Azərbaycanda 18 yaşına çatmış şəxslərin vaksinasiyasına - BAŞLANILDI

Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiya prosesinə başlanılıb.

Tibb.fed.az bildirir ki, bu barədə məlumatı səhiyyə nazirinin birinci müavini Teymur Musayev bir neçə gün əvvəl keçirilən brifinqdə açıqlamışdı.

Vaksinasiya “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən keçirilir. Vaksinasiyanın əsas məqsədi koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verib.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərdir.

Yanvarın 18-dən başlanılan vaksinasiya kampaniyasında Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. Artıq ölkəmizə “Vaxzevria” və “Sputnik V” vaksinləri də gətirilib və onların da tətbiqinə başlanılır.

0
105
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar