Şəhid Arəstə Baxışovanın övladları analarından DANIŞA BİLMƏDİLƏR

“Bu il bacımın doğum gününü onun adına verilən evdə keçirmək qismət olmadı”.


Bu sözləri Modern.az-a şəhid Vətən müharibəsinin yeganə şəhid xanımı Arəstə Baxışovanın qardaşı Vüqar Baxışov deyib. O qeyd edib ki, Arəstə Baxışovanın övladlarına mənzil verilməsi nəzərdə tutulsa da, hələlik bu, reallaşmayıb:


“4 may tarixi bacımın doğum günüdür. Onun övladlarına mənzil verilməsi nəzərdə olsa da, hələ ki bu, gerçəkləşməyib. Ümid edirəm ki, yaxın günlərdə veriləcək. Bu il həmin evdə bacımın doğum gününü qeyd etmək bizə qismət olmadı”.


Əməkdaşımız şəhid xanımın övladları ilə danışmaq istəsə də, Vüqar Baxışov bunun uşaqlar üçün yaxşı təsir bağışlamayacağını bildirib:


“Analarını itirdikdən sonra övladları ciddi psixoloji travma aldılar. Hazırda da vəziyyətləri o qədər ürəkaçan deyil. Övladları ilə Arəstə haqqında danışmaq onlara o qədər də yaxşı təsir bağışlamayacaq”.


Xatırladaq ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmazda anadan olub. Bu gün onun doğum tarixidir. Yaşasaydı, 32 yaşı tamam olacaqdı...

Mərhumun iki övladı yadigar qalıb: 10 yaşı olan Zəhra ilə 11 yaşlı Mərdan.


Fidan İlqarqızı

 

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
90
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar