Atalarıyla qalmaq istəyən övladarını QORXUNC dərəcədə "CANLI" kuklalarla əvəz etdi - FOTO

ABŞ-ın Virciniya ştatının 42 yaşlı sakini Liz Uotson boşandıqdan sonra atalarıyla qalmaq istəyən övladlarını qorxunc dərəcədə realistik olan "canlı" kuklalarla əvəz edib.

BiG.AZ xəbər verir ki, bu barədə "The Sun" yazır.

Belə ki, evdar qadın olan Liz 2010-cu ilin yanvar ayında həyat yoldaşı Stiv ilə boşanıb. Üç il sonra o, Dilan və Eşer adlı iki böyük övladıyla birlikdə yeni sevgilisinin və ortaq qız övladları Coninin yanına, başqa şəhərə köçüb.

İlk nigahdan olan övladları bu qərarı çətinliklə qəbul ediblər. 2016-cı ilin iyun ayında Uotson özü üçün çətin olan addımı ataraq Dilan və Eşerə atalarının yanına, Kanzas ştatına qayıtmağa icazə verib.

Uşaqları üçün darıxan qadın özündə yeni hobbi inkişaf etdirməyə və canlı körpələrə bənzəyən realistik kuklalar kolleksiyasını toplamağa başlayıb.

İlk kuklanı o, uşaqlar köçdükdən 5 ay sonra, 2016-cı ilin dekabr ayında əldə edib və hazırda 9 "canlı" gəlinciyi var. Yeni doğulandan bir yaşınadək uşaqları imitasiya edən bu "bala"ların hərəsinin öz adı var.

AtalarıylaLizin sözlərinə görə, kuklalar ona həyatının çətin dövrünü geridə qoymağa yardım ediblər.

Uotson evinin bir otağını onlar üçün ayırıb. Bu otaqda o, kuklalara canlı övladları kimi qulluq edir.

Atalarıyla"Bilirəm, onlar böyüməyəcək, kimsə onları məndən almayacaq və hətta boşanma belə, mənə onların qayğısına qalmağa mane olmayacaq", - deyə Liz öz hisslərini ifadə edib.

Qadının bu qərarı onun ailə üzvlərini narahat etməyə başlayıb. Ətrafdakılardan bəzilərini oyuncaqlar öz "canlılığı" ilə qorxutsa da, yeni həyat yoldaşı Uotsonun bu hərəkətlərinə anlayışla yanaşır.

AtalarıylaAtalarıylaAtalarıylaAtalarıylaAtalarıylaAtalarıylaAtalarıylaNatəvan Baxşiyeva


BiG.Az
0
69
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar