Bakıda obyektdən oğurluq etməkdə təqsirləndirilən Burxan Əliyev və tanışı Orxan Əliəkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Yenicag.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, zərərçəkmiş polisə müraciət edərək naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından içərisində 63 min manat olan seyfin oğurlandığını bildirib.
Nərimanov Rayon Polis İdarəsinin və 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən B.Əliyev və tanışı O.Əliəkbərov saxlanılıblar.
Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi B.Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə – B.Əliyevin evinə apararaq orada sındırıblar.
Saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı B.Əliyev və tanışı O.Əliəkbərova qarşı 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./Report/
İŞİD terror qruplaşmasının lideri İstanbul polisinin həyata keçirdiyi əməliyyatla yaxalanıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Oda Tv” məlumat yayıb.
Bildirilib ki, ötən həftə İŞİD lideri Əbu Həsən əl-Qureyşinin İstanbulda olduğu ilə bağlı məlumat əldə edən polis təşkilatı geniş çaplı əməliyyat başladıb.
İstanbul Kəşfiyyat və Terrorla Mübarizə İdarəsi birliklərinin gizli keçirdiyi əməliyyatın ilkin mərhələsində əl-Qureyşinin qaldığı yer müəyyənləşdirilib.
Ərazini mühasirəyə alan polis birlikləri İŞİD liderini bir güllə belə atmadan yaxalayıblar.
Terrorçubaşının Mili Kəşfiyyat İdarəsi tərəfindən dindirildiyi və önəmli məlumatların əldə edildiyi qeyd olunan xəbərdə bildirilib ki, əl-Qureyşinin yaxalanma xəbəri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacaq.
“Əlaqələrin daha da inkişafında həm Avropa İttifaqı, həm də Azərbaycan maraqlıdır”.
Sözügedən müsahibəni təqdim edirik:
– Ceyhun bəy, Milli Məclisin iclasında peşə məktəblərində təhsil alan oğlan tələbələrin tədris müddəti bitmədən hərbi xidmətə çağırılmaması ilə bağlı təklif irəli sürülüb. İrəli sürülən təklifin reallaşması mümkündürmü?
– Bu məsələ ilə bağlı Təhsil Nazirliyi səviyyəsində müəyyən müzakirələr gedir. Çünki bu mövzu strateji bir ölkə üçün siyasi, hərbi və iqtisadi təsirə malikdir. Ona görə də müvafiq dövlət qurumlarının da iştirakı vacibdir. Əlbəttə ki, qəbul olunan qərardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
– Ölkəmizdə peşə təhsilinin inkişafı çərçivəsində məhz Avropa İttifaqı ilə əməkdaşlığa üstünlük verilməsinin səbəbi nədir?
– Avropa İttifaqı Azərbaycanın ən yaxın olan iqtisadi faktorlardan biridir. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji sahədə inkişaf edir və dövlət səviyyəsində müəyyən addımlar atılır. Bu əlaqələrin daha da inkişafında həm Avropa İttifaqı, həm də Azərbaycan maraqlıdır. Avropa İttifaqının ölkəmizlə əməkdaşlığında müəyyən prioritet istiqamətlər var. Bu istiqamətlər həm də peşə təhsilinə aid olduğu üçün ölkəmiz Avropa İttifaqının qabaqcıl təcrübələrindən istifadə etməyə üstünlük verir. Yəqin ki, növbəti illərdə bir çox sahələrdə əməkdaşlıq səviyyəsi genişləndiriləcək.
– Peşə məktəblərinə üz tutan tələbələr daha çox hansı ixtisaslara üstünlük verirlər?
– Ötən il peşə təhsil müəssisələrinə müraciət edənlərin sayı əvvəlki illə müqayisədə 30 faizə yaxın artıb. Qəbul olunanların sayında isə 12 faiz artım olub. Bu olduqca yaxşı haldır. İxtisas seçiminə gəlincə bəzi ixtisaslar ənənəvi rol oynayır. Bu ixtisaslardan biri aşpazlıqdır. Bu sahə hansı bölgədə olmağımızdan asılı olmayaraq, ən çox ehtiyac duyulan ixtisasdır. Eyni zamanda, avtomobil diaqnostikasının təmiri, dərzi və modelyer dizayner ixtisaslarına maraq yüksəkdir. Son illər informasiya texnologiyaları sahəsinə də önəm verilir. Ötən il qızlar və oğlanlar arasında informasiya texnologiyaları sahəsində proqramlaşma, mobil tətbiqlərin hazırlanması, kibertəhlükəsizlik və bu tip ixtisaslara marağın yüksək olması müşahidə olunub.
– Peşə məktəbini bitirən tələbələr həmin müəssisədə işlə təmin olunurmu?
– Peşə təhsili müəssisəsi kimi əsas məqsədimiz tələbələrə keyfiyyətli və əmək bazarının tələblərinə uyğun təhsil verməkdir. Məktəblərimizdə məşğulluq istiqaməti mövcuddur. Bu, tələbələrimizi əmək bazarına hazırlamaq funksiyasını yerinə yetirir. İşəgötürənləri peşə məktəblərinə dəvət etməklə tələbələrlə münasibətlərində körpü rolunu oynamaq istəyirik. Bu baxımdan, məzun olan tələbələr təhsil aldığı peşə məktəbində qalaraq çalışa bilər.
Gülşən Şərif
Türkiyənin Konya şəhərində Azərbaycan hərbçilərinin də iştirakı ilə keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və ssenariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.
Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.
Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.
Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qəza baş verib.
Yenicag.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər yaralanıb. Yaralılar Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb.
KTM-də Yenicag.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
“Hal-hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir”, – deyə qeyd edilib.
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 72 kv. m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 12 kv. m sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 72 kv. m olan üçotaqlı mənzilin bir otağının tavanı 4 kv. m sahədə yanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Yenicag.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
2. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur.
3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.
4. Heydər Əliyev prospekti – əsas və köməkçi yolda, Koroğlu metro stansiyası istiqamətindən başlayaraq, əsasən Bağırov körpüsünün aşağı hissəsini keçdikdən sonra şəhər istiqamətində, eyni zamanda Heydər Əliyev Mərkəzi istiqamətində sıxlıq müşahidə olunur.
5. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
6. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla,Xaqani küçəsi ilə kəsişmədən,Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.
7. Şah İsmayıl Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur.
8. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən, Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.
Bərdədə kişi arvadını güllələyərək öldürüb.
Bərdə Rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, mayın 25-də saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, mayın 25-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 3 nəfər ölüb.
Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.
Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yağan güclü yağışlarla əlaqədar Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndinin ərazisindən keçən hissəsində suyun səviyyəsinin sürətlə qalxması səbəbindən Xaçmaz rayon sakini 1971-ci il təvəllüdlü Dadaşov Namiq Akif oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat vasitəsində həyati təhlükəli vəziyyətə düşüb.
Mərkəzin xilasediciləri operativ olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı çaydan çıxararaq xilas ediblər.
https://youtu.be/ea1L_k6SH6M
ABŞ Prezidenti Co Bayden ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir.
Əvvəllər o, ABŞ-nin Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlvə o, Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi məsləhətçi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, ABŞ-nin Azərbaycandakı səfiri Örl Litzenbergerin səlahiyyət müddəti cari ilin iyul ayında başa çatacaq.
“Apple”in çinli tərəfdaşları bölgədəki koronavirus məhdudiyyətlərinə görə “iPhone 14” istehsal cədvəlindən geri qalırlar.
Yenicag.az xəbər verir ki, bu barədə “Nikkei” agentliyi məlumat yayıb .
İnsayderlərə məlum olub ki, “iPhone 14” seriyasının yeni flaqman telefonlarından ən azı birinin hazırlanması Çində daha bir karantinin tətbiqi ilə əlaqədar dayandırılıb.
“Apple” itirilən vaxtı kompensasiya etmək üçün tədarükçülərdən məhsulun inkişafını sürətləndirməyi xahiş edib. Əks halda, şirkətin tərəfdaşları payıza qədər lazımi sayda smartfon istehsal etməyə vaxt tapmaya bilərlər.
“Tənzimləmək çətindir. “Apple” və onun təchizatçıları inkişafı sürətləndirmək üçün gecə-gündüz işləyirlər”, – Amerika şirkətinin tərəfdaşlarından birinin top meneceri bildirib.
Qeyd olunub ki, əsas tədarükçülər – “Foxconn” və “Pegatron” istehsalın pozulmasına görə birbaşa məsuliyyət daşıyırlar
Məlumatlı mənbələrə görə, hazırda dörd yeni “iPhone” mühəndislik sınaqları mərhələsindədir. Karantinə görə, modellərdən birinin inkişafı adi qrafikdən təxminən üç həftə geri qalır. Bununla belə, şirkətin yayın sonu və ya payızın əvvəlində “iPhone 14” smartfonlarının istehsalına başlamaq üçün hələ vaxtı var.
“Hazırda, gecikmənin məhsulun təqdimat cədvəlinə təsir edəcəyinə inanmırıq, lakin hər hansı gizli və uzunmüddətli təsirlərin olub-olmamasına diqqətlə baxmalıyıq”, – “Isaiah Research” analitiki Eddie Xan deyib.
Mayın sonunda “The Wall Street Journal”ın mənbələri “Apple”in Çindən kənarda avadanlıq istehsalını artırmağa hazırlaşdığını bildirdib. İnsayderlər əsas səbəb kimi bölgədəki koronavirus məhdudiyyətlərini göstəriblər./Publika/
Prezident İlham Əliyev “fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu fərmanla fiziki şəxslər MTK-lardan aldıqlari evə və ya obyektə görə ƏDV-ni geri ala biləcəklər.
Tikinti şirkətindən mənzil və ya obyekt alarkən bundan sonra nağdsız alış-veriş alıcını qazandıracaq. Belə ki, yeni imzalanan fərmana əsasən ödənilən pulun 18 faizini geri almaq mümkün olacaq. Əmlak eksperti Nüsrət İbrahimov deyir ki, bu fərmandan yararlanmaq istəyənlərin bilməli olduğu məqamlar var. Yəni alıcı seçdiyi mənzilin mənsub olduğu MTK-nin qanuni olduğunu və digər məsələləri nəzərə almalıdır.
Bütün prosedurları qanuni şəkildə həyata keçirən alıcı evin və obyektin qiymətinin 18 faizini geri ala biləcək. Yeni fərman alıcılara faydalı olmaqla yanaşı iqtisadi cəhətdən də dövlət üçün faydalıdır.
Əmlak eksperti deyir ki, bu fərman iqtisadiyyatın şəffadflaşdırılmasına yönəlik bir addımdır.
Gürcüstandakı soydaşlarımızla bağlı sevindirici xəbər verilib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkə parlamentinin komitə sədri qanun layihəsi ilə bağlı danışarkən deyib.
Belə ki, yeni qanun layihəsinə əsasən, qonşu ölkədə yaşayan azərbaycanlılar soyadlarını dəyişə biləcəklər.
Daha ətraflı Baku TV-nin sujetində:
Qubaya yağan leysan yağışlar rayonda bir sıra fəsadlara yol açıb. Quba-Xınalıq avtomobil yoluna dağdan iri qaya parçaları qoparaq yolun hərəkət hissəsinə düşüb.
Hadisə yolun əsasən 37 və 38-ci kilometrliyində qeydə alınıb. Yolda hərəkət məhdudlaşıb.
Əsasən Əlik, Haputlu, Xınalıq və Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Daha ətraflı Baku TV-nin süjetində:
“Azərbaycan adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması” və “Azərbaycan adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması” təsdiq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Azərbaycan adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər Azərbaycan adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yarımillik və illik dövrlər üzrə dövri hesabatı kağız və electron daşıyıcılarda bu Qərara uyğun olaraq müvafiq hesabat dövründən sonrakı bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
Azərbaycan adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərara uyğun olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə iki ay qalmış İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
Azərbaycan adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda bu Qərara uyğun olaraq layihə bitdikdən sonra bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
İqtisadiyyat Nazirliyi Azərbaycan adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər tərəfindən bu Qərara müvafiq olaraq təqdim edilmiş məlumatları ümumiləşdirib yarımillik və illik hesabat şəklində kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonra iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Azərbaycan adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərar uyğun olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə 45 təqvim günü qalmış Nazirlər Kabinetinə təqdim etməlidir.
Nazirlər Kabinetinin 2014-cü il 4 dekabr tarixli 385s nömrəli Sərəncamı ləğv edilib.
Layihənin komponentləri haqqında məlumat
Komponentin adı:
Komponent çərçivəsində nəzərdə tutulmuş işlər:
Komponent üçün nəzərdə tutulmuş məbləğ:
Komponent çərçivəsində cəlb edilmiş podratçı şirkətlər və onlarla imzalanmış müqavilələr (predmet və dəyəri göstərilməklə, satınalma planına müvafiq olaraq).
Layihənin icrası haqqında məlumat
Layihənin hər komponenti çərçivəsində nəzərdə tutulmuş işlər (müqavilələr üzrə cari hesabat dövrü üçün):
Layihənin hər komponenti çərçivəsində görülmüş işlər (müqavilələr üzrə cari hesabat dövrü üçün):
Layihənin hər komponenti çərçivəsində nəzərdə tutulmuş və görülmüş işlər arasındakı fərqin səbəbi haqqında ətraflı məlumat:
Layihənin hər komponenti çərçivəsində nəzərdə tutulmuş məbləğ (müqavilələr üzrə cari hesabat dövrü üçün):
Layihənin hər komponenti çərçivəsində istifadə edilmiş məbləğ (müqavilələr üzrə cari hesabat dövrü üçün):
Layihənin hər komponenti çərçivəsində nəzərdə tutulmuş və istifadə edilmiş məbləğ arasındakı fərqin səbəbi haqqında ətraflı məlumat.
Layihə üzrə gələcək dövrlər üçün nəzərdə tutulmuş tədbirlər haqqında məlumat
Hesabat dövründən sonrakı dövrlər (cari ilin növbəti yarım ili üzrə və layihənin sonunadək) üçün komponentlər üzrə görülməsi nəzərdə tutulmuş işlər barədə məlumat:
Hesabat dövründən sonrakı dövrlər (cari ilin növbəti yarım ili üzrə və layihənin sonunadək) üçün komponentlər üzrə istifadə edilməsi nəzərdə tutulan məbləğ (kredit və hökumət payı göstərilməklə).
Satınalma planının (tətbiq olunursa) son yenilənmiş nüsxəsi
Digər məlumatlar (vardırsa).
Layihənin komponentləri haqqında məlumat
Komponentin adı:
Komponent çərçivəsində nəzərdə tutulmuş işlər (müqavilələr üzrə):
Komponent çərçivəsində xərclənmiş vəsait (müqavilələr üzrə):
Komponent çərçivəsində əldə edilmiş nəticələr (müqavilələr üzrə).
Yekun satınalma planı
Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 26-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Yenicag.az-a bildirilib ki, bankın mayın 26-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
Bir neçə gün əvvəl Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində, “Yanar dağ” qoruğunun qarşısında qeydə alınıb.
Qəza zamanı “Toyota Prius” markalı minik avtomobili yük maşını ilə toqquşub. Görüntülərdən hadisənin minik avtomobilinin sürücüsünün səhvi səbəbindən baş verdiyi aydın görünür. Qəza nəticəsində minik avtomobili dərəyə yuvarlanıb, yük maşını isə yaxınlıqdakı hasara çırpıllb aşıb.
Həmin görüntüləri təqdim edirik: