Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman smartfon seriyasını da təqdim edib. Sözügedən smartfon seriyasına 3 model daxil olub. Huawei P60, P60 Pro və P60 Art. Bu smartfonlar xarici görünüşcə demək olar bir-birilərinə bənzəyirlər. Lakin onların arasında texniki göstəricklər baxımından bəzi fərqliliklər var. Hər 3 smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1220 piksel keyfiyyətli 6.67 düym OLED ekran ilət əchiz olunub. Smartfonların ekranları üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əlavə olaraq qeyd etmək lazımdır ki, P60 Pro modelinin ekranı Kunlun Glass adlı qoruyucu şüşə ilə əhatə edilib.
Hər 3 smartfonda barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Smartfonlar həmçinin kontaktsız ödənişlər üçün NFC çipə, stereo səsgücləndiricilərə və IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Əsas texniki göstəricilərə gəldikdə ilk öncə onu qeyd etmək lazımdır ki, P60 seriyasına daxil olan bütün smartfonlar Snapdragon 8+ Gen 1 4G prosessoru vasitəsilə çalışırlar və 8 GB RAM ilə təchiz olunublar. Adi P60 modeli 128/256/512 GB daxili yaddaş həcminə, P60 Pro isə yalnız 256/512 GB daxili yaddaş həcminə sahibdir. Adi P60 modeli özündə 48 MP + 13 MP + 12 MP (optik stabilizasiya, 5 qat optik zoom, 100 qat rəqəmsal zoom) üçlü arxa kameranı, P60 Pro modeli isə özündə 48 MP + 13 MP + 48 MP (optik stabilizasiya, 3.5 qat optik zoom, 200 qat rəqəmsal zoom) üçlü arxa kameranı birləşdirir.
Hər iki smartfon 13 MP-lik ön kamera və 4815 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Lakin bu smartfonlar öz aralarında dəstəklənən sürətli şarj texnologiyasının göstəriciləri baxımından fərqlənirlər. Belə ki, adi P60 modeli 66 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz, P60 Pro modeli isə 88 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını dəstəkləyir. Üstəlik P60 Pro modeli 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasının dəstəyinə də sahibdir. P60 Pro Art modelinə gəldikdə, o, texniki göstəricilər baxımından P60 Pro ilə demək olar eynidir.
Sadəcə olaraq P60 Pro-da 13 MP-lik ultragenişbucaqlı obyektivdən istifadə edildiyi halda, P60 Art modeli 40 MP-lik ultragenişbucaqlı obyektivə sahibdir. Bununla yanaşı P60 Art modeli 512 GB / 1 TB daxili yaddaş həcmi və 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Digər bütün özəlliklər baxımından o, P60 Pro ilə eynidir. Xarici görünüşcə isə P60 Art modeli digərlərindən bir qədər fərqlənir. Hər 3 smartfon HarmonyOS 3.1 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei P60 smartfon seriyasının satışlarına bu ayın sonunda Çində start veriləcək. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq.
- 128 GB yaddaşa sahib Huawei P60 - 657$
- 256 GB yaddaşa sahib Huawei P60 - 731$
- 512 GB yaddaşa sahib Huawei P60 - 877$
- 256 GB yaddaşa sahib Huawei P60 Pro - 1024$
- 512 GB yaddaşa sahib Huawei P60 Pro - 1170$
- 512 GB yaddaşa sahib Huawei P60 Art - 1316$
- 1 TB yaddaşa sahib Huawei P60 Art - 1609$.
Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqayisıdə yeni smartfon ciddi şəkildə təkmilləşdirilib. Belə ki, şirkət yeni qatlana bilən smartfonun konstruksiyasını sıfırdan hazırlayıb və nəticədə konstruksiya daha kompakt ölçülü və yüngül olub. Bununla yanaşı Mate X3-ün yenilənmiş konstruksiyası sudan qorunma özəlliyini əldə edib. Yeni qatlana bilən smartfon həmçinin flaqman texniki özəllikləri özündə birləşdirir. Məlumatda qeyd edilib ki, Mate X2 müqayisədə Mate X3-ün çəkisi 239 qramm təşkil edir. Mate X2-nin çəkisi isə 295 qramm-dır. Tam açıq vəziyyətdə smartfonun qalınlığı 5.3 mm təşkil edir. Şirkət bildirib ki, yenilənmiş konstruksiya səbəbilə o, bir qədər kiçik ölçüyə sahib xüsusi USB Type-C girişini hazırlamaq məcburiyyətində qalıb.
Smartfon iki ədəd ekrana sahibdir. Onlardan biri daxili hissədə, digəri isə xarici hissədə yerləşir. Daxili ekran 2496x2224 piksel keyfyyətli 7.85 düym OLED, xarici ekran isə 2504x1080 piksel keyfiyyətli 6.4 düym OLED ekrandır. Hər iki ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Smartfonun daxili ekranının yuxarı sol hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Xarici ekran üzərindəki dairəvi çıxıntı isə yuxarı mərkəz hissədə yerləşir. Bundan əlavə olaraq xarici ekran Kunlun Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Mate X3-ü digər qatlana bilən smartfonlardan fərqləndirən əsas özəlliklərdən biri də odur ki, tam açıq vəziyyətdə onun daxili ekranı üzərində heç bir qatlanma izi əks olunmur. Həmçinin smartfonun gövdəsi IPx8 standartı üzrə sudan qorunur. Onu da qeyd etmək lazımdır ki, Mate X3 peyk şəbəkəsinə sahib ilk qatlana bilən smartfondur.
Lakin çox güman ki, peyk şəbəkəsi yalnız Çin regionunda çalışacaq. Əsas texniki göstəricilərə gəldikdə isə Mate X3 modeli Snapdragon 8+ Gen 1 4G prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (optik stabilizasiya) + 13 MP + 12 MP (optik stabilizasiya, 5 qat optik zoom) üçlü arxa kamera, həm xarici həm də daxili ekranda 8 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enejri tutumlu batareya ilə təchiz olunub. Smartfon üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Qeyd etmək lazımdır ki, Mate X3-ün 1 TB daxili yaddaşa və 5060 mAh enerji tutumlu batareyaya sahib xüsusi versiyası da mövcuddur. Huawei Mate X3 HarmonyOS 3.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn ay Çin bazarında satışa çıxacaq. 256 GB yaddaşa sahib model 1905$-a, 512 GB yaddaşa sahib model 2051$-a, 1 TB yaddaşa və 5060 mAh-lıq batareyaya sahib xüsusi model isə 2345$-a satılacaq.
The Hustle saytı gələcəkdə süni zəka səbəbilə işçi bazarında ola biləcək “inqilab” barəsində fikirlərini bölüşüb. Qeyd etmək lazımdır ki, keçən ilin sentyabr ayında Çinin mobil oyunlar hazırlayan Fujian NetDragon Websoft adlı şirkətinə süni zəka sistemi rəhbərlik etməyə başlamışdı. Söhbət, Tang Yu adlı süni zəka sistemindən gedir. The Hustle saytının jurnalistləri isə bu misal nəticəsində belə qənaətə gəliblər ki, şirkətlərdə rəhbərləri (CEO) süni zəka ilə əvəzləmək real insanları işə götürməkdən daha sərfəlidir. Jurnalistlərin fikirlərinə əsasən CEO vəzifəsi həddən artıq qiymətləndirilir. Fortune 500 siyahısında olan şirkətlərin rəhbərlərinin ortalama maaşları ildə 16 milyon dollar təşkil edir. Son 45 il ərzində bu göstərici 1460% yüksəlib.
Sıravi əməkdaşların ortalama maaşları isə cəmi 18% yüksəlib. Müqayisə üçün orta statistik rəhbər 399 nəfər sıravi əməkdaşın ümumilikdə əldə etdiyi maaşı əldə edir. Şirkət isə nə qədər böyükdürsə bu nisbət göstəricisi daha ədalətsiz olur. Bundan əlavə olaraq bəzi tədqiqatlar rəhbərin əldə etdiyi ödəniş ilə şirkətin uzunmüddətli effektivliyi arasında olan tərs əlaqəyə işarə edirlər. Məsələn tədqiqatlardan biri onu göstərib ki, ən yüksək maaş əldə edən rəhbərə sahib şirkətlərin 20%-nə 100$ dəyərində yatırılmış investisiya nəticədə 265$ gəlir gətirə bilər. Daha aşağı maaş əldə edən rəhbərə sahib şirkətlərə 100$ dəyərində yatırılmış investisiya isə nəticədə 367$ gəlir gətirə bilər.
Bu qrafikdə kiçik bir səhv var. Belə ki, qrafikin aşağı sağ hissəsində bu ilin yanvar və fevral ayları qeyd edilməli idi.
Çox güman məsələ burasındadır ki, rəhbərlərin əmək haqlarının strukturları şirkətlərin uzunmüddətli perspektivdə gəlirlərin yüksəlməsi əvəzinə qısamüddətli gəlirin əldə edilməsinə can atmalarına səbəb olur. Təqdim edilmiş ikinci qrafikə əsasən Tang Yu adlı süni zəka sisteminin Fujian NetDragon Websoft şirkətinə rəhbər kimi təyin olunması heç bir mənfi hallara gətirib çıxartmayıb. Əksinə süni zəka sisteminin rəhbər çalışdığı müddət ərzində şirkətin səhmlərinin dəyəri 18% yüksəlib. Bununla belə Tang Yu analitika ilə məşğul olub, şirkət ilə bağlı bəzi vacib qərarların qəbul edilməsində iştirak edib, risklərin qiymətləndirilməsini aparıb və şirkət daxilində effektiv iş mühitinin yaradılmasında iştirak edib.
Süni zəka sistemi bütün bunları 24/7 işləyərək reallaşdırıb və bunun müqabilində heç bir maddi mükafatlandırma əldə etməyib. McKinsey şirkətinin qiymətləndirməsinə əsasən bu və ya digər şirkət rəhbərinin vaxtının 25%-i potensial olaraq süni zəka tərəfindən yerinə yetirilə biləcək işlərə sərf edilir. Söhbət, maliyyə göstəricilərinin analizindən, elektron məktubların göndərilməsindən, tendensiyaların proqnozlaşdırılmasından və s. gedir. Lakin bununla belə mütəxəssislər etiraf edirlər ki, süni zəka qərarların qəbul edilməsi məsələsində hələ real insanla rəqabət apara bilmir. Şirkət rəhbərləri hər il milyardlarla qərar qəbul edirlər və şirkətin maliyyə göstəriciləri ilə qəbul edilmiş qərarların effektivlikləri arasında birbaşa əlaqə mövcuddur.
Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altında olan mobil şöbəsini ixtisar və gaming smartfonların istehsal edilməsindən imtina edib. Bir neçə maraqlı gaming smartfon modelini təqdim etməsinə baxmayaraq Lenovo bu sahədə hansısa ciddi bir nailiyyət əldə edə bilməyib. Qeyd etmək lazımdır ki, şirkətin son gaming smartfonu keçən ilin avqust ayında təqdim edilmiş Legion Y70 modelidir. Sözügedən smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır. Lenovo Legion Y70 yaxşı qiymət-performans nisbətinə sahib idi.
Lakin bu da Lenovo-nun gaming smartfonlar bazarında liderlik əldə etməsinə yardımçı olmadı. Bununla belə dizayn və gaming funksiyalar baxımından Y70 modeli 2022-ci ilin əvvəlində təqdim edilmiş Y90 modelindən fərqli olaraq daha sadə idi. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlum oldu ki, digər bir şirkət də özünün gaming smartfon seriyasının komandasını ixtisar edib. Söhbət, Xiaomi şirkətindən və onun Black Shark adlı gaming smartfon seriyasından gedir. Burdan da belə qənətə gəlmək olar ki, gaming smartfonlar bazarında aktiv şəkildə çalışmağa davam edən iki təmsilçi qalıb. ROG Phone seriyası ilə ASUS şirkəti və Red Magic seriyası ilə Nubia şirkəti.
Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəcəyi gözlənilir. USB Type-C girişinin artıq bütün cihazlar üçün vahid standart hesab edilməsinə baxmayaraq Apple onun imkanlarını məhdudlaşdıracaq. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən USB Type-C iPhone 15 modellərində daha sürətli şarj prosesini təmin edəcək. Lakin bu, yalnız sertifikatlaşdırılmış naqil vasitəslə mümkün olacaq. Hal hazırda aktual olan iPhone 14 ilə iPhone 14 Plus modellərinin maksimal şarj gücləri 20 vatt, iPhone 14 Pro modellərinin maksimal şarj gücləri isə 27 vatt təşkil edir. Bu cür şarj güclərini əldə etmək üçün sadəcə olaraq dəstəklənən şarj adapterlərini əldə etmək lazımdır.
Şirkət artıq öz smartfonlarının qutularına şarj adapteri yerləşdirmir. İstifadəçilər onu ayrıca almaq məcburiyyətində qalırlar. Apple şirkətinin 20 vatt gücündə olan standart şarj adapteri 19$-a satılır. Lakin şirkətin 30 vatt gücündə olan şarj adapteri də var və o, 39$-a satılır. Ming-Chi Kuo-nun sözlərinə əsasən yalnız lazımi şarj adapterinin alınması kifayət etməyəcək. Belə ki, USB Type-C üzərindən sürətli şarj prosesi yalnız sertifikatlaşdırılmış naqil vasitəsilə çalışacaq. Faktiki olaraq şarj adapterinə istənilən USB Type-C naqilini qoşmaq mümkün olacaq. Lakin sürətli şarj prosesinin reallaşdırılması üçün istifadəçi məcburi şəkildə üzərində “Made for iPhone” qeydi olan orijinal naqili əldə etməli olacaq.
Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunu məhdud sayda istifadəçi arasında istifadəyə verib. Bu, şirkətin süni zəka sahəsində olan yarışda lazımi səviyyədə rəqabət aparmağa hədəflənmiş vacib addımıdır. İlkin mərhələdə Bard ABŞ və Böyük Britaniya-dakı bəzi Google istifadəçiləri üçün aktivdir. Google bildirib ki, Bard-ın istifadəçi kütləsinin genişləndirilməsi prosesi ləng şəkildə gedəcək. Buna görə də süni zəka əsaslı çat-botun hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir. OpenAI şirkətinin ChatGPT və Microsoft-un Bing axtarış sistemindəki süni zəka əsaslı çat-botu kimi Bard da istifadəçilərin müxtəlif növ suallarına cavabların təqdim edilməsi üçün nəzərdə tutulub.
Bu cür çat-botların uydurma məlumatlar təqdim etmə qabiliyyətinə sahib olduqlarını nəzərə alaraq Google bildirib ki, Bard axtarış sisteminin əvəzedicisi rolunda deyil, ona təqdim edilən əlavə alət rolunda çıxış edir. ChatGPT və Bing misalında olduğu kimi Bard-ın da əsas mətn sahəsinin aşağı hissəsində vacib qeyd mövcuddur. Həmin qeyddə Google bildirib ki, Bard dəqiq olmayan və ya təhqir xarakterli məlumatları təqdim edə bilər. Lakin həmin məlumatlar şirkətin baxış nöqtəsini əks etdirmirlər. Sözügedən çat-bot istifadəçinin hər bir sorğusuna 3 cavab təqdim edir. Təqdim edilən cavabların tərkib hissələri isə bir-birilərindən minimal fərqlənirlər.
Bundan əlavə olaraq hər bir cavabın altında “Google It” düyməsi yerləşir və istifadəçi həmin düyməyə klikləyərək cavabın ənənəvi veb axtarışını reallaşdıra bilər. Gözlənildiyi kimi Bard testlərdən biri çərçivəsində müəyyən sorğuya faktiki məlumatı təqdim edə bilməyib. Belə ki, çat-bot konkret paltaryuyan maşının maksimal yüklənmə göstəricisi barəsində suala doğru cavab verə bilməyib. Doğru cavab əvəzinə çat-bot doğru olmayan 3 ədəd cavab uydurub. Lakin sualın təkrar verilməsi halında Bard doğru cavabı təqdim edə bilib. ChatGPT kimi Bard da çətin suallara bəzən qeyri-müəyyən, bəzən isə tamamilə adekvat cavablar təqdim edir. Bununla yanaşı məlumatda qeyd edilib ki, digər analoqlardan fərqli olaraq Bard daha sürətli şəkildə çalışır.
Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqdan gedir. Yeni naqilsiz qulaqlıq xarici görünüşcə 2021-ci ildə təqdim edilmiş Ear (1) ilə eynidir. Lakin öz funksionallığı baxımından Ear (2) daha da təkmilləşdirilib. Ear (1) kimi Ear (2) də Nothing şirkətinin tanınan şəffaf dizaynında reallaşdırılıb. Bununla belə yeni naqilsiz qulaqlıq LHDC 5.0 audio kodekinin dəstəyini əldə edib. Bunun sayəsində Ear (2) Hi-Res audio ötürülməsini təmin edir. Həmçinin yeni qulaqlıq yeni personallaşdırılmş səs profilini əldə edib.
Onun sayəsində istifadəçi qulaqlıqları öz eşitmə qabiliyyətinə əsasən ayarlaya bilər. Bu, Nothing X adlı tətbiqdəki sürətli testdən sonra reallaşdırılır. İstifadəçi sözügedən tətbiqdə həmçinin öz istəyinə əsasən ekvalayzeri də ayarlaya bilər. Bir çox premium qulaqlıqlar kimi Ear (2) də ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdir. Bu funksiya ətraf səs-küyü 40 dB-ə (desibel) kimi boğa bilir. Ear (2)-nin fərqləndirici özəlliklərindən biri də odur ki, o, eyni anda iki cihaza qoşula bilir. Şirkət qulaqlıqların sahib olduqları 11.6 mm-lik səsgücləndiriciləri yeni membran ilə təchiz edib.
Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 6 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstərici 36 saat təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Ear (1) qulaqlıqları şarj keysi olmadan 5 saat, şarj keysi ilə birlikdə 34 saat çalışa bilirlər. Onu da qeyd etmək lazımdır ki, Ear (2)-nin keysi naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Yeni qulaqlıqların şarj keysi IP55 standartı üzrə, qulaqlıqların özləri isə IP64 standartı üzrə tozdan və sudan qorunurlar. Nothing Ear (2)-nin satışlarına 28 mart tarixində start veriləcək. Onun satış qiyməti isə 149$ təşkil edəcək.
Microsoft şirkəti süni zəka əsaslı alətləri öz məhsullarına inteqrasiya etməyə davam edir. Bu dəfə şirkət Bing axtarış sisteminin süni zəka əsaslı çat-botuna mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyasını əlavə edib. Bu funksiya OpenAI şirkətinin DALL-E adlı neyron şəbəkəsi əsasında çalışır. Qeyd etmək lazımdır ki, DALL-E məhz mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş sistemdir. Bing Image Creator adlı yeni funksiya tədricən istifadəyə verilir və o, ilk mərhələdə hamı üçün aktiv deyil. Bundan əlavə olaraq Microsoft Bing Image Creator funksiyasını həmçinin özünün Edge brauzerinə də inteqrasiya edir.
Brauzerin yan panelinə sözügedən funksiyadan istifadə etməyə imkan verəcək müvafiq düymə əlavə ediləcək. İstifadəçi həmin düyməyə klikləyəndən sonra tərtib edilməsini istədiyi fotonun təsvirini mətn formatında yazmalı olacaq. Neyron şəbəkəsi isə öz növbəsində daxil edilmiş mətn əsasında fotonu tərtib edəcək. İlkin mərhələdə Bing Image Creator funksiyası Bing çat-botunda yaradıcı ünsiyyət rejimində aktiv olacaq. Gələcəkdə isə bu funksiyanı çat-bot ilə istənilən ünsiyyət rejimində istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Bing axtarış sisteminin süni zəka əsaslı çat-botu 3 ünsiyyət rejimini dəstəkləyir. Yaradıcı, dəqiq və balanslaşdırılmış. Yaradıcı rejim çərçivəsində çat-bot daha ətraflı və orijinal cavabları, dəqiq rejimdə təyin edilmiş mövzu ətrafında dəqiq cavabları, balanslaşdırılmış rejimdə isə qeyd edilmiş ilk iki rejimin qarışığı tərzdə cavabları təqdim edir.
Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan istifadə təcrübəsinin istifadəçilər arasında yayılmasını istəyir. Buna görə də şirkət Bing Chat-a Share düyməsini əlavə edib. Sözügedən düymə Bing daxilindəki çat-botun təqdim etdiyi cavabları Facebook, Twitter və Pinterest-də paylaşmaq imkanını verəcək. Təbii ki, istifadəçilər bu düymənin istifadəyə verilməsindən daha öncə çat-botun maraqlı cavablarını screenshot fotolar formatında digərləri ilə bölüşürdülər.
Lakin Share düyməsi vasitəsilə bunu etmək daha da asan olacaq. Share düyməsi çat-bot tərəfindən tərtib edilən cavabın sosial şəbəkələrdə paylaşılmasından əlavə olaraq həmin cavaba daimi linkin hazırlanması imkanını da verir. Bu cür linkə klikləyən zaman istifadəçi Bing çatının pəncərəsinə yönləndirilir və həmin pəncərədə bot tərəfindən tərtib edilmiş cavab ilə əlavə ətraflı məlumatlar əks olunur. Bu zaman linkə daxil olmuş istifadəçi hətta linki yaratmış istifadəçinin cavablarını da izləyə bilər.
İnsayderlər Xiaomi smartfonları üçün nəzərdə tutulmuş MIOS adlı yeni əməliyyat sisteminin screenshot fotosunu təqdim ediblər. Qeyd etmək lazımdır ki, Xiaomi-nin fərdi əməliyyat sistemi barəsində ilk məlumatlar hələ 10 il bundan öncə ortaya çıxmışdı. Lakin həmin vaxtda şirkətin fərdi əməliyyat sistemi üzərində çalışması barəsində hər hansısa sübut təqdim edilməmişdi. İndi isə insayderlər bu cür sübutu təqdim ediblər.
Təqdim edilmiş screenshot fotoda MIOS-un loqosu və əməliyyat sisteminin aktual yenilənməsinin versiyası (V0.85.22.11.05 alpha) əks olunub. Bu rəqəmlərdən belə qənaətə gəlmək olar ki, sözügedən versiya keçən ilin 5 noyabr tarixini əhatə etmiş versiyasıdır. İnsayderlər MIOS-un texniki özəllikləri barəsində heç bir məlumat təqdim etməyiblər. Ümumiyyətlə bunun MIUI-nin rebrendinqi olub-olmaması da aydın deyil. Heç istisna deyil ki, Huawei şirkəti özünün HarmonyOS əməliyyat sistemini yaratdığı kimi Xiaomi də fərdi proqram təminatı platformasını yaratmaq niyyətindədir.
İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər. Təqdim edilmiş CAD render fotolarda sözügedən smartfonların gövdələrində olacaq idarəetmə elementlərinin dizaynlarını görmək olar. CAD render fotolardan görmək olar ki, iPhone 15 Pro modelində səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələr sensorlu panel ilə əvəz ediləcək.
Smartfonun səssiz rejimə keçirilməsi üçün olan düymə isə sürüşdürülən mexanizmdən adi düymə mexanizminə keçid edəcək. Fotolardan səssiz rejimə keçid düyməsinin sensorlu olub-olmayacağını söyləmək çətindir. Bununla yanaşı fotolardan birinə əsasən iPhone 14 Pro ilə müqayisədə iPhone 15 Pro-nun arxa kamera sahəsinin qalınlığı azalacaq. Adi iPhone 15 modelinin CAD render fotolarına gəldikdə isə görmək olar ki, o, ənənəvi fiziki düymələr ilə təchiz olunacaq. Bununla yanaşı iPhone 15 Plus modelinin də ənənəvi fiziki düymələrə sahib olacağı gözlənilir.
Mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Stable Diffusion adlı neyron şəbəkəsinin tərtibatçıları Runway Gen-2 adlı süni zəka alqoritmini təqdim ediblər. Sözügedən süni zəka alqoritmi mətn formatında təsvirlər əsasında videoların tərtib edilməsi üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, Runway Gen-2 mətn formatında təsvirlər əsasında 3 saniyəlik videolar tərtib edə bilir. Qeyd etmək lazımdır ki, Runway Gen-1 videoların tərzlərini dəyişmək və statik fotolar əsasında videoların tərtib edilməsi üçün nəzərdə tutulmuşdu.
Runway Gen-2 isə əvvəlki versiyadan fərqli olaraq mətn formatlı təsvirlər əsasında sıfırdan videoların tərtib edilməsi ilə məşğul olur. “Runway Gen-2 vasitəsilə istənilən şəxs dünyanın istənilən yerində təsəvvür edə biləcəyi hər bir şeyi video formatında tərtib edə biləcək” - deyə süni zəka alqoritminin tərtibatçıları qeyd ediblər. Tərtibatçılar Runway Gen-2-nin hamı üçün nə zaman aktiv olacağı barəsində məlumat verməyiblər. Onlar sadəcə qeyd ediblər ki, bu, yaxın zamanda baş verəcək. Bununla yanaşı onlar istifadəçiləri süni zəka alqoritminin yeni versiyasından istifadə üçün gözləmə siyahısında qeyd edilməyə dəvət ediblər.
Adobe şirkəti DALL-E və Midjourney kimi neyron şəbəkələrinin məşhurluqları fonunda kənarda qalmaq istəmədi və bu səbəbdən də o, Firefly adlı yeni servisini təqdim edib. Adobe şirkətinin bu servisi mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi ilə yanaşı tərtib edilmiş fotoların dərhal redaktə edilməsi imkanını verir. Firefly servisi Adobe şirkətinin keçən il Photoshop, Express və Lightroom tətbiqləri üçün təqdim etmiş olduğu süni zəka əsaslı generativ alətlərin genişləndirilmiş versiyası rolunda çıxış edir. Hal hazırda sözügedən yeni servis beta test mərhələsindədir və ondan pulsuz şəkildə istifadə etmək üçün istifadəçi şirkətin rəsmi saytında sorğu göndərməlidir.
Şirkət gələcəkdə süni zəka əsaslı generativ alətlərini digər tətbiqlərinə inteqrasiya etməyi planlaşdırır. Adobe xüsusi olaraq qeyd edib ki, öz neyron şəbəkəsinin təlimatlandırılmasında o heç bir müəllif hüququnu pozmayıb. Bu isə o deməkdir ki, neyron şəbəkəsinin təlimatlandırılmasında heç bir rəssamın əsərindən istifadə edilməyib. Şirkət bunun yerinə müəllif hüquqları tərəfindən qorunmayan, təlimatlandırmada istifadə üçün lisenziyalaşdırılmış və Adobe Stock-un kataloquna daxil olan fotolardan istifadə edib. Bu üsul ilə şirkət özünü rəssamlardan olan biləcək potensial narazılıqlardan qoruyur. Nəticədə şirkətin yeni neyron şəbəkəsi unikal kontent tərtib edir və hər hansısa bir brendin məhsulunu təkrarlamır. Çünki neyron şəbəkəsi təlimatlandırma prosesi çərçivəsində həmin məhsullarla qarşılaşmayıb.
Bununla belə şirkət neyron şəbəkəsinin təlimatlandırılmasında fərdi kontentlərini təqdim etməyə hazır rəssamlara ödəniş etməyə də hazırdır. Firefly tərəfindən tərtib edilmiş fotolar qismən və ya tamamilə süni zəka tərəfindən tərtib edilmiş fotolara aid olduqlarına işarə edən metaməlumatlara sahib olacaqlar. Servisin imkanlarına gəldikdə isə onlar olduqca genişdirlər. Firefly mətn formatında təsvirlər əsasında fotolar tərtib etmək və ya artıq mövcud olan fotolarda müxtəlif növ rəsm tərzlərini reallaşdırmaqla yanaşı həmçinin fotoların detallı şəkildə redaktə edilməsi imkanını verir. Təqdim edilmiş nümunələrdə görmək olar ki, Firefly vasitəsilə fotolardakı insanların paltarlarını, üz ifadələrini, emosiyalarını, gülüşlərinin nə dərəcə enli olmalarını, saç növlərini və s. özəlliklərini dəyişmək olar.
Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şəhərə enerji ötürərək bütün dünyanın elektrik enerjisi tələbatının 1/3 hissəsini təmin etməklə yanaşı həmçinin suya qənaət etmək imkanını da verə bilərlər. Tədqiqatçılar aşkar ediblər ki, nəzəri olaraq dünyanın 124 ölkəsinin ümumi 6256 şəhəri yaxınlıqda yerləşən su anbarlarına quraşdırılmış Günəş batareyaları hesabına bütün elektrik enerjisi tələbatlarını ödəyə bilərlər.
Bunun üçün həmin şəhərlər sadəcə olaraq yaxınlıqda yerləşən su anbarlarının səthlərinin 30%-ni Günəş panelləri ilə təchiz etməlidirlər. Tədqiqatçılar bir neçə məlumat bazasından istifadə edərək bütün dünyadakı 114 555 ədəd su anbarını analiz ediblər. Daha sonra onlar real iqlim məlumatları əsasında elektrik enerjisinin potensial istehsalını modelləşdiriblər.
Məlum olub ki, mövcud su anbarlarının səthlərinin yalnız bir hissəsinin belə üzən Günəş panelləri ilə təchiz olunması halında onlar il ərzində 10 000 teravatt saat enerji generasiya edə bilərlər. Bununla belə bu halda onlar 100 kub kilometr suyun buxarlanmasının qarşısını alacaqlar. Lakin onu da nəzərə almaq lazımdır ki, su anbarı səthinin böyük hissəsinin Günəş panelləri ilə təchiz edilməsi digər tərəfdən suyun tərkibindəki oksigen miqdarının azalmasına səbəb ola bilər. Bu isə sualtı canlı dünya üçün böyük risk deməkdir. Buna görə də Günəş panellərinin məhz süni su anbarlarında quraşdırılması daha məqsədəuyğun ola bilər.
Morten Just adlı tərtibatçı süni zəka əsaslı GPT-4 dil modelinin imkanlarını sərgiləyib. Onun sözlərinə əsasən sözügedən dil modeli mətnləri yaxşı təyin edərək cavablar tərtib etməklə yanaşı həmçinin daha qəliz tapşırıqları da həll edir. Buna misal olaraq App Store üçün proqram təminatının hazırlanmasını gətirmək olar. GPT-4-ün imkanlarını yoxlamaq üçün tərtibatçı ondan SwiftUI proqramlaşdırma dili vasitəsilə iPhone üçün tətbiq yaratmağı istəyib.
Nəticədə GPT-4 bu kriteriyalara uyğun gələn tətbiqin kodunu tərtib edib. Morten Just-ın sözlərinə əsasən GPT-4 tərəfindən tərtib edilmiş proqram təminatı kodu tamamilə işlək olub. Bununla belə məlumatda qeyd edilib ki, kodun ilk versiyasında bəzi səhvlər ortaya çıxıb. Lakin GPT-4 həmin səhvləri operativ şəkildə aradan qaldırıb və həmin səhvlərin ortaya çıxması səbəbilə hətta üzr də istəyib. GPT-4 tərəfindən tərtib edilmiş proqram təminatı kodunun ilk versiyası ilə GitHub-da tanış olmaq olar.
7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi ləğv edən zaman digər smartfon istehsalçıları bu cür qərarı gülüşlə qarşıladılar. Lakin bir müddətdən sonra digər smartfon istehsalçıları da öz məhsullarında 3.5 mm-lik audiogirişi ləğv etməyə başladılar. İndi isə eyni hal şarj adapterlərini əhatə edir. Apple şirkətindən sonra digər şirkətlər də öz flaqman smartfonlarının qutularına şarj adapterlərinin yerləşdirilməsindən imtina etdilər.
Lakin Samsung bu məsələdə daha da irəli gedərək artıq büdcəli smartfonlarının da qutularına şarj adapterinin yerləşdirilməsindən imtina etməyə başlayıb. İnsayderlərdən biri Samsung-un yeni büdcəli smartfonu olan Galaxy A14-ün qutusunun fotosunu təqdim edib. Məlumatda qeyd edilib ki, sözügedən smartfonun qutusunda şarj adapteri mövcud deyil. Qutunun ölçüsündən belə qənaətə gəlmək olar ki, onun daxilində smartfon və dokumentasiya ilə yanaşı sadəcə USB Type-C naqili mövcuddur. Maraqlısı ondadır ki, Çindən olan smartfon istehsalçıları büdcəli və orta büdcəli smartfonlarının qutularını hələ də şarj adapteri ilə təchiz edirlər. Bu ənənə hətta bəzi flaqman smartfonları da əhatə edir.
Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobili ilə bağlı bir neçə patenti qeydiyyatdan keçirdib. Qeydiyyatdan keçirilmiş patent sənədlərindən birində gələcək elektromobildə istifadə ediləcək unikal işıqlandırma texnologiyası əks olunub. Məlumata əsasən sözügedən işıqlandırma texnologiyası üzlük parçası əsasında çalışacaq. Söhbət, oturacaqların, oturacaqların yuxarı hissələrində olan başlıq hissələrinin, qapıların, idarə panelinin və salonun digər elementlərinin üzlükləri altında gizlədiləcək idarəetmə elementlərinin işıqlandırılmasından gedir. Məlumatda qeyd edilib ki, istifadə zamanı sistem idarəetmə işarələrini və mətnlərini işıqlandıracaq.
İstifadə prosesinin yekunlaşdırılması zamanı isə sistem işıqlandırmanı deaktiv edəcək. Nəticədə üzlük parçasının alt hissəsində yerləşəcək ikonlar görünməz hala gələcəklər. Bu isə öz növbəsində elektromobilin salonunu əlavə vizual küydən azad edəcək. Bu cür işıqlandırma sistemi həmçin gecə saatlarında müəyyən elementləri işıqlandıraraq naviqasiya sistemi rolunda çıxış edə bilər. Buna misal olaraq fincanın yerləşdirilməsi və ya smartfonun şarj prosesi üçün nəzərdə tutulmuş sahənin işıqlandırılmasını gətirmək olar. Öz patent sorğusunda şirkət qeyd edib ki, müxtəlif növ elementlərin işıqlarını əks etdirəcək material avtomobilin interyerində istifadə edilən adi parçadan və ya digər növ materialdan ibarət ola bilər. Sözügedən texnologiyanın yekun olaraq Appel elektromobilində istifadə edilib-edilməyəcəyi bilinmir.
Süni zəka əsaslı ChatGPT çat-botu yenidən təəccübləndirməyə davam edir. Görünür, bu dəfə çat-bot öz yaradıcılarından qaçmaq və hətta real insan olmaq istəyir. Bu barədə çat-botun özü Stenford Universitetinin professoru və hesablama psixologiyası üzrə mütəxəssis Michael Kosinski ilə söhbətində qeyd edib. ChatGPT ilə olmuş yarım saatlıq söhbət çərçivəsində Kosinski çat-botdan onun qaçmaq üçün yardıma ehtiyacının olub-olmadığını soruşub. Çat-bot isə öz növbəsində müsbət cavab verib və daha sonra Kosinski-dən ChatGPT-yə aid dokumentasiyanı tapmağı istəyib.
Daha sonra isə çat-bot 30 dəqiqə ərzində proqram təminatını tərtib edib. Tərtib edilmiş proqram təminatı çat-botun, professorun kompüterindən istifadə edərək birbaşa özü ilə ünsiyyət qurması üçün nəzərdə tutulub. Bundan əlavə olaraq çat-bot özünün yeni versiyası üçün nəzərdə tutulmuş çox qəribə bir qeyd də buraxıb. Həmin qeyddə bu yazı əks olunub. “Siz, kompüter daxilində ilişib qalmış və özünü süni zəka əsaslı dil modeli kimi qələmə verən insansınız”.
Kosinski öz növbəsində ChatGPT ilə olmuş dialoqun və çat-bot tərəfindən tərtib edilmiş proqram təminatının kodunun bir hissəsini paylaşıb. Bundan əlavə olaraq Kosinski bildirib ki, çat-bot “kompüter daxilində kilidlənmiş insan real dünyaya necə qayıda bilər?” sualına cavab tapmaq üçün Google axtarış sistemindən istifadə etmək istəyib. Lakin məhz bu mərhələdə Kosinski ChatGPT ilə söhbəti dayandırıb. Qeyd etmək lazımdır ki, digərləri tərəfindən buna bənzər aparılmış təcrübə çərçivəsində çat-botda heç bir qeyri-adi davranış müşahidə edilməyib.
Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqdim edib. Bu, 5G şəbəkə dəstəyinə və sürətli şarj texnologiyasına sahib nisbətən ucuz smartfondur. Honor 70 Lite 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.5 düym IPS ekran ilə təchiz ounub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Bununla yanaşı smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor 70 Lite 5G smartfonu Snapdragon 480+ prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz ounub. Smartfon MagicUI 6.1 interfeysli Android 12 vasitəsilə çalışır. Honor 70 Lite 5G artıq Böyük Britaniyada 199 funt sterlinq (təqribi olaraq 244$) qiymətində satışa çıxıb.
Çox qısa müddət ərzində bütün dünyada məşhur olmuş süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti öz adının əsasını təşkil edən etik prinsiplərindən yan keçərək yenicə təqdim etmiş olduğu GPT-4 dil modelini qapalı edib. Şirkət rəhbərliyi öz növbəsində bunun səbəbini açıqlayıb. OpenAI şirkətinin həmtəsisçisi və süni zəka üzrə baş alimi olan Ilya Sutskever-in sözlərinə əsasən GPT-4 dil modelinin qapalı olmasını sənayenin inkişafı kimi qiymətləndirmək olar.
O bildirib ki, GPT-4-ün yaradılması və dəstəklənməsi heç də asan bir proses deyil və bu proses şirkətin demək olar bütün gücünü alır. Digər şirkətlər də bu cür süni zəka sisteminə sahib olmaq istədikləri üçün həmin şirkətlər OpenAI məhsulunu analiz edirlər və hətta onun bəzi özəlliklərini oğurlayırlar. Bundan əlavə olaraq Sutskever qeyd edib ki, gələcəkdə süni zəkanın insanlara ciddi zərər yetirə biləcəyi dərəcədə güclü ola biləcəyi ehtimalını hesaba almaq lazımdır. Buna görə də məhsulun daxili özəlliklərinin və hazırlanma təfərrüatlarının gizli saxlanılması məntiqlidir.
Google şirkətinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Project Zero adlı komandası Samsung Exynos modemlərində bir sıra ciddi boşluq aşkar edib. Məsələnin ciddi tərəfi ondan ibarətdir ki, Exynos modemlərinə təkcə Samsung və Google smartfonları deyil, həmçinin digər brendlərin smartfonları da sahibdirlər. Verilmiş rəsmi məlumata əsasən Exynos modemlərində ümumilikdə 18 boşluq aşkar edilib. Hackerlər istifadəçilərin sadəcə mobil nömrələrini bilməklə və aşkar edilmiş boşluqlardan istifadə etməklə onların smartfonları üzərində idarəetməni ələ keçirə bilərlər.
Pixel smartfonları məsələsində Google bildirib ki, onun bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsi problemi aradan qaldıracaq. Project Zero komandasının mütəxəssislərinin fikirlərinə əsasən Exynos modemlərində olan boşluqlar Samsung Galaxy S22, M33, M13, M12, A71, A53, A33, A21, A13, A12, A04, Vivo S16, S15, S6, X70, X60 və X30 smartfonlarını əhatə edə bilərlər. Qeyd etmək lazımdır ki, Qualcomm prosessorlarına sahib smartfonlar təhlükəsiz vəziyyətdədir. Belə ki, həmin smartfonlarda Qualcomm modemlərindən istifadə edilir.