Avtomobil aşdı, sürücü öldü - Goranboyda

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndi yaxınlığından keçən yolda baş verib.

İdarəetmədən çıxan "VAZ 2106" markalı avtomaşın aşıb. İlkin məlumata görə, şəxsiyyəti hələ ki müəyyənləşdirilməyən sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0
118
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar