AVRO-2020-də avtoqol rekordu təkrarlandı

AVRO-2020-nin bütün matçları ərzində avtoqol (3) üzrə antirekord təkrarlanıb.

Sport7.az xəbər verir ki, AVRO-2020-nin geridə qalan 12 matçında 3 avtoqol qeydə alınıb. AVRO-2016-da da futbolçuların öz qapılarına vurduqları qolların sayı da 3 olub.

Ötən gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində Almaniya və Fransa yığmalarının görüşünün 20-ci dəqiqəsində Mats Hummelsin avtoqolu turnirdə üçüncü olub. Daha əvvəl türk futbolçu Merih Demiral (İtaliya ilə oyunda) və polyak Voytsex Şensnı (Slovakiyaya qarşı oyunda) topu öz qapılarına göndərib.

Avropa çempionatının qrup mərhələsinin matçında Almaniya millisini 1:0 hesabı ilə məğlub etmiş Fransa növbəti turda, iyunun 19-da Macarıstanla oynayacaq.

Almanlar isə eyni gündə Portuqaliya yığması ilə görüşəcək.
 
Sport7.az
0
74
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar