Azərbaycan mundialda 1 bürünclə 19-cu olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan mundialda 1 bürünclə 19-cu olub

Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında keçirilən və Olimpiya təsnifatlı son turnir olan dünya çempionatı artıq Azərbaycan komandası üçün başa çatıb. İuynun 6-dan start götürən mundialda Azərbaycan da daxil olmaqla 118 ölkəni təmsil edən 661 (383 kişi və 278 qadın) medallar uğrunda və eləcə də reytinq cədvəlindəki mövqeyini yaxşılaşdırmaq məqsədi ilə mübarizə aparıb. Mundiala 3-ü qadın olmaqla 12 tatami ustası ilə qatılan ölkəmiz sonda bir bürünc medalla komanda hesabında Kosovo, İzrail, Macarıstan, Avstriya, İsveçrə, Türkiyə, Braziliya və Ukraynanı geridə qoymaqla 19-cu olub. Yeganə medalın sahibi isə mundialın ilk günü mübarizəyə qatılan Kəramət Hüseynov (60 kq) olub. Daha iki cüdoçumuz - 66 kq-da güləşən Orxan Səfərov və 73 kq-da tatamiyə çıxan Hidayət Heydərov isə çıxışını 5-ci pillədə başa vurub. Yaxın günlərdə İJF (Beynəlxalq Cüdo Federasiyası) cüdoçuların yeni reytinq cədvəlini açıqlayacaq. Məhz bu yeni cədvəlin əsasında kimlərin Tokio Olimpiadasında iştirak etmək hüququ qazanması bəlli olacaq. Hər halda Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), öz çəkisinində dünyanın ikincisi olan Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Zəlim Kotsayev (100 kq), Uşanqi Kokuari (+100 kq) və qadın yığmamızın lideri İrina Kindzerska (+78 kq) praktiki olaraq Olimpiya lisenziyasını özünə təmin edə bilib. Xatırladaq ki, kişilərin reytinq cədvəlində hər çəkidə ilk 22, qadınlarda isı 16 yeri tutan cüdoçu Olimpiadaya lisenziya qazanacaq. Qaydalara görə, hər ölkə Olimpiadada hər çəki dərəcəsinda yalnız bir cüdoçu ilə təmsil olunacaq. Ona görə də əgər hər çəki dərəcəsində ilk 22-likdə eyni ölkədən 1-dən artıq cüdoçu yer alarsa, onda onu ondan sonrakı yeri tutan başqa ölkə təmsilçisi əvəz edəcək. Məsələn 60 kq çəkidə ilk 22-likdə 2 yaponiyalı, 2 rusiyalı, 2 qazaxıstanlı, 2 fransalı və 3 koreyalı yer alıb. Bu o deməkdir ki, 60 kq-da ilk 22-lik deyil, Top-30-da yer alan digər ölkə təmsilçiləri lisenziya ala biləcəklər.

İNTİQAM Məmmədov

0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar