AVRO-2020: Türkiyə - Uels oyunu başlayıb

AVRO-2020-də qrup mərhələsinin II turu start götürüb.

Apasport.az saytının məlumatına görə, günün ikinci oyunu Bakıda keçirilir.

A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşır. Portuqaliyalı baş hakim Artur Manuel Ribeyro Soares Diasın start fiti ilə qarşılaşma başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan matça stadiondan baxırlar. UEFA prezidenti Aleksander Çeferin, AVRO-2020-nin səfiri Luiş Fiqu, həmçinin Türkiyə Super Liqasında çıxış edən bir neçə klubun prezidenti və futbolçuları da oyunu izləyənlər arasındadır.

A qrupu
20:00. Türkiyə - Uels
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

1

İtaliya

1

1

0

0

3-0

3

2

İsveçrə

1

0

1

0

1-1

1

3

Uels

1

0

1

0

1-1

1

4

Türkiyə

1

0

0

1

0-3

0

Qeyd edək ki, Türkiyə ilk oyunda Romada İtaliyaya 0:3 hesabı ilə məğlub olub, Uels isə Bakıda İsveçrə ilə qollu heç-heçə (1:1) edib.

0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar