AVRO-2020: Türkiyə - Uels oyununda ilk qol

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk qol vurulub.

Publika.az xəbər verir ki, 42-ci dəqiqədə Uels yığması hesabı açıb.

Aaron Remsi qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.

xxx

20:00

Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı (BOS) qarşılaşma 20:00-da start götürüb.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

0
46
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar