AQTİ Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
 
Aztibb.az xəbər verir ki, sənəd institutun İdarə Heyətinin sədri Sadiq Məmmədov və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov tərəfindən imzalanıb.
 
Memorandumda qanda pestisid qalıqlarının və ağır metalların tədqiqi, tətbiqi sekvensləmə və yeni nəsil sekvensinq (NGS) məlumatlarının təhlili, laboratoriyalararası səriştəlilik sınaqlarının təşkili, təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlığın genişləndirilməsi əksini tapıb.
 
Anlaşma memorandumuna əsasən kadr potensialının gücləndirilməsi, müxtəlif müayinə metodlarının qarşılıqlı müqayisəli istifadəsi və digər sahələrdə uzunmüddətli əməkdaşlıq həyata keçirilməsi nəzərdə tutulur.
    0
    94
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar