<p style="text-align:;" justify;">Honkonq birjası Çinin elektron ticarət nəhəngi “Alibaba”nın listinqini ikinci dərəcəlidən birinci dərəcəliyə çevirmək təklifini təsdiqləyib. Konvertasiyanın bu ilin sonuna qədər baş tutacağı gözlənilir.
<p style="text-align:;" justify;">TED.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
<p style="text-align:;" justify;">“Bloomberg” agentliyinin daha əvvəl yazdığı kimi, ilkin listinq “Alibaba”ya Şanxay və Şenjen birjaları ilə “Stock Connect” investisiya proqramına daxil olmağa imkan verəcək ki, bu da materik Çindəki yüz milyonlarla investorun şirkətin qiymətli kağızlarına birbaşa çıxışını təmin edəcək.
<p style="text-align:;" justify;">İlkin listinq həmçinin Vaşinqton və Pekin ABŞ tənzimləyicilərinə Çin şirkətlərinin maliyyə hesabatlarına giriş icazəsi vermək barədə razılığa gələ bilməsələr, şirkətin kağızını Nyu-York Fond Birjasından delistləşdirməyə məcbur etməkdən qoruyacaq.
Rusiyanın 24 fevral tarixində Ukrayna ərazilərinin işğalı ilə başlatdığı müharibədə hər iki ölkə minlərlə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir. Bəs ən çox hansı PUA-lar istifadə olunur? PUA-lar niyə müharibədə həyati əhəmiyyət kəsb edir?
Ukrayna ordusunun hərbi arsenalına daxil edilən əsas hərbi PUA Türkiyə istehsalı olan Bayraktar TB2 dronlarıdır. Üzərində kameraların yerləşdirildiyi və kiçik təyyarə formasında olan bu PUA-lar lazerlə idarə olunan ağıllı silahlarla da təchiz edilə bilir.
Müdaifə məsələləri üzrə beyin mərkəzi sayılan RUSI-nin tədqiqatçısı Jack Watling-in sözlərinə görə Ukrayna müharibəyə 50-dən az PUA ilə başlayıb.
O bildirib ki, Rusiya isə “daha kiçik və daha sadə” Orlan-10 PUA-ları istifadə edirdi. Bu PUA-larda da kameralar var və raket ata bilirlər.
Watling hesab edir ki, müharibə başlayanda Rusiyada minlərlə bu tip hərbi dronlarlar olsa da, indi onların sayı bir neçə yüzdür.
PUA-lar nə qədər təsirlidir?
Hər iki tərəf düşmən mövqeyinin müəyyənləşdirilməsi və pilot vəzifələrində PUA-lardan olduqca səmərəli istifadə etdilər.
Watling-in fikrincə, Rusiya tərəfindən düşmən hədəfin müəyyən olunması və zərbə endirilməsi normal şərtlərdə 20-30 dəqiqə çəkirdisə, Orlan-10 dronlarının sayəsində vaxt itkisi 3-5 dəqiqəyə endirilib.
“London King’s College”də müdafiə məsələləri üzrə analitik Martina Miron bildirib ki, PUA-lar sayəsində Ukrayna məhdud canlı qüvvəsinin gücünü daha da genişləndirə bilib:
“Əgər düşmən mövqelərini aşkar etmək istəyirsənsə, bunun üçün xüsusi peşəkar dəstə göndərməyin lazımdır və bu zaman onların bir qismini itirə bilərsən. Lakin indi təhlükəyə atdığın tək qüvvə PUA-dır”.
Müharibənin ilk həftələrində “Bayraktar”lar çox yüksək qiymətləndirilib.
Miron PUA-lardan istifadə nəticəsində Ukrayna ordusunun Rusiyanın hərbi sursat anbarlarını partlatdığını və Moskva döyüş gəmisini batırdığını qeyd edib.
O, həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bir çox “Bayraktar”ı sıradan çıxardığını da diqqətə çatdırıb.
“Onların həcmi olduqca genişdir və yavaş hərəkət edirlər. Bundan əlavə, “Bayraktar”lar orta yüksəklikdə uçduqları üçün onları vurmaq asanlaşır”.
Mülki PUA-lar nə məqsədlə istifadə edilir?
Hərbi dronlar olduqca bahadır. Bir Bayraktar TB2-nin qiyməti təxminən 2 milyon dollardır.
Ona görə də hər iki tərəf, xüsusilə Ukrayna hərbi arsenalında DJI Mavic 3 kimi dəyəri 2 min dollar olan dronların daha ucuz ticari modellərinə maraq göstərməyə başladı.
Ukraynada fəaliyyət göstərən PUA istehsalçılarından birinin verdiyi məlumata görə, Ukrayna ordusunda təxminən 6 min PUA var, lakin bunun sayını dəqiq bilmək mümkün deyil.
Ticarət məqsədli PUA-lar kçik bombaları daşımaq üçün əlverişli olsa da, bu tip dronlar daha çox düşmən mövqelərini müəyyənləşdirməkdə və hücumun idarə edilməsində istifadə olunur.
“Ukraynanın Rusiya qədər hərbi sursatı yoxdur. Mövqe müəyyənləşdirmək və hücumu idarə etmək üçün “havada gözlərinin olması” onlara əllərində olan bütün imkanı istifadə etmə şansı verir”,– Miron deyib.
Bununla belə ticarət məqsədli PUA-lar hərbi dronlarla müqayisədə çox zəifdir.
DJI Mavic-in maksimum uçuş məsafəsi 30 kilometrdir və sadəcə 46 dəqiqə havada qala bilir.
Ucuz və kiçik dronların uçuş müddəti və məsafəsi isə daha azdır.
Özlərini PUA-lara qarşı necə qoruyurlar?
Mironun sözlərinə görə, Rusiya hərbi PUA-lara qarşı radar müdafiə sistemi və ticarət məqsədli dronlara qarşı isə elektrikli cihazlar istifadə edir.
“Rusiya ordusu PUA-lara qarşı Stupor elektromaqnetik silahdan yararlanır”, – Miron bildirib.
Bu cihaz GPS-dən istifadə edərək ticarət məqsədli PUA-ların idarəetməsini iflic edə bilir.
Bununla belə, Rusiya Aeroscope kimi sistemlərdən də istifadə edərək ticarət məqsədli dronlarla operatorlar arasında əlaqəni kəsmək gücünə sahibdir.
RUSI-nin hesabatlarına əsasən Ukraynanın bir dronu ancaq bir həftə davam gətirə bilir.
PUA-ları kim təmin edir?
Ağ Evə görə, Rusiya “Shahid” hərbi dronları İrandan alır.
Yəməndəki Husi qruplaşması Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı bu PUA-lardan istifadə edir.
ABŞ isə Ukraynanı “Switchblade” tipli kamikadze dronları ilə təmin edir. Bunlar partlayıcı daşıyırlar və hədəfi tapana kimi havada qalırlar.
Elon Musk-ın sahib olduğu SpaceX şirkəti də Ukraynaya Starlink peyk idarəetmə sistemləri göndərir. Bu sistemin əsas məqsədi ticarət məqsədli dronlarla operatorlar arasında təhlükəsiz rabitəni qorumaqdan ibarətdir.
DJI isə həm Ukrayna, həm də Rusiyaya PUA satışını dayandırıb.
Ukrayna PUA-ların pulunu necə ödəyir?
Ukrayna 200 ədəd hərbi dron almaq üçün yardım istəyib.
Watling-in sözlərinə görə, Ukraynanın “Bayraktar” kimi kiçik və sabit qanadlı kəşfiyyat dronlarına da ehtiyacı var.
Onlarla insan Ukraynaya yardım üçün ianə göndərir.
Eurovision musiqi yarışmasının qalibi Kalush Orchestra da qazandıqları mükafatı 900 min dollara sataraq, vəsaiti PUA alınması üçün ianə etdi. Bu pulla üç ədəd Ukrayna istehsalı olan PD-2 dronları alınacaq.
<div style="text-align:;" justify;">Ən böyük elektrikli avtomobil bazarı olan Çində satışların artan tələblə bu il yeni rekordlar qıracağı gözlənilir
<div style="text-align:;" justify;">TED.az xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyası (PCA) 2022-ci il üçün elektrikli avtomobil satış proqnozunu 5,5 milyondan 6 milyona qədər yenidən nəzərdən keçirib.
<div style="text-align:;" justify;">PCA məlumatlarına görə, elektrikli nəqliyyat vasitələrinin satışı iyul ayında iki dəfə artaraq 486 minə çatıb və yeni avtomobil bazarının 26,7 faizini təşkil edib. Ümumi satışlar isə illik müqayisədə 20 faiz artaraq 1,84 milyona çatıb.
<div style="text-align:;" justify;">Elektrikli avtomobil satışı keçən il 2,99 milyon olub. PCA bəyanatında o, 6 milyon gözləntisinin "nisbətən ehtiyatlı" bir təxmin olduğunu və satışların son rübdə daha da arta biləcəyini bildirib.
<p style="text-align:;" justify;">Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri 2022-ci ilin iş planına daxil edilərək icrası sürətlə davam etdirilir.
<p style="text-align:;" justify;">“AAYDA”dan TED.az-a verilən məlumata görə, artıq yola yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.
<p style="text-align:;" justify;">Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur.
<p style="text-align:;" justify;">Daha sonra qazılmış əraziyə yararlı qrunt tökülür və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür, yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan ərazilərdə qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılır. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri davam etdirilir.
<p style="text-align:;" justify;">Torpaq işləri yekunlaşan ərazilərdə "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlaınılıb.
<p style="text-align:;" justify;">Qeyd edilən yenidənqurma işlərinin aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.
<p style="text-align:;" justify;">İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib. 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
<p style="text-align:;" justify;">Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
<p style="text-align:;" justify;">Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.
<p style="text-align:;" justify;">Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
<p style="text-align:;" justify;">"Google" şirkətinin xidmətlərinin işində qüsurlar yaranıb.
<p style="text-align:;" justify;">TED.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
<p style="text-align:;" justify;">Məlumata əsasən, şikayətlərin çoxu ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və Almaniyada qeydə alınıb.
<p style="text-align:;" justify;">Bildirilir ki, istifadəçilərin şikayəti əsasən "Google" axtarış sestemi və "Google Maps" xidmətləri ilə bağlıdır.
<div style="text-align:;" justify;">Çexiya yaxın gələcəkdə Azərbaycanda bir sıra "yaşıl" enerji istiqamətində layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.
<div style="text-align:;" justify;">Bu barədə TED.az-a Çex Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.
<div style="text-align:;" justify;">"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" strategiyasının dərcindən sonra su idarəçiliyi, "yaşıl" enerji və enerji səmərəliliyinə yönəlmiş bir sıra ikitərəfli layihələr nəzərdən keçirilir",- deyə XİN-dən bildirilib.
<div style="text-align:;" justify;">Qeyd edilib ki, Çexiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə "yaşıl" enerji zonasının yaradılması ilə bağlı dörd illik fəaliyyət planını alqışlayır.
<div style="text-align:;" justify;">"Qarabağda bərpa olunan enerji mənbələrinin potensialı böyükdür. Bu dağlıq regionların hidroenergetika potensialı çex şirkətlərini maraqlandırır. Şirkətlərimiz bərpa prosesində iştirakda son dərəcə maraqlıdır və biz hazırda layihələr üzrə konkret təkliflər gözləyirik",- deyə Nazirlikdən bildirilib.
<div style="text-align:;" justify;">Çexiya bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsini Azərbaycanla əməkdaşlıq üçün perspektivli sahə hesab edir. 2018-ci ildə Şamaxı rayonunun Qaravəlli kənd məktəbində çex şirkətləri tərəfindən başa çatdırılan pilot layihə enerji resurslarından səmərəli istifadə haqqında maarifləndirmə məqsədi daşıyırdı.
<div style="text-align:;" justify;">"Azərbaycan hökuməti bunu sərfəli və məqsədəuyğun hesab edərsə, biz layihəni davam etdirməyə hazırıq. 2021-ci ildə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində saziş imzalandıqdan sonra biz bu sahədə ikitərəfli əməkdaşlığın aktivləşdirilməsinə ümid edirik. 2023-cü ilin əvvəlində biz həmçinin iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın beşinci iclasını keçirməyi planlaşdırırıq", - deyə XİN-dən əlavə edilib.
<p style="text-align:;" justify;">“WhatsApp” messenceri göndərilən mesajı silmək üçün vaxtı 1 saat 8 dəqiqə 16 saniyədən 60 saatadək uzadıb,TED.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
<p style="text-align:;" justify;">“WhatsApp”ın məhsul rəhbəri Ami Vora bildirib ki, bu yeniləmələrin məqsədi proqramda “mühafizə təbəqələrini” daha da gücləndirmək və yüksək şifrələnmiş messencer statusunu möhkəmləndirməkdir.
<p style="text-align:;" justify;">Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunda yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
<p style="text-align:;" justify;">Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən TED.az-a verilən məlumata görə, mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər vasitəsilə 18 yaşınadək əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.
<p style="text-align:;" justify;">Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə, həmçinin həssas əhali qruplarından olan digər şəxslərə xüsusi diqqətindən danışan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, bu şəxslərin sosial müdafiəsi tədbirləri ildən ilə daha da gücləndirilir.
<p style="text-align:;" justify;">Qeyd olunub ki, Agentlik hazırda 18 yaşınadək əlilliyi olan şəxsləri həm stasionar, həm də səyyar formada sosial xidmətlərlə təmin edir. Daha əvvəl açılışı olan Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən bu kateqoriyadan olan 60-a yaxın uşağın reabilitasiyası yekunlaşıb.
<p style="text-align:;" justify;">Sabunçu Sosial Xidmət Mərkəzi də uşaqlara keyfiyyətli xidmət göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib. Mərkəzin xidmətlərindən ilkin olaraq 3-11 yaş qrupuna aid 18 yaşınadək əlilliyi olan şəxslər bəhrələnəcək.
<p style="text-align:;" justify;">Burda uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətlərinin təşkili ilə yanaşı, valideynləri də müvafiq təlimlərə cəlb olunacaq.
<p style="text-align:;" justify;">Mərkəzdə ay ərzində 40 nəfər uşağa xidmət göstərilməsi nəzərdə tutulub.
<div style="text-align:;" justify;">Rəqəmsal kart, virtual kart və ya bulud kartı istənilən plastik kartın onlayn yerləşdirilən rəqəmsal virtual təqdimatı ümumi identifikasiya üsuludur.
<div style="text-align:;" justify;">TED.az-ın məlumatına görə, rəqəmsal kart, plastik kartdan fərqli olaraq, ilk növbədə heç bir fiziki təqdimat tələb etmir, çünki o, tamamilə virtualdır və onlayn rejimdə yerləşdirilir.
<div style="text-align:;" justify;">Rəqəmsal kart istənilən növ plastik kartı təqlid edə bilər (imitasiya edə bilər). Rəqəmsal kartlar adətən smartfon və ya smart saatda saxlanılır.
<div style="text-align:;" justify;">Rəqəmsal kartla eyniləşdirmə adətən bir neçə yolla həyata keçirilir.
<div style="text-align:;" justify;">1) Müştərinin smartfonunda “QR” kodunu müəyyən edən hosta ( kassir , yəni). Unikal “QR” kodu hər bir müştəri üçün məxfiliyi təmin edir.
<div style="text-align:;" justify;">2) Smartfonu “NFC Reader” -ə yaxın yerləşdirməklə “NFC” protokolu bağlantısını cəlb etmək ( host kartı emulyasiya metodundan istifadə etməklə).
<div style="text-align:;" justify;">3) “IoB” (“Bluetooth” üzərindən identifikasiya, nadir hallarda istifadə edilən köhnəlmiş metod) və ya “PoB” (“Bluetooth” vasitəsilə ödəniş) istifadə etməklə.
<p style="text-align:;" justify;">Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək.
<p style="text-align:;" justify;">Mərkəzdən TED.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Hələ 2018-ci ilin müvafiq dövründə hüquqları Dövlət İmtahan Mərkəzinin “Abituriyent” Jurnalı Redaksiyasına və digər nəşriyyatlara məxsus kitabların pirat nüsxələrini Türkiyə Respublikasında çap edərək Azərbaycan Republikasına gətirib satışını həyata keçirən böyük dəstə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirilmiş, bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Bu tədbirlər kitab bazarına, bu sahədə müəllif və əmlak hüquqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.
<p style="text-align:;" justify;">Aldığımız məlumata görə bəzi hüquqi və fiziki şəxslər qanunların tələbinə məhəl qoymadan yenidən DİM-ə məxsus kitabların pirat nüsxələrinin çapı və satışı ilə məşğul olurlar. Bildiririk ki, bu cür halların qarşısının alınması üçün tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçiriləcəkdir.
<p style="text-align:;" justify;">Milli Hidrometeorologiya Xidmətinin avqustun 8- i saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Kişçay (Şəki), Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Kürdəmirdə şimşək çaxıb, arabir yağış yağıb.
<p style="text-align:;" justify;">Xidmətdən TED.az-a verilən xəbərə görə, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin avqustun 8-dən 9-na keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub şərq küləyi əsəcək. Havanın maksimal temperaturu günorta saatlarında 31-36 dərəcə isti olacaq.
<p style="text-align:;" justify;">Azərbaycanın rayonlarında da avqustun 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı bölgələrdə yağışın intensivləşəcəyi proqnozlaşdırılır. Avqustun 10-u və 11-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
<p style="text-align:;" justify;">Havanın maksimal temperaturu aran rayonlarında 34-39 dərəcə, dağlarda 20-25 dərəcə isti olacaq.
<p style="text-align:;" justify;">Telegram mesenceri 8 milyon rubl (220 000 AZN) cərimə oluna bilər.
<p style="text-align:;" justify;">Bu barədə Moskva şəhər məhkəməsindən məlumat verilib.
<p style="text-align:;" justify;">Bildirilir ki, mesencerə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinin (informasiya resursu sahibinin ekstremist xarakterli materialı silməməsi ) tələblərini pozmaqda ittiham edilir.
<p style="text-align:;" justify;">İş üzrə hazırlıq iclası avqustun 16-na təyin edilib.
<p style="text-align:;" justify;">Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
<p style="text-align:;" justify;">Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər ölüb.
<p style="text-align:;" justify;">Azərbaycanda indiyədək ümumilikdə 802 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 7 961 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152 nəfərdir.
<p style="text-align:;" justify;">Ölkədə son sutka ərzində 2 424, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.
Bakıda 2 avqust 2022-ci il tarixində “Huawei” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən “Gələcək üçün toxumlar” (“Seeds for the Future”) proqramının 5-ci bağlanış tədbiri baş tutub.
Mərasimdə 80-dən çox iştirakçı, o cümlədən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti cənab Lyu Tonq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə Elm və Təhsil Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Texniki Universitetinin və Milli Aviasiya Akademiyasının rektorları, digər universitetlərdən olan iştirakçılar, eləcə də Azərbaycanın aparıcı KİV nümayəndələri bir araya gəlib.
“Gələcək üçün toxumlar” onlayn təlim kursunda Azərbaycanın 4 aparıcı universitetinin (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası) ümumilikdə 30 tələbəsi iştirak edib.
"Gələcək üçün toxumlar" İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) sahəsində fəaliyyət göstərən "Huawei" şirkəti tərəfindən bütün dünyada başladılan qlobal və qabaqcıl korporativ sosial məsuliyyət proqramıdır. ("Huawei" müxtəlif universitetlərin telekommunikasiya sahəsində ixtisaslaşmış iştirakçı-tələbələrinə kommunikasiya avadanlıqları üzrə pulsuz təlimlər və praktiki məşğələlər təqdim edib.)
Səfir xanım Qo Min “Gələcək üçün toxumlar” proqramının uğurla həyata keçirilməsi münasibətilə təbriklərini çatdırıb:
"Huawei" şirkəti ölkədə rabitə vasitələrini və ətraf mühiti daim yaxşılaşdırmaqla Azərbaycanda informasiya infrastrukturunun qurulmasında fəal iştirak edir və İKT sahəsində daha çox istedadların inkişafına köməklik göstərir. “Gələcək üçün toxumlar” proqramı "Huawei" şirkətinin ikitərəfli əməkdaşlığı gücləndirmək və insanlar arasında mübadiləni genişləndirmək üçün önəmlitəşəbbüsüdür. Bundan əlavə, bu proqram Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin öz sosial məsuliyyətlərini necə yerinə yetirdiyini və bununla da ölkələr arasında insanlararası və mədəni mübadiləni necə təşviq etdiyini göstərir”.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Tədbirin keçirilməsinin əsas məqsədindən danışan “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti cənab Lyu Tonq layihənin vacibliyinə diqqəti çəkib:
“Son 18 il ərzində “Huawei” şirkəti 500-dən çox azərbaycanlı mühəndisi və yerli ali təhsil müəssisələrinin 30 qabaqcıl tələbəsini seçərək onlara təhsillərini Çində davam etdirmək imkanı qazandırıb. İKT sahəsində nailiyyətlər və bu sahədə təhsilin inkişafı hər bir ölkənin sosial-iqtisadi inkişafının ayrılmaz parçasıdır. Bu proqram qabaqcıl İKT texnologiyalarının mübadiləsi və tələbələrin praktiki təcrübəsinin zənginləşdirilməsi baxımından vacib platformadır. Proqram iştirakçıları İKT və mobil rabitə şirkətlərində səmərəli fəaliyyət üçün hazırlanırlar. “Huawei” şirkəti uzunmüddətli perspektivdə bu proqramın dünya üzrə genişləndirilməsini və yerli tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini davam etdirməyi hədəfləyir”.
“Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti
Xatırladaq ki, Azərbaycanda “Gələcək üçün toxumlar” proqramına 2016-cı ildə start verilib. 2019-cu ildə rəsmi danışıqlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Huawei” şirkətinin layihənin uğurla həyata keçirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Əlavə edək ki, 2020-ci ilin sonunadək Azərbaycandan olan 36 tələbə proqramı uğurla başa vurub.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri vəzifəsinin icraçısı ilə tələbələrin mükafatlandırılması mərasimi
COVID-19 pandemiyası zamanı “Gələcək üçün toxumlar” proqramını davam etdirmək və daha çox tələbəni müxtəlif onlayn təhsil resursları ilə təmin etmək məqsədilə 2022-ci ildə proqram ilk dəfə olaraq onlayn formatda keçirilib.
Proqram çərçivəsində tələbələrə zəngin təcrübə əldə etmək imkanı, o cümlədən texnologiya kursları (5G, bulud texnologiyası, süni intellekt və s.), liderlik kursu, Çin mədəniyyəti, texnologiya sərgi salonuna səfər, “Tech4Good” qrup layihəsində iştirak və bütün dünyadan olan görkəmli həmkarları ilə mədəni mübadilə təklif olunur.
“Tech4Good-9G” qrup layihəsində qalib gəlmiş komanda
Yaxın gələcəkdə “Huawei” şirkəti istedadlı gənclərə təhsil və təlim vasitəsilə İKT sahəsində ekosistemin inkişaf etdirilməsi məqsədilə daha çox imkanlar təqdim etmək üçün yerli tərəfdaşlarla işləməyi planlaşdırır.
Məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Bu məqamda yeni məktəbli formaları ilə bağlı yekun məlumatların olmaması məktəbliləri və valideynlərini ciddi düşündürür.
TED.az xəbər verir ki, bu barədə “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bildirib ki, tikiş üçün parçalar ölkəmizə gəlib və artıq tikilişə başlanılıb. E.Əzimovun sözlərinə görə, təxminən avqustun 15-dən yeni məktəbli formalarının satışına başlanılacaq.
Qiymətlərə gəlincə, satış müdiri hələlik bu barədə dəqiqləşmə aparılmadığını deyib:
“Məktəbli formaları satışa çıxarılanda qiymətləri dəqiq bilinəcək. Qiymətlərin müəyyənləşməsində daşınma xərcləri, vergilər, rüsumlar da rol oyanayacaq. Çünki təzə formalar, polo tipli köynəklər yüz faiz pambıqdır, şalvarlar, ətəklər isə 40 faiz polestir, 60 faiz yundur. Bunlar hamısı bahalı materiallardır. Ona görə qiymətlər əlbəttə baha olacaq”.
E.Əzimov onu da qeyd edib ki, tikiş evi sifariş qəbul etmir:
“Bizim işimiz istehsaldır. Tələbat nə qədər çox olacaqsa, o qədər də tikəcəyik. Bütün formalar eynidir, məktəblərə yalnız rəng seçimi verilir. Biz özümüz məhsulları iki rəngli istehsal edib satışa çıxaracağıq. İsti hava üçün qolsuz polo tipli köynək, ətək və şalvar. Qışda isə uzun qol köynəklər də tikiləcək. Əsas rənglər ağ-göy, bir də mavi-bozdur. Yəni ağ polo ilə göy şalvar və ətək dəsti, bir də mavi polo ilə boz şalvar və ətək dəsti olacaq”, – deyə E.Əzimov qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.
<p style="text-align:;" justify;">Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti professor Hasan Mandalla görüşüb.
<p style="text-align:;" justify;">AzTU-dan TED.az-a bildirilib ki, görüşdə İnformatika və İnformasiya Təhlükəsizliyi Təkmil Texnologiyalar Araşdırma Mərkəzi və Mərmərə Araşdırma Mərkəzinin təcrübələrindən faydalanmaqla əlaqələrin davam etdirilməsi, universitet-sənaye əməkdaşlığı ilə bağlı birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
<p style="text-align:;" justify;">I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.
<p style="text-align:;" justify;">Bu barədə TED.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ixtisas seçimi zamanı sadalanan nəşrlərdə təqdim olunan zəruri məlumatlardan faydalanmaq mümkündür:
<p style="text-align:;" justify;">1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar “Abituriyent” jurnalının 4-cü nömrəsində nəşr ediləcək. Jurnalı avqustun 10-dan etibarən əldə etmək mümkün olacaq.
<p style="text-align:;" justify;">2. 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilib. Jurnal satış məntəqələrində var.
<p style="text-align:;" justify;">3. “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” xüsusi buraxılışlarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması və digər zəruri məlumatlar da təqdim ediləcək.
<p style="text-align:;" justify;">II və III ixtisas qrupları üçün bu xüsusi buraxılışları avqustun 10-dan əldə etmək mümkün olacaq.
<p style="text-align:;" justify;">I və IV ixtisas qrupları üçün bu xüsusi buraxılışlar yaxın günlərdə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apellyasiya başa çatdıqdan sonra) nəşr ediləcək.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq.
Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 65-75 % olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturuna gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
<p style="text-align:;" justify;">Nazirlər Kabinetinin Qərarları ilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” və “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.
<p style="text-align:;" justify;">Qərarlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli fərmanlarının icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
<p style="text-align:;" justify;">Yeni qaydalara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.
<p style="text-align:;" justify;">Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, onlarla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.
<p style="text-align:;" justify;">Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron qaydada vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.