"Artıq ediləcək bir şey yoxdur" - Mert Müldür

Türkiyə millisinin futbolçusu Mert Müldür Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Uelsə 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, o, məğlubiyyətə görə çox məyus olduqlarını deyib: "Bu matçda qələbə qazanmaq məcburiyyətində olduğumuzu bilirdik. Təəssüfləndirici durumdur, artıq ediləcək bir şey yoxdur. Ən yaxşı qrup üçüncüsü olaraq növbəti mərhələyə çıxıb-çıxmayacağımızı bilmirəm. Amma əlimizdən gələni üçüncü matçda göstərməliyik".

Qeyd edək ki, M.Müldür Uelslə görüşün 72-ci dəqiqəsində meydana daxil olub.

0
128
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar