Təbrikdə deyilir: "Bu gün Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Bu biznes subyektlərinin ölkədə məşğulluğun təmin olunması, iqtisadiyyatımızın güclənməsi və dayanıqlığının təmin edilməsində mühüm rolu var. Sahibkarlarımızı təbrik edir və işlərində uğurlar diləyirəm".
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında ötən ilin müvafiq dövrünə nəzərən 3,9 faiz bəndi azalaraq 41,2 faiz təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından verilən məlumatda bildirilir.
Hörmətli izləyicilərimiz!
XX əsrin əvvəllərindən elm, sənət və siyasət adamlarına parlaq elmi araşdırmalar, inqilabi səciyyəli ixtira və kəşflər, eləcə də dünya mədəni irsinə və cəmiyyətin inkişafına verilən misilsiz töhfələr üçün hər il müxtəlif nominasiyalar üzrə Nobel mükafatları verilir.
Tərcümeyi-halı və karyerası Azərbaycanla bağlı olan Alfred Nobelin (1833-1896) vəsiyyəti ilə onun mirasından yalnız beş sahənin nümayəndələrinə mükafatlar üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdu:
- fizika (1901-ci ildən İsveçdə təqdim olunur);
- kimya (1901-ci ildən İsveçdə təqdim olunur);
- fiziologiya və ya tibb (1901-ci ildən İsveçdə təqdim olunur);
- ədəbiyyat (1901-ci ildən İsveçdə təqdim olunur);
- dünyada sülhün təşviqi (1901-ci ildən Norveçdə təqdim olunur).
İqtisadiyyat elmləri üzrə Nobel mükafatı isə xeyli sonra - 1969-cu ildə təsis olunub. Bu, İsveç Milli Bankının Alfred Nobelin xatirəsinə həsr etdiyi xüsusi mükafatdır. İqtisadiyyat elmləri sahəsində nailiyyətlərə görə verilən bu mükafat ildə bir dəfə İsveç Kral Elmlər Akademiyası tərəfindən təqdim olunur. Nobel mükafatı mərasimində verilən digər mükafatlardan fərqli olaraq iqtisadiyyat elmləri üzrə mükafat Alfred Nobelin mirası deyil.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatları barədə yığcam məlumatları diqqətinizə çatdırırıq. Dünyanın taleyini dəyişən, tarixin gedişatına təsir göstərən bu insanları tanımağın sizin üçün maraqlı və əhəmiyyətli olacağını düşünürük...
Görkəmli amerikalı iqtisadçı, 1970-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Samuelson 1915-ci ildə İndiana ştatındakı Qari qəsəbəsində əczaçı Frank Samuelson və Ella Liptonun ailəsində anadan olub.
Valideynləri Polşadan ABŞ-a köçmüş yəhudi mühacirləri olan P.Samuelson 1935-ci ildə Çikaqo Universitetini bitirib. Əvvəlcə Harvard Universitetində, 1940-cı ildən isə Massaçusets Texnologiya İnstitutunda (MTİ) çalışıb. 1941-ci ildə Harvardda fəlsəfə doktoru elmi dərəcəsini alıb, 1947-ci ildə MTİ-də professor səviyyəsinə yüksəlib. İkinci Dünya Müharibəsi illərində və müharibədən sonrakı dövrdə bir sıra dövlət qurumlarında çalışıb, o cümlədən ABŞ-ın Maliyyə Nazirliyində planlaşdırma ilə məşğul olub. Federal Ehtiyatlar Bankının “RAND” korporasiyasında məsləhətçi işləyib.
P. Samuelson Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1956-1959), Ekonometrik Cəmiyyətin prezidenti (1952) və Amerika İqtisadiyat Assosiasiyasının prezidenti (1961) olub. 1960-cı illərin əvvəllərində isə ABŞ prezidenti Con Kennedinin müşaviri kimi fəaliyyət göstərib.
MTİ-nin dünyaya böyük elm adamları bəxş etmiş iqtisadiyyat kafedrasını faktiki olaraq o, yaradıb, həyatı boyu burada işləyib, sonradan dünyada tanınacaq şəxsiyyətlərin yetişməsində böyük rolu olub. Onun tələbələrindən Robert Merton və Cozef Stiqlits iqtisadiyyat sahəsindəki parlaq nailiyyətlərinə görə Nobel mükafatına layiq görülüblər.
P.Samuelson MTİ-dən təqaüdə çıxandan sonra da elmi fəaliyyətini davam etdirib.
Riyaziyyatı iqtisadçılar üçün “təbii dil” adlandıran P.Samuelson “İqtisadi təhlilin əsasları” kitabı ilə iqtisadiyyatın riyazi əsaslarına mühüm töhfələr verib. Onun ilk dəfə 1948-ci ildə nəşr olunmuş “İqtisadiyyat: giriş təhlili” kitabı bütün dövrlərin ən çox satılan iqtisadiyyat dərsliyi hesab olunur.
O, “neoklassik sintez”in (neoklassik mikroiqtisadiyyatın və Keyns makroiqtisadiyyatının bir konsepsiyada birləşdirilməsi) təşəbbüskarı və neokeynesçiliyin banilərindən biridir.
Onun elmi maraqları müasir iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Əldə etdiyi elmi nəticələr müəyyənlik və risk altında istehlakçı seçimi nəzəriyyəsi, ekonometriya və maliyyə iqtisadiyyatından tutmuş makroiqtisadiyyat, kapital nəzəriyyəsi, beynəlxalq ticarət, ümumi tarazlıq və rifah iqtisadiyyatına qədər müxtəlif fənlər üzrə dərsliklərə daxil edilmişdir. Bir sözlə, iqtisadiyyatın elə bir sahəsini tapmaq çətindir ki, P.Samuelson orada öz sözünü deməmiş olsun.
İqtisadiyyatın Paqanisi və intellektual ekvilibrist adları ilə tanınan P.Samulson 1970-ci ildə “Statik və dinamik iqtisadi nəzəriyyəni inkişaf etdirən elmi əsərinə görə” Nobel mükafatına layiq görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənildi.
Fondun mətbuat xidmətindən bildirilib ki, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Beləliklə, iyun ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əmirliklər Milli Neft Şirkətinin (ENOC) sədri Saeed Məhəmməd Əhməd Əl Tayerlə görüş keçirilib.
Görüşdə neft-qaz sahəsində əlaqələrin genişləndirilməsi, SOCAR və ENOC arasında əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber ilə görüşüb.
Görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin potensialı böyükdür və Azərbaycan bu sahədə “Masdar” şirkəti ilə uğurlu əməkdaşlıq edir. Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib.
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının “Masdar” şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı və neft-kimya üzrə layihələr, “yaşıl” enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Əbu-Dabi İnkişaf Holdinqinin (ADQ) baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə də görüşüb.
Görüşdə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəlinib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb.
Görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından və birgə tədbirlərin təşkilindən məmnunluq ifadə edilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində həmçinin, KOBİA və İCYF arasında bu ilin noyabrında Bakıda növbəti İnvestisiya Sammitinin keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri (Moiatuae), ADNOC şirkətlər qrupunun baş direktoru, Masdar şirkətinin sədri Sultan Əl Caber ilə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı və neft-kimya üzrə layihələr, yaşıl enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi barədə danışdıq.
Görüş barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib
2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi aprel ayı ilə müqayisədə 101 faiz, cari ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 117,9 faiz olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövr ərzində ət və ət məhsullarının istehlak qiymətləri indeksi 100,5 faiz, balıq və balıq məhsulları 100,2 faiz, süd və süd məhsulları 98,8 faiz, kərə və bitki yağları 102 faiz, meyvələr 107 faiz, tərəvəzlər isə 98,4 faiz təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC (bundan sonra – Cəmiyyət) tərəfindən vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
İşə baxılması zamanı Cəmiyyət tərəfindən özəl şirkətlərin fəaliyyətlərinə maneələrin yaradılması, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərinin pozulması müəyyən olunub.
Qərara əsasən, Cəmiyyətə məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması və yükdaşıma sahəsində sifarişlərin icra edilməsi, vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi, güzəşt və tariflərin daşınan yükün növləri üzrə sahibkarlıq subyektləri arasında ayrı-seçkilik yaradılmadan sağlam rəqabət prinsipləri qorunmaq şərti ilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada müəyyən edilməsi, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiq edilməsi barədə Cəmiyyətə göstəriş verilib və icrası üçün konkret tarixlər müəyyənləşdirilib.
Göstərişdə həmçinin, yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənədlərin layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçünelektron platformanın istifadəyə verilməsi və sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması ilə sərnişin vaqonlarından daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması də nəzərdə tutulur.
Qərarda “Azərbaycan Dəmir Yolları” QSC-dən təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər də öz əksini tapıb.
Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə apardıq.
Bu barədə iqtisadiyyat naziri məlumat paylaşıb.
Yunanıstanın Ekologiya və Enerji Nazirliyi tərəfindən parlamentə təqdim ediləcək qanun layihəsində 2020-2021-ci illər arasında qaz təchizatı şirkətlərinin mənfəət marjasındakı artımlardan 90 faiz dərəcəsi ilə vergi tutulması planlaşdırılır. Nazirlikdən bildirib ki, izafi mənfəətə tətbiq edilən fövqəladə vergidən daxil olan vəsait Yaşıl Enerjiyə Keçid Fonduna bağışlanacaq, istehlakçılar, müəssisələr və ev təsərrüfatları üçün elektrik enerjisi və qaz ödənişlərinin subsidiyalaşdırılması üçün istifadə olunacaq.
Qeyd edək ki, mayın sonunda Yunanıstan parlamenti elektrik enerjisinin topdansatış bazarında fəaliyyət göstərən enerji şirkətlərinin izafi mənfəətinə 90 faizlik dərəcə ilə vergi tətbiq edilməsinə səs verib.
Hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6 faizini KOB subyektləri təşkil edir.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iyunun 24-də Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda deyib.
“KOB-ların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyimizin əsas elementlərindən biridir. Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların əsas sütunu və hərəkətverici qüvvəsi hesab olunur və bu baxımdan, KOB-ların fəaliyyətinin şaxələndirilməsi və innovasiya səviyyəsi bütövlükdə ölkənin inkişaf səviyyəsinin göstəricisidir. Biznesin innovativ transformasiyası və şaxələndirilməsi adekvat səviyyədə maliyyələşdirmə tələb edir və ənənəvi maliyyə sistemi mövcud problemlərin aradan qaldırılmasında çətinliklərlə üzləşir. Bu baxımdan, davamlı maliyyə resurslarının təmin edilməsi üçün gələcəkdə alternativ maliyyə mənbələri, o cümlədən “Fintech” texnologiyası mühüm əhəmiyyət kəsb edəcək”, - deyə O.Məmmədov vurğulayıb.
Bu ilin yanvar-may aylarında Azərbaycanda ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev iyunun 24-də Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda deyib.
Nazir müavini qeyd edib ki, ölkəmiz ötən il nəzərəçarpacaq nailiyyətlər əldə edib və bu tendensiya bu il də davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olunub.
BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edilib. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunulub, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulanıb.
Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb.
Bu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 74,1% artaraq 20,57 mlrd. dollar, ixrac isə 2,1 dəfə artaraq 15,42 mlrd. dollar olub.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "İxracın artması daha çox istehsal, investisiya və məşğulluq deməkdir".
Suala cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin şəxslərə aşağıdakı tələblər irəli sürülüb:
- İxrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;
- İxrac qeydi ilə satılmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.
- İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər
- Ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;
- İxrac qeydi ilə alınmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.
Bu tələblər "Malların ixrac qeydi ilə satışı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsaslanır.
Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə bu, tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir.
Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları"
2022-ci il may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 12 milyonu ötüb. Bu barədə Mərkəzi Bankın aylıq hesabatında məlumat verilib. Bildirilib ki, aprel ayına nəzərən kartların sayı 118 min ədəd artaraq 12 milyon 19 min ədəd təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,4%, kredit kartları üzrə 29,2% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 54 min, kredit kartları 345 min, digər kartlar isə 1,7 milyon ədəd artıb.
Ödəniş kartlarınınartması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artıb. 2022-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 810 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 373 milyonmanatı elektron ticarətin payına düşür. Qalan məbləğin 435 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. May ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41,6%-ni təşkil edib.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 5,3%, POS-terminalların sayı isə15% artıb.
İyunun 23-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 40,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.