Ayın 15-i və 16-da Türkiyədən Bakıya onlarla aviareys olacaq – QİYMƏT

Xəbər verdiyimiz kimi, 4 gündən sonra – iyun ayının 16-da Türkiyə millisi AVRO-2020 çərçivəsində Bakıda Uels millisi ilə qarşılaşacaq.

İndex.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı izləmək üçün Türkiyədən Azərbaycana çoxlu sayda azarkeş səfər edəcək.
Məlumat üçün bildirək ki, oyundan bir gün əvvəl (15 iyun) və oyun günü (16 iyun) Türkiyənin müxtəlif şəhərlərindən Bakıya onlarla hava reysi təşkil olunacaq. Türkiyədən Azərbaycana birbaşa uçuşları AZAL və Türk Hava Yolları (THY) həyata keçirəcək.

Hazırda İstanbul-Bakı aviareysinə (ekonom sinif) biletlərin qiyməti 227-411 dollar arasında dəyişir. Ankara-Bakı aviareysinə (ekonom sinif) biletlərin qiyməti 222-323 dollar arasında dəyişir.




©Yeniavaz
0
79
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar