Azərbaycan İrana ixrac edilən qazın həcmi AÇIQLANDI 

Azərbaycan yanvar-may ayları ərzində 9 milyard 174 milyon 562,1 min kubmetr həcmində 1 milyard 335 milyon 749,1 min dollar dəyərində təbii qaz ixracı həyata keçirib.

Bu barədə Valyuta.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Belə ki, ötən illə müqayisədə ixrac həcmi 68 faiz, ixracdan əldə edilən gəlir isə 28,6 faiz artıb.

İlin beş ayı ərzində Türkiyəyə 5 milyard 884,4 milyon kubmetr həcmində (804,7 milyon dollar dəyərində), İtaliyaya 1 milyard 152,7 milyon kubmetr (243,6 milyon dollar dəyərində), Gürcüstana 1 milyard 833,7 milyon kubmetr həcmində (239,3 milyon dollar dəyərində) təbii qaz ixrac edilib.

Eləcə də, Yunanıstana - 127,8 milyon kubmetr (32,8 milyon dollar dəyərində), Bolqarıstana - 92 milyon kubmetr (12,2 milyon dollar dəyərində), İran İslam Respublikasına - 84,1 milyon kubmetr qaz (3,2 milyon dollar) ixrac olunub.

0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar