Araik Xankəndində komandirlərlə müşavirədə yenə “peşəkar ordu yaratmaq”dan danışdı…-FOTO

“Deyirlər, Rusiya sülhməramlılarının onların məsuliyyət zonasında olan Xankəndi
şəhərində separatçı hərbçilərin yığıncağlndan qətiyyən xəbəri olmayıb…”

Tör-töküntüləri Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və s. hələ də Rusiya hərbi kontingentinin himayəsi altında faktiki fəaliyyət göstərən separatçı rejimin qondarma “özünümüdafiə ordusu”nun komandanlığı bu gün – mayın 18-də, indiyədək “Laçının azadlığı günü” nü qeyd etdikləri bir tarixdə oyuncaq başçıları Araik Arutyunyanın başına toplaşıblar.

Sozcu.az xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.

Separatçı xuntanın qanunsuz “müdafiə nazirliyi”nin binasında keçirilən müşavirədə Araik 44 günlük savaşda “vətənin müdafiəsi”ndə fəal iştiraklarına görə komandirlərə təşəkkür edib. Separatçı rəhbər tezliklə əsəsən müqaviləli hərbçilərdən ibarət “peşəkar ordu yaradılacağı”na, 2023-cü ilədək işləyən və pensiyaya çıxmış zabitlərin mənzil probleminin həll ediləcəyinə söz verib.

P.S. Deyirlər, Rusiya sülhməramlılarının onların məsuliyyət zonasında olan Xankəndi
şəhərində separatçı hərbçilərin yığıncağından qətiyyən xəbəri olmayıb…moderator

Sultan Laçın

0
449
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar