Visiontv.az Lent.az-a istinadən bildirir ki, aktyor Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq.
"Artıq ilk tamaşanı hazırlayıb təhvil vermişəm, premyeramız da baş tutub. Yenidən səhnədə olmaq mənə yeni enerji verib. Yolunuz düşsə, buyurun gəlin, Mingəçevirə, maraqlı tamaşalardan zövq alın", - o bildirib.
Qeyd edək ki, bir müddət öncə aktyor işsiz olduğunu və yaradıcılığında heç bir yenilik baş verməməsinə görə əsəbləşdiyini bildirmişdi.
Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obrazlar yaratsa da, xalqın yadında "Bəxt üzüyü" filmindəki Moşu obrazı ilə daha çox qalıb, daha çox sevilib.
Sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından yararlanmaq üçün mikrofon önünə keçərək üzləşdikləri çətinliklərdən söz açıblar. Ünvanlanan müraciətlər əsasən küçə qaz xəttinin çəkilişi, qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin məsul şəxsləri aksiyaya üz tutan hər bir vətəndaşın problemini dinləyib, ünvanlanan müraciətlərin aidiyyatı üzrə yönləndiriləcəyi ilə bağlı məlumat verilib.
Visiontv.az
Visiontv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərinə cavabında bildirilib.
“Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır”, - məlumatda deyilir.
Visiontv.az xəbər verir ki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb. Qeyd edilib ki, K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.
İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.
Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.
44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazıb. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur.
1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.
Başlıbelə hücum
Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda kahalara sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib.
Şahid ifadələri
Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb:
" Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdılar. Ertəsi gün ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Turbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərara gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna görə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki, “Portda”ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular. Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar..."
113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin daha bir üzvü Elşad Əzizov isə deyib ki, aprelin 18-dən 19-na keçən gecə ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov aparmış, 18 nəfəri qətlə yetirmişdi:
"Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu."
Qarabağ döyüşlərində tankçı olan Ağdam sakini Məzahir Abbasquliyev hadisəni belə xatırlayır:
"İki ayağı olmayan, iki çəliklə yeriyən Hüseyn kişini Mədəniyyət evində yandırmışdılar. Körpə uşaqların və qadınların əzabları gözümüzün qarşısında olub. Görən olmasın deyıə, gecə yol gəlirdik. Körpülərin hamısında erməni postları olduğu üçün məcburən çaydan keçməli idik. 4-5 nəfər qol-qola tutaraq çaydan keçdik. Özümüzlə kəndir götürmüşdük. Hər iki tərəfdən ağaca bağladıq və qadınları, uşaqları çiynimizdə keçirdik."
Bünyamin Bünyadzadə
Visiontv.az
Visiontv.az APA-ya istinadn xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının hesabatında bildirilib. Qeyd olunub ki, cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın benzin və dizel yanacağı idxalı illik ifadədə 8,4 min ton və ya 4,6% azalaraq 174,1 min ton təşkil edib. Hesabat dövründə idxal edilən yanacağın 81,8 min tonunu benzin, 92,3 min tonunu isə dizel təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya olub. Hesabat dövründə Rusiyadan 148,5 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 85,3%-ni təşkil edib. Gürcüstanın yanacaq idxal etdiyi digər ölkələr isə Rumıniya (26,4 min ton) və Belarus (0,7 min ton), Türkmənistan (0,2 min ton), Ukrayna (0,1 min ton), Bolqarıstan (0,1 min ton) olub.
Əvvəlki dövrlərdə Gürcüstanın əsas dizel tədarükçüsü olan Azərbaycandan cari ilin yanvar-fevral ayları ərzində yanacaq idxal edilməyib.
Visiontv.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.
Andersson 1983-cü ildə İsveç Sosial Demokrat Gənclər Liqasına qoşulub. 1992-ci ildə o, Stokholm İqtisadiyyat Məktəbində iqtisadiyyat üzrə magistr dərəcəsi qazanıb. O , Göran Persson administrasiyasında məsləhətçi və planlaşdırma direktoru və Mona Sahlin üçün məsləhətçi vəzifələrində çalışıb. 2014-cü il İsveç ümumi seçkilərindən sonra Andersson Riksdağa seçildi və Stefan Löfven administrasiyasında maliyyə naziri oldu . Löfven 2021-ci ilin avqustunda istefa vermək planlarını açıqlayanda onu yerinə yetirmək üçün əsas namizəd kimi qəbul edildi. Bundan az sonra o, Sosial Demokratların lideri seçildi.
Andersson 29 noyabr 2021-ci ildə Riksdaq tərəfindən İsveçin Baş naziri seçildi. 24 noyabr 2021-ci ildə Andersson bu vəzifəyə seçildi, lakin koalisiya tərəfdaşı Yaşıllar Partiyasının hökuməti tərk etdiklərini elan etməsindən sonra istefa verdi. Riksdaqda illik büdcə səsverməni mühafizəkar müxalifətə uduzmasına cavab olaraq. Andersson daha sonra 30 noyabr 2021-ci ildə İsveçin ilk qadın baş naziri olaraq Baş nazir vəzifəsini icra etdi.
Onun koalisiyası 2022-ci il İsveç ümumi seçkilərində çoxluğu itirdikdən sonra Andersson baş nazir vəzifəsindən istefa vermək niyyətində olduğunu açıqladı. Həmin ilin 18 oktyabrında onun yerinə Ulf Kristersson keçdi.
Məktəb illərində o, Uppsalanın bir hissəsi olan Norbideki Malmaskolanda təhsil alıb. Orta məktəb illərində Andersson Uppsaladakı Katedral Məktəbində sosial elmlər üzrə təhsil alıb.O, 1987-ci ildə bir sinifdən başqa hamısında yüksək qiymətlərlə məzun oldu.
Orta məktəbi bitirdikdən sonra Andersson Stokholm İqtisadiyyat Məktəbində təhsil almaq üçün Stokholma köçdü və burada 1992-ci ildə iqtisadiyyat üzrə magistr dərəcəsi ilə məzun oldu. O, 1992-1995-ci illərdə Stokholm İqtisadiyyat Məktəbində iqtisadiyyat üzrə doktoranturaya başlamış, lakin təhsilini bitirmədən bitirmişdir. Doktorantura təhsili çərçivəsində o, 1994-cü ilin payızında Vyanadakı Təkmilləşdirmə İnstitutunda və 1995-ci ilin yazında Harvard Universitetində təhsil alıb. Andersson 1983-cü ildə orta məktəbin birinci ilində İsveç Sosial Demokrat Gənclər Liqasına qoşulub. 1987-ci ildə SDU-nun Uppsala bölməsinin prezidenti seçilib.
Maliyyə naziri
Andersson ilk hökumət büdcəsi ilə 23 oktyabr 2014-cü ildə Stokholmdakı Parlament Evinin qarşısında Sosial Demokratlar 2014-cü ildə keçirilən ümumi seçkilərdə qalib gəldikdən sonra Andersson Riksdağın üzvü seçildi. O, kabinetə yeni baş nazir Stefan Löfven tərəfindən Maliyyə Naziri təyin edildi. Koalisiya danışıqları nəticəsində, Andersson Maliyyə Nazirliyi üçün ümumi məsuliyyət daşıdığı halda, Per Bolund Maliyyə Bazarları Naziri kimi maliyyə bazarlarına nəzarət və istehlakçıların müdafiəsi üçün məsuliyyət daşıyırdı. Andersson 2018-ci ildə İsveçdə keçirilən ümumi seçkilərdən sonra Löfven tərəfindən yenidən maliyyə naziri vəzifəsinə təyin edildi.
2020-ci ildə Beynəlxalq Valyuta Fondunun Rəhbərlər Şurasının əsas siyasət məşvərət komitəsi olan Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin üzvləri Anderssonu üç il müddətinə IMFC-nin sədri vəzifəsinə seçiblər. O, on ildən çox müddətdən sonra həmin rolda ilk avropalı, həm də bu vəzifəni tutan ilk qadın oldu.
2021-ci ilin avqustunda Löfven 2021-ci ilin noyabrında keçiriləcək partiya konqresində partiya lideri vəzifəsindən istefa verəcəyini açıqladı. Andersson tez bir zamanda bir çoxları tərəfindən onu yerinə yetirmək ehtimalı yüksək olan namizəd kimi qəbul edildi və 29 sentyabr 2021-ci ildə partiyanın namizədlər komitəsi Andersson qurultaydan əvvəl lider təyin edilmişdi; Bu təyinat Riksdag tərəfindən qəbul edilərsə, Andersson İsveçin lideri və ilk qadın baş naziri olacaq.
Sosial Demokrat Partiyasının lideri
Andersson 4 noyabr 2021-ci ildə İsveç Sosial Demokrat Partiyasının Lideri seçildi. Mona Sahlindən sonra partiyanın ikinci qadın lideri oldu.
10 noyabr 2021-ci ildə hazırkı baş nazir Stefan Löfven rəsmi olaraq vəzifəsindən istefa verdi.2021-ci il İsveç hökumətinin qurulmasının bir hissəsi olaraq , Riksdağın spikeri noyabrın 11-də bütün partiya liderləri ilə danışıqlar apardı və qısa müddət sonra Andersson hökuməti qurmaq tapşırığını verdi və ona bir həftə vaxt verdi. Noyabrın 23-də Anderssonun qarşıdan gələn baş nazir seçkilərində onu dəstəkləmək üçün Sol Partiya ilə razılığa gəldiyi elan edildi . Mərkəz Partiyasının daha əvvəl onu dəstəkləməyə razı olması ilə Andersson İsveçin növbəti baş naziri olmaq üçün lazımi sayda deputatın dəstəyini qazanmışdı.
İsveçin Baş Naziri (2021-2022)
24 noyabr 2021-ci ildə Andersson İsveçin baş naziri seçildi. Əksəriyyət bitərəf qaldığı üçün onun əleyhinə səs vermədi. İsveçin parlament prinsiplərinə əsasən, əksəriyyət Anderssonun namizədliyinə qarşı olmadığı üçün bu, onun baş nazir olması üçün kifayət idi.
Bünyamin Bünyadzadə
Visiontv.az
Kubokun açılışında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Şəhər Statistika İdarəsinin rəisi Elşən Məmmədov və “Gəncə İdman Klubu” İctimai Birliyinin idarə heyətinin sədri Elvar Osmanov çıxış edərək, yarış iştirakçılarını salamlamış və onlara yarışda uğurlar arzulamışlar.
Sonda qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar.
Visiontv.az
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-BƏƏ əlaqələri və regional mövzular müzakirə edilib.
İlahə Əliyeva
Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlu, CHP-li mənbələrin “nəzakət ziyarəti” olaraq xarakterizə etdiyi görüşün məqsədini “Həlil İbrahim masasını böyütməyə çalışırıq” ifadələri ilə şərh edib.
Namizədliyi ilə Millət Alyansının səslərini böləcəyi ilə bağlı tənqidlərin mərkəzində olan İncə, görüşdən sonra verdiyi açıqlamada prezidentliyə namizədliyindən geri çəkilməyəcəyi mesajını verib.
Qeyd edək ki, Kılıçdaroğlu ilə İncə Məmləkət Partiyasının Baş Qərargahında bir araya gəlib.
İlahə Əliyeva
Laurent Wauquiez bu münasibətlə deyib: “Bu andan etibarən Sünik və Auvergne-Rhône-Alpes-in taleyi birdir, bu isə o deməkdir ki, Sünikə hücum edilməsi Auvergne-Rhône-Alplərə hücum edilməsi deməkdir”...
Yadınızdadır, İran ötən ilin avqustunda ️işıq sürəti ilə Qafanda konsulluq açmışdı. O konsulluğun açılışında da oxşar fikirlər səsləndirilmişdi...
Fransa və İran erməni məsələsində birmənalı şəkildə eyni səngərdədir və Azərbaycana qarşı düşmən mövqedədir. Erməni sevgisi Qərb demokratiyasını və molla rejimini birləşdirir. Çox əcaib birlikdir, deyilmi...
Elbəyi Həsənli
visiontv.az
Artıq neçə ildir ki, dünyanın aparıcı ölkələrində kibercinayətkarlığın bu növü ilə ciddi mübarizə aparılır. Onlayn fırıldaqçılıq olan bank kartlarından pulların oğurlanması son illərdə ölkəmizdə də müşahidə edilməyə başlayıb. Belə ki, pandemiya dövründən əvvəl də mövcud olan bank kartları vasitəsilə onlayn ödənişlər bu dövrdən daha da genişlənib. Bu da öz növbəsində kartlardan pulların oğurlanması hallarının artmasına gətirib çıxarıb. Hüquqşünas Əlisuvar Rüstəmov hesab edir ki, bank kartlarından pulların oğurlanmasının bir neçə geniş yayılmış üsulları var. Bunlara misal kimi fişinq və vişinqi qeyd edə bilərik:
Fişinq müəyyən üsullarla istifadəçinin istifadəçi adı, şifrəsi, kart məlumatları və digər həssas məlumatlarının dələduzlar tərəfindən ələ keçirilməsi və oğurlanmasıdır. Fişinq hücumlar zamanı dələduz bank saytı kimi görünən saxta veb-sayt yaradır. Sonra isə onlar istifadəçiləri müxtəlif şirnikləndirmə üsullarından istifadə edərək bu sayta aldadıb aparmağa cəhd edirlər ki, burada onlar gizli istifadəçi məlumatlarını, yəni istifadəçi adı, şifrə, şəxsi hesab məlumatlarını əldə etsinlər. Sonda isə bu məlumatlar fırıldaqçılıq fəaliyyətinin həyata keçirilməsində istifadə edilir.
Dələduzlar telefon zəngi ilə bank və ya hüquq-mühafizə orqanları yaxud da digər qurumun əməkdaşı olduğunu bildirir və şəxsə onun haqqında bəzi məlumatları söyləyir. Məsələn, ad, soyad və s. Belə olduqda da həmin şəxsdə zəng edən dələduza qarşı inam yaranır və onun soruşduğu məxfi məlumatları söyləyir. Dələduz həmin məxfi məlumatları soruşma səbəbini müxtəlif bəhanələrlə izah edir. Məsələn, şəxsə zəng edilərək bildirilir ki, o, müəyyən məbləğdə pul udub və bu pulun ödənilməsi üçün kart məlumatlarını verməlidir və s.
Şəxslərin bank kartlarında olan pulları onların mülkiyyəti hesab olunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bank kartlarından pulların oğurlanması mülkiyyətə qəsd hesab olunur. Kartlardan pulların oğurlanması ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində məsuliyət nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab olunur. Buna görə də bu cinayəti törədən şəxs adı çəkilən maddə ilə məsuliyyətə cəlb olunur. Bir məsələni də nəzərə almalıyıq ki, bu maddədə nəzərdə tutulan məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
Bu təhlükədən qoruna bilmək üçün aşağıdakılara riayət etmək lazımdır:
1. Kartın üzərindəki 16 rəqəm, CVV/CVC kodu, kartın PIN kodu və s. kimi məxfi məlumatları heç kimə verməmək
2. İnternetdə qarşınıza çıxan lotereya və ya prizlər yaxud da başqa elanlarla bağlı şübhəli keçidlərə keçməmək və s.
Əgər artıq məxfi məlumatları şübhəli şəxsə vermisinizsə, aşağıdakıları etməyiniz məsləhət görülür:
1. Müəyyən şifrələri dəyişmək
2. Əgər mobil tətbiq mövcuddursa, kartı blok etmək
3. Bankla əlaqə saxlayaraq vəziyyəti bildirmək və s.
Bünyamin Bünyadzadə
Visiontv.az
Bu hadisə ilə bağlı politoloq Zaur Məmmədovun Visiontv.az saytına açıqlamasını sizə təqdim edirik:
“Millət vəkili Fazil Mustafaya edilən hücum əlbəttə ki, ciddi hadisədir. Son zamanlar Bakıda bir neçə silahlı insidenti də nəzərə alsaq görərik ki, bu hadisələrin arxasında çox ciddi proseslər dayanır. Və həmin o proseslərin arxasındakı xəbərdarlıqlar, sanki Azərbaycanı qorxutmaq cəhdləri dayanır.
Bu baş verənlərin bundan sonra da baş verəcəyi istisna deyil. Fazil Mustafaya qarşı silahlı hücum hadisəsi də bir daha onu göstərdi ki, bu məsələlərdən sığortalanmaq olmur. Əlbəttə ki, baş verən bu hadisə ilə bağlı kənardan şərhlər bildirmək və istintaq orqanlarının işinə maneə olmaq yolverilməzdir. Lazım olan vaxtda istintaq orqanları bu proseslərlə bağlı bildirəcəklər. Unutmayaq ki, bundan qabaqkı hadisələrdə olduğu kimi bundan sonrakı hadisələrdə də ədalətli informasiya öz sözünü əvvəl – axır deyəcəkdir. Və bilməliyik ki, bölgədə ciddi çağırışlar var. Bölgə yeni epoxanın astanasındadı.
Məlumdur ki, Azərbaycan 200 ilə yaxındır ki, torpaqları bölüşdürülmüş və işğal edilmiş, insanları deportasiyaya məruz qalmış bir məmləkət olub. 30 il əvvəl ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bizim qarşımızda erməni məsələsi ciddi şəkildə bir çağırış idi. Hal – hazırda qarşımızda, erməni məsələsindən daha ciddi məsələ məhz İran amilidir. İran tərəfindən də ara – sıra Azərbaycanla bağlı verilən bəyanatlar bunun təsdiqidir.
Təəssüflər olsun ki, bizə qarşı qərəzli mövqe və çağırışlar, yalnız bir qonşu dövlətdən deyil demək olar ki, Türkiyə istisna olmaqla bütün sərhəd ölkələrdən var. Hadisələri soyuqqanlı qarşılamaq, prosesləri məntiqli dərk etmək lazımdır. Bir misal var ki, böyük şahmat taxtasında böyü fiqurlar öz aralarında sanki addımlar atarkən onların piyadaları olmamağa çalışmaq lazımdır. Ola bilər ki, hanısa dairələr təxribat edərək, qızışdıraraq cəmiyyətdə müəyyən xaos və xof yaratmaq istəyə bilərlər. Beynəlxalq subyektləri bir – birinə daha kəskin mövqe göstərməyə sövq etmək istəkləri ola bilər.
Bütün bu məqamları nəzərə almaq lazımdır. Amma burada əsas və aydın olan bir məsələ var ki, İran aid bəzi qruplar, özünü şiə adlandıran lakin əslində şiəliklə heç bir əlaqəsi olmayan, tamamilə şəxsi məanfeylərini düşünən şəxslər tərəfindən təbliğatlar vaxtikən çox aparılıbdır. Həmin o qruplar bu gün də bu və ya digər yerlərdə təxribatlara əl ata bilərlər. Amma Azərbaycan güclü dövlətdir. Dövlətimiz belə qərəzli çağırışların öhdəsindən hər zaman gəlməyi bacarıb. Bundan sonra da bacaracaqdır. Azərbaycan xalqı da öz Prezidentinin yanındadır. Beləliklə də biz haqlı olduğumuz bu mübarizəmizi davam etdirəcəyik.”
Bünyamin Bünyadzadə
Visiontv.az
Korvetlər yelkənli donanma dövründə
Yelkənli donanma dövrünün ilk vaxtlarında, yəni XVII-XIX əsrlərdə, korvetlər üçdorlu hərbi gəmi olmaqla, düz yelkən silahlanmasına malik idi. Silahlanmada 18—30 arası kiçik və böyük kalibrlı toplardan istifadə olunurdu. Bütün toplar adətən yuxarı göyərtədə yerləşdirilirdi. Belə gəmilərdə sututumluq 460 ton və yuxarı idi. XIX əsrin 40-ci illərində təkərli, 60-cı illərin sonlarında isə vint-yelkənli korvetlər yaranmağa başladı.
Korvetlət İkinci dünya müharibəsi dövründə
İkinci dünya müharibəsi dövründə xüsusi olaraq hazırlanmış müdafiə gəmiləri ilk dəfə ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində (HDQ) meydana gəlmişdi. Bu korvetlərdə sututumluluq 500—1600 ton arası dəyişirdi. Sürət isə saatda 30—37 km göstəriciyə bərabər olurdu. Silahlanma cəhətdən belə korvetlər əvvəlki sələfərindən çox fərqlənirdilər. Geniş silah arsenalı korvetlərin gücünə güc qatırdı. Top olaraq kalibri 76–102 mm olan artilleriya silahlarından və kalibri 20–40 mm olan zenit tipli avtomatlardan istifadə olunurdu. Korvetlər bundan başqa minaatan və dərinlik bombaları ilə təchiz olunmuşdu. Hava və dəniz dibində olan yerlərdə düşmən obyektlərini tapmaq üçün korvetdə güclü radiolokasiya və hidroakustika sistemləri var idi. Raket sənayəsinin inkişafı korvetlərə də təsir etmişdi. Belə ki, bu vaxt bəzi korvetlərdə raketlər də var idi. İkinci dünya müharibəsində ən geniş yayılmış korvetlər "Flauer" tipli müdafiə gəmiləri idi.
Korvetlər müasir dövrdə
Müasir korvetlərin əsas vəzifəsi öz gəmiləri ilə birgə düşmən gəmilərindən qorunmaq və sahillərdə olan mühim obyetktləri və hərbi bazaları düşmən hücumundan müdafiə etməkdir. Korvetlər sinif olaraq sahil məntəqələrində çoxməqsədli hərəkətlər üçün nəzərdə tutulmuş hərbi katerlərin imkanlarının geinləşdirilməsi nəticəsində yaranmışdı. XX əsrin 70-ci illərində belə katerlər raketlər və gəmi əleyhinə olan qurğular ilə təchiz olunurdu. 80-ci illərin sonunda isə belə katerlər raketlərdən başqa hidroakustik stansiya və 324 mm ölçülü torpeda qurğuları ilə təchiz olunurdu. Belə katerlərə 90-cı illərin oratalarında vertolyot da əlavə olunurdu. Bu vertolyotun əsas məqsədi gəmi və obyektləri məhv etmək üçün Gəmi Əleyhinə Raketlərin (GMR) daşınması idi. Belə katerlərdə sututumluluq artaraq 1200-1500 ton olmuşdu. Ona görə də bir çox ölkələrin donanmasında bu katerlərə korvet adı verildi.
Korvet sinfi
Bir çox ölkələrin dəniz donanmalarında korvet rəsmi olaraq gəmi sinfi sayılır. Bu siniflər həmin ölkələrdə rəsmi olaraq qəbul edilmiş termin ilə adlanır. Korvetlər İtaliyada "Corvettes", Argentina və Dominikan Respublikasında "Corbetas", Braziliyada "Corvetas", Qana, İndoneziya, İran, İslandiya, Liviya və BƏƏ-də isə "Corvettes" adlanır.
Rusiyada Hərbi Dəniz Qüvvələrində korvet sözü rəsmi olaraq sinif kimi işlənmir. Amma Sovet və Rus göstəricilərinə əsasən korvet sinfi "gözətçi gəmi" sinfi ilə uyğun gəlir. Buna baxmayaraq NATO göstəricilərinə əsasən Rusiyada olan gəmi əleyhinə olan kiçik gəmiləri və raketli kiçik gəmiləri korvet sinfinə daxil etmək olar.
Bünyamin Bünyadzadə
Visiontv.az
İranda 1946-cı ildə Pəhləvi rejimi Cənubi Azərbaycanı işğal etmək məqsədilə hücuma keçəndə yerli əhaliyə, Azərbaycan Demokrat Firqəsinin və Milli Hökumətin öz şəhərlərini tərk etməyən rəsmiləri və məmurlarına qarşı soyqırım törədib. Tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri bildirir ki, törədilən soyqırım planlı şəkildə həm İran ordusu, həm də Pəhləvi rejiminə bağlı olan mülki geyimli jandarmlar, eləc də rejimə bağlı mülkədarların İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələri tərəfindən həyata keçirilib.
Tehran rejimi, hələ Azərbaycanda Milli Demokratik Hərəkat formalaşıb, Cənubi Azərbaycanı fars rejimindən azad etdiyi gündən Azərbaycan milli qüvvələrinə qarşı sivil müharibədən uzaq, iyrənc mübarizə üsuluna əl atırdı. Bunlar da hələ ilk günlərdən azərbaycanlıların kütləvi soyqırımı yolu haqlı mübarizəsini boğmağa xidmət edirdi. Həmin üsullardan biri yerli əhalinin dini inanclarından azərbaycanlı qüvvələrə qarşı istifadə etmək idi. Belə ki, Pəhləvi rejimi özünə bağlı molla və müctəhidlərdən, o cümlədən Mirxas Ərdəbili, Mirmənsur Mənsuri və s. mənfur ruhanilərdən Azərbaycan Milli Hərəkatına və onun qüvvələrinə, yəni əslində Azərbaycana qarşı mühakimə olmadan, görən kimi yerində öldürmə fitvası və bəyanatları çıxardılar. Bu da müharibə olmadan çox sayda azərbaycanlının İran dövlətinə bağlı silahlı dəstələr, cinayətkarlar və İran ordusu tərəfindən soyqırıma məruz qalmasında şirnikdirici amil kimi çıxış etdi. (1, s. 117)
İran dövlətinin Azərbaycanın işğalı və soyqırım törətməkdə istifadə etdiyi digər iyrənc taktika, işğal və soyqırımda özünə bağlı Azərbaycan mənşəli qüvvələr, mülkədarlar və cinayətkarları səfərbər edib, döyüşə hazırlaması idi. Pəhləvi rejimi bu yolla törətdiyi cinayət, soyqırım və işğalı azərbaycanlıların adına yazdırmaq istəmişdir. Ona görə də Azərbaycana hücuma keçən İran ordusundan öncə və ordunun qarşısında rejimin təşkilatlandırığı mülkədarlar silahlı dəstələri, mülki geyimli polis və jandarm qüvvələri hərəkət edirdilər. Bundan əlavə İran dövləti törədəcəkləri soyqırımı azərbaycanlıların özünün boynuna yıxmaq üçün Azərbaycana hücum edən İran ordusuna özlərinə bağlı əslən azərbaycanlı komandanlar (Polkovnik Haşimi) təyin edirdilər. Azərbaycana hücum edən İran ordusunun komandan müavini, polkovnik Zəngənənin xatirələrində də bu məsələ açıq şəkildə etiraf edilir. (4, s. 159-160)
Tehran radiosu və qəzetləri isə İran dövlətinin soyqırım törətmək məqsədilə təşkilatlandırdığı və eləcə də dövlətin mülki geyimli zabitləri və jandarmlarının komandanlıq etdiyi silahlı dəstələri “İran vətənsevərləri” adlandırırdı. Bunların əsas funksiyası təşkilatlandırılan mülkədarların dəstələri ilə birlikdə Azərbaycanı demokratlardan təmizləmək və “şahın qalib ordusu”na möhtəşəm qarşılama şəraiti yaratmaq idi. Təbriz və Azərbaycanın digər şəhərlərində sözün əsil mənasında qətl-qarət və soyqırım beləcə başlandı. (2, s. 254) Lakin bütün soyqırım və cinayətlər İran şahı Məhəmmədrza Pəhləvinin göstərişi ilə planlı şəkildə həyata keçirildi. (3, s. 55)
Eyni zamanda İran dövləti əlaltılarını təşkilatlandırıb Azərbaycana göndərəndən sonra Tehran radiosu vasitəsilə İran ordsunun Azərbaycana doğru hərəkət etdiyini bildirib, davamlı müraciətlə firqə üzvlərini, Milli Hökumətin qurulmasında rolu olanları, azərbaycançı qüvvələri və onların yaxınlarını cəzalandırmağa və kütləvi şəkildə məhv etməyə səsləyirdi. (5, s.788-789) Bu da Pəhləvi rejiminin günahsız azərbaycanlıların soyqırımı məqsədilə yetişdirib Azərbaycana göndərdiyi silahlı şəxslərlə yanaşı, hər zaman fürsət axtaran cinayətkarları da günahsız əhalini qətliam edib, var-yoxunu talamağa sövq etdi. İran dövləti Cənubi Azərbaycanda təşkilatlandırdıqları dəstələrin təxribatlar və soyqırım törətməsi və casusluğu üçün bir milyon iki yüz əlli min tümən pul da ayrılıb xərcəlmişdi. (6, s. 113)
1946-1947-ci illər arası Cənubi Azərbaycanda İran dövlətinin ordusunun, mülki geyimli jandarmlarının, eləcə də həmin dövlətin təşkilatlandırdığı özünə bağlı mülkədarların və əlaltılarının silahlı dəstələrinin Cənubi Azərbaycanda kütləvi şəkildə törətdikləri qətliamın forması, planlı olması, eləcə də firqə tərəfdarları və günahsız əhalinin mühakiməsiz kütləvi qətliam yolu ilə məhv edilməsi soyqırım konvensiyasının bütün maddələrinə uyğun gəlir və kütləvi soyqırımın olduğunu təsdiqləyir. (7)
İran dövləti və təşkilatlandırdığı silahlı dəstələrin Cənubi Azərbaycanda törətdiyi ilk soyqırım halı Zəncan şəhəri və vilayətində baş verdi. Bu vilayət Azərbaycan Milli Hökuməti ilə Tehran arasında anlaşmaya əsasında İrana verilirdi və hər növ qırığının olmaması üçün də İran dövləti ilə müqavilə bağlanmışdı. Razılığa görə Tehran rejiminin yalnız 300 jandarmı bu bölgəyə daxil ola bilərdi. Lakin Zəncan fədailərdən boşaldılan kimi top, tank və zirehli texnika ilə təchiz edilən İran ordusu, eləcə də onlarla birlikdə İran dövlətinin təşkilatlandırıb silahlandırdığı silahlı cinayətkar dəstələri şəhərə daxil oldu. (8, s 120) Pəhləvi rejimi həmçinin dünya ictimaiyyətini aldatmaq və qırğın törətmək məqsədilə taxıl qatarına silah, top, hərbi texnika və hərbçiləri doldurub Zəncana göndərmişdi. Həmin qüvvə və texnika ilə Azərbaycan Milli Hökuməti ilə anlaşmaların əksinə olaraq günahsız əhalini soyqırıma məruz qoydular. Halbuki, Pişəvərinin dediyi kimi demokratlar qardaş qırğının olmaması üçün belə böyük güzəştə getmişdilər.
İran ordusu və onun silahlı himayədarları, o cümlədən Zülfiqarı və s. mülkədarların şah rejimi tərəfindən təşkilatlanmış silahlı dəstələri Pəhləvi rejiminin göstərişi ilə Zəncanda hətta südəmər uşaqlara belə rəhm etməyib, öldürəndən sonra onların cəsədlərini futbol topu kimi təpiklə bir-birlərinə vururdular. Zəncana daxil olan İran dövlətinin təşkilatlandırdığı silahlı tərəfdarları və İran ordusu Zəncanda ən azından 200 evi taladılar. Zəncanın yaxınlığında yerləşən və əhalisinin əksəri fədai sıralarında iştirak edən Dizəc, Tarım, Qaraboşlu və s. kəndlər də dağıdılıb yandırıldı. (9, s. 139) İran qüvvələri tərəfindən əhalinin evlərinın talanı o qədər vəhşicəsinə həyata keçirilirdi ki, talanan xalıların birinin qatında südəmər uşaq qalaraq, boğulub ölmüşdü. Südəmər uşağın xalça qatında qalıb ölməsi isə daha sonralar xalının qatı açılanda məlum olmuşdu. (8, s.121)
İran ordusu və jandarmları günahsız azərbaycanlılara qarşı hədsiz qəddarlıq göstərmişlər. Jandarmlar Zəncanda 21 yaşlı azərbaycanlı qızı soyundurub, küçədə gəzdirmişdilər. Namusunu qorumaq istəyən qız müqavimət göstərərkən, yorğunluqdan yerə oturanda isə onu biçaqlaya-biçaqlaya saçından yapışıb qaldırır, yenidən yeriməyə vadar edirdilər. (8, s.122-123)
Mərkəzi hakimiyyətə satılmayan ruhanilər və din xadimləri də İran ordusu və jandarması, eləcə də İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələr tərəfindən vəhşicəsinə qətliam edildilər. Zəncanda ruhanilərdən Məhəmmədəli Ali İshaq, Şeyx Məhəmmədəli qətlə yetirildi. (9, s. 139)
Zəncanda günahsız əhali soyqırım və təzyiqlərə məruz qaldığı üçün canlarının qurtaran əhalinin bir qismi şəhəri tərk edib öz diyarından didərgin düşdü. Bir qrup tutularaq edam edildi, digər bir qrup isə uzun müddətli həbs və sürgünə məruz qaldı.
Azərbaycan Milli Hökuməti ilə İran dövləti arasında Zəncanın təhvil verilməsi ilə münaqişənin dayandırılmasına dair anlaşma olsa da, Tehran rejimi özünün və ABŞ-a məxsus köməyə gələn təyyarələrlə Azərbaycana hücuma keçib bombardman etdi. Daha sonra isə quru qüvvələri hücuma keçdi və onlarla birlikdə və Tehran hakimiyyətinin təşkilatlandırdığı Zülfiqari və s. mülkədarların silahlıları Miyana şəhərinə hücum etdilər. Onlar burada da əhalini qətliam edib, var-yoxunu taladılar. Burada da günahsız əhalidən çoxu tutularaq edam və həbslərə məruz qaldı. Miyana ilə yanaşı Kağızkonan da işğal edilib talandı, əhali isə qətliama və həbslərə məruz qaldı. (8, .s 146-148)
Azərbaycan Milli Hökumətinin başçıları hər növ qırğın və soyqırımın qarşısının alınması üçün Cənubi Azərbaycana daxil olmaqda olan İran ordusu ilə münaqişəni dayandırmağı elan etmişdilər. Hətta bununla bağlı Azərbaycanın valisi dr. Səlamullah Cavid və Azərbaycan Əyalət Əncüməninin rəisi Hacı Mirzə Əli Şəbistəri tərəfindən İranın baş naziri Qəvvamüssəltənəyə göndərilən teleqramlarda İran ordusuna heç bir müqavimətin göstərilməyəcəyi və İran ordusunun təhlükəsizliyinin təmin ediləcəyi bildirilmişdi. Eyni zamanda S.Cavid və M.Şəbistəri Təbrizdən Basmınca gedərək Təbrizə doğru gələn İran ordusunu qarşıladılar. Hətta “S.Cavid silahlı dəstələrin qırğınının qarşısını almaq üçün Təbrizin 63 km-liyində yerləşən Bostanabadda Azərbaycana hücuma keçən İran ordusunun komandanı briqada generalı Haşiminin görüşünə getdi”. (2, s. 254) Lakin İran dövlətinin məqsədinin təşkilatlandırdığı silhalı dəstələr vasitəsilə geniş miqyaslı soyqırım törətmək olduğu üçün, ordunun Cənubi Azərbaycanınn mərkəzi və ümumiyyətlə içərilərinə irəliləməsi bir neçə gün gecikdirildi. Bu məqsədi başa düşən S.Cavid öz xatirələrində yazır: “Azərin 21-də axşam saat 14-də mən və Şəbüstəri Bostanabadda gəldik. General Haşimi bir neçə saata qoşunun Təbrizə çatacağına bizi arxayın etdi. Bir gün də keçdi, qoşun gəlib çıxmadı. Mən sonra yəqin etdim ki, bu gecikmə ilə əvvəlcədən hazırlanmış plan əsasında dövlətin əli ilə təlim və təminat almış quldurlar qoşun gələnək demokratların axırına çıxmalıymış. Qoşun isə Azərbaycandakı millət davasına son qoyan “xilasedici” qüvvə kimi ictimaiyyətə və dünyaya tanıtdırmalıymış. Artıq 48 saatdan çox idi mən valilikdə, Təbriz küçələrində, xoşagəlməz hadisələrin baş alıb getdiyi qaynar nöqtələrdə əlimdən gələni edirdim ki, qırğın, talan, zorakılıq miqyasını genişləndirilməsin. O günləri yadıma salanda indi də kövrəlirəm, sarsılıram. 22 azərdə mən təkrar Bostanabada getdim, vəziyyəti qoşun başçılarına danışdım. Yenə general Haşimi məni arxayın edib yola saldı. Təkrar Qəvama teleqram etdim, qoşunun günasız adamların dadına çatmasını, tez gəlməsini xahiş etdim”. (10, s. 90) Lakin hadisələrin gedişatı göstərdi ki, İran dövlətinin planı təşkilatlandırıb, Azərbaycana göndərdiyi silahlı dəstələr vasitəsilə burada soyqırım törətmək olduğu üçün bu teleqramlar heç bir nəticə vermədi. Əslində “mərkəzi hökumətin qoşunu Təbrizə daxil olmağa qəsdən tələsməmişdi. Bu gecikmənin əsas məqsədi əvvəlcədən öyrədilib Azərbaycana göndərilmiş şahpərəstlərin, xüsusi təlim almış banda dəstələrinin burada vətəndaş qırğını salmaq, talanlar təşkil etmək və hərəkat iştirakçılarından qisas almaq idi.” (11, s. 150)
Azərbaycanın müxtəlif şəhərlərində Pəhləvi rejiminin əlaltılarının və təşkilatlandırdırıb göndərdiyi qüvvələrin törətdiyi soyqırım və qırğınlardan sonra nəhayət “13 dekabr 1946-cı ildə şah qoşunu saat 16:00-da artıq şahpərəst ünsürlər və banda dəstələri tərəfindən qan dəryasına qərq olmuş Təbrizə daxil oldular.” (12, s.173)
İran ordusunun Təbrizə daxil olması ilə Pəhləvi rejiminin təşkilatlandırıb soyqırım törətmək üçün göndərdiyi qüvvələrin kütləvi qırğın və talanlarının səngiyəcəyi təsəvvür edilirdi. “Lakin talan və terrorun qarşısı alınmadı, əksinə, irticaçı dairələr daha da azğınlaşdılar. Sovet İttifaqının baş konsulu Krasnı ilə görüş zamanı general Haşımi vəd etdi ki, Təbrizdəki Sovet idarələrinin təhlükəsizliyi təmin ediləcək. O əlavə etdi ki, yalnız seçkilər zamanı qayda-qanunu qorumağa səlahiyyətlidir, digər məsələlər barədə o, heç bir göstəriş almamışdır. Lakin buna baxmayaraq hərbçilər şəhərin sahibi oldular. Əvvəlcədən yaradılmış hərbi səhra məhkəməsi işə başladı. (13, s. 532) Beləliklə, bütün anlaşmalara və görülən tədbirlərə rəğmən Pəhləvi rejimi geniş soyqırım planı ilə Cənubi Azərbaycanı işğal edib, günahsız əhalini soyqırıma məruz qoydu. (8, s. 187-188)
Təbrizin işğalından sonra General Zəngənə Təbriz qubernatoru təyin edildi. O fədailərdən birinin azyaşlı uşağını təndirə atıb yandırdı. Təbriz qısa zamanda düşərgəyə çevrildi. Zindanlar günahsız əhali ilə doldu və yer olmadığı üçün fədailər və günahsız əhali qrup-qrup gülləboran edildi. Bir neçə gündə Təbrizdə 3000-dən artıq fədai və günahsız əhali edam edildi. Hər gün onlarla günahsız azərbaycanlı zindanlarda aclıq və soyuqdan, eləcə də işgəncə altında ölürdü. Azərbaycanın prokuroru Firudin İbrahimi və bir çox mübarizlər asıldılar. Təbrizin Firdovsi məktəbində son güllələrinədək müqavimət göstərən fədailər sonda təslim olmamaq üçün özlərini quyuya atdılar. (8, s. 192)
Bir neçə gün ərzində Təbrizdə on minlərlə insan soyqırım, sürgün, həbs və talana məruz qaldı. “760 adam hərbi səhra məhkəməsinin hökmü ilə edam edildi, minlərlə adam jandarm və “İran vətənpərvərləri” tərəfindən məhkəməsiz qətlə yetirildi (bir məlumatda yalnız bir neçə gün ərzində onların sayının 3022 nəfər olduğu göstərilir – C.H.) həbs edilənlərin 3200 nəfəri Azərbaycanda saxlanıldı, qalanları İranın digər həbsxanalarına göndərildi, 8000 adam İranın cənubuna sürgün edildi ki, bunlar da aclıq və susuzluqdan məhv oldular”.(13 s. 539) Həbsxanalarda boş yer qalmadığı üçün tutduqları günahsız əhalini mühakiməsiz öldürürdülər. Təbriz küçələri soyqırıma məruz qalan azərbaycanlıların cənazələri ilə dolmuşdu. “İqdam” qəzeti yazırdı ki, Təbrizdə küçələr və arxlar ölülərin cənazələri ilə dolub. Şəhərdə qan arxa çevrilərək axırdı. Tehranda isə rejim bu cinayətinə şənlik edirdi. Təbrizin xiyaban qapısında rejimin silahlıları dr.Baqiri adlı həkimi güllələdilər. Qonqa başı məhəlləsində bir fədainin evinə hücum edən rejimin silahlıları həmin şəxsi tutub aparanda həyat yoldaşı Quran çıxarıb, ləçək atdı. Lakin baxmadılar və fədaini sürüyə-sürüyə apardılar. Fədainin 13 yaşlı qızı isə ağlayaraq yalvara-yalvara atasının dalısınca qaçırdı. Fədaini azyaşlı qızının gözü qarşısında öldürüb, azyaşlı qıza isə təcavüz etdilər. (2, s. 275)
Azərbaycana səfər edən İranın Təhlükəsizlik İdarəsinin rəisi general H.Fərdus öz xatirələrində Təbrizdə gördükləri barədə yazır: “Silahlılar Pişəvərinin tərəfdarlarını tutub edam edirdilər. Küçələrin kənarlarında çox sayda edam olunan şəxslərin cəsədləri görünürdü. Onların sayı 2000-3000 civarında olardı”.(8, s. 211)
İran dövlətinin təşkil etdiyi silahlı dəstələr və ordu işğal etdiyi Azərbaycan şəhərlərində uşaqlara da rəhm etməyib, onları vəhşicəsinə qətlə yetirirdilər. eyni zamanda çox sayda azərbaycanlı incəsənət adamı, rəssam, şair və s. də vəhşicəsinə qətliama məruz qaldı. (8, s.214-215)
Təbriz şəhərində əhalinin evlərini talayıb 10 tonluq yük maşınları ilə daşıyıb özlərinə qərargah etdikləri polkovnik Şəqaqinin evinə aparırdılar. Əhalini isə öldürüb qəbiristanlıqlara tökürdülər. (8, s. 209)
Təbriz yaxınlığında yerləşən Basmıncda fədailərin, o cümlədən 21 Azər medalı almış Əli Qəhrəmaninin başını kəsib nizəyə taxaraq gəzdirdilər. (8, s. 208)
Şübhəsiz bu faciələr və vəhşiliklər İran ordusunun himayəsi ilə həyata keçirilirdi. Sual olunurdu ki, bu qədər qətl və qarət kifayət etməzmi? Nə üçün əhalidən əl çəkmirdilər? Bu suallar cavabsız qalırdı. Şəhər böyükləri və ağsaqqalları qətliamın qarşısını almaq məqsədilə valilikdə toplaşmışdılar. Lakin onların sözünə baxan yox idi. Hacı Mirzə Əli Şəbüstəri baş verən cinayətlərin miqyasını izah edərkən oraya toplaşan insanların bəziləri göz yaşlarına hakim ola bilmirdilər. O dedi ki, dünyanın harasında silahsız əhalini bu şəkildə qətliam edib, evləri qarət edirlər? Heç kimə və heç nəyə rəhm etmirlər… (2, s. 275)
İran ordusu Əhər və Qaradağ bölgəsində tarixin ən qəddar qırğını və soyqırımını həyata keçirib. Burada İran dövlətinin soyqırım törətmək üçün təşkilatlandırdığı qüvvələr, mülki geyimli jandarmlar və İran ordusu kütləvi qətliamla yanaşı çox sayda əhalini tikə-tikə doğradılar, bəzilərini, o cümlədən Milli Hökumət tərəfdarı olan Motalıq kəndindən ata və oğulu birlikdə ağaca bağlayıb, üzərinə neft tökməklə, kül olana qədər yandırdılar. (8, s. 321-322)
Üç istiqamətdə Cənubi Azərbaycana hücuma keçən İran ordusu və ona bağlı təşkilatlandırılmış silahlı dəstələr Ərdəbilə doğru irəliləyərkən yol boyu qətliam və talanlar törədir. İlk öncə şah rejiminin təşkilatlandırdığı silahlı dəstələr tərəfindən Ərdəbildə təkcə 1946-cı il dekabr ayında yüzlərlə insan mühakiməsiz qətliam edilmiş, meyitləri isə qar altında qalmışdı. Burada hakimiyyətə bağlı mollaların fitvası əsasında xüsusilə Azərbaycan Milli Hökumətinə yaxın olan azərbaycanlıların qanı halal elan edilmişdi və mühakimə olmadan yerində qətlə yetirilirdi. Çox hallarda isə Milli Hökumətə heç bir dəxli olmayanlar da qətlim edilirdilər. Belə ki, Ərdəbildə hakimiyyət qüvvələri daraqçı kimi tanınan bir nəfər daraq satan şəxsi, Daraqçı soyadlı firqə üzvü zənn edərək qətlə yetirmişdilər. Sonra məlum olmuşdu ki, onun firqəyə heç bir bağlılığı olmayıb. (8, s. 161-162) Şah qoşunu Ərdəbili tutandan sonra 1946-cı il dekabr ayının 24-də Ərdəbilin Nir bölgəsinin kəndlərinin təkcə birində firqəyə dəxli olmayan 6 nəfər sadə kəndli mühakimə edilmədən günahsız olduqları halda güllələndilər. (2, s. 582)
Ərdəbildə günahsız əhalini qətliam edərək cənazələrini qarın üstündə sürüdükləri üçün küçələrdə qırmızı qan örtüklü buz layı əmələ gəlmişdi. Ərdəbildə İran dövlətinin mülki geyimli jandarmların və təşkilatlandırdığı silahlı dəstələrin törətdiyi bu qeyd etdiyimiz cinayətlərdən sonra İran ordusu Qaflantı dağı istiqamətindən 1946-cı il 21 azərdən (12 dekabrdan) bir həftə sonra Ərdəbilə daxil olub, qətliam və qarətə yeni təkan verdi. Ərdəbil şəhərindən kütləvi qətlə yetirilənlərdən əlavə, 500 nəfər tutularaq zindanlara atıldı. Çox sayda azərbaycanlı edam edildi, bəziləri də doğma yurd-yuvalarından sürgün edildilər. (8, s. 162)
Cənubi Azərbaycanın şəhərləri və qəsəbələri ilə yanaşı bütün kəndlərində qırğınlar davam edirdi. Təkcə Ərdəbilin yaxınlığında yerləşən Sümərin kəndində 17 nəfər günahsız sakin məhkəmə qərarı olmadan Ağadəyirmanı adlı yerdə sıraya düzülüb kütləvi şəkildə güllələndilər. (2, s. 583)
Səreyində isə İran ordusunun işğalından bir həftə sonra artıq Azərbaycan Demokrat Firqəsinə üzv olan və onlara yaxın şəxslər hamısı qətliam edildilər. Təkcə Səreyinin Sarıdərə məntəqəsindən 110 nəfər günahsız azərbaycanlı vəhşicəsinə gülləboran edildi. (8, s. 172-173)
İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələr və dövlət ordusu Sarab şəhəri və ətraf kəndlərində də azərbaycanlılara qarşı divan tutdu. Sarabda və kəndlərində fədailər tutularaq öldürülür, evləri isə talan edilərək yandırılırdı. Rəsmi sənədlərə görə Sarabda 156 nəfər tutulmuşdu. Lakin qeyri-rəsmi məlumata görə tutulanların sayı daha çox idi. (8, s. 234) Kəndlərdə isə əhali mühakimə olmadan qətliam edilirdi. Sarabın təkcə Sənziq kəndində tutulan 6 nəfər şah rejimi tərəfindən heç bir tutarlı fakt olmadan edam edildi. Rəsmi məlumata görə Sarabda 24 nəfər azərbaycanlı asıldı. Əlavə olaraq daha onlarla günahsız azərbaycanlı sonrakı aylarda Sarab şəhərində hər gün səhər 4 nəfər olmaqla asıldılar. (8, s. 241)
Urmiya şəhəri də İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələr və İran ordusunun vəhşicəsinə hücumuna məruz qaldı. Bu şəhərdə Pəhləvi rejiminin əlaltıları və təşkilatlandırdığı şəxslər, o cümlədən Hacı Mirzə Qulam Fiqhi, Dr. Əfşari, Dr. Soləti, Hacı Nüsrət Nizam Əhmədi, Əhməd Torabi, Hüseyn Lütfi, Qulam İntizami, Həmid Ağazadə, Mücahid Bərzgər, Hüseyn Bərzgər, Rəşid Qərələri və digər firqə üzvlərini tutub, mühakiməsiz güllələyir, evlərini isə talayırdılar. (5, s. 789) Yaxalanan firqə başıçılarından 89 nəfəri şəhərin xaricində Çuxur bağçaya çıxarılaraq güllələndi. (14, s. 402)
Marağa şəhərində də çoxsaylı günahsız əhali qətliama məruz qaldı. Tehranda çap olam “Ettelaat” qəzeti 16 dekabr 1946-cı il tarixində İran ordusunun maşınlarının küçələrdə qətliam edilənlərin cənazələrini toplamağa səfərbər edildiyini yazımışdı. (8, s.270) Qətliam edilənlərdən əlavə çox sayda azərbaycanlı Demokrat Firqəsi ilə əməkdaşlıqda ittiham edilərək asılmış, bir çoxları isə həbs və sürgünə məruz qalmışdı.
İran rejiminin təşkilatlandırdığı qüvvələr və İran ordusu günahsız azərbaycanlılara qarşı Xoy şəhərində də ağlasığmaz cinayətlər və soyqırım törətmişdir. Qətliam edilənlərindən çoxunun cənazəsini Şahpur küçəsində Qırx pillə bulağından yuxarıda bir-birinin üstünə yığdılar, bir çoxunu isə aparıb Təzə kənd məntəqəsinə atdılar. (8, s. 296) Tehran Universitetinin müəllimi Əhməd Sai isə “Xoynegar” jurnalına öz xatirələrini danışarkən Pəhləvi rejiminin təşkilatlandırıb Azərbaycana göndərdiyi qüvvələr və mülki geyimli jandarmların 3 nəfər Milli Hökumət tərəfdarını İran ordusunu qarşılama mərasimində birinci ordu maşınından iranlı zabit Xoy şəhərinə daxil olanda yıxıb yerə qurban kəsdiklərini gördüyünü deyir. Həmin dövrdə məktəbli olan Ə.Sai deyir: “Yadıma gəlir ki, ordunu qarşılama günü cənab Fəthinin evinin qarşısından keçərkən cənazələrin yerə düşdüyünü gördüm. Saydım 19 oldu”. (15, s.9)
Cənubi Azərbaycanın İran ordusu tərəfindən işğalından sonra Mərənd şəhərinin ətraf qəsəbə və kəndlərdə də rejimin təşkilatlandırdığı qüvvələr və ordu tərəfindən ağlasığmaz cinayətlər törədilmişdir. Çox sayda günahsız əhali qətlim edilmiş, bir sıra firqə üzvlərini, o cümlədən nəzmiyyədə (polis idarəsi) çalışan şəxslərdən birini küçədə yandıraraq öldürmüşlər. Bir sıra şəxsləri öldürüb cənazələrini küçələrdə asmışdılar. (8, s. 278) Bunlardan əlavə 62 nəfər Milli Hökumət fəalı tutularaq səhra məhkəmələrində edam edilmiş, (8, s. 288) bir çoxları isə həbs və sürgünə (Kerman, Sircan, Fəsa, Neyriz, Şiraz və s. bölgələrə) məruz qalmışdır. (8, s. 279-280) Mərəndə də digər Azərbaycan şəhərlərində olduğu kimi, qətliamllarla yanaşı əhalinin əmlakı da talan edilirdi. Mərəndin kəndlərində də çox sayda günahsız əhalinin, o cümlədən 7 nəfərin Aradəyirman adlı məntəqədə qətliam edildiyi məlumdur. (8, s. 289)
Cənubi Azərbaycanın digər şəhərləri, o cümlədən Xalxal, Muğan bölgəsi, Salmas, Makı, Xiyov, Qoşaçay, Şəbistər və Astara şəhərləri, eləcə də ətraf qəsəbə və kəndlərində də günahsız əhali rejimin təşkilatlandırdığı qüvvələr və İran ordusu tərəfindən tutularaq, qətliam edildi və ya edam həbs və sürgünlərə məruz qaldı. Təkcə Makıda 15 nəfərin həbs edildiyi və çox saytda adam qətlima edildiyi məlumdur.
Ümumiyyətlə, İran ordusu 1946-cı ilin dekabr ayının 18-ə qədər Cənubi Azərbaycanın bütün şəhərlərini işğal edib, bu ərazilərdə hərbi poliqon qurdu. (4, s. 179)
1946-cı ilə aid sənədlər əsasında aparılan hesablamalarda edam olunanların sayı 25 min nəfərdən çox (fransız qəzetində isə 20 min nəfər), sürgünə göndərilənlər 100 min nəfərə yaxın, təqiblərdən yaxa qurtarıb xarici ölkələrə pənah aparanlar isə 20 min nəfərdən çox olmuşlar. (11, s. 157) digər məlumata görə İran dövləti 1946-1947-ci illərdə soyqırıma məruz qoyduğu əhalidən əlavə 36 min nəfəri isə İranın yaşayış üçün qeyri-münasib olan ərazilərinə sürgün etdi. 70 min nəfərin isə Sovet İttifaqına sığındığı qeyd edilir. (8, s. 361). İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələr, jandarmlar və ordusu tərəfindən 1946-cı ildə Cənubi Azərbaycanda soyqırıma məruz qalanların ümumi sayının isə 30-35 min arasında olduğu qeyd edilir.
İran dövlətinin azərbaycanlılara qarşı soyqırımı təkcə fiziki soyqırımla məhdudlaşmamış və daha geniş miqyaslı soyqırım isə onlara qarşı həyata keçirilən mənəvi soyqırım olmuşdur. “Dar ağacları başında öz şərəfli oğullarını boğazından asılmış görən xalq, bu ağacların altında ana dilində yazılmış kitabların yanıb kül olduğunun şahidi oldu.” (16, s. 36) Bütün şəhərlərdə Azərbaycan türkcəsində yazılmış dərsliklər, kitablar, qəzet, jurnal və kitablar zor gücünə toplanıb yandırıldı. Bütün Cənubi Azərbaycan ərazisində Azərbaycan türkcəsi qadağan edildi. Bu mənəvi soyqırım qurbanlarının sayı isə hazırda milyonlara çatır. Bu soyqırıma başlayan İran dövlətinin Pəhləvi hakimiyyəti idisə, davam edənləri İran İslam Respublikasıdır.
Ədəbiyyat siyahısı:
1- بابا صفری، اردبیل در گذرگاه تاریخ، انتشارات دانشگاه آزاد اسلامی (اردبیل)، ج 3، اردبیل، 1362
2- شاهرخ فرزاد، فرقه دمکرات آذربایجان از تخلیه تبریز تا مرگ پیشه وری، انتشارات احدی، تهران 1386، 782 ص.
3- حمید ملازاده، رازهای سر به مهر- ناگفته های وقایع آذربایجان، انتشارات مهد آزادی تبریز، 1376، 211 ص.
4- زنگنه، احمد، خاطرات ماموریتهای من در آذربایجان از شهریور 1320 – تا دی 1325انتشارات شرق، 185 ص.
5- علی دهقان، سرزمین زرتشت رضائیه، انتشارات ابن سینا، تهران، چاپ اول 1348، 1017 ص.
6- مولف و ترتیب ائدن ج. مجیری،21 آذر نهضتینین 25 ایللیگینه حصر ائدیلمیش بدیعی بلوکنوت، 1970، آذربایجان دمکرات فیرقه سی مرکزی کمیته سینین تبلیغات شعبه سی، 158 ص.
Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında. Konvensiya – http://www.migration.gov.az/images/pdf/2df40aa81099a2838b7511674dda5ec8.pdf
8- حسین علی زاده (باریش مرندلی)، حکومت ملی آذربایجان- مروری بر رویدادهای سالهای 1325-1324 آذربایجان و نسل کشی 21 آذر، نشر الکترونیکی نوامبر 2014، 506 ص.
9- لطفعلی اردبیلیان (فلکی)، فدائی لر آذربایجان خلقینین 21 آذر نهضتینده (1325-1324)، آذربایجان روزنامه سینین نشریه سی 1981، باکو، 149 ص.
Doktor Səlamullah Cavid, O günün həsrəti ilə (xatirələr), tərtibçi-redaktor: Əkrəm Mişovdağlı, Bakı, Yurd nəşiyyatı, 2003, 175 s.
Əkrəm Rəhimli (Bijə), Güney Azərbaycan Milli-demokratik hərəkatı (1941-1946), Bakı, 2003, “MEQA” nəşriyyatı, 208 s.
Əkrəm Rəhimli (Bijə), Seyid Cəfər Pişəvəri – mübarizə burulğanında keçən ömür, Nurlar nəşriyyatı, 2009, Bakı, 400 s.
C.Həsənli, Güney Azərbaycanda Sovet-Amerika-İngiltərə qarşıdurması, 1941-1946, Bakı, Azərbaycan nəşriyyatı, 2001, 576 s.
14- احمد کاویانپور، تاریخ ارومیه، چاپ اول، تهران 1378، 553 ص.
15- دکتر احمد ساعی، من، کودکی و آنچه به چشم خود دیدم، خوی نگار، تهران، دوره سوم، شماره 6، اسفند 1391، ص. 9
16- محمدعلی فرزانه، گونئی آذربایجاندا 46-1945-نجی ایللرده ملی معارف طرفیندن نشر ائدیلن درس کتابلاری حاققیندا، تریبون زورنالی، نمره 4، قیش 1999، ایسوئچ
Bünyamin Bünyadzadə
Visiontv.az
Buxarestdə Şoltsun Rumıniya prezidenti Klaus İohannisdən başqa Moldova prezidenti Maya Sandu ilə də görüşəcəyi planlaşdırılıb.
Müzakirələrin gündəliyi haqda heç bir məlumat olmasa da bir təxmində bulunmaq istəyirəm:
Almanlar Rumıniya və Moldovanın birləşməsi məsələsində aktiv rol alacaqlar.
Udan tərəf isə heç şübhəsiz moldovanlar olacaq – birləşmə sonrası həm Avropa Birliyinə üzv olurlar, həm də NATO-ya. Ən əsası isə avtomatik olaraq Kreml təhdidindən qorunub, rahat nəfəs oynayacaq.
Adamın, daha doğrusu ölkənin gərək bəxti olsun.
Yoxsa ki, bizdə. Türkün adı gələndə hələ başına hava gələnlər, rusu, farsı qan qardaşından üstün tutanlar var.
Yeni XI Qızıl ordular isə ilk növbədə bu satqın yığınını divara düzəcəklər.
İbrahim Nəbioğlu
visiontv.az
Bu tezisdən trampçı respublikaçılar Ukraynaya hərbi dəstəyin tərəfdarlarına (Bayden administrasiyası+Konqresin hər 2 palatasında demokratlar+qismən respublikaçılar) qarşı istifadə edirdilər. İnformasiya məkanında( FOX kanalı+respublikaçıların kurasiyasında olan böyük media platformalarda) amerikalı vergi ödəyiciləri qarşısında Ukraynanın "rüşvət içində boğulan ölkə" imicini formalaşdırmağa çalışırdılar, Konqresdə Ağ Evə təzyiq məqsədilə Pentaqondan dəfələrlə xüsusi inspeksiyaların göndərilməsi tələb olunurdu(belə çağırışlara Pentaqon reaksiya vermək məcburiyyətindədir) və ən əsası, keçmişdə göndərilən silahların təyinatı üzrə istifadəsini nəzarət edən inspeksiyanın yaradılması tələbi irəli sürülmüşdü(qəbul olunmadı), bu isə öz növbəsində yeni hərbi yardımların ayrılmasına çox ciddi problemlər yarada bilərdi.
Trampçı respublikaçıların və FTX(FSB)-XKX(SVR) tandeminin birgə məqsədi var idi-Bayden administrasiyasının Ukraynaya göndərdiyi hərbi yardımları əngəlləmək.
İndi isə ayrılan silahların (pulların) Ukraynaya çatdırılma marşrutuna və bu prosesə nəzarət mexanizmlərə diqqət yetirək:
Konqresdən hərbi yardım üçün ayrılan maddi vəsait Pentaqonun hesabına köçürülür.
Silahların ayrılması üçün fərqli (ən çox istifadə olunan mexanizm PDA-dır, PDA-Presidential Drawdown Authority) mexanizmlər mövcuddur, seçilən mexanizmə müvafiq olaraq ABŞ Dövlət Departamentinin tabeliyində olan qrup maliyyə köçürmələrə diqqətlə nəzarət edir. Başqa sözlərlə ABŞ Dövlət Departamenti Pentaqona nəzarət edir. Bu nə deməkdir?
Prezident Bayden 15 aprel 2021-ci ildə ABŞ-da "fövqəladə vəziyyət" elan etmişdi (dəfələrlə bu barədə yazmışdım) və bu barədə Konqresi məlumatlandırmaq üçün məktub göndərmişdi. "Fövqəladə vəziyyət" sıravi amerikalıların gündəlik həyatlarına heç bir təsir göstərmir, amma Prezident Baydenə Konqresin razılığı olmadan Ukraynaya hərbi yardım göndərmək imkanı verir. Bu cür qərarlar ABŞ-da "executive order" adlandırılır, yəni Prezidentin təkbaşına verdiyi qərar. Bayden bu qərarı imzalayandan sonra PDA(PDA ancaq "fövqəladə vəziyyət"də işə düşür) proqramına müvafiq olaraq Pentaqonun rezervlərindən silahlar çıxarılır və Ukraynaya göndərilir. Siz soruşacaqsınız bəs silahlar Pentaqonun rezervlərindən ayrılırsa və de-yure bu əməliyyatı həyata keçirmək üçün Konqresin razılığına ehtiyac yoxdursa, niyə demokratlar Konqresdə 1 ildən çoxdur dəfələrlə Pentaqonun hesabına çox böyük məbləğlərin ayrılmasını təmin ediblər(bildiyiniz hərbi yardım paketləri). ABŞ qanunvericiliyində Pentaqonun rezervlərində silahların say limiti var, silahların sayı limitlərdən aşağı ola bilməz, başqa sözlərlə silah-sursatlar göndəriləndən sonra Pentaqon hərbi şirkətlərlə müqavilə bağlayır ki, rezervləri yenidən doldursun. ABŞ Dövlət Departamenti tərəfindən yaradılan nəzarət qrupu da məhz bu müqavilələrə nəzarət edir.
Pentaqonun bazalarından silahlar amerikalı hərbi müfəttişlərin müşayətilə Polşanın Jeşuv şəhərinə çatdırılır.
Jeşuvda amerikalı hərbi müfəttişlər həmin silahları Polşadaki amerikalı hərbi müfəttişlərə təhvil verirlər.
Jeşuvdan silahlar Ukraynaya quru yolla göndərilir. Ukrayna ərazisinə daxil olanda Polşadaki amerikalı hərbi müfəttişlər bu silahları Ukrayna Müdafiə Nazirliyinə təhvil verirlər. Bu təhvil-təslim prosesi Ukraynadaki amerikalı hərbi müfəttişlərin nəzarəti altında aparılır. Yəni silahlar Polşadaki amerikalı hərbi müfəttişlər tərəfindən Ukraynadaki amerikalı hərbi müfəttişlərin nəzarəti altında Ukrayna MN-nə təhvil verilir.
Ukrayna Müdafiə Nazirliyi amerikalı hərbi müfəttişlərin nəzarəti altında bu silahları briqalar arasında bölüşdürür. Hər briqadanın daxilində briqadaların işini nəzarət edən başqa amerikalı hərbi müfəttişlər var.
Bütün bu proseslər ABŞ-ın Ukraynadaki səfirliyində fəaliyyət göstərən xüsusi qrup tərəfindən idarə olunur(45 nəfər). Hansı formada?
ABŞ-dan Jeşuva misal üçün 100000 mərmi çatdırılıb, hərbi müfəttişlər dərhal mərkəzə hesabat göndərirlər Jeşuvdan silahlar Ukraynaya çatdırılır və Ukrayna Müdafiə Nazirliyinə təhvil verilir. Hərbi müfəttişlər(amma artıq fərqli insanlardır) dərhal hesabat göndərirlər ki, 100000 mərmi Ukrayna MN-nə verildi. Eyni proses silahların briqalar arasında bölüşdürülməsi zamanı gedir.
Başqa sözlərlə hər addım xüsusi nəzarət qrup tərəfindən izlənilir və hər yardım paketindən sonra həmin qrup Pentaqona, Ağ Evə, Senata və Nümayəndələr Palatasına hesabat göndərir.
Daha bir maraqlı məqam var. Eyni qrupda çalışan amerikalı hərbi müfəttişlər ABŞ-da fərqli qurumların əməkdaşlarıdır. Eyni qrup nə deməkdir? Misal üçün Jeşuvdan gələn silahların təhvili zamanı Polşadaki amerikalı hərbi müfəttişlərin Ukrayna MN-nin əməkdaşlarına təhvil-təslim prosesinə nəzarət edən QRUP(amerikalılar) 10 nəfərdən ibarətdir(rəqəm şərtidir). Bu 10 nəfər ABŞ-ın fərqli qurumlarını təmsil edirlər(Pentaqon və başqa qurumlar). Təbii ki, şəffaflığı və öz daxilində nəzarətin təmini üçün.
İndi düşünün belə mürəkkəb nəzarət prosesin təşkili təqdirdə silahların oğurlanması nə dərəcədə mümkündür? Başqa sözlərlə, Rusiya xüsusi xidmət orqanları tərəfindən təbliğ olunan bu tezis boş sözlərdən başqa bir şey deyil.
politoloq Kamran Cəfərov
visiontv.az
Onun tək istəyi əcdadı Sultan Bəyazidin həyata keçirmək istədiyi, ancaq nail olmadığı bir işin öhdəsindən gəlmək idi. Hələ Manisada ikən Sultan Mehmetin bütün fikri Konstantinopolun fəthinə yönəlmişdi. I Sultan Muradın vaxtından Osmanlı torpaqları içində bir ada kimi qalan Bizansın möhtəşəm paytaxtının fəthi bütün islam hökmdarlarının xəyalı idi. Bu, həm Avropada ticarəti tam olaraq nəzarətdə saxlamaq üçün önəmliydi, həm də peyğəmbərin müjdəsini verdiyi böyük sərkərdə olmaq Osmanlı sultanları üçün vaz keçilməz bir şərəfdi. Çünki Məhəmməd peyğəmbər hələ Bizansa Allahın elçiliyini bəyan etdiyi ilk məktubunu yazdırarkən söyləmişdi: "Bir gün, bir islam sərkərdəsi Konstantinopolu fəth edəcək. O sərkərdə Allah qatında ən böyük sərkərdə olacaq".
Hakimiyyətə gəldikdən sonra Bizans elçilərini qəbul edən Sultan Mehmet imperatora ümid verdi, buna baxmayaraq elçilər sarayı tərk etdikdən sonra Rumeli hasarının çəkilməsini əmr etdi. Avropa sahilində çəkilən bu divar boğazlardan keçən bütün gəmiləri osmanlılara xərac vermək məcburiyyəti qarşısında qoymuşdu. Bundan əvvəl boğazların Asiya hissəsində İldırım Bəyazid "Anadoluhasar"ı çəkdirmişdi. Rumeli hasarı 6 min işçi tərəfindən 2 aya inşa olundu və hasarın inşası Bizans imperatorunda dəhşətli təşviş yaratdı. Tək Bizans imperatoru deyil, həmin vaxtlarda Aralıq dənizinə hökm edən və Avropa ticarətinə nəzarət edən Genuya və Venetsiya da ciddi narahat olmağa başlamışdı. Çünki hər iki sahildə qüllələrdə yerləşdirilən toplar asanlıqla gəmiləri vurmağa qadir idi və artıq türklərin izni olmadan boğazlardan gəmi keçə bilmirdi.
Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi. Papa köməklik qarşılığında ortodoks Bizans kilsəsinin kotlik məzhəbinə keçməsini istədi. Xalqın və Bizans ortodoks kilsəsinin ciddi etirazına baxmayaraq imperator bu şərtləri qəbul etdi. Amma Roma papasının Qərbi Avropa dövlətlərinə çağırışı heç bir nəticə vermədi. Avropanın böyük dövlətləri üçün Bizans yad idi və Bizans kilsəsi onlara görə müsəlmanlar qədər kafirdilər. Hətta, İkinci Səlib yürüşü zamanında yol üstü Konstantinopola girən səlibçilər şəhəri yağmalamış, demək olar ki, bütün şəhər sakinlərini qılıncdan keçirmişdilər. Yalnız Səlahəddin Əyyubinin yaxınlaşması Bizansı xilas etmiş və səlibçilər şəhəri tərk edərək Yerusəlimə doğru irəliləmişdilər.
Bizansı mühasirəyə almazdan öncə Sultan Mehmet Anadoluya doğru yönəldi. Öncə Bizansın təbii müttəfiqi olan Qaraman bəyliyi təhlükəsiz hala gətirilməliydi. Osmanlı ordusu Konyaya çatanda Qaraman bəyi İbrahim bəy sülh müqaviləsi imzalanmasını istədi və bu istək qəbul olundu. Müqaviləyə əsasən Qaramanoğulları Konstantinopolun fəthində Osmanlı ordusunun yanında yer alacaqdı. Konstantinopolun fəthini başa vurduqdan sonra Fateh Mehmet Sultan yenidən Qaramana geri dönəcək, 200 ilə yaxın Osmanlı xanədanının əsas rəqibi, qorxulu röyası olan Qaraman bəyliyinə bir dəfəlik son qoyacaqdı.
Artıq Mehmetin qarşısındakı tək hədəf Konstantinopolun fəthiydi. Qaramandan geri dönən Sultan dövlət divanını toplayır. Məşvərətdə ancaq bir məsələ ilə müzakirə aparılır: Bizansın fəthi. Sədərəzəm Xəlil Paşa qətiyyətlə Bizansın fəthinə qarşı çıxır.
Paşaya görə, birinci onlar Konstantinopolu fəth edə bilməyəcəklər və bu da osmanlının bölgədəki avtoritetinə ciddi ziyan vuracaqdı. Digər tərəfdən, hətta Konstantinopol fəth edilsə belə, bundan sonra Avropa dövlətlərinin xaçlı yürüşü baş verəcək və Osmanlı böyük savaşa sürüklənəcəkdi. Bəzi tarixçilərin iddiasına görə divandan öncə Konstantinopoldan gələn elçilər paşanı ziyarət edib və ona Bizans imperatorunun hədiyyəsi olan bir balıq gətiriblər. Bu balığın qarnında xəzinə sayılacaq bir ləl-cəvahirat olduğu bildirilir.
Lələ Şəbahəddin Paşa və Zaqaros Paşa Sədərəzəm Xəlil Paşanın fikirləri ilə razılaşmadılar. Qarşıdurma son həddə çatsa da, divan Konstantinopolun mühasirəyə alınmasına qərar verdi. Taxta çıxdığı ilk gündən Konstantinopolun fəthi üçün hazırlıq görən Sultan Mehmet Anadoludakı və Ədirnədəki qüvvələrin Konstantinopola doğru hərəkət etməyi əmrini verdi. Həmin vaxt Osmanlı ordusu dünyanın ən inkişaf etmiş ordusuydu. Sultan özü top düzəldilməsində iştirak edir, yeni top layihələri hazırlayırdı. Bundan başqa o dövrün ən böyük top ustası olan macar Urban Osmanlılarla işləyirdi, o dövrün "Şah"ı adlanan ən böyük topu düzəltmişdi. Osmanlı ordusu 23 mart 1453-cü il tarixində Ədirnədən hərəkət etdi. Sultan Mehmet hələ 21 yaşına çatmamışdı.
120 minlik ordu (müxtəlif mənbələrdə say fərqlidir) aprelin 2-də Konstantinopola yaxınlaşdılar. Sultan Mehmet imperatordan şəhəri təslim etməyi istədi. 50 minlik ordusuna, Genuya və Venetsiyadan gələn köməyə, ən əsası isə Konstantinopolun keçilməz divarlarına güvənən imperator Konstantin təklifi qəbul etmədi. Konstantinopol sakinləri aprelin 6-da top səslərinə oyandılar. Şəhərə hər yerdən atəş saçılırdı.
Konstantinopolun çökməyi 53 gün sürdü. İlk hücum uğursuz oldu. Dənizdən şəhərin girişi ağır zəncirlərlə qorunduğundan Osmanlı gəmiləri gələn yardımın qarşısını ala bilmirdi. Bizans və Osmanlı donanmalarının ilk çarpışmasında isə türk donanması məğlub oldu. Bu durum Sultan Mehmeti özündən çıxardı. Sultan atını dənizə sürdü və bağıraraq gəmilərin geri çəkilməsini əmr etdi.
20 gün sonra Osmanlı ordugahında böyük bir ümidsizlik vardı. Sədrəzəm Xəlil paşanın tərəfdarlarının sayı günü-gündən artırdı. Divan məşvərəti, hətta mühasirənin qaldırılmasını təklif etsə də, Mehmet bir mənalı olaraq təklifi geri çevirdi. Sultan "Ya mən bu şəhəri alacam, ya da şəhər məni alacaq" deyərək divanı bitirdi.
Şəhəri fəth etməyin tək bir yolu vardı. Genuya və Venetsiyadan dəniz yolu ilə daxil olan köməyin qarşısını almaq və şəhəri tam mühasirəyə almaq. Bunun üçün Osmanlı gəmilərinin Haliçə keçirməyin yolu tapılmalı idi. Sultan şəhərə hücumun dayandırılmasını və ordunun istirahət etməsini əmr etdi. Bir həftəlik istirahət zamanı əsgərlər ətrafdakı ağacları qırır və tirləri indiki Dolmabaxça ilə Haliç arasındakı quru əraziyə döşəyirdilər. Qala bürclərindən bunu izləyən bizanslılar nə baş verdiyini kəsdirə bilmirdilər. Yalnız üzərinə zeytun yağı sürülmüş gəmilərin tirlərin üstü ilə Haliçə endirildiyini görəndə bizanslılar dəhşətə gəldilər. Sultan Mehmet normal insanın düşünə və reallaşdıra bilməyəcəyi bir işi həyata keçirə bilmişdi. İki günün içində 70-ə qədər gəmi Haliçə endirilmişdi. Artıq Konstantinopol heç bir yerdən ərzaq yardımı belə ala bilməyəcəkdi.
Son hücumu Zaqaros Paşa başlatdı. Türk ordusu şəhərə topların şəhər divarlarında açdıqları dəliklərdən girdi. May ayının 29-u idi. Yeniçərilər son həmləni vurmaq üçün şəhərə daxil oldular və axşama yaxın şəhərdə müqavimət aparacaq güc qalmadı. Şəhər hücumla alınmışdı və islam qaydalarına görə şəhərin yağmalanması halaldı.
Yağma 3 gün sürdü. 3 gündən sonra Fateh Sultan Mehmet şəhərə daxil oldu. Fateh atını dünya möcüzəsi olan Aya Sofiyaya sürdü. Öncə burda namaz qılıb Allaha həmd etdi. Ardınca: "Bundan sonra taxtım İstanbuldur", deyərək Aya Sofiyanın əbədiyyətə qədər məscid olaraq qalmağını buyurdu. Fatehin 21 yaşı vardı. Sultan II Mehmet İstanbulu fəth edərək 1100 illik Şərqi Roma İmperiyasını ortadan qaldıraraq Fateh adını qazanıb. Hz. Rəsulullahın (s) hədisi-şərifində müjdələdiyi İstanbulun fəthini gerçəkləşdirərək böyük komandan olmağı bacaran Fateh Sultan Mehmet düşmənlərə İslamın gücünü göstərən həqiqi sərkərdə və dövlət adamı olub. Bu böyük insan 1481-ci ildə may ayının 3-də vəfat edib. Mehmetə 1451-ci ildə İstanbulu fəth etdiyi üçün Fateh təxəllüsü verilib.
Visiontv.az
Bişkekdə keçirilən brifinqdə o, sanksiyaların Rusiyanın müasir silah növlərinə çıxışını minimuma endirmək, onu hərbi üstünlükdən məhrum etmək və maliyyə gəlirlərinin Ukraynadakı müharibə üçün istifadəsini məhdudlaşdırmaq məqsədi daşıdığını vurğulayıb.
Xüsusi nümayəndə deyib: "Biz Rusiyadan neft və qaz almayacağımızı söylədik. Sanksiyaların digər məqsədi Rusiyaya iqtisadi ziyan vurmaqdır. Və paket gücləndiriləcək. Hazırda Avropa İttifaqının tərəfdaşları ilə razılaşdırılmış on sanksiya paketi var.. Onlara qoşulmayan ölkələr də var. Biz bu qərara hörmətlə yanaşırıq. Amma yadda saxlamaq lazımdır ki, sanksiyalara qoşulmayan ölkələr onlardan yan keçmək üçün platformaya çevrilməməlidirlər.
O'Sullivan əmin edib ki, bütün Aİ şirkətləri və ölkələri sanksiyaların həyata keçirilməsini təmin etməyə hazırdır. Onun missiyası isə sanksiyalardan yan keçməyin mümkün olduğu ölkələrlə dialoq aparmaqdır:
"Aİ ilə Rusiya Federasiyası arasında ticarət axınlarını, eləcə də Qırğızıstandan artan axını təhlil etdikdən sonra bu barədə danışmaq olar. Qırğızıstan yeganə belə ölkə deyil. Mən BƏƏ, Türkiyə, Pakistanda olmuşam və niyyətim var ki, Özbəkistanda, Qazaxıstanda, Ermənistanda və Gürcüstanda olum. Bu cür hərəkətləri dayandırmaq üçün müəyyən irəliləyişlərimiz və ideyalarımız var”.
"Sözügedən ölkələrdə idxalda 300 faiz artım olub. Bilmək istəyirik, sizin tələbləriniz və iştahınız artıb, yoxsa bu mallar Rusiyaya ixrac olunur?”.
O əlavə edib ki, Aİ ixrac edilən məhsulların hərbi məqsədlər üçün istifadə olunmasını və komponentlərinin Rusiyanın hərbi sənayesində istifadə olunmasını istəmir: "Rusiyadan tranzit keçən malların orada qalmasından narahatlıq keçiririk. Biz bunun belə olmadığına dair təsdiqləyici faktlar əldə etmək istəyirik".
Qeyd edim ki, Rusiyanın sanksiyalardan yayınması üçün “ötürücü” missiyasını yerinə yetirən ölkələrin siyahısında Ermənistan ön sıralarda yer alır. Ermənistan İrandan, əsasən hərbi sənayedə istifadə olunan məhsulların Gürcüstan ərazisindən keçməklə Rusiyaya ötürülməsində əsas funksiyanı yerinə yetirir. Diqqətin cəlb edilməməsi və idxalla tələbat, həmçinin ixrac arasındakı fərqin ifrat dərəcədə böyüməməsi üçün məhsulların bir hissəsinin, guya Ermənistan ərazisində yaradılmış İran-Ermənistan birgə müəssisələrində istehsal olunduğu qeyd olunur. Daha sonra isə İrandan gətirilən, təxminən 5-7 min adda məhsul Ermənistanda istehsal edilən məhsullar kimi qablaşdırılır və sənədləşdirilir və Rusiyadan “keçməklə” Avrasiya İqtisadi İttifaqı “məkanı”na daxil olan ölkələrə “göndərilir”. Əslində Ermənistandan “ixrac edilən” İran məhsulları Rusiya ərazisində Avropa İttifaqının xüsusi nümayəndəsinin dolayısıyla dediyi kimi, yoxa çıxır. Yəni sanksiya altına düşən məhsullar Rusiya ərazisində boşaldılır, yerinə başqa məhsullar doldurulur, yaxud vaqonlar və yük maşınları elə yüksüz Avrasiya İqtisadi İttifaqına üzv olan “ölkələrə” yola salınır. Bu baxımdan, Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsinin Avrasiya İqtisadi İttifaqına üzv olkələrə səfər etməsi və yaxud edəcəyi barədə anons verməsi təsadüfi deyil.
Xatırladım ki, İranın Ermənistandakı səfiri Abbas Zohuri hələ bu ilin avqust ayının 27-də yerli mediaya açıqlamasında bildirmişdi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə 6-7 min adda məhsulu güzəştli tariflərlə ixrac etmək imkanı “İranlı” iş adamlarına İttifaqın bazarlarında işləmək imkanı yaradır. Sitat: “İran güzəştli gömrük rüsumlarından istifadə etməklə Ermənistan ərazisindən Avrasiya İqtisadi İttifaqına 6-7 min adda məhsul ixrac edir. İran Ermənsitan vasitəsilə Avrasiya İqtisadi İttifaqına ixracını iki dəfə artırmağı planlaşdırır”.
2022-ci il ərzində Ermənistanda “fəaliyyətə başlayan” İran şirkətlərinin, o cümlədən “təsis edilən” İran-Ermənistan birgə müəssisələrinin sayının birdən-birə, həm də sürətlə artması gerçək niyyətin sansiyalardan yayınmaq olduğunu ehtimal etməyə əsas verir. Ermənistanın rəsmi təsisatlarının açıqladığı göstəricilərə görə, ötən il bu ölkədə xarici sərmayəli 2 (iki) min şirkət və birgə müəssisə qeydə alınıb. Bu şirkətlərin, təxminən yarısı İran sərmayəli təsisatlardır. Digər yarısını isə sanksiyalardan yayınmaq üçün məkan axtarışına çıxan Rusiya şirkətləridir. Əslində Ermənistanın təbii və insan resursları, həmçinin iqtisadi potensialı bu ölkədə, cəmi bir il ərzində nəinki iki min, heç iki yüz xarici sərmayəli şirkətin fəaliyyətə başlamasına da imkan vermir. Maraqlıdır, Ukraynada müharibə başlayandan sonra Ermənistanın iqtisadi potensialına hansı amillər təsir göstərdi ki, bu ölkə birdən-birə İran biznesi üçün cazibədar, əvəzolunmaz bir ölkəyə çevrildi? Əslində, real mənzərə göz önündədir və Avropa İttifaqının xüsusi nümayəndəsinin bunun üçün Ermənistana səfər etməsinə də ehtiyac yoxdur.
Bütün bunlara baxmayaraq, sanksiyalardan yayınmaq üçün əsas platforma rolunu oynayan Ermənistanın adı, nədənsə hər dəfə sonuncu sıralarda çəkilir. Səbəbi bəllidir, şübhəsiz. Bu halda yenə də ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia edilən məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimi yada düşür...
Elçin Mirzəbəyli
visiontv.az