Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yayıb.

Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:

"Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün sahələri əhatə etməklə uğurla inkişaf edir və ildən-ilə yeni müstəviyə daxil olur. Bu dostluq və qardaşlıq illərin sınağından çıxaraq bütün dövlətlərə nümunə olacaq səviyyəyə gəlib çatıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri bu münasibətlərin mahiyyətini və xarakterini ortaya qoymaqla əlaqələrimizin gələcək inkişafını şərtləndirir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması əlaqələrin növbəti mərhələyə daxil olduğunu, yaranmış yeni reallıqlara hesablanaraq strateji xarakter daşıdığını göstərir.

Bəyannamədə nəzərdə tutulan Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylər hər iki qardaş ölkə ilə yanaşı, digər ölkələrin də sosial-iqtisadi inkişafına təkan verəcək, siyasi əlaqələri möhkəmləndirəcək və daimi edəcək.

Beynəlxalq müstəvidə birgə əməkdaşlığı, siyasi münasibətləri, iqtisadi-ticarət əlaqələrini, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasətini əhatə edən bəyannamə strateji xarakter daşımaqla tarixi əhəmiyyətə malikdir.

Müdafiə sahəsində edəcəyimiz əməkdaşlıq və qarşılıqlı hərbi yardım bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir-birimizin təhlükəsizliyini təmin olunmasında birgə addımlayacağıq.

Azərbaycan həmkarlar ittifaqı olaraq bildiririk ki, Türkiyə ilə Azərbaycanın münasibətlərini müəyyənləşdirən imzalanmış bütün sənədlər, o cümlədən Şuşa Bəyannaməsi dövlətlərimizi biri-birinə daha da yaxınlaşdıracaq, ictimai həyatın bütün sahələrini əhatə edən əlaqələrimizi indikindən də artıq inkişaf etdirəcək, dostluğumuzu və qardaşlığımızı əbədiləşdirəcək".

0
84
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar