İranda qadın fəal həbsdən azad edildi - VİDEO

0:00
0:00

İranda uzun müddət həbsdə qalan mədəni və uşaq hüquqları üzrə fəal Atena Daemi yanvarın 24-də Rəşt şəhərinin Lakan zindanından azadlığa buraxılıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə Atena Daeminin bacısı Ensiye Daemi video paylaşaraq onun həbsdən azad edildiyini bildirib.

Xanım A.Daeminin azadlığa buraxılması onun bəraət alması xəbərindən bir neçə saat sonra baş verib.

Xatırladaq ki, 29 yaşlı Atena Daemi 2016-ci ilin noyabr ayından bəri Evin zindanında olub, ötən ilin fevralından isə Lakan zindanına köçürülüb.

Qeyd edək ki, mədəni fəal Atena Daemi ilk dəfə 2015-ci ildə həbs edilib və Tehran İnqilab Məhkəməsi tərəfindən “təhlükəsizlik orqanlarına qarşı toplaşma və əlbirolma”, “hakimiyyət əleyhinə təbliğat fəaliyyəti” və “hökuməti tənqid etmə” ittihamları ilə 14 il həbs cəzasına məhkum edilmişdi.

Mənbə:
0
96
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar