Ağcabədidə şəhidlərin doğum günü qeyd olunub -(AZpress.AZ- İ.Mais, +FOTO=11)

Ağcabədidə şəhidlərin doğum günü qeyd olunub

12 iyun 2021- ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində şəhid Sahil Hüseynovun və Arazbar kəndində isə şəhid Elsevər Piriyevin doğum günü qeyd olunub.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş bu iki şəhidin doğum gününün eyni günə düşməsi təsadüf deyil. "12 İYUN" Çünki bu iki qəhrəman şəhid eyni amal, məslək, məqsəd uğrunda vuruşublar. 44 günlük müharibənin Azərbaycan xalqı üçün zəfərlə başa çatmasında İgid, vətənpərvər, torpaq sevər Elsevərlə Sahilin əməyi az olmamışdı. Onlar düşmənin xeyli canlı qüvvələrini məhv edərək, ordumuzun qələbə qazanmasında böyük əmək sərf ediblər. Vətən yolunda belə canlarını əsirgəməyən bu igid oğullar şəhadətlik zirvəsini fəth ediblər. Şəhidlərin doğum günü mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, kənd sakinləri, şəhid ailələrinin yaxınları, müəllimlər yerli icra bələdiyyə və mətbuat nümayəndələri iştirak ediblər. Doğum gününü onlarsız qeyd edən mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, keçdikləri qısa və şərəfli döyüş yolundan danışmışlar. Sonra mərasim iştirakçıları Vətən, Torpaq uğrunda canlarını fəda edən şəhidlərin məzarlarını ziyarət etmiş, üzərinə tər gül dəstələri düzmüşlər. Elsevər, Sahil cənnətdəki ilk Ad Gününüz Mübarək. Allah sizə rəhmət eləsin.

Mais Amin AZpress.AZ Ağcabədi.

0
146
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar