Mayın 27-də Türkiyənin İstanbul şəhərində Türkiyə, Rumıniya və Polşanın xarici işlər nazirləri arasında üçtərəfli görüş keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Ukraynadakı proseslər, NATO-nun Madrid Zirvəsi, strateji konsepsiya və üçtərəfli prosesin gələcyi, həmçinin aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, tərəflər arasında ikitərəfli görüşlərin gerçəkləşdirilməsi də nəzərdə tutulub.

Kürdəmirdə müəyyən edilməmiş avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 26-da saat 1 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini Güləhməd Həsənov yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada "Roma"nın qapıçısı Ruy Patrisiu, müdafiəçisi Kris Smollinq, yarımmüdafiəçisi Nikola Zaniolo və "Feyenoord"dan Orkun Kökçü iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında <noindex>səsvermə</noindex> yolu ilə müəyyənləşəcək. Rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. "Canavarlar"ın yeganə qolunu Zaniolo vurub.

Aprelin 18-dən İraqın şimalındakı "Pençe Kilit" əməliyyatı zonasında Türkiyə ordusu tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 100-ü ötüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar videokonfrans vasitəsilə antiterror əməliyyatında iştirak edən birləşmə komandirlərinin müşavirəsində çıxışı zamanı bildirib.

Sonuncu əməliyyatda mağaralardan birində xüsusi təyinatlılar tərəfindən blokadaya alınmış bir qrup silahlı məhv edilib.

Ötən gün İraqın şimalında PKK terrorçuları ilə toqquşmada türk ordusunun 5 hərbçisinin şəhid olduğunu xatırladan Akar, "Bir nəfər də olsun hərbçinin ölümünü cavabsız qoymamışıq və buraxmayacağıq", - deyib.

Nazir Ankaranın Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

"UEFA-nın kifayət qədər ciddi maliyyə feyr-pley qaydaları var. Bunlara əməl etməyənlər bizim bayrağımız altında keçirilən yarışlarda iştirak etməyəcək".

"Report"un məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin BBC-yə Fransanın PSJ klubunun Kilian Mbappe ilə imzaladığı yeni müqavilədə maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner qeyd edib ki, nə İspaniya "Real Madrid"i, nə də başqa bir klub Avropa futbol qurumuna göstəriş verə bilər: "Başa düşürəm, hazırda Madrid təmsilçisi bu keçidin alınmamasına görə qəzəblidir. Amma bildiyimə görə, onların təklifi də PSJ-nin şərtlərinə bənzəyirdi".

Xatırladaq ki, Kilian Mbappe PSJ ilə 3 illik yeni sözləşməyə imza atıb. 24 yaşlı hücumçu buna görə 300 milyon avro bonus qazanıb. Onun Paris təmsilçisindəki illik gəliri isə 100 milyon avro olacaq.

Kiprin AEK (Larnaka) komandası "Qarabağ"ın futbolçusu Qaspar Panadero ilə vidalaşıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Larnaka təmsilçisi bu ilin yanvarında icarəyə götürdüyü ispaniyalı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub.

25 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə qayıdacaq.

Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi qış fasiləsinədək cəmi 4 oyunda "köhlən atlar"ın formasını geyinib. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı matçda meydana çıxıb.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov öz vəkillərinin suallarını cavablandırıb.

O, istintaq zamanı ona verilən sualların yönləndirici olduğunu bildirib.

"İfadəmdə bildirdiklərim sadəcə istintaq zamanı mənə verilən suallar əsasında idi. Hətta mən bir dəfə istintaqın baş müstəntiqinə də ikilikdə olan zaman xahiş etdim ki, məni burdan uzaqlaşdırıb başqa yerdə saxlatdıra bilərmi. Lakin buna baxmayaraq heç bir dəyişiklik olmadı", - İ.Süleymanov məhkəmədə bildirib.

Növbəti məhkəmə prosesi mayın 31-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.

"Report"un xəbərinə görə, bu barədə ştatın qubernatoru Qreq Ebbott bildirib. O, qeyd edib ki, həlak olanlardan 14-ü şagirdlər, 1-i müəllimdir.

Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.

Daha əvvəl atışma zamanı 2 şagirdin həlak olduğu, 13 məktəblinin yaralandığı bildirilirdi.

00:26

ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində iki şagird həlak olub.

“Report”un məlumatına görə, bu barədə <noindex>“Fox News”</noindex> polisə istinadən xəbər verib.

İnsidentin digər təfərrüatları, eləcə də ölənlərin dəqiq sayı hələ açıqlanmayıb. Bu arada, ABC telekanalının məlumatına görə, ibtidai məktəbdə atışma ilə nəticələnən insident nəticəsində iki uşaq ölüb. Eyni zamanda, bildirilir ki, həkimlər daha 13 şagirdə yardım göstərir. İnsident zamanı daha bir yaşlı şəxs yaralanıb.

Dövlət orqanları hələ ölənlər barədə məlumat verməyib. Hadisənin motivləri də məlum deyil.

“Ərazilərin minalardan təmizlənməsi, iqtisadi artım, işğaldan azad edilmiş ərazilərin sənayeləşməsi və Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir. Görünür, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iki dövlət arasında ikitərəfli danışıqlar prosesinin irəliləməsinə böyük maraq göstərib”.

Bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.

“Bu müzakirələrin təsəbbüskarı olaraq Şarl Mişel Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsinin quru yolla birləşdirilməsi üçün əlindən gələni etməlidir”, - o deyib.

Bundan başqa, ekspert Ermənistanı itkin düşmüş şəxslər haqqında məlumatları və mina sahələrinin əks olunduğu xəritələri təqdim etməyə çağırıb.

“Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinin bu məlumatları təqdim etməsini sonsuzadək gözləyə bilməz. Bütün regionu qeyri-müəyyənlik və qarışıqlıq girdabına sürükləməmək üçün Ermənistan tərəfi yubanmadan hərəkət etməlidir. Azərbaycanlı ailələr itkin düşmüş yaxınlarının harada dəfn olunduğunu bilməlidirlər. Qafqaz daha gözləməməli və beynəlxalq ictimaiyyəti narahat edən bu iki məsələni həll etməlidir”, - P.Teys əlavə edib.

Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Təhlükəsiz seksual davranış, yaxşı gigiyena, əllərin tez-tez yuyulması “meymunçiçəyi” virusunun yayılmasını məhdudlaşdırmağa kömək edir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ÜST nümayəndəsi Riçard Pibodi bildirib.

O, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı Afrika qitəsindən kənarda mövcud “meymunçiçəyi”nin yayılmasının əhalinin təcili kütləvi peyvəndlənməsini tələb edəcəyinə inanmır.

"Biz əhalinin kütləvi peyvəndi istiqamətində fəaliyyət göstərmək vəziyyətində deyilik", - Pibodi deyib.

Təşkilat rəsmisi etiraf edib ki, xəstəliklə mübarizə üçün dərhal istifadə oluna bilən vaksinlərin və virus əleyhinə dərmanların tədarükü məhduddur.

İranda 10 mərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında azı 80 nəfər qala bilər.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, son məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

13.45

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Abadan şəhərində çoxmərtəbəli bina çöküb.

“Report” “Farsnews”a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.

Bildirilib ki, hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib.

Binanın çökdüyü əraziyə 4 xilasetmə heyəti cəlb olunub.

Məlumata görə, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Dəyən ziyan və hadisənin başvermə səbəbi ilə bağlı məlumat yayılmayıb.

“Mənim uğurlarım oğlum Musa Qurbanlının qarşısını almır".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis gənc hücumçuya bu mövzuda müxtəlif sualların verildiyini söyləyib: "Mənə də irad bildirirlər ki, oğlu olduğu üçün az şans verir. Elə böyük futbolçu karyeram olmayıb ki, Musaya maneçilik törətsin. Ona da demişəm ki, məndən daha yaxşı olmağı qarşısına məqsəd qoymalıdır. Bu prinsipi yoxdursa, futbolçu olmağa ehtiyac yoxdur. Hər bir potensiallı insanın yanında yaxşı şəxsiyyət olmalıdır. Gənc yaşda insanın səhvləri həddindənd artıq olur. Azərbaycanlı futbolçularla bağlı ən böyük narahatlığım da budur. Kimsə hansısa futbolçuya çatmaq istəyir. Musa məndən bir az yaxşı olacaqsa, bu, güclü futbolçu üçün bəs etmir. Məndəki xarakterin futbolçularımda olmasını istəyirəm”.

Qurbanov ən çox narahat olduğu məqam kimi insanların mobil telefonlara aludəçiliyini vurğulayıb: “Son vaxtlar hamımızın yaralı yeri mobil telefonlar, sosial şəbəkələrdir. İnsan həyatının 70 faizini bu telefonlar alıb. Mənim bu gün də sosial şəbəkələrdə səhifəm yoxdur. Gənclikdəki prinsiplərimi qoruyub saxlayıram. Amma oğlum da daxil olmaqla, indiki futbolçulara nə vaxt baxırsan, əllərində telefonla gəzirlər. İndiki futbolçuların gərək daim yanında olasan, bazada çox saxlayasan ki, potensialını yaxşılaşdırasan. Telefon bütün cəmiyyətin yaşam tərzinə çevrilir”.

"Boyum o qədər də uzun deyil. Amma hava toplarında çox yaxşı olmuşam".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis futbolçu karyerasında üz-üzə gəldiyi ən çətin oyunçunun adını açıqlayıb.

O, Finlandiya yığmasının və İngiltərə "Liverpul"unun sabiq müdafiəçisi Sami Hüpiya ilə dueldə hava mübarizələrində çətinliklə üzləşdiyini söyləyib: "Alessandro Nesta və Fabio Kannavaro kimi oyunçulara qarşı daha çox hava toplarında qalib ayrılırdım. Finlandiya ilə görüşdə komanda yoldaşlarıma deyirdim ki, həmin rəqibə qarşı daha yaxın oynayacağam. Prinsip aparırdım ki, onu üstələməliyəm. Amma heç birində üstələyə bilmədim".

Qurbanov ən yadda qalan iki qolu barədə də danışıb: "Yığmada Serbiya və Çernoqoriyaya və Rusiya "Fakel"indəki ilk matçımdakı akrobatik tullanışla vurduğum qolları qeyd edərdim".

"Ukraynadakı dostlarımla daim əlaqədəyəm. Onlar “Qarabağ”la çempion olduğuma görə şaddırlar, məni dəstəkləyirlər".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Rüstəm Əhmədzadə "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra deyib.

22 yaşlı hücumçu Ukraynadakı tanışlarına görə narahat olduğunu söyləyib: "Çünki orada futbol oynanılmır. Yanılmıramsa, müharibə üç aydır davam edir. Hər gün bu fikirlə yaşayıram və müharibənin nə vaxt bitəcəyini fikirləşirik".

Forvard karyerasında ilk dəfə çempionluq sevinci yaşadığını bildirib: "Bunun üçün çox şadam, emosiyalarım yüksəkdir. Özümü möhtəşəm hiss edirəm. Komandanın əziyyətinin bəhrəsi olaraq çempionluğu qazanması xoş haldır".

İlin əvvəlində Ağdam təmsilçisinə transfer olunan Əhmədzadə "köhlən atlar"da az oynamasının səbəblərini də açıqlayıb: "Bunun bir çox səbəbləri var. Həm Ukrayna ilə Rusiya arasındakı müharibənin, həm xəstələnməyimin və zədələnməyimin təsiri oldu. Məşqçilər korpusu hər şeyi düzgün qiymətləndirir və doğru qərarı verir. Mənim işim üzərimdə daha çox çalışmaqdır. İnanıram ki, özümü yaxşı tərəfdən göstərsəm, daha çox oyun vaxtı əldə edərəm".

Avropada təbii qazın birja qiymətləri apreldən bəri ilk dəfə 5% düşərək 1000 kubmetr üçün 950 ABŞ dollarından aşağı olub.

“Report”un məlumatına görə, bunu Londonun ICE birjasının məlumatları göstərir.

Sonuncu dəfə 950 dollara qədər ucuzlaşma aprelin 19-da qeydə alınıb. Həmin vaxt qazın ən aşağı qiyməti 949,2 dollar olub.

Qeyd edək ki, bu il Avropada təbii qazın qiyməti Ukraynada hərbi əməliyyatların başlamasından sonra kəskin artıb. Fevralın 23-də təbii qaz fyuçerslərinin təxmini qiyməti 1000 kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də “mavi yanacağ”ın qiyməti demək olar, 50% artaraq 1555,5 dollara yüksəlib.

“Neftçi” ilə son turda enerjimizi topladıq ki, Azərbaycanda bir nömrəli komanda olduğumuzu sübut edək. Bu da bizdə alındı".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII tur oyunundan sonra deyib.

32 yaşlı təcrübəli müdafiəçi çempionluğun asan əldə olunmadığını bildirib: "Mövsüm ərzində çox güc sərf etdik, hərtərəfli vuruşduq. Həm Premyer Liqada, həm Azərbaycan Kubokunda, həm də UEFA Konfrans Liqasında daim özümüzü yaxşı formada saxlamağa çalışdıq. Çempionluğu öncədən təmin etmişdik. Amma göstərmək istədik ki, hələ də ölkənin bir nömrəsi bizik. Bunu da qoruyub-saxlamaq istəyirik. Qarşıda Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı oyunumuz var. Ondan sonra da UEFA Çempionlar Liqasına hazırlaşacağıq. İnanıram ki, yaxşı performans yığıb, orada da uğurlu çıxış edəcəyik".

Medvedev daha böyük uğurlar əldə edə biləcəklərini də söyləyib: "Bu gün “Qarabağ” belə oynayırsa, rəqiblərini bu cür üstələyirsə, Konfrans Liqasında tarix yazırsa, deməli, bu komandanın potensialı böyükdür. Bir az da artırsaq, bəlkə daha böyük tarix yaza bilərik".

Kapitan Çempionlar Liqasındakı uğurlu çıxışın hazırlıqdan asılı olduğunu sözlərinə əlavə edib: "İyunun əvvəlində milli komandanın dörd oyunu olacaq. Ondan sonra Çempionlar Liqasına hazırlaşmağımız üçün çox az vaxtımız qalacaq. Həmin vaxt komanda hansı durumda olacaq, indidən deyə bilmərik. Baş məşqçinin üzərinə böyük iş düşəcək. Çünki bəziləri millinin toplanışından, bəziləri istirahətdən qayıdacaq. Komandanı qısa zamanda ən yüksək performansa çatdırmaq lazım gələcək".

Müdafiəçi hələlik yığmanın UEFA Millətlər Liqasındakı görüşlərini düşünmədiklərini vurğulayıb: "O barədə hələlik fikirləşmirik. Çünki mayın 27-də kubokun final görüşü var. Diqqətimiz yalnız həmin final matçındadır. Ondan sonra milli komanda barədə düşünə bilərik".

“Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər”.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir.

“Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq”-deyə, məlumatda vurğulanıb.

Belçika hakimiyyəti "meymun çiçəyi" xəstəliyinə yoluxanlar üçün 21 günlük karantin tətbiq etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə yerli "La Libre Belgique" qəzeti məlumat yayıb.

Qərar ölkədə xəstəliyə 3 yoluxma aşkar edildikdən sonra risk qiymətləndirmə qrupunun iclasından sonra qəbul edilib.

"Meymun çiçəyi" virusu aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində, eləcə də digər qitələrdə yayılıb.

Avropa İttifaqının öz təhlükəsizliyini təmin etmək üçün Avropa Silahlı Qüvvələrinə ehtiyacı var.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

"Aİ öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Bunun üçün bizə daha yüksək səviyyəli spektrə malik və müasir Avropa ordusu lazımdır", - Borrel qeyd edib.

Aİ diplomatiyasının rəhbəri, həmçinin etiraf edib ki, qurumun hərbi texnika ehtiyatları Ukraynaya yardım səbəbindən tükənib.

Prezident İlham Əliyev 18 may 2022-ci il tarixində Litva prezidenti Gitanas Nausedanı rəsmi şəkildə qarşılamış, iki dövlət arasında yeni anlaşmalar çərçivəsində mətbuata yenibəyanatla çıxış edərək qeyd etmişdir ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.

XX əsrin ikinci yarısında eyni tarixi taleyi yaşamış, Sovet imperiyasının tərkibində olmuş Azərbaycan və Litva dövlətləri müstəqillik qazandıqdan sonra fərqli siyasi məcraya yönəlmişlər. Azərbaycan hələ müstəqillik əldə etməmişdən öncə mübtəla olduğu Qarabağ bəlası, müstəqillik illərində dağılmış iqtisadiyyat, müharibə, hakimiyyət uğrunda çəkişmələrə şahid oldu. Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz böhran vəziyyətindən çıxmış, dünya miqyasında tanınmışdı.

İkinci Qarabağ zəfərindən sonra dünya diplomatiyasında yeni səhifə açan Azərbaycan güclü lider, prezident İlham Əliyevin fitri istedadı sayəsində balanslaşdırılmış xarici siyasət yürüdür. Həm siyasi, həm də iqtisadi tərəfdaş olan dövlətlərlə münasibətləri yeniləyən və möhkəmləndirən cənab prezident Litva prezidenti ilə rəsmi görüşdə bir sıra ciddi bəyanatlar vermişdir. Cənab prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur.

Daha sonra dövlət başçısı Ermənistan hökümətinin sülh müqaviləsinin imzalanmasına ləng yanaşmasına toxunmuş, Azərbaycan hökümətinin münaqişənin hərtərəfli həllində göstərdiyi səbri diqqətə çatdırmış, dünya ictimaiyyətinin bu məsələdə tələbkar olmadığını qeyd etmişdir.

İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra daha sürətli inkişaf edəcəyinə əmin olduğunu bildirdi.Avropanın enerji təhlükəsizliyində söz sahibi olduğumuzu nəzərə çatdıran dövlət başçısı Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq razılaşmaları imzalandığını qeyd edib

Litva prezidentinin rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev 18 may 2022-ci il tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda da çıxış edərək ölkələrimiz arasınd güclü siyasi münasibətlərdən, strateji tərəfdaşlıqdan söhbət açmışdı.

İlham Əliyev Azərbaycanda biznes mühitinin investorlar üçün əlverişli olduğunu, investisiya proqramlarının ilk dövrdə əsasən neft-qaz sektoruna aid olsa da hal-hazırda bərpaolunan enerji sahəsini də əhatə etdiyini vurğulamışdır.

Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edildiyini, Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin yekunlaşdığını diqqətə çatdıran prezident İlham Əliyev eyni zamanda ölkənin inkişaf dinamikasının nəticələrinin cari ilin dörd ayında nəzərə çarpacaq dərəcədə artdığını forum iştirakçılarının diqqətinə çatdıraraq qeyd etmişdir ki, ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq.

Biznes forumda bərpa olunan enerji mənbələrinin istifadəsini prioritet sahə olduğunu söyləyən Azərbaycan Respublikasının prezidenti həmçinin, Azərbaycanın artıq donor ölkəsinə çevrildiyini, ölkənin kredit ayırma qabiliyyətinin artdığını qeyd etmişdir. Forum iştirakçılarına Azərbaycanın daxili ehtiyatları hesabına xarici borclarını tezliklə sıfıra endirməyin mümkünlüyü haqqında da məlumat vermiş ölkə prezidenti siyasi və iqtisadi müstəvidə vəziyyətin yaxşı olduğunu diqqətə çatdırmışdır.

Hər birimiz Azərbaycan dövlətçiliyini düzgün məcrada hərəkət etdiyinə inanırıq, bu işdə cənab Prezidentimizin hər zaman yanındayıq!

Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru Hüseynova Fərəh

Almaniyada "meymun çiçəyi"nə daha iki yoluxma aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Berlin Səhiyyə Departamenti məlumat yayıb.

Yoluxma halı Bavariyada qeydə alınıb. Bununla da yoluxanların sayı 3 nəfərə çatıb.

Məlumata görə, xəstələrin vəziyyəti sabitdir.

Ümumilikdə bu yaxınlarda virus daha bir neçə ölkədə - Avstraliya, Belçika, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa və İsveçdə, İsveçrədə, Yunanıstanda tapılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, "meymun çiçəyi" nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində yerləşən ucqar ərazilərdə baş verir. Virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür.

Təşkilat bildirib ki, "meymun çiçəyi" epidemiyaları üçün ölüm halları 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.