"Açığı, "Çukariçki"ni hələ araşdırmamışam" -"Sumqayıt"dan

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

O, Sportinfo.az-a açıqlamasında bunları deyib: "Potensial rəqiblərimizin hər biri güclü idi. Bİzə baxanda hər biri avrokuboklarda təcrübəlidilər. "Çukariçki" da həmçinin. Bizdən daha güclü və təcrübəli komandaynan düşmüşük. Yaxşı heyətləri var. Serbiya çempionatında üçüncü yer tutmaqları da onların gücündən xəbər verir. Açığı, rəqibi hələ araşdırmamışam. Məşqlərdə baş məşqçimiz güclü və zəif cəhətlərini deyəcək".

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

0
86
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar