“Müəllimlər bütün dərs saatını sosial şəbəkə üçün xərcləməməlidi”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Təhsilverənlərin sertifikatlaşdırma” ilə bağlı keçirilən müzakirədə deyib.

O, qeyd edib ki, sosial şəbəkələr olduqca aktivdir:

“Hazırda sosial mediada aktiv olan müəllimlər var. Lakin bu kimi nüanslar əsas gətirilərək bütün dərsi xərcləmək olmaz”.

Müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi çərçivələşdiriləcək.

AzEdu.az  xəbər verir ki, bunu Təhsil Nazirliyinin təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırma tədbirində nazirliyin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O qeyd edib ki, müsahibə mərhələsi ilə bağlı çərçivə sənədi hazırlanır: "Sənəd yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək".

“Sertifikasiyadan keçə bilməyənlər üçün dəstək tədbirləri keçiriləcək”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən müzakirədə deyib.

O, qeyd edib ki, bu kömək xarakteri daşıyır:

“Çünki müəllimlər sertifikasiyadan kəsilsələr belə onların təhsilə bərpasına ehtiyac var. Biz bunu dəstək şəklində edəcəyik”.

“Müəllimlərin işə qəbulu və sertifikatlaşdırılma prosesi gələcəkdə regional qurumların səlahiyyətinə verilə bilər”.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı müzakirədə deyib.

Direktor bildirib ki, bu hazırda nəzərdə tutulmur, amma gələcəkdə mümkün ola bilər:

"Gələcəkdə bölgələrdə vəziyyət yaxşı olarsa müəllimlərin işə qəbulu və sertifikatlaşdırılma yerli bələdiyyələrin, məktəblərin özlərinin və digər regional strukturların öhdəliyinə verilə bilər, amma bu hələlik nəzərdə tutulmur. Bunun üçün zaman tələb olunur".

“Müəllimlərin işə qəbulu və sertifikatlaşdırılma prosesi gələcəkdə regional qurumların səlahiyyətinə verilə bilər”.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı müzakirədə deyib.

Direktor bildirib ki, bu hazırda nəzərdə tutulmur, amma gələcəkdə mümkün ola bilər:

"Gələcəkdə bölgələrdə vəziyyət yaxşı olarsa müəllimlərin işə qəbulu və sertifikatlaşdırılma yerli bələdiyyələrin, məktəblərin özlərinin və digər regional strukturların öhdəliyinə verilə bilər, amma bu hələlik nəzərdə tutulmur. Bunun üçün zaman tələb olunur".

“Sertifikasiyadan keçə bilməyənlər üçün dəstək tədbirləri keçiriləcək”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən müzakirədə deyib.

O, qeyd edib ki, bu kömək xarakteri daşıyır:

“Çünki müəllimlər sertifikasiyadan kəsilsələr belə onların təhsilə bərpasına ehtiyac var. Biz bunu dəstək şəklində edəcəyik”.

“Təhsil İnstitutu heç bir vəsaiti tövsiyə etmir”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Təhsilverənlərin sertifikatlaşdırılması” ilə bağlı keçirilən müzakirədə deyib.

O, qeyd edib ki, vəsaitin tövsiyə olunması düzgün deyil:

“Biz satışla məşğul deyilik. Bizim məqsədimiz bilik və bacarıqları yoxlamaqdır”.

“MİQ və sertikikasiyanın çərçivə sənədi eynidir”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Təhsilverənlərin sertifikatlaşdırma” ilə bağlı keçirilən müzakirədə deyib.

“Sertifikasiyada müəllimlər bir-birləri ilə yarışmırlar, onların tədris fəaliyyətləri və peşəkar inkişafları,gündəlik bilik və bacarıqları yoxlanılacaq”.

“2017-ci ildən işə qəbul olunan şəxslər sertifikasiyada iştirak edə biləcəklər”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsilverənlərin sertifikatlaşdırma” ilə bağlı keçirilən müzakirədə deyib.

“Lakin bundan öncəki illərdə işə qəbul olunan şəxslər prosesdə iştirak edərək özlərini yoxlayacaqlar”.

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsinin nəticələri elan edilib. Final mərhələsində iştirak edən 2253 məktəblidən 11 nəfər qızıl, 19 nəfər gümüş, 35 nəfər bürünc medal qazanıb.

AzEdu.az xəbər verir ki, iştirakçılar nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. Qaliblərin nəticələri olimpiada.edu.az saytında yerləşdirilib. 23 may tarixindən etibarən iştirakçılar portal.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola biləcəklər.

Qeyd edək ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

25 may tarixində saat 15:00-da “Məktəbəqədər təhsildə uşaqların sosial və emosional bacarıqlarının inkişafı və valideynlərin cəlb olunması" adlı vebinar keçiriləcək.

AzEdu.az xəbər verir ki, vebinarda spiker qismində Beynəlxalq Montessori Mərkəzinin Təhsil şöbəsi üzrə direktoru Preeti Patel çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

UNEC-də Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Fransada təhsil haqqında məlumat günü keçirilib.

AzEdu.az xəbər verir ki, təqdimatda Fransa səfirliyinin universitet əlaqələri və elmi əməkdaşlıq üzrə ataşesi, Campus France-nın koordinatoru Augustin Huot De Saint-Albin və Fransada təhsil almış UNEC məzunu Faiq Xasayev iştirak ediblər. Səfirliyin nümayəndəsi Fransanın ali təhsil müəssisələrinə qəbul qaydaları, təqaüd imkanları, mübadilə və ikili diplom proqramları haqqında ətraflı məlumat verib

25 may tarixində saat 15:00-da “Məktəbəqədər təhsildə uşaqların sosial və emosional bacarıqlarının inkişafı və valideynlərin cəlb olunması" adlı vebinar keçiriləcək.

AzEdu.az xəbər verir ki, vebinarda spiker qismində Beynəlxalq Montessori Mərkəzinin Təhsil şöbəsi üzrə direktoru Preeti Patel çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmağa hüquq verən beynəlxalq proqram üzrə imtahan suallarının qanunsuz satışını təşkil edən şəxslər həbs edilib.

Bu barədə AzEdu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət rəhbəri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti strukturu ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Əməliyyat tədbirləri ilə “Uğur İstanbul 2012” MMC-nin direktoru Məmmədov Cahid Sabit oğlunun fərdi qaydada vətəndaşların xaricdə təhsil almasında köməklik göstərilməsi ilə məşğul olan Əliyev Şahin Sevindik oğlu və digər şəxslərlə qabaqcadan əlbir olub beynəlxalq səviyyədə fəaliyyət göstərən “College Board” özəl təşkilatının Təhsil Test Xidməti (“Educational Testing Service”) üzrə imtahan növü olan “SAT” test-sxolastik qabiliyyət imtahanının (Scholastic Aptitude Test) kommersiya sirri təşkil edən sual-məlumat bazasını nüfuz alveri etməklə külli miqdarda pul vəsaiti müqabilində bu növ imtahanların keçirilməsinə lisenziyası olan Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərində yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən qanunsuz hərəkətlərin davamı kimi, Cahid Məmmədovun qanunsuz əldə etdiyi həmin sualları direktoru olduğu MMC və Bakı şəhərində fəaliyyət göstərən “Uğur N” MMC adlı digər tədris müəssisəsi, habelə qabaqcadan əlbir olduğu Şahin Əliyev və başqalarının vasitəsi ilə külli miqdarda pul vəsaiti müqabilində Türkiyə və Azərbaycan respublikaları ərazisində ayrı-ayrı şəxslərə satıb yaymasına, bununla da “College Board” təşkilatının və cəmiyyətin təhsil müəssisələrinə qəbulun beynəlxalq səviyyədə müəyyən olunmuş standartlar üzrə şəffaf və obyektiv əsaslarla həyata keçirilməsinin, məxfiçiliyin, rəqabətliliyin və təhsilin effektivliyinin təmin edilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin Əliyevin Cinayət Məcəlləsinin 202.1 (kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş edilir.

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 1-dək internet vasitəsilə aparılır. Bu gün saat 15:00-a olan məlumata görə, 7779 nəfər ərizəsini təsdiq edib.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Təhsil məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavr elektron ərizəsini təsdiq etməlidir. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, subbakalavrın “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili fənləri üzrə qəbul və buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin dördüncü məşğələsi keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.

Fizika fənni üzrə moderator Əlövsət Rəcəbli ali təhsil müəssisələrinə qəbul imtahanları üçün situasiya tapşırıqlarının və onların meyarlarının hazırlanması, rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova isə tam orta təhsil (11 illik) bazası üzrə buraxılış imtahanları üçün mətnlərin, mətn əsasında tapşırıqların və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının beşinci məşğələsi növbəti həftə keçiriləcək.

Mayın 21-də III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21521, mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda isə 22878 nəfər olmaqla, ümumilikdə 44399 abituriyentin iştirakı nəzərdə tutulur.

AzEdu.az DİM-ə əsasən xəbər verir ki, imtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.

AzEdu.az məlumat verir ki, kitabçada rus dili və ədəbiyyatı üzrə qeyd olunan mövzular aşağıdakı kimidir:

1.Фонетика. Орфоэпия. Графика

Звуки речи и буквы

Фонетические явления (оглушение, озвончение, смягчение)

Ударение и его функции

Слоги

Орфоэпические нормы

Фонетический разбор слова

Лексикология. Фразеология

Лексическое значение слова, способы его определения.

Многозначные и однозначные слова

Омонимы. Синонимы. Антонимы. Паронимы

Общеупотребительные и слова ограниченного употребления (профессионализмы, диалектизмы, жаргонизмы)

Исконно русские и заимствованные слова

Устаревшие слова (историзмы, архаизмы). Неологизмы

Фразеологизмы и их значения. Употребление в речи

Лексикография.

Лингвистические словари (орфографический, толковый, этимологический, фразеологический и т.д.). Понятие о словарях, словарной статье

Стили речи. Текст

Научный, публицистический, официально-деловой, разговорный, художественный стили речи. Характерные особенности каждого стиля и сфера употребления

Признаки текста. Типы речи (повествование, описание, рассуждение)

Состав слова. Словообразование.

Значимые части слова

Однокоренные слова. Формы слова

Виды основ (непроизводная, производная, производящая)

Способы образования слов (морфологические и неморфологические)

Морфемный и словообразовательный разбор слова

Морфология.

Части речи. Самостоятельные и служебные части речи

Морфологические признаки самостоятельных частей речи и их синтаксическая роль

Признаки служебных частей речи

Междометие

Морфологический разбор слова

Орфография

Орфограммы в значимых частях слова

Правописание различных частей речи

Синтаксис

Словосочетания. Виды словосочетаний по главному и зависимому слову. Синонимичные словосочетания.

Простое неосложнённое и осложнённое предложение

Главные и второстепенные члены предложения

Двусоставные и односоставные предложения

Полные и неполные предложения

Однородные члены предложения. Обобщающие слова при однородных членах

Обособленные и уточняющие второстепенные члены предложения

Слова, грамматически не связанные с членами предложения (обращение, вводные слова и словосочетания, вводные предложения, вставные конструкции, слова да, нет)

Обороты с союзом как

Предложения с прямой и косвенной речью

Синтаксический и пунктуационный разбор простого предложения.

Сложное предложение. Виды сложных предложений (ССП, СПП, БСП)

Группы сложносочинённых предложений по союзам и значению

Сложноподчинённые предложения. Виды придаточных. Место придаточных предложений по отношению к главному. Средства связи между частями сложноподчинённого предложения

Подчинительные союзы и союзные слова

СПП с несколькими придаточными

Бессоюзное сложное предложение

Сложное предложение с различными видами связи (сочинительной, подчинительной и бессоюзной)

Синтаксический разбор сложного предложения

Пунктуация

Постановка знаков препинания в простом осложнённом предложении

Постановка знаков препинания в сложном предложении

Знаки препинания в предложениях с прямой речью

Пунктуационный разбор простого и сложного предложения

Темы

Связь мировоззрения и творчества писателя

Художественный метод и стиль. Литературные направления. Характерные особенности, жанры, основоположники литературных направлений

Понятие об эпохе Возрождения, «золотом веке» русской литературы и «серебряном веке» русской поэзии

Роды и жанры литературы

Литературное произведение как единое целое. Содержание и форма произведения. Тема. Проблема. Идея. Конфликт. Композиция и сюжет

Язык художественного произведения. Изобразительно-выразительные средства (тропы).

Виды комического (сатира, юмор, ирония, сарказм, гротеск). Эзопов язык

Прозаическая и стихотворная речь

Особенности стихотворной речи. Рифма (виды рифмы, способы рифмовки), ритм, строфа, стопа. «Онегинская» строфа. Системы стихосложения. Стихотворные размеры. Белый стих

Идейное и общественное значение литературы. Народность, гуманизм, патриотизм, историзм, новаторство, психологизм

Художественный образ. Литературный тип («маленький человек», «лишний человек»). Персонаж. Лирический герой

Жанры восточной литературы. Понятия бейт, редиф

Тексты произведений, использованных в национальных учебниках по литературе (9 – 11 классы).

Из учебников «Литература» 6, 7, 8 классов:

«Кёроглу», «Гачаг Наби», «Китаби Деде Горгуд»;

М. Физули «Лейли и Меджнун»;

Дж. Мамедгулузаде «Почтовый ящик»;

А. Шаиг «Письмо не дошло»;

А. С. Пушкин «Капитанская дочка»;

М. Ю. Лермонтов «Мцыри»;

Н. В. Гоголь « Ревизор»;

И. С. Тургенев «Бежин луг»;

А. П.Чехов «Толстый и тонкий», «Лошадиная фамилия»;

А. Т.Твардовский «Василий Тёркин».

Жизнь и творчество крупнейших поэтов и писателей: М. Физули, Н. Гянджеви, М. Ф. Ахундзаде, Дж. Мамедгулузаде, М.А.Сабира, М.Ш.Вазеха, А. С. Пушкина, М. Ю. Лермонтова, Н. В. Гоголя, И. С. Тургенева, А. П. Чехова, И. А. Бунина, А. И. Куприна, М. А.Булгакова, С. А. Есенина, А. А. Блока, В. В. Маяковского

ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.

AzEdu.az məlumat verir ki, kitabçada Metodika və pedaqogika üzrə qeyd olunan mövzular aşağıdakı kimidir:

1.Hüquqisavadlılıq kompetensiyası

Təhsil qanunu, 6,11,12,13-cü maddələr

Ümumitəhsil haqqında Azərbaycan Respublikasının qanunu, 9,11,13,21,22,23,24,27,28-ci maddələr

Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları

Təhsil proqramı və aidiyyatı olan sənədlərdə əsas terminlərin təsviri (ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standartları, inteqrasiya, ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər)

“Müəllimlərin etik davranış Qaydaları”

Fənn kurikulumlarının tətbiqi kompetensiyası

Bilik və onun növləri. Tapşırıqların hazırlanmasında bilik növlərinin tətbiqi

Fəaliyyət və onun növləri haqqında ümumi məlumat

B. Blumun “I ̇drak taksonomiyası” və təlimdə tətbiqi

B.Blumun psixomotor və emosional-affektiv taksonomiyaları və təlimdə tətbiqi

Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s. ) Problem həlletmə

İllik və gündəlik planlaşdırma

Alt-standartlardan təlim nəticələrinin çıxarılması

Təlim modelləri (layihəəsaslı öyrənmə (PBL), oyunəsaslı öyrənmə, problemin həlli yolu ilə öyrənmə və s.)

Diferensial təlim və tətbiqi

İnteraktiv dərsin xüsusiyyətləri. Problemin qoyulması – motivasiya, refleksiya

Təlim strategiyaları. Texnika və üsullar.(BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, İnsert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları(Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-adi istifadəsi, Cisim və hadisələrə müxtəlif nöqteyinəzərdən baxılması, I ̇nsident üzərində iş, Nə olardı əgər? Mən kiməm?, 4N1KH, Qızıl dairə, Blum kubu, Debatın növləri, Sinif küncləri, Düşün-paylaş-bölüş)

İnteraktiv təlimdə iş formaları, öyrənmə tərzləri. Müəllimin fasilitasiya bacarığı.

Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri. Təhlükəsiz öyrənmə mühiti

Onlayn tədris (Sinxron və asinxron yanaşma)

Qiymətləndirmə standartları haqqında ümumi məlumat • Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq) • Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ,summativ (kiçik, böyük) • Formativ qiymətləndirmənin təşkili (meyar, rubriklər, əks-əlaqə)

Pedaqoji və psixoloji kompetensiyalar.

İntellektin növləri (riyazi-məntiqi, emosional, çoxnövlü)

H.Qardner “Çoxnövlü zəka” nəzəriyyəsi

J.Piaje “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi

L.Vıqotski “Sosial inkişaf ” və “Yaxın inkişaf zonası” nəzəriyyələri

K. Dvek “Düşüncə tərzi” nəzəriyyəsi

L. Kolberq “Mənəvi inkişaf” nəzəriyyəsi

R.Qanye “Öyrənmənin şərtləri nəzəriyyəsi”

D. Qoulman “Emosional zəka” nəzəriyyəsi

Şəxsiyyətin formalaşdırılması və inkişafı. Şəxsiyyətin formalaşdırılması və inkişafında məktəbin və müəllimlərin rolu.

Sinfin idarəedilməsi mexanizmləri (gözlənti, prosedur, qaydalar, müəllim-şagird arasında psixoloji münasibətlər, sinfin səmərəli idarəedilməsində strategiyalar) (buzqıranlar)

Effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri (qısnama(bulinq), mobbinq)

Biheyvierizm- F.Skinner “Operant şərtlənmə” nəzəriyyəsi

Heydər Əliyev adına Ali Hərbi Məktəbin adı dəyişdirilib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Ali Hərbi Məktəbin adı Heydər Əliyev adına Hərbi İnstitut olaraq müəyyən edilib.

Hərbi təhsil müəssisəsindən məlumatı saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərəcək.

Məktəblərin yaxınlığında şagirdlərə müxtəlif yaşlı kişilər, hətta qadınlar tərəfindən narkotik maddə, daha çox “şüşə”, “patı” təklif olunması barədə mütəmadi olaraq iddialar səsləndirilir.

Övladı Masazır məktəblərindən birində təhsil alan G.M. adlı valideyn 12 yaşlı qızına “patı” verildiyini iddia edir.

O, müraciətində övladına bir qadının bu maddəni verdiyini deyib: “Uşağa bir qadın yaxınlaşıb, yumru, parlaq 2 ədəd dərman kimi vasitəni verərək, “sən çox köksən, arıqlamaq üçün 2 dənə iç, gözəl qız olacaqsan” deyib. Qızım onları ovcunda sıxıb evə gətirib. Mənə göstərib olanları danışdı. Mən dərhal anladım ki, bu, narkotik ola bilər. Çünki neçə vaxt idi kök oğlan və qızlara onu arıqlama dərmanı adı ilə paylayırdılar”.

Valideynin sözlərinə görə, məktəbn direktoru və müəllimlər hadisədən xəbərdardırlar: “Mənim kimi başqa valideynlər də məktəb direktoru, müəllimlərə bu barədə deyiblər. Müəllimlər uşaqlara məktəbin həndəvərində, küçədə tanımadıqları adamdan nəsə almamağı tapşırır. Bir dəfə də uşaqlara pulsuz şəkər pambığı paylayırdılar. Səbəbini soruşduqda, dedilər ki, elə-belə paylayırıq. Kim bunu edir, niyə edir bilmədim. Onları uşaqların əlindən alıb atdım. Oğlan uşaqlarına da müxtəlif şirnikləndirici təkliflər edirlər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, iddialar araşdırılır:

“Nəticəsi olduğu təqdirdə mətbuata məlumat veriləcək”.

Baku Post