Azərbaycanda 16 iyuna olan koronavirus statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 335291 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329038 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir. Ölkədə son sutka ərzində 7023, hazırkı dövrədək isə 3644912 test aparılıb.

0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar