Azərbaycana alkoqollu içkilərin idxalı 20%-dək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 5 779,42 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artıb.

Cari ilin ilk beş ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,64%-ə bərabər olub.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 26 607,84 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 18,9% çoxdur. Cari ilin yanvar-may aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,61% təşkil edib.

0
48
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar