“Yüksəliş” müsabiqəsinin İşçi qrupu qaliblərlə görüşüb

“Yüksəliş” müsabiqəsinin İşçi qrupu müsabiqə qalibləri ilə görüş keçirib.

"Report" xəbər verir ki, görüşdə İşçi qrupunun rəhbəri Fərhad Hacıyev qaliblərə təqdim olunan 1 illik özünüinkişaf proqramının gedişatı ilə maraqlanıb.

Qaliblər hazırda davam edən mentorluq proqramı barədə ətraflı məlumat veriblər. Əlavə olaraq, mövcud və gələcək qaliblər arasında əlaqələrin gücləndirilməsi məqsədilə təsis olunan “Yüksəliş klubu”nun gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, yeni ideyalar müzakirə olunub.

Görüşdə həmçinin, növbəti “Yüksəliş” müsabiqəsinin təşkili prosesi ilə bağlı müsabiqə qaliblərinə məlumat verilib. Qaliblər də öz növbəsində müsabiqə ilə bağlı rəy və təkliflərini irəli sürüblər.

Qeyd edək ki, ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə hazırlıq prosesi davam edir. Yaxın günlərdə qeydiyyat mərhələsinin başlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Mənbə:
0
63
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar