Azərbaycanlı tibb işçiləri Ankara Şəhər Uşaq Xəstəxanasında fəaliyyətə başlayıblar

Türkiyə Respublikası Səhiyyə Naziriliyinin Avropa Birliyi və Xarici Əlaqələr üzrə Baş direktoru Dr. Selami Kılıç tibbi biliklərinin artırılması məqsədilə Ankara Şəhər Uşaq Xəstəxanasında fəaliyyətə başlamış pediatr heyətini qəbul edib.
 
Aztibb.az xəbər verir ki, 13 nəfərdən ibarət qrup 6 ay müddətində ixtisaslarına uyğun olaraq türkiyəli uzman həkimlərlə təcrübə mübadiləsində iştirak edəcəklər.
 
Qeyd edək ki, təkmilləşdirmə kursları K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Ankara Şəhər Uşaq Xəstəxanası arasında imzalanmış “Niyyət Protokolu”na əsasında həyata keçirilir.
    0
    60
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar