"Mançester Siti"nin komandadan ayrılmağa hazırlaşan kapitanı Fernandinyonun yeni klubu məlum olub
Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 37 yaşlı yarımmüdafiəçi karyerasını "Atletiko Paranans"da davam etdirəcək. O, Braziliya təmsilçisi ilə iki illik müqavilə imzalayacaq.
Maraqlıdır ki, daha əvvəl Fernandinyonun gedişi xəbəri “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün sürpriz olub. O, bu məlumatlar haqqında deyib: “Bundan xəbərim yox idi, mənim üçün sürprizdir. Görək, mövsümün sonunda nələr olacaq. Nə olacağını bilmirəm”.
Xatırladaq ki, Fernandinyo 2013-cü ilin yayında 40 milyon avroya Donetsk “Şaxtyor”undan “Mançester Siti”yə keçmişdi.
</meta>
Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav Azərbaycandan təklif alıb.
Qol.az xəbər verir ki, bunu 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra Türkiyə mətbuatına açıqlamasında deyib.
"Midtüllan"la 6 aylıq sözləşməmiz başa çatdı. Vaqner karyerasını bitirməyi düşünmür, Türkiyə, Azərbaycan və Braziliyadan təklifləri var"- deyə Ferreyra bildirib.
Qeyd edək ki, son klubu Danimarka "Midtüllan"ı olan Vaqner Lav Rusiyanın SSKA, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.
Xatırladaq ki, bu ilin fevralında "Sabah"ın baş məşqçisi Murad Musayev Vaqner Lava təklif göndərdiklərini, ancaq hücumçunun bundan imtina etdiyini açıqlamışdı.
</meta>
"Neftçi"nin yeni transferi Qodsvey Donyo sabiq klubu "Makkabi" (Hayfa, İsrail) ilə vidalaşıb.
Qol.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşım edib.Qanalı forvard azarkeşlərə təşəkkür edib:
"İki gözəl mövsüm üçün "Makkabi Hayfa"ya təşəkkür edirəm. Koronavirus pandemiyasının futbol dünyasına problem yaratdığı çətin bir zamanda İsrailə gəldim. Gözəl azarkeşlərimiz olmadan oynamağı öyrənməli idik. Bütün bunlara və çətin mübarizəyə baxmayaraq, on ildən sonra nəhayət çempionluğu qazandıq. Bu, mənim ilk çempionluq titulum idi. Bu tarixin bir hissəsi olmaqdan çox qürur duyuram və fəxr edirəm. Növbəti mövsümdə bütün titulları qazanaraq daha bir tarix yazmaq istəyirdik, lakin təəssüf ki, bu, baş vermədi. Ümumilikdə üç titul və çempionluq qazandığımız unudulmaz mövsümdən sonra "yaşıl ailə"nin bir hissəsi olmaqdan xoşbəxt və qürurluyam. İsraildə olduğum müddətdə aldığım bütün məhəbbət və dəstəyə görə çox minnətdaram, həqiqətən özümü evdəki kimi hiss edirdim. Kaş ki, daha çox qala biləydim, amma şəraitə görə alınmadı. Klub və azarkeşlərin mənim qəlbimdə həmişə xüsusi yeri olacaq. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Bir dəfə yaşıl, həmişə yaşıl..."
</meta>
"Asan həyatım olmayıb. Hər zaman mübarizə aparmışam. Getdiyim hər yerdə kapitan olmuşam. Xarizmam və əvvəlki təcrübələrim sayəsində lider olmuşam".
Qol.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi "ilfattoquotidiano.it" nəşrinə müsahibəsində deyib.
İtaliyalı mütəxəssis geniş müsahibəsində Azərbaycanla bağlı sualları da cavablandırıb. O, ailə üzvlərinin Bakıda yaşamadığını bildirib: "Azərbaycanda tək yaşayıram. Yoldaşım Koneqliano İtaliyada qalıb, qızım isə Padua Universitetində oxuyur. Yemək bişirməyi bilirəm və burada italyan restoranları var. Dekabrda koronavirusa yoluxdum, 7 kiloqram arıqladım. Amma sağaldım".
Millimizlə 2022-ci ilin sentyabrına qədər müqaviləsi olduğunu xatırladan 66 yaşlı mütəxəssis bundan sonra da uğurlu ola biləcəyini deyib: "Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm. Ya milli komandada, ya da klubda. Bu, elə də vacib deyil".
</meta>
"Atletiko" ilə müqaviləsi başa çatan Luis Suares karyerasını "River Plet"də davam etdirəcək.
Qol.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Argetnina klubu yaxında 35 yaşlı forvarda müqavilə imzalandığını açıqlayacaq.
Qeyd edək ki, Suares geridə qalan mövsüm 35 matçda 11 qol vurub və 2 qolun ötürməsini verib.
</meta>
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi cavab oyunu üçün biletləri satışa çıxarılıb.
Qol.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək olacaq.
Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə iyulun 5-də Poznanda keçiriləcək.
</meta>
"Liverpul"un sabiq futbolçusu Divok Orici "Milan"a keçməyə hazırlaşır.
Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bu gün 27 yaşlı hücumçu tibbi müayinədən keçmək üçün Milana uçacaq. Daha sonra tərəflər müqavilə imzalayacaqlar.
Daha əvvəl məlum olmuşdu ki, Orici və "Milan" illik 3,5 milyon avro maaş olmaqla 4 illik müqavilə üçün razılaşıblar.
</meta>
"Bavariya"nın yeni hücumçusu Sadio Mane Münhen klubunda forma nömrəsinə qərar verib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı oyunçu 17 nömrəli forma ilə çıxış edəcək. Son olaraq bu nömrəli formanı Jerom Boatenq geyinib.
Xatırladaq ki, iyunun 22-də “Bavariya” “Liverpul”dan Maneni transfer etdiyini açıqlayıb.
</meta>
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” (Polşa) oyununun biletləri iyunun 27-dən satışa çıxarılacaq.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək)
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.
Qeyd edək ki, qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
</meta>
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Sloveniya toplanışında ilk yoxlama oyununu keçirib.
Qol.az xəbər verir ki, Xorvatiya klubu Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə qarşılaşıb. Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub.
Start heyətdə meydana çıxan Emreli ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, "Dinamo" 2-ci sınaq matçını iyulun 1-də "Spartak"a (Trnava, Sloveniya) qarşı keçirəcək.
</meta>
Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Qarabağ" bu gün növbəti məşqinə çıxıb.
Məşqdən fotoları təqdim edirik.
</meta>
"Real"ın futbolçusu Mariano Diaz komandadan ayrılmağı planlaşdırır.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, dominikanlı hücumçu Madrid klubu ilə gələn ilin yayına qədər olan müqaviləsini pozmaq istəyir. O, meydana az çıxmasından narazıdır.
"Real"ın yetirməsi olan Dominikan millisinin üzvü ilə "Lion", "Fənərbaxça" və bir neçə ispan klubu maraqlanır.
</meta>
Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, millimizin üzvü Emil Balayevin şərəfini qoruduğu "Turan" səfərdə "Kaspi" ilə qarşılaşıb. Oyun "Turan"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Balayev ehtiyatda qalıb.
Qeyd edək ki, hazırda 15 xalı olan "Turan" 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.
</meta>
"Sumqayıt"la müqaviləsi başa çatan Əli Qurbaninin yeni klubu müəyyənləşib.
Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını İranda davam etdirəcək. Milli komandamızın üzvü "Fulad" klubuna keçib. Məlumatı Xuzestan təmsilçisinin mətbuat xidməti yayıb.
Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Əli Qurbani 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, başa çatan mövsümdə "kimyaçılar"ın heyətində 27 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
</meta>
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az xəbər verir ki, Tel-Əviv təmsilçisi Eran Zahavini transfer edib. Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Eran Zahavi 2020-ci ilin yayından PSV-de çıxış edirdi. Məşhur hücumçu başa çatan mövsümdə Niderland klubunun heyətində meydana çıxdığı 46 oyunda 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 34 yaşlı hücumçü İsrailin "Hapoel", İtaliyanın "Palermo" və Çinin "Quançoo" klubunda da çıxış edib.
</meta>