hazırlaşmağı diqtə edir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, araşdırma yazılarımda daha çox o mövzulardan yazmışam və yazmağa çalışıram ki, həmin mövzular ya indiyə qədər işlənməyib, ya da çox az araşdırılıb. Hazırda Ağ Hunlar mövzusu üzərində düşünürəm. 5-ci yüzilliyin başlanğıcında Xəzər dənizinin gündoğarında qurulan Ağ Hun dövlətinin rəsmi dili türk dili idi. İndi İran adlanan ərazi və ətrafı bu dövlətin nüfuz dairəsinə daxil idi. Hətta, Ağ Hun dövləti o qədər güclü idi ki, Sasani imperiyası yolundan sapanda bu imperiyanın başçısını dəyişib, yenisi ilə əvəz edə bilirdi. Sizin ifadənizlə desəm, ötəri olaraq ədəbiyyatla aramda yaranan “ilahi məsafə” sonlanınca Ağ Hun dövləti haqqında yazacam. Bu, bir araşdırma yazısı da ola bilər, roman da.
- Əvvəlki yaradıcılıq dinamikasına qayıdışınız hansı yoldan keçir?
- Toparlanmaqdan keçir. Bəlkə də bu söhbətləşmə həmin keçidin başlanğıcı olacaq.
Söhbətləşdi: Nicat Türkoğlu,
Ovqat.com
Yaradıcılıqda zaman-zaman milli məfkurəni, xalq ruhunu ana xəttə çevirən isimlər olub və belə isimlər bu gün də var. Bəlkə bu da sözün taleyidir ki, ondan Vətən də, irs də, sərhəd də keçir. Elə müsahibimiz də məhz o ilahi missiyalı imzalardan olan, Prezident təqaüdçüsü, araşdırmaçı, jurnalist və şair-publisist Namiq Hacıheydərlidir.
Azərbaycana təzyiq üçün absurd ittihamlarını davam etdirən İran, artıq bütün sərhədləri aşmağa başlayıb.
“AzPolitika.info” xəbər verir ki, Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyanın “Rossiya 24” kanalına müsahibəsində açıq-aşkar Azərbaycanın ünvanına şər-böhtan söyləyib. Nazir bir daha Azərbaycan ərazisində “terrorçuların və sionistlərin” mövcud olduğunu iddia edib. Hələ bu da azmış kimi, guya Azərbaycanın bu “faktı” etiraf etdiyinə eyham vurub: “Biz, orada Qarabağdakı müharibə zamanı peyda olan terrorçuların mövcudluğunu qeyd edirik. Rəsmi danışıqlarda Azərbaycan nümayəndələri bizə vəd etdilər ki, regionun terrorçulardan təmizlənməsi üçün tədbirlər görəcəklər...”
İranlı nazirin Azərbaycanın adından danışdığı bu yalana, şərə hələlik rəsmi Bakı münasibət bildirməyib. Lakin nəzərə alsaq ki, Abdullahian hər gün absurd ittihamlarına daha yenilərini əlavə edir, hardasa Azərbaycan XİN-i də başa düşmək olar. Çünki artıq İranın Azərbaycana yönələn, hər gün təkrarlanan və təzələnən qeyri-ciddi ittihamlarına cavab vermək də getdikcə mənasını itirir.
Yaxşı olardı ki, Abdullahian hansısa mücərrəd görüşdən və Azərbaycan nümayəndələrindən danışarkən, konkret adlar və vaxt göstərəydi. Nə zaman olub bu görüş və kim guya Azərbaycan ərazisində olan terrorçuların təmizlənməsinə çalışacaqlarını vəd edib? Hansı ağlı başında olan dövlət, hökumət nümayəndəsi ölkədə olmayan şey barədə kiməsə söz verər?
İranlı nazir, əslində, bununla sanki Azərbaycanın boynuna qoymaq istəyir ki, guya ölkəmiz, ərazisində terrorçular olduğunu etiraf edir və Abdullahian da özündən olsa, bu yolla dahi bir diplomatik gediş edir. Ancaq istər İran, istərsə də regionun istənilən iti, pişiyi də bilir ki, Azərbaycanda terrorçu-filan yoxdur və olmayıb! Doğrudur, 30 ilə yaxın müddətdə İranla sərhəddə terrorçu və separatçı rejimin tör-töküntüləri olub. İran rejimi də bundan geninə-boluna istifadə edib və erməni terrorçu qardaşları ilə hər cür ticarətlər qurub. Lakin Azərbaycan 44 günlük müharibə dövründə həmin terrorçuları da, İranın bu ərazidəki çirkin maraqlarını da ərazilərimizdən süpürüb atdı! Elə İrandakı hakim rejimin müharibənin qələbəmizlə bitdiyi gündən bu yana içinə dolan sancı da bununla bağlıdır.
Hər halda, Azərbaycan XİN Abdullahianın bu son şər-böhtanına cavab verməli və iranlı nazirdən izahat tələb etməlidir.
Yunanıstanla Fransa arasında Türkiyəyə qarşı bağlanan hərbi müqavilə bu gün yunan parlamentində müzakirəyə çıxarılıb.
Ovqat.com-un məlumatına görə, Yunanıstan Baş naziri Kiryakos Mitsotakis 28 sentyabrda Fransa ilə imzalanan müqavilə barədə məlumat verərək bildirib ki, sənəddə üçüncü ölkənin hücumuna qarşı birgə müdafiə nəzərdə tutulub.
"Sənəddə üçüncü tərəfin iki dövlətdən birinə hücum etməsi halında Fransa ilə Yunanıstanın bir-birinə hərbi yardım göstəriləcəyi ilk dəfə açıq şəkildə ifadə edilir”, - deyən yunan Baş naziri hədəfin Türkiyə olduğuna işarə edərək bildirib: “Aralıq dənizində hərəkətlərimizi kimin müharibə səbəbi hesab etdiyini hamımız bilirik”.
Qeyd edək ki, Yunanıstan bu yaxınlarda Egey dənizindəki ərazi sularını adalardan başladığını elan etmiş və faktiki olaraq öz aləmində Türkiyəyə heç bir sahə buraxmamışdı. Türkiyə isə Yunanıstanın 12 mil uzunluğunda ərazi suları iddiasını müharibə səbəbi kimi qiymətləndirmişdi. İki dövlət arasında Aralıq dənizinin ərazi bölgüsü ilə bağlı da mübahisələr var. Odur ki, Kiryakos Mitsotakisin parlamentdə dilə gətirdiyi fikirlərində Türkiyəni nəzərdə tutduğu şübhə doğurmur.
Yunanıstanla Fransa arasında son zamanlar bağlanan hərbi müqavilələr yalnız ortaq müdafiə tədbirləri ilə də məhdudlaşmır. Bu ilin əvvəlində Yunanıstan Fransadan 18 ədəd Rafale döyüş təyyarəsi alması haqqında müqavilə imzalamışdı. Bundan əlavə Yunanıstan
Fransadan 3 milyard avroya 3 freqat almaq niyyətindədir.
İki NATO üzvünün müdafiə paktı imzalaması Alyansda da ciddi narahatlıq yaradır. Məsələ burasındadır ki, NATO Müqaviləsinin 5 -ci maddəsində müttəfiq ölkəyə edilən hücumun bütün İttifaq üzvlərinə hücum sayılacağı onsuz da nəzərdə tutulur. Fransa və Yunanıstanın bununla kifayətlənməyib ayrıca bir müqavilə bağlamasından aydın olur ki, sənəddə hədəf olaraq alyans üzü nəzərdə tutulur.
Ötən həftə Yunanıstanın NATO üzvü olaraq belə bir müdafiə sazişinə ehtiyacı olub-olmadığı ilə bağlı suala Mitsotakis cavab verərək demişdi: “Bir NATO ölkəsinin hücumu halında 5 -ci maddə tətbiq olunarmi? NATO-nun bu mövzuda çox açıq olduğuna əmin deyiləm. Təhlükəsizlik müqavilələri ilə ölkəmi müdafiə etmək və lazımi ittifaqları qurmaq məcburiyyətindəyəm".
Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci Maddəsini Fransa prezidenti Makron da 2019-cu ildə “Economist” jurnalına verdiyi müsahibəsində şübhə altına alaraq, Türkiyəyə hücum olarsa alyansın onu qoruyacağından çox da əmin olmadığını vurğulamışdı. O həmin müsahibəsində “NATO-nun beyin ölümü” keçirdiyini də dilə gətirmişdi.
Makron son zamanlar ABŞ-ın “diktəsindən uzaq” Aİ ordusu yaradılmasının da təşəbbüsü ilə çıxış edir və onun bu səyləri NATO-nun Baş katibi Yens Stoltenberqin dəfələrlə tənqidinə məruz qalıb. Görünən budur ki, Fransa bütün xəbərdarlıqlara baxmayaraq, NATO-dan kənarda yeni hərbi ittifaq quruculuğundan vaz keçmək fikrincə deyil və bu istiqamətdə atdığı ilk addımı isə Türkiyəyə qarşı Yunanıstanla hərbi ittifaq yaratmaqdır.
Ovqat.com
İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin edilib.
Ovqat.com-un məlumatına görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Mahir Hümbətov institutun direktoru olub.
Təyinatları maraqla qarşılanan Mikayıl Cabbarovun yeni kadrı kimdir? Nazirliyin beyin mərkəzi sayılan institut kimə əmanət olunub?
Bir neçə dövlət qurumunda və özəl sektorda dərin iş təcrübəsinə malik Mahir Hümbətov 2009-2016-cı illərdə şəriətə uyğun investisiyalara maraq göstərən 7 yerli bank üçün məsləhət xidmətləri göstərib, "Azərbaycanda İslam maliyyələşməsinin təşviqi və tətbiqi” proqramının təşkilatçısı olub.
Eyni zamanda Mahir Hümbətov 2012 -2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı-analitik kimi çalışıb.
Onun kitablarında yazılan tərcümeyi-halına nəzər saldıqda, əsas təcrübə sahələrinin iqtisadi islahatlar, beynəlxalq maliyyə institutları, investisiyalar, özəlləşdirmə, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dövlət-özəl əməkdaşlığı olduğunu görürük. Qeyd edilən və digər sahələrdə xaricdə və Azərbaycanda nəşr edilmiş 7 kitab və çoxsaylı məqalələrin müəllifidir. O, dünyanın Oxford, SOAS, Durham, LSE kimi bir çox tanınmış universitetləri və BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və Asiya üzrə İqtisadi Komissiyası, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi bir sıra beynəlxalq təşkilatlarda mühazirələrlə çıxış edib. 7 dildə sərbəst danışır və dünyanın bir çox ölkələrində təhsil, təlim və iş təcrübəsinə malikdir. Forbes, Bloomberg, Reuters, Al-Jazeera, Al-Joumhouriyye, The Islamic Globe və digər beynəlxalq qəzet və jurnallara müsahibələr verib.
Ovqat.com
Türkiyə ilə İran arasında iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin başçılığı altında siyasi müzakirələr aparılacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Qeyd edilir ki, sabah Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Keninin başçılığı ilə Ankarada siyasi müzakirə görüşləri keçiriləcək.
Görüş zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Oxu.az
Dünən Vaşinqtonda Prezident Co Biden və ABŞ Müdafiə naziri Lloyd Austin ilə görüşən Stoltenberq daha sonra Corctaun Universitetində bir konfransa qatılıb. Baş katib konfransdakı çıxışında Avropaya, xüsusi Fransaya bəzi mesajlar verib.
Ovqat.com-un məlumatına görə, NATO-ya paralel olaraq qurulacaq Avropa müdafiə mexanizminin Atlantik ittifaqının zəifləməsi və parçalanması riski daşdığını ifadə edən Baş katibi Parisi bu cür mövqedən geri çəkilməyə çağırıb.
"Fransanın xəyal qırıqlığına uğradığını başa düşürəm. Ancaq NATO çərçivəsi xaricində və NATO ilə rəqabət aparmaq ya onu kopyalamaq üçün göstərilən səylərin nəticə verəcəyinə inanmıram. Çünki NATO məhəng daşı olaraq bu gün də Avropa və Şimali Amerika təhlükəsizliyinin təməlini təşkil edir", - NATO-nun Baş katibi belə deyib.
Qeyd edək ki, Stoltenberqin bu narahatlığı əsassız deyil. Ötən ay ABŞ, İngiltərə və Avstraliya Hind-Sakit okeanı bölgəsində yeni bir təhlükəsizlik ittifaqı qurduqlarını elan etmiş, daha sonra isə Avstraliya Fransadan almaq istədiyi sualtı gəmilərinin sifarişlərini dayandırmışdı. Bunun yerinə isə ABŞ-ın istehsal etdiyi nüvə enerjisi ilə işləyən sualtı qayıqlarını almağa üstünlük verdiyini açıqlamışdı. Beləcə Fransa ilə ABŞ, İngiltərə və Avstraliya arasında ciddi mübahisələr yaranmışdı. Rəsmi Paris onun 56 milyard dollarlıq qazancını əlindən alan London və Vaşinqtonu öz müttəfiqinə xəyanətdə günahlandırmış, NATO kimi etibarsız alyansdansa Avropa İttifaqına məxsus ortaq ordu quruculuğu ideyasını ortaya atmışdı.
Əslində Fransa prezidenti Makronun bu irəli sürdüyü bu ideya yeni də deyil. Hələ 2019-cu ildə Makron “Economist” dərgisinə verdiyi müsahibəsində Türkiyənin və ABŞ-ın NATO dövlətləri ilə razılaşmadan regionda bəzi əməliyyatlar keçirdiyini bildirərək demişdi: “Hazırda yaşananlar NATO-nun beyin ölümüdür”.
Makronun bu sözlərindən sonra Fransanın Avropa İttifaqının öz ordusunu yaratmaq səylərini artırdığı xəbər verilirdi. ABŞ və Böyük Britaniyanın Avstraliyanı öz yanlarına çəkməsindən sonra isə Parislə NATO arasındakı münasibətlərin pisləşməsi özünün kulminasiya nöqtəsinə çatmışdı. Bu gərginlikdən sonra Fransa Prezidenti Emmanuel Makron Avropanın öz müdafiə qabiliyyətini artırmalı və ABŞ -dan asılılığını azaltmalı olduğuna dair fikirlərini bir daha gündəmə gətirmişdi. "Biz avropalılar özümüz aydınlaşdırmalıyıq ki, təhlükəsizliyimiz, sərhədlərimiz və müstəqilliyimiz üçün nə erməliyik?", - Makron jurnalistlərin 30-31 oktyabr tarixlərində Romada keçiriləcək G20 sammitində ABŞ Prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəklərinə dair suallarını cavablandırarkən belə demişdi.
Stoltenberq də məhz bu gərginliyi azaltmaq üçün dünən Parisə səbrli olmağı məsləhət görüb, əks halda NATO ilə yanaşı Aİ-nin də dağıla biləcəyi və bundan ən çox Fransanın zərər görəcəyi xəbərdarlığını edib.
Avropanın müdafiə gücünün yalnız bu qitənin hüdudları ilə məhdudlaşmadığını diqqətə çatdıran Stoltenberq deyib: "Burada çox geniş coğrafiyadan söhbət gedir. Cənubda Türkiyə, şimalda Norveç və İslandiya, qərbdə ABŞ, Kanada və İngiltərə NATO-nun üzvləridir və bu da bütün Avropanın təhlükəsizliyinin qorunması üçün vacibdir.
Yeri gəlmişkən, Ermənistanı açıq şəkildə dəstəkləyən Fransanın son zamanlar İranla da münasibətini yaxşılaşdırmağa çalışdığı müşahidə olunur. Sentyabrın 5-də İranın yeni prezidenti İbrahim Rəisi ilə telefonla danışan Makron iki ölkə qarasında yeni səhifə açmağa hazır olduğunu, hətta İrana nüvə danışıqlarında dəstək verə biləcəyini açıqlayıb. Maraqlıdır ki, İranın Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa nəqliyyat dəhlizinə də açıq ifadə olunmasa belə, dolayı dəstək verən beynəlxalq qüvvələrin başında Fransa və onun təsir dairəsində olan Avropa İttifaqı gəlir.
Məlum olduğu kimi, ötən yay aylarında Aİ Şurası Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayırıb. Müqayisə üçün qeyd edək ki, Aİ eyni proqram çərçivəsində Azərbaycana 140 milyon avro, Gürcüstana isə 1.175 milyard avro vəsait ayırmışdı. Yəni Ermənistana xüsusi bir ayrıcalıq verilmişdi. Qurumun prezidenti Şarl Mişel Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” çərçivəsidə ayrılan bu vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib. Sənədlərdə sözügedən vəsaitin böyük hissəsinin Ermənistanın cənubunun inkişafına və tranzit xətlərinə yönəldiləcəyi nəzərdə tutulur.
Avropa İttifaqında Fransanın təsir gücünün yüksək olduğu nəzərə alsaq, Ermənistanda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə ayrılan bu vəsait qətiyyən təsadüfi görünmür. Belə anlaşılır ki, Fransa və Avropa İttifaqı Şurası İranın Qərbə açılan bu qapısının qurulmasında maraqlıdır və Makronun Paşinyan sevgisi içiboş erməni sevgisindən irəli gəlmir.
Mümkündür ki, Qərb-Şərq dəhlizində İran variantına meyllənən Fransanın mövqeyi ABŞ və Böyük Britaniyanın maraqlarına cavab vermədiyindən onun Avstraliya ilə bağladığı çoxmilyardlı sualtı qayıqları layihəsinin də önü qəsdən kəsilmişdi. Belə ki, ABŞ Avstraliyanı Çinin Qərb qapısına nəzarət etmək üçün gücləndirmək xəttini tutub. Fransanın bu ölkəyə satmağı planlaşdırdığı 12 ədəd sualtı qayığı isə bu gücdə deyildi. Görünür, Paris Avstraliyaya satmağa çalışdığı sualtıların onsuz da Çinin qarşısını kəsməyə kifayət etməyəcəyini düşündüyündən baş qatmaq üçün ona bu hərbi texnikaları sırımaq xəttini tutub.
ABŞ və İngiltərənin təklif etdiyi nüvə enerjisi ilə çalışan sualtılar isə Çin sahillərinə qədər geniş əraziləri daha rahat nəzarət altına ala bilər. Təsadüfi deyil ki, ABŞ və Böyük Britaniyanın Avstraliya ilə imzaladığı yeni müqaviləyə ən çox etiraz edən də məhz Çin olmuşdu.
Ovqat.com
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verəcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı etibarlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub.
Telekanalın məlumatına əsasən, İ.Qaribaşvilini hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəzləyəcək.
"Türkiyə və Azərbaycan arasındakı münasibətləri heç kim poza bilməz. Boş yerə səy göstərməsinlər, enerji sərf etməsinlər".
Bu fikirləri "Report"un ABŞ bürosuna eksklüziv müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Biz beynəlxalq hüquq normalarına uyğun olaraq, Türkiyədə, Azərbaycanda hərbi təlimlər keçirə və əməkdaşlıq edə bilərik. Sadəcə, Azərbaycan deyil, Türkiyə də daxil olmaqla hər bir ölkə istənilən dövlətlə müxtəlif sahələrdə əlaqələr qura bilər. Əgər onların bizə zərəri yoxdursa, bu ölkələrə üzümüzü çevirib "siz niyə belə edirsiniz?" sualını vermirik. Bizim də Azərbaycanla olan yaxın qardaşlığımız, münasibətimiz və iş birliyimiz, hərbi təlimlərimiz kiminsə əleyhinə deyil. Ona görə də kimsə boş yerə narahat olmasın. Bizim bu birliyimiz başqalarının əleyhinə olan bir qardaşlıq və həmrəylik deyil", - o bildirib.
“Qonşuluq siyasəti xoş niyyət, mehriban qonşuluq və konstruktiv əməkdaşlıq ruhuna bağlıdır”.
Ovqat.com xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ötən gün qonşuluq siyasətindən bəhs edərkən belə deyib.
Rəisi İran İslam Respublikası üçün Mehriban qonşuluq siyasətinin həmişə prioritet məsələ olduğunu qeyd edərək bildirib:
“Konstruktiv əməkdaşlıqlar bölgədəki bütün xalqların iqtisadi inkişafı və rifahı üçün əsas amildir”.
Qafqaz bölgəsinin sıx əməkdaşlığın yaxşı nümunəsi potensialı malik olduğunu bildirən Prezident bu sahədə regional təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq deyib: “Regional təhlükəsizlik çoxtərəfli regiondaxili mexanizmlər vasitəsi ilə təmin edilməlidir və şər və ambisiyalı ünsürlərin müdaxiləsi xalqların maraqlarının ziyanınadır”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilib-keçirilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
"Report" xəbər verir ki, XİN rəsmisi Azərbaycan tərəfinin hər zaman dialoqa açıq olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycan hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir: "Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Biz post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik".
"Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə üç dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasıyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər", - L.Abdullayeva vurğulayıb.
İsrail xarici işlər naziri Jair Lapid ABŞ-ın, BƏƏ-nin, Bəhreynin və Mərakeşin İsrailə bölgənin digər ölkələri ilə diplomatik əlaqələr qurmasına kömək etdiyini bildirib.
İsrailin bu ölkələrlə normallaşdırma sazişlərinin “möhtəşəm” bir proses olduğunu vurğulayan Lapid qeyd edib ki, bu dairəni bölgənin daxilində və xaricində genişləndirməyə ümid edirik:
“Hazırda adlarını açıqlaya bilmədiyim ölkələrlə normalizasiya müqavilələri imzalamaqdayıq.. Əvvəlki kimi indi də ad çəkə bilmərəm, çünki bu prosesə xələl gətirəcək”.
O, bölgə ölkələri ilə normallaşma prosesini davam etdirərkən, Fələstin məsələsinin də gündəmdə olduğunu, gözlərinin cənubda Qəzzada və şimalda Hizbullahda olduğunu bildirib.
İsrail ilə BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair müqavilə 15 sentyabr 2020-ci ildə Ağ Evdə təşkil edilən mərasimdə imzalanıb.
Xartum rəhbərliyi eyni zamanda o dövrkü ABŞ prezidenti Donald Trampın Sudanı “terroru dəstəkləyən ölkələr” siyahısından çıxarmasının qarşılığında 23 oktyabr 2020-ci ildə İsraillə münasibətləri normallaşdırmağa qərar verdi.
Sudandan sonra Mərakeş də 10 dekabr 2020-ci ildə İsraillə münasibətləri normallaşdırmaq barədə razılığa gəldi.
Mənbə: “Jerusalem Post”