Sülhməramlılar Qarabağdan çıxacaq:“Rusiya əngəl ola bilməyəcək” - ŞƏRH

“Siyasi gücümüzü artırmalı, Türkiyə ilə hərbi ittifaqımızı möhkəmləndirməliyik”

“Həmçinin öz növbəmizdə Kremlə mesajlar verməliyik. Elə etməliyik ki, dörd ilədək Qarabağa ciddi köçlər baş tutsun”
“Bu, oradakı ermənilərə və ruslara psixoloji təzyiq olacaq”

“Rusiyanın Azərbaycan ərazisində (Qarabağın dağlıq hissəsi) müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov anadan olduğu Dağıstana qayıdandan sonra Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə keçirilən görüşdə deyib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti uzadılacaq: “Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək”.
Bu sözləri siyasi analitik Turab Rzayev deyib.
Görünür, düşmən yenə dinc dayanmaq istəmir. Əlbəttə, sülhməramlıların Qarabğda qalma müddətinin uzadılması həm Moskvaya, həm də İrəvana sərf edir. Amma rəsmi Bakı buna imkan verməməlidir. Elə isə proseslər necə inkişaf etməlidir? “Sherg.az” olaraq bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrəndik:
- Muradovun sözügedən fikirlərini necə qiymətləndirirsiniz?
- Onun belə bir açıqlama vermək ixtiyarı yoxdur. Ola bilsin, general bağlı qapılar arxasında rəhbərliyindən bu barədə nəsə eşidib və onları deyir. Amma istənilən halda, Azərbaycan razı olmasa, sülhməramlılar dörd ildən sonra torpaqlarımızı tərk edəcəklər. Sülhməramlıların yeni komandanının Bakıdan əvvəl İrəvana getməsi özü təxribatdır və neqativ mesajdır.
- Rusiya sülhməramlıların qalma müddətini uzatmaq üçün nələr edə bilər?
- Sülhməramlılara ehtiyac olduğunu göstərməyin bir yolu var- provokasiyalar törətmək. Biz də bunu əvvəlcədən görməli və lazımi addımları atmalıyıq. Fikrimcə, Rusiya müharibədə bizə mane ola bilmədiyi kimi, dörd ildən sonra sülhməramlıların Qarabağdan çıxarılmasına da kimsə əngəl törədə bilməyəcək.
- Buna imkan verməmək üçün Azərbaycan nə etməlidir?
- Siyasi gücümüzü artırmalı, Türkiyə ilə hərbi ittifaqımızı möhkəmləndirməliyik. Həmçinin öz növbəmizdə Kremlə mesajlar verməliyik. Elə etməliyik ki, dörd ilədək Qarabağa ciddi köçlər baş tutsun. Bu, oradakı ermənilərə və ruslara psixoloji təzyiq olacaq.

Mənbə:
0
2618
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar