Almaniya Banqladeşə təlim təyyarələri tədarük edəcək

Almaniyanın “Grob” şirkəti Banqladeş Hərbi Hava Qüvvələrinə 24 ədəd G120TP tipli təlim təyyarəsi tədarük edəcək. Ordu.az xəbər verir ki, bu barədə Banqladeş Hərbi Hava Qüvvələrinin komandanı məlumat verib.

Şirkət təyyarənin yanında Banqladeşə texnologiya transferi (ToT) də təmin edəcək.

Təyyarələrin və əlaqədar xidmətlərin tədarükü ilə bağlı əsas müqavilə ötən həftə imzalanıb.

Qeyd olunur ki, təyyarələr bazar qiymətlərindən daha aşağı qiymətə alınıb.

Sevinc Əliyeva
 

 

0
99
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar